«Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə


Maddə Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi



Yüklə 1,65 Mb.
səhifə21/92
tarix30.12.2021
ölçüsü1,65 Mb.
#18212
1   ...   17   18   19   20   21   22   23   24   ...   92
Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

15

Endogen psixozlar: şizofreniya, şizotip pozuntular, xroniki sayıqlamalar və affektiv psixozlar (o cümlədən, tsiklotimiya)

D

D

D

 

Bu maddə ilə şəhadətləndirilmə yalnız stasionar müayinədən sonra aparılır.

 

Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

16

Simptomatik psixozlar və digər ekzogen etiologiyalı ruhi pozuntular:

 

 

 

a) kəskin ifadə olunmuş davamlı xəstəlik təzahürləri olduqda

D

D

D

b) mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli və ya təkrar xəstəlik təzahürləri olduqda

C

C

C və ya B FƏRDİ

c) mülayim və ya cüzi dərəcədə ifadə olunmuş uzun sürən astenik hal olduqda

Ç

Ç

Ç

ç) sağalma ilə nəticələnən yüngül və qısamüddətli astenik hal olduqda

A-4

A

A

 

Bu maddə ümumi infeksiyalar, intoksikasiyalar (psixoaktiv maddələrin qəbulundan sonra yaranmış intoksikasiyalardan başqa), müxtəlif mənşəli somatik xəstəliklər, doğuş, klimaks, maddələr mübadiləsinin pozulmaları, İİÇV—infeksiyaları və başqa səbəblər nəticəsində yaranmış psixozları və digər ruhi pozuntuları nəzərdə tutur. RM, İŞM, RYK, EMS mənbələri, lazer şüalanması və digər amillərin təsirindən baş verən ruhi pozuntular da buraya aid edilir.

Müayinə və şəhadətləndirilmənin nəticələri haqqında sənədlərdə ruhi pozuntunun inkişafına gətirib çıxarmış əsas xəstəlik göstərilməlidir.

«a» bəndinə kəskin ifadə olunmuş kliniki əlamətlərlə və ya uzunmüddətli gedişlə, o cümlədən şəxsiyyətin mühüm dəyişiklikləri ilə müşayiət olunan psixotik hallar aiddir.

«b» bəndinə şəxsiyyətin üzvi tipli patoloji dəyişikliklərinə və ya nəzərəçarpan, davamlı (3 aydan artıq) astenik vəziyyətə (serebrasteniyalara), o cümlədən, mərkəzi sinir sisteminin üzvi zədələnməsi əlamətlərinə gətirib çıxaran mülayim dərəcədə ifadə olunmuş və ya təkrarlanan psixotik və qeyri-psixotik hallar aiddir.

Xəstəliyin xoş gedişli olduğu və xəstəlik əlamətlərinin davamlı kompensasiyası baş verdiyi halda zabitlər, gizirlər, miçmanlar sıradankənar hərbi xidmətə yararlı sayıla bilərlər.

«c» bəndinə mərkəzi sinir sisteminin üzvi zədələnməsi əlamətləri olmadıqda keçirilmiş infeksiyadan sonra uzun sürən (3 aya qədər), mülayim və ya cüzi dərəcədə ifadə olunmuş astenik hallar aiddir. Bu zaman, hərbi qulluqçuların xidməti vəzifələrinin icrasından azad edilməsi və ya onlara xəstəliyə görə 15 — 20 gün müddətinə məzuniyyət verilməsinin zəruriliyi, ilkin hərbi uçota götürülərkən və hərbi xidmətə çağırılarkən isə vətəndaşlara onların 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsızlığı haqqında qərar çıxarılır. Xəstəliyə görə məzuniyyət və ya azadedilmə müddəti başa çatdıqdan sonra zərurət olarsa, təkrar şəhadətləndirilmə keçirilir.

Alkoqol və ya narkotik vasitələr, psixotrop maddələrlə kəskin zəhərlənmə keçirmiş şəxslərə xəstəliyə görə məzuniyyət verilmir.

«ç» bəndinə kəskin xəstəlik nəticəsində baş verən, yüngül və qısamüddətli (2 — 3 həftəyədək) asteniya ilə müşayiət olunan və sağalma ilə nəticələnmiş ruhi pozuntular aiddir.

Anamnezdə bu maddədə göstərilən ruhi pozuntuların olması, ruhi-əsəb sferasında və daxili orqanlarında patologiyanın olmaması hallarında da şəhadətləndirilmə «ç» bəndi üzrə aparılır. Belə ruhi pozuntuların sağalma ilə nəticələnməsi tibb müəssisələrində müayinə ilə təsdiq olunmalıdır.

 

Maddə


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin