Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi
|
Hərbi xidmətə yararlılıq kateqoriyası
|
I qrafa
|
II qrafa
|
III qrafa
|
39
|
Vestibülyar funksiyanın pozulmaları:
|
|
|
|
a) davamlı, mühüm dərəcədə ifadə olunmuş vestibülyar pozulmalar
|
D
|
D
|
D
|
b) davamsız, mülayim dərəcədə ifadə olunmuş vestibülyar pozulmalar
|
C
|
C
|
C və ya B FƏRDİ
|
c) vestibülyar qıcıqlara davamlı və mühüm dərəcədə ifadə olunmuş həssaslıq
|
A-3
|
A
|
A
ÜH, DP, XQ-də FƏRDİ, HDQ-də-YS
|
Vestibülyar pozulmalar zamanı müayinənin nəticələri nevropatoloqla birgə qiymətləndirilir.
«a» bəndinə aşağıdakılar aiddir:
kəskin dərəcədə ifadə olunmuş menyerəbənzər xəstəliklər;
tutmaları stasionar müayinə zamanı müşahidə olunmuş və tibbi sənədlərlə təsdiq edilmiş üzvi və ya funksional xarakterli vestibülyar pozulmaların digər ağır formaları.
«b» bəndinə tutmaları qısamüddətli, mülayim dərəcədə ifadə olunmuş vestibülyar-vegetativ reaksiyalarla keçən menyerəbənzər xəstəliklər və vestibülyar pozulmalar aiddir.
«c» bəndinə vestibülyar pozulma siptomları və digər orqanların xəstəlikləri olmadıqda, yırğalanmaya həssaslığın kəskin yüksəlməsi halları aiddir.
Üzən heyətdə xidmətə yararlılıq haqqında məsələ həll edilərkən, yırğalanmaya vərdiş olunmanın mümkünlüyü nəzərə alınmalıdır.
Yırğalanmaya yüksək həssaslıq olduqda, bütün orqanizmin dərindən hərtərəfli müayinəsi aparılmadan, yalnız vestibülyar funksiyanın müayinəsi ilə kifayətlənmək olmaz, çünki vegetativ reflekslər təkcə qulaq labirintindən yox, digər orqanlardan da yarana bilər.
Yalnız, yırğalanma hərbi xidmət vəzifələrini icra etmək qabiliyyətinin sistematik itirilməsinə səbəb olduğu hallarda, məşqlərdə və yürüşlərdə iştirak etməkdən 1 (bir) ildən az olmayaraq vaxt keçdikdən sonra, müsbət nəticələr olmadıqda, üzən heyətdə xidmətə yararsızlıq haqqında qərar çıxarılır.
Hərbi-həkim komissiyası üzən heyətdə xidmətə yararlılıq haqqında qərarı vestibülyar-vegetativ hissiyyatın üç müstəvidə otolit reaksiyası təcrübəsi, fırlanan kresloda və ya Xilov yelləncəyində qıcıqlanmanın cəmlənməsi (kumulyasiyası) üsulu, Koriolis sürətləndirməsinin fasiləsiz kumulyasiya sınağı ilə eksperimental müayinələrin nəticələrinə əsaslanaraq çıxarır.
Vestibülometriyanın nəticələri nevropatoloqla birgə qiymətləndirilir. Vestibülyar pozulmaların müvəqqəti xarakterli olması göstərildikdə, müayinə və müalicə hərtərəfli aparılmalıdır.
Üzən heyətə seçim zamanı otolit reaksiyasının və ya Koriolis sürətləndirməsinin fasiləsiz kumulyasiyası sınağının nəticələri yırğalanmaya davamlılığın meyarı hesab olunur. Belə müayinələr zamanı III dərəcəli vestibülyar reaksiya verən şəxslər üzən heyətdə xidmətə yararsızdırlar.
Vestibülyar funksiyanın müayinə edilməsinin nəticələrini qiymətləndirərkən nəzərə almaq lazımdır ki, hətta III dərəcəli müdafiə hərəkətləri, intensiv vegetativ reaksiyaların yoxluğu üzən heyətdə xidmətə yararsızlıq haqqında qərar çıxarılması üçün əsas ola bilməz, çünki vestibülyar aparatın qıcıqlanmasına olan bu reaksiya davamlı deyil və bir qayda olaraq, müvafiq məşqlər nəticəsində itib gedir.
Uçuş heyətinin, üzən heyətin hazırlanması üzrə hərbi təhsil müəssisələrinə, hava-desant hərbi məktəblərinə (fakültələrinə) daxil olan vətəndaşların şəhadətləndirilməsi zamanı vestibülyar aparatın otolit reaksiyası təcrübəsi ilə və ya Koriolis sürətləndirməsinin fasiləsiz kumulyasiyası sınağı ilə üçqat müayinə aparılması məcburidir.
Dostları ilə paylaş: |