Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 261,08 Kb.
Pdf görüntüsü
səhifə21/48
tarix02.01.2022
ölçüsü261,08 Kb.
#47213
1   ...   17   18   19   20   21   22   23   24   ...   48
5f1ec61b95f10-61fe060649b3cf7c217f64a789765d135f1ec61b95f1e-333sCnmd7J2iN 6

Qeyd: Bu Qanunun 21.1.4-

cü və 21.1.5-ci maddələrində nəzərdə tutulmuş qaydalar təkrar 

ali təhsil alan çağırışçılara şamil olunmur. 

M

addə 22. Müddətli həqiqi hərbi xidmətə çağırılmayan vətəndaşlar 

22.1. Aşağıdakı şəxslər müddətli həqiqi hərbi xidmətə müvəqqəti çağırılmırlar: 

22.1.1.  ictimai  işlər,  islah  işləri  və  müəyyən  müddətə  azadlıqdan  məhrumetmə  növündə 

cəza çəkən və ya barələrində müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza 

şərti  olaraq  tətbiq  edilmiş  vətəndaşlar  (bu  Qanunun  22.2-ci  maddəsində  göstərilən 

vətəndaşlar istisna olmaqla); 




22.1.2.  əvvəllər  törətdiyi  cinayətə  görə  məhkumluğu  üzərindən  götürülməmiş,  yaxud 

məhkumluğu ödənilməmiş vətəndaşlar; 

22.1.3.  barəsində  olan  cinayət  işi  və  ya  məhkəməyədək  sadələşdirilmiş  materiallar  üzrə 

ibtidai istintaq və ya təhqiqat aparılan, yaxud barəsində olan cinayət işinə, məhkəməyədək 

sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə məhkəmədə 

baxılan vətəndaşlar. 

22.2.  Ağır  və  ya  xüsusilə  ağır  cinayət  törətdiklərinə  görə  müəyyən  müddətə  azadlıqdan 

məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş 

vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılmırlar. 


Yüklə 261,08 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin