Hərbi vəzifə və hərbi xidmət haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndinə
uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və hərbi xidmət nəzərdə tutulmuş digər
dövlət orqanlarına (dövlət orqanlarının strukturuna daxil olan qurumlara) həvalə edilmiş vəzifələrin
yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsi qaydalarını
müəyyən edir.
[1]
1-ci
fəsil
Ümumi müddəalar
Maddə 1. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik
1.1. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından,
bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdən ibarətdir.
1.2. Səfərbərlik üzrə hərbi vəzifələrin yerinə yetirilməsi məsələləri “Azərbaycan Respublikasında
səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının Qanunu və “Hərbi
xidmətkeçmə haqqında” Əsasnamə ilə tənzimlənir.