Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanunu


Maddə 26. Hərbi qulluqçuların və hərbi vəzifəlilərin tərkibi



Yüklə 261,08 Kb.
Pdf görüntüsü
səhifə24/48
tarix02.01.2022
ölçüsü261,08 Kb.
#47213
1   ...   20   21   22   23   24   25   26   27   ...   48
5f1ec61b95f10-61fe060649b3cf7c217f64a789765d135f1ec61b95f1e-333sCnmd7J2iN 6

Maddə 26. Hərbi qulluqçuların və hərbi vəzifəlilərin tərkibi 

Hərbi  qulluqçular  və  hərbi  vəzifəlilər  əsgər  (matros),  çavuş,  gizir  (miçman)  və  zabit 

heyətlərinə, zabit heyəti isə kiçik, baş və ali zabit heyətlərinə bölünür. 

Maddə 27. Hərbi xidmət vəzifələrinin icrası 



27.1.  Hərbi  qulluqçular  və  toplanışa  çağırılmış  hərbi  vəzifəlilər  aşağıdakı  hallarda  hərbi 

xidmət vəzifələrinin icrasında sayılırlar: 

27.1.1. döyüş əməliyyatlarında iştirak edərkən; 

27.1.2.  hərbi  vəziyyət  dövründə,  yaxud  silahlı  münaqişələr  zamanı  müəyyən  edilmiş 

vəzifələri yerinə yetirərkən

27.1.3.  döyüş  növbəsini  (döyüş  xidmətini)  apararkən,  daxili  xidmət  naryadlarında, 

qarovulda və qarnizon növbələrində olarkən; 

27.1.4. təlimlərdə və təlimlə bağlı səfərlərdə iştirak edərkən; 

27.1.5.  vəzifə  borclarını,  yaxud  komandir  (rəis)  tərəfindən  verilmiş  əmr,  sərəncam  və  ya 

göstərişi yerinə yetirərkən; 

27.1.6. günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtında və ya xidməti zərurətlə 

əlaqədar günün digər vaxtlarında hərbi hissənin (müəssisənin) ərazisində olarkən; 

27.1.7. ezamiyyətdə olarkən; 

27.1.8. müalicədə olarkən və müalicə yerinə gedib-gələrkən; 

27.1.9. toplanışlar keçərkən

27.1.10. hərbi xidmət yerinə gedib-gələrkən

27.1.11. əsirlikdə olarkən (düşmən tərəfinə könüllü keçmə hallarından başqa); 

27.1.12. xidməti vəzifəsini icra edərkən xəbərsiz itkin düşdükdə — şəxs qanunla müəyyən 

olunmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilənədək

27.1.13. vətəndaşların həyat və sağlamlıqlarını, şərəf və ləyaqətini müdafiə edərkən

27.1.14.  insan  və  vətəndaş  hüquq  və  azadlıqlarının  müdafiəsi,  qayda-qanunun,  ictimai 

təhlükəsizlik  və  ictimai  qaydanın  qorunub  saxlanılması  işində  dövlət  orqanlarının 

əməkdaşlarına köməklik göstərərkən; 

27.1.15.  fövqəladə  halların  və  ya  təbii  fəlakətlərin  və  texnogen  xarakterli  qəzaların 

qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında iştirak edərkən. 

27.2.  Hərbi  qulluqçuların  və  toplanışa  çağırılmış  hərbi  vəzifəlilərin  vəfat  etmələri  (həlak 

olmaları),  yaxud  bədən  xəsarəti  (yara,  travma,  kontuziya)  almaları,  aşağıdakı  hallar 

nəticəsində baş verdikdə hərbi xidmət vəzifələrinin icrası ilə bağlı sayılmır: 

27.2.1.  bu  Qanunun  27.1-

ci  maddəsində  nəzərdə  tutulan  hallardan  başqa,  günün  nizam 

qaydaları ilə müəyyən edilmiş xidmət vaxtı ərzində komandirin (rəisin) məlumatı olmadan 

və  ya  xidmət  vaxtından  sonra  komandir  (rəis)  tərəfindən  verilmiş  əmr,  sərəncam  və  ya 

digər  göstərişin  yerinə  yetirilməsi  ilə  əlaqədar  olmayan  hallarda  hərbi  hissədən  (xidmət 

yerindən) kənarda olması; 

27.2.2. sərxoş vəziyyətdə olması; 



27.2.3. inzibati xətanın və ya cinayətin törədilməsi. 

27.3. Hərbi xidmət vəzifələrinin icrası ilə bağlı olmayan və ya qanunvericiliyin tələblərinin 

pozulmasına  gətirib  çıxaran  əmr,  sərəncam  və  göstəriş  vermək  qadağandır.  Belə  əmr, 

sərəncam və göstəriş vermiş komandirlər və rəislər Azərbaycan Respublikasının müvafiq 

q

anunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 




Yüklə 261,08 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin