«Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə


Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi



Yüklə 1,65 Mb.
səhifə83/92
tarix30.12.2021
ölçüsü1,65 Mb.
#18212
1   ...   79   80   81   82   83   84   85   86   ...   92
Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

82

Onurğanın, gövdə sümüklərinin, yuxarı və aşağı ətrafların sümüklərinin sınıqları (çanaq, kürək, körpücük, bazu, mil və dirsək sümüklərinin, bud sümüyü boynunun və bud sümüyünün, qamış və incik sümüklərinin, digər borulu sümüklərin, topuqların sınıqları):

 

 

 

a) funksiyaların mühüm dərəcədə pozulması ilə

D

D

D

b) funksiyaların mülayim dərəcədə pozulması ilə

C

C

C və ya B FƏRDİ

c) funksiyaların cüzi dərəcədə pozulması ilə

C

C

B

 

«a» bəndinə aşağıdakılar aiddir:

müalicənin nəticələrindən asılı olmayaraq, iki və artıq fəqərə cisimlərinin II — III dərəcəli kompressiyası ilə çoxlu dəlib keçən qeyri-sabit sınıqları;

fəqərə cisimlərinin sınıqları, çıxıqları və sınıq-çıxıqlarının spondilodez və korporodez tətbiqi ilə cərrahi müalicəsindən sonrakı nəticələri («Xəstəliklər cədvəli»nin III qrafası üzrə şəhadətləndirilənlərin hərbi xidmətə yararlılıq kateqoriyası xəstəliyə görə məzuniyyətdən sonra onurğanın funksiyasından asılı olaraq, «a» və ya «b» bəndi üzrə təyin edilir);

onurğanın mühüm dərəcəli skoliotik və ya kifotik deformasiyaları ilə fəqərə cisimlərinin çoxsaylı sınıqlarının uzaq nəticələri;

çanaq həlqəsinin bütövlüyünün pozulması ilə müşayiət olunan çanaq sümüklərinin düzgün bitişməmiş çoxsaylı şaquli sınıqları;

bud sümüyü başının mərkəzi çıxığının nəticələri (sümüklərin oynaq uclarının və ətrafın oxunun deformasiyası, 2 mm-dən az ölçüdə oynaq yarığı ilə bud-çanaq oynağının ankilozu və ya deformasiyaedici artrozu);

ətrafın funksiyasının mühüm dərəcədə pozulması ilə müşayiət olunan uzun borulu sümüklərin fəsadlaşmış sınıqları.

«b» bəndinə aşağıdakılar aiddir:

funksional pozulmaların dərəcəsindən və müalicənin nəticələrindən asılı olmayaraq, fəqərə cisminin təzə sınığı və ya çıxığı;

fəqərə cisminin kompression dəlib keçən sınığı və ya çıxığı;

II — III dərəcəli pazabənzər deformasiya ilə iki fəqərə cisminin sınığının uzaq nəticələri;

müalicənin nəticələri qeyri-qənaətbəxş olduqda, çanaq həlqəsi bütövlüyünün pozulması ilə müşayiət olunan çanaq sümüklərinin birtərəfli sınıqlarından sonrakı hallar;

ətrafın funksiyasının mülayim dərəcədə pozulması ilə müşayiət olunan bud sümüyü başının mərkəzi çıxığının nəticələri;

müalicənin nəticələri qeyri-qənaətbəxş olduqda, bud sümüyü boynunun sınıqları;

ətrafın funksiyasının mülayim dərəcədə pozulması ilə müşayiət olunan uzun borulu sümüklərin fəsadlaşmış sınıqları.

Yalançı oynaqlar olduqda, şəhadətləndirilənlərə operativ müalicə təklif olunur. Hərbi xidmətə yararlılıq kateqoriyası haqqında qərar müalicə başa çatdıqdan sonra onun nəticələrindən asılı olaraq çıxarılır. Cərrahi əməliyyatdan imtina edildikdə, şəhadətləndirilmə «a» bəndi üzrə keçirilir.

«c» bəndinə aşağıdakılar aiddir:

cüzi ağrı sindromu və fəqərələrin II dərəcəli kifotik deformasiyası ilə fəqərə cisimlərinin I dərəcəli kompressiyası olan kompression sınıqları və onların nəticələri;

bud-çanaq oynağı funksiyasının cüzi dərəcədə pozulması ilə müşayiət olunan, osteosintez tətbiq olunmuş bud sümüyü boynunun sınıqları;

sümüklərin sınıqlarından sonra çıxarılmamış metal konstruksiyalar (onların çıxarılmasından imtina edildikdə);

müalicədən sonra funksiyanın cüzi dərəcədə pozulması və ağrı sindromu ilə müşayiət olunan fəqərə çıxıntıları və qövslərinin sınığının nəticələri.

Fəqərə cisimlərinin müsbət nəticələrlə başa çatan sınıqlarından sonra III qrafa üzrə şəhadətləndirilənlər barəsində «Xəstəliklər cədvəli»nin 86-cı maddəsi üzrə xəstəliyə görə məzuniyyət verilməsinin zəruriliyi haqqında qərar çıxarılır.

Çanağın ayrı-ayrı sümüklərinin çanaq həlqəsinin deformasiyası olmadan bitişmiş və təcrid olunmuş sınıqları bu maddənin tətbiqi üçün əsas deyil və hərbi xidmətkeçməyə, hərbi təhsil müəssisələrinə və hərbi liseylərə daxil olmağa mane olmur.

 


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin