Hərbi vəzifə və hərbi xidmət haqqında


Maddə 2. Bu Qanunda istifadə olunan əsas anlayışlar



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə2/59
tarix02.01.2022
ölçüsü0,92 Mb.
#40859
1   2   3   4   5   6   7   8   9   ...   59
44 (1)

Maddə 2. Bu Qanunda istifadə olunan əsas anlayışlar 

  

2.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakılardır: 

2.0.1.  hərbi  vəzifə  -  qanunvericiliklə  nəzərdə  tutulmuş  qaydada  Azərbaycan  Respublikası 

vətəndaşlarının  hərbi  qeydiyyatı,  çağırışaqədərki  hazırlığı,  hərbi  xidmətə  çağırışı,  çağırış  üzrə  və 

könüllü  hərbi  xidmətkeçməsi,  ehtiyatda  olması,  toplanışlara  çağırışı  və  toplanış  keçməsi,  səfərbərlik 

üzrə vəzifələrin yerinə yetirilməsidir; 

2.0.2.  hərbi  xidmət  –  dövlət  qulluğunun  xüsusi  növü  olmaqla  Azərbaycan  Respublikasının  Silahlı 

Qüvvələrində və  siyahısı  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  təsdiq  edilmiş  digər  dövlət 



orq

anlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş 

qaydada  və  müddətlərdə  Azərbaycan  Respublikası  vətəndaşlarının,  əcnəbilərin  və  vətəndaşlığı 

olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir;

[2]

 

2.0.3. ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını 



yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir; 

2.0.4.  hərbi  uçot  –  Azərbaycan  Respublikasının  Silahlı  Qüvvələrini və  Azərbaycan  Respublikasının 

qanunvericiliyinə  uyğun  olaraq  yaradılmış  başqa  silahlı  birləşmələri şəxsi  heyətlə  komplektləşdirmək 

məqsədilə  çağırışçıların  və  hərbi  vəzifəlilərin  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən 

edilmiş qaydada siyahıya alınmasıdır;

[3]

 

2.0.5. 



hərbi  qeydiyyat  –  Azərbaycan  Respublikasının  Silahlı  Qüvvələrini və  Azərbaycan 

Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq  yaradılmış  başqa  silahlı  birləşmələri şəxsi  heyətlə 

komplektləşdirmək məqsədi ilə bütün çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri və ya olduğu yer 

üzrə  müvafiq  icra  hakimiyyəti  orqanında  qeydiyyata  alınmasıdır.  Çağırışçıların  və  hərbi  vəzifəlilərin 

hərbi qeydiyyatının aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir;

[4]

 

2.0.6.  hərbi  uçot  ixtisası  –  Azərbaycan  Respublikasının  Silahlı  Qüvvələrində və  ya  Azərbaycan 



Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq  yaradılmış  başqa  silahlı  birləşmələrdə həqiqi  hərbi 

xidmətə çağırılmalı olan (və ya qəbul edilməsi mümkün olan) şəxslərin hərbi ixtisaslar üzrə istifadəsi 

mümkünlüyünün müəyyənləşdirilmiş qeydiyyatıdır;

[5]

 

2.0.7. çağırışaqədər yaş həddində olan vətəndaşlar – ilkin hərbi qeydiyyata alınma yaş həddində olan 



Azərbaycan Respublikasının vətəndaşları; 

2.0.8.  çağırışçılar  –  ilkin  hərbi  qeydiyyata  alınmış  və  ya  alınmalı  olan  müddətli  həqiqi  hərbi  xidmət 

keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları; 

2.0.9.  hərbi  qulluqçular  –  həqiqi  hərbi  xidmətdə  olan  şəxslər. Həqiqi  hərbi  xidmətə  çağırılmış  və  ya 



könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında 

xüsusi qeydiyyata alınırlar;

[6]

 

2.0.10. hərbi vəzifəlilər – ehtiyata keçirilmiş Azərbaycan Respublikasının vətəndaşları; 



2.0.11.  hərbi  vəzifəli  olmayanlar  –  hərbi  qeydiyyata  götürülməli  olmayan  və istefaya  buraxılmış 

(keçirilmiş) Azərbaycan Respublikasının vətəndaşları;

[7]

 



2.0.12. 

hərbi  qeydiyyata  götürülməli  olmayanlar  - Azərbaycan  Respublikasının  vətəndaşlığı  olmayan 

şəxslər,  sağlamlıq  vəziyyətinə  görə  həm  dinc  dövrdə,  həm  də  müharibə  dövründə  hərbi  xidmətə 

yararsız hesab edilmiş, törədilmiş ağır və ya xüsusilə ağır cinayətə görə müəyyən müddətə azadlıqdan 

məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, ehtiyatda 

olmağın son yaş həddinə çatmış vətəndaşlar və qadın vətəndaşlar (hərbi-uçot ixtisasına malik olan, öz 

razılığı ilə hərbi qeydiyyata götürülən qadınlardan başqa).


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin