«Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə


Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri



Yüklə 1,65 Mb.
səhifə41/92
tarix30.12.2021
ölçüsü1,65 Mb.
#18212
1   ...   37   38   39   40   41   42   43   44   ...   92
Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri

 

Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

37

Xarici qulağın xəstəlikləri: xarici qulaq keçəcəyinin və qulaq seyvanının ekzeması, xroniki diffuz xarici otit, mikozlar nəticəsində xarici otit, xarici qulaq keçəcəyinin qazanılmış daralmaları

A-4

A


HDQ, ÜH, DP, XQ-də FƏRDİ

Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

38

Orta qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri:

 

 

 

a) poliplərlə, təbil boşluğunda qranulyasiyalarla, sümük kariyesi ilə müşayiət olunan və (və ya) burunətrafı ciblərin xroniki xəstəlikləri ilə müştərək olan ikitərəfli və ya birtərəfli xroniki orta otit

C

C

C və ya B FƏRDİ

b) poliplərlə, təbil boşluğunda qranulyasiyalarla, sümük kariyesi ilə müşayiət olunmayan və (və ya) burunətrafı ciblərin xroniki xəstəlikləri ilə müştərək olmayan ikitərəfli və ya birtərəfli xroniki orta otit

C

C

B

c) keçirilmiş orta otitin qalıq əlamətləri, qulağın barofunksiyasının davamlı pozulması ilə müşayiət olunan xəstəlikləri

A-3

A


HDQ-də FƏRDİ

 

Orta qulağın xroniki xəstəlikləri ilə şəhadətləndirilənlərə müalicə təklif olunur.

«a» bəndinə, habelə aşağıdakılar aiddir:

burun tənəffüsünün davamlı çətinləşməsi ilə müşayiət olunan ikitərəfli və ya birtərəfli xroniki irinli orta otit;

əməliyyatdan sonrakı boşluğun natamam epidermizasiyası və boşluqda irin, qranulyasiyalar və ya xolesteatom kütlələrin olması ilə müşayiət olunan orta qulağın xroniki xəstəliklərinin cərrahi müalicəsindən sonrakı hallar;

«Xəstəliklər cədvəli»nin I — II qrafaları üzrə şəhadətləndirilənlərdə qulaq pərdəsinin ikitərəfli davamlı quru perforasiyası və ya əməliyyatdan sonrakı boşluğun tam epidermizasiyası müşahidə olunan hər iki qulaqda radikal cərrahiyyə əməliyyatlarından sonrakı hallar.

Qulaq pərdəsinin davamlı quru perforasiyası dedikdə, 12 ay və daha artıq müddətdə orta qulaqda iltihab olmadığı halda, qulaq pərdəsinin perforasiyası başa düşülür.

Xroniki irinli orta otitin olması otoskopik məlumatlar (qulaq pərdəsinin perforasiyası, təbil boşluğundan ifrazat gəlməsi), təbil boşluğu ifrazatının mikrofloraya görə əkilməsi, gicgah sümüklərinin Şüller və Mayerə görə rentgenoqrafiyası ilə təsdiq olunmalıdır.

«c» bəndinə qulaq pərdəsinin birtərəfli davamlı quru perforasiyası, adheziv orta otit, timpanoskleroz, bir qulaqda 12 ay və daha əvvəl aparılmış radikal cərrahiyyə əməliyyatından sonrakı boşluğun tam epidermizasiyası ilə nəticələnən hallar aiddir.

Qulağın barofunksiyasının davamlı pozulması təkrar müayinələrin məlumatları ilə təyin edilir.

Dalğıclarda barofunksiyanın müayinəsi barokamerada (rekompression kamerada) aparılır. Dalğıc ixtisası üzrə seçilən və ya təhsil alan şəxslər, onlarda eşitmə borusunun yaxşı keçiriciliyi (I və II dərəcəli barofunksiya) olduqda yararlı, barofunksiyanın III dərəcəli davamlı pozulması olduqda, yararsız sayılırlar.

«Dalğıc» hərbi-uçot ixtisası üzrə xidmət keçən şəxslərdə barofunksiyanın III dərəcəli davamlı pozulması olduqda, yararlılıq fərdi qaydada təyin edilir, barofunksiyanın IV dərəcəli pozulması olduqda isə onlar yararsız sayılırlar.

Orta qulaqda radikal və ya rekonstruktiv-bərpaedici cərrahiyyə əməliyyatlarından sonra yaxşı nəticə ilə hərbi qulluqçular «Xəstəliklər cədvəli»nin 41-ci maddəsi üzrə hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti azad edilirlər.

 


Maddə


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin