Maddə
|
Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi
|
Hərbi xidmətə yararlılıq kateqoriyası
|
I qrafa
|
II qrafa
|
III qrafa
|
83
|
Döş qəfəsinin, qarın boşluğunun, çanağın daxili orqanlarının travmaları (travmatik pnevmo- və hemotoraks, ürəyin, ağciyərin, mədə-bağırsaq traktının, qaraciyərin, dalağın, böyrəklərin, çanaq orqanlarının, qarın boşluğunun digər orqanlarının travmaları, çoxsaylı ağır travmalar):
|
|
|
|
a) funksiyaların mühüm dərəcədə pozulması ilə
|
D
|
D
|
D
|
b) funksiyaların mülayim dərəcədə pozulması ilə
|
C
|
C
|
C
|
c) funksiyaların cüzi dərəcədə pozulması ilə
|
C
|
C
|
C və ya B FƏRDİ
|
ç) funksiyaların pozulması olmayan obyektiv əlamətlər olduqda
|
A-4
|
A
|
A
HDQ, DP-də FƏRDİ
|
«a» bəndinə aşağıdakı yaralanma və travmalardan sonrakı hallar və onların nəticələri aiddir:
III dərəcəli tənəffüs çatışmazlığı ilə müşayiət olunan bronx-ağciyər aparatının yaralanma və travmaları;
perikardın geniş obliterasiyası;
ürəyin və ya aortanın anevrizması;
həzm funksiyasının mühüm dərəcədə pozulması (müalicəyə tabe olmayan dempinq-sindrom, arasıkəsilməz ishal və s.) və ya qidalanmanın xeyli zəifləməsi (BÇİ — 18,5 — 19,0 və az) ilə müşayiət olunan, qida borusunun, mədənin rezeksiyası və ya mədə-bağırsaq anastomozunun qoyulması, nazik bağırsağın (1,5 m-dən az olmamaqla) və ya yoğun bağırsağın (30 sm-dən az olmamaqla) rezeksiyası;
biliodigestiv anastomozların qoyulması;
müalicənin nəticələri qeyri-qənaətbəxş olduqda, öd və ya mədəaltı vəzinin fistulları;
qaraciyərin payının və ya mədəaltı vəzinin bir hissəsinin rezeksiyası;
bir böyrəyin olmaması və digər böyrəyin funksiyasının dərəcəsindən asılı olmayaraq pozulması;
aralığın tam cırılması (bu cırılma zamanı aralıq əzələlərinin bütövlüyü tamamilə pozulur və onlar düzbağırsağın divarına keçən çapıq toxuma ilə əvəz olunur, anus büzülüb-açılır və düzgün kənarlara malik olmur);
cinsiyyət üzvünün olmaması.
Ağciyərin kənar edilməsindən sonra II — III dərəcə tənəffüs çatışmazlığı olduqda, ağciyər kökündə, ürəkdə və ya iri damarların yaxınlığında yerləşmiş yad cisim olduqda, fəsadlaşmaların və ya funksional pozulmaların olmasından asılı olmayaraq, ilkin hərbi uçota götürülərkən, hərbi xidmətə çağırılarkən vətəndaşlar və hərbi qulluqçular «a» bəndi üzrə şəhadətləndirilirlər. «Xəstəliklər cədvəli»nin III qrafası ilə şəhadətləndirilənlərin hərbi xidmətə yararlılıq kateqoriyası «b» bəndi üzrə təyin edilə bilər.
Ürəyin, perikardın yaralanmasının, iri damarlar nahiyəsində divararalığından yad cisimlərin cərrahi əməliyyat yolu ilə çıxarılmasının nəticələri zamanı «Xəstəliklər cədvəli»nin III qrafası üzrə şəhadətləndirilən şəxslərin hərbi xidmətə yararlılıq kateqoriyası ürək çatışmazlığının ağırlıq dərəcəsindən asılı olaraq «Xəstəliklər cədvəli»nin 42-ci maddəsi üzrə, tənəffüs çatışmazlığı olduqda 51-ci maddənin «a», «b» və ya «c» bəndi üzrə, I — II qrafalar üzrə şəhadətləndirilənlərin hərbi xidmətə yararlılıq kateqoriyası isə «Xəstəliklər cədvəli»nin 42-ci maddəsinin «a», «b» və ya «c» bəndi, yaxud 51-ci maddəsinin «a» və ya «b» bəndi üzrə müəyyən edilir. Bu zaman, «Xəstəliklər cədvəli»nin 83-cü maddəsi də həmin maddələrlə eyni vaxtda tətbiq edilir.
Funksiyalarının mülayim dərəcədə pozulması ilə müşayiət olunan iki və daha çox boşluq orqanının politravmasının nəticələri ilə şəhadətləndirilmə «a» bəndi üzrə keçirilir.
«b» bəndinə aşağıdakı yaralanma və travmalardan sonrakı hallar və onların nəticələri aiddir:
II dərəcəli tənəffüs çatışmazlığı ilə müşayiət olunan bronx-ağciyər aparatının yaralanma və travmaları;
tənəffüs çatışmazlığının dərəcəsindən asılı olmayaraq, bir ağciyərin olmaması;
mədənin, nazik bağırsağın (1 m-dən az olmamaqla) və ya yoğun bağırsağın (20 sm-dən az olmamaqla) rezeksiyası;
dempinq-sindromun (qeyri-sabit stul, qidalanma pozulması) nadir təzahürləri ilə mədə-bağırsaq anastomozunun qoyulması;
dalağın olmaması;
bir böyrəyin olmaması, digər böyrəyin isə funksiyasının normal olması.
«c» bəndinə yaralanmaların, travmaların cüzi kliniki təzahürlərlə müşayiət olunan nəticələri: ağciyər payının çıxarılması, mədənin rezeksiyası, böyrəyin və digər orqanların bir hissəsinin rezeksiyası aiddir.
«ç» bəndinə aşağıdakılar aiddir:
tənəffüs çatışmazlığı olmayan, ağciyərin keçirilmiş atipik rezeksiyasından, qanaxmanı dayandırmaq məqsədi ilə torakotomiyalardan və ya laparotomiyalardan, pnevmotoraksın və ya hematoraksın ləğv edilməsindən, bağırsağın, mədənin, qaraciyərin yaralarının sağalma ilə nəticələnən tikilməsindən sonrakı hallar («Xəstəliklər cədvəli»nin I qrafası üzrə şəhadətləndirilənlər üçün — yaralanmanın və ya travmanın alınma anından 6 aydan tez olmayaraq baş verən hallar).
Tənəffüs çatışmazlığı olmayan ağciyərin atipik rezeksiyası aparılmış hərbi qulluqçulara stasionar müalicə başa çatdıqdan sonra «Xəstəliklər cədvəli»nin 53-cü maddəsi üzrə xəstəliyə görə məzuniyyət verilir.
«Xəstəliklər cədvəli»nin 83-cü maddəsi üzrə həmçinin iltihabi xəstəliklərin və bronx-ağciyər aparatının inkişaf anomaliyalarının cərrahi müalicəsinin nəticələri olan şəxslər də şəhadətləndirilirlər.
Dostları ilə paylaş: |