Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanunu


Maddə 21. Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi



Yüklə 261,08 Kb.
Pdf görüntüsü
səhifə20/48
tarix02.01.2022
ölçüsü261,08 Kb.
#47213
1   ...   16   17   18   19   20   21   22   23   ...   48
5f1ec61b95f10-61fe060649b3cf7c217f64a789765d135f1ec61b95f1e-333sCnmd7J2iN 6

Maddə 21. Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi 

21.1.  Mülkiyyət  və  təşkilati-hüquqi  formasından  asılı  olmayaraq  dövlət  qeydiyyatına 

alınmış,  fəaliyyətinə  xüsusi  razılıq  (lisenziya)  verilmiş  və  akkreditasiya  olunmuş  təhsil 

müəssisələrində  və  onların  filiallarında  təhsilini  davam  etdirmək  üçün  aşağıdakı 

çağırışçılara möhlət yalnız bir dəfə verilir: 

21.1.1. ümumi təhsil müəssisələrində tam orta təhsil alan, 20 yaşınadək çağırışçılara; 

21.1.2.  ilk  peşə-ixtisas  təhsili  müəssisələrində  təhsil  alan,  bu  müəssisələrə  daxil  olana 

q

ədər tam orta təhsil almamış 20 yaşınadək çağırışçılara; 



21.1.3. orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə  daxil olana qədər 

tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara; 

21.1.4.  ali  təhsil  müəssisələrində  və  onların  filiallarında  əyani  təhsilalma  formasında  ali 

təhsil  pilləsində  (bakalavriat),  ali  baza  tibb  təhsili  və  rezidenturada  təhsil  alanlara  — 

təhsilini bitirənədək

21.1.5. 


xarici  ölkələrin  siyahısı  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  təsdiq  edilmiş 

təhsil  müəssisələrində  əyani  təhsilalma  formasında  təhsil  alanlara  ali  təhsil  pilləsində 

(bakalavriat),  tibb  təhsili  üçün  ali  baza  tibb  təhsili  və  rezidenturada  (internaturada)  təhsil 

alanlara müvafiq təhsilini bitirənədək. 

21.2.  Ali  təhsil  müəssisələrindən  xaric  edilmiş  şəxslər  6  ay  müddətində  ali  təhsil 

müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla 

müddətli həqiqi hərbi xidmətə çağırılırlar. 

21.3. Təhsilini davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət almış 

və müddətli həqiqi hərbi xidmətə çağırılmamış çağırışçılar 35 yaşına çatanadək müddətli 

həqiqi hərbi xidmətə çağırılırlar. 




Yüklə 261,08 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin