İxtilaf nöqtələrini ortaya çıxarmaq
İbn Əbdülvəhhabla müxalifləri arasında ən böyük ixtilaf onun
nəzəriyyəyə, digərlərinin isə nəticələrə əhəmiyyət vermələridir.
80
İbn Əbdülvəhhaba qarşı cəbhədə yer alanlar avam insanlar deyillər.
Tam tərsinə, özünün də “Dürərdə”
108
etiraf etdiyi kimi, dövrünün sayılıb-
seçilən insanlarıdır.
Onu şəfaəti inkar etməkdə ittiham etdilər. İbn Əbdülvəhhab isə
şəfaəti inkar etmədiyini söylədi. Ancaq o, eyni zamanda şəfaəti tövhid əhli
adlandırdığı öz tərəfdarları ilə məhdudlaşdırdı! Şəfaət müsəlmanlardan
(yəni, onun fikrində olanlardan) başqası üçün deyildir.
Müxaliflərin xətası onu mütləq olaraq şəfaəti qəbul etməmək
ittihamında, İbn Əbdülvəhhabın səhvi isə sadəcə şəfaəti davamçıları ilə
məhdudlaşdırmasında idi. Müxalifləri nəticəyə baxırdılar, o isə öncədən
fikirlərini söyləyirdi.
Onlar deyirlər: Sən müsəlmanları təkfir edirsən. O isə müsəlmanları
(Allahın və elçisinin (s.ə.s) təkfir etdiklərindən başqa) təkfir etmədiyinə and
içir. İşin sirri onların nəticəyə baxıb özlərinin və tərəfdarlarının İbn
Əbdülvəhhab tərəfindən küfrlə ittiham edildiklərini görmələridir. O isə
ümumiyyətlə onları müsəlman saymır! O, müsəlmanları təkfir etmir, çünki
(ona görə müsəlmanlar) onlar müvahhidlərdir (öz tərəfdarlarıdır). Bu son
adı onlara o verməmişdi.
109
İbn Əbdülvəhhab və düşmənləri təkfir məsələsi ətrafında dönüb
dolaşırlar. Hər kəs bir tərəfdən yapışır. O, müqəddiməyə etimad göstərir,
digərləri isə nəticələrə etiraz edir. Buna görə da qarşılıqlı anlaşma və
ixtilafı müəyyən etmək mümkün olmur. İki tərəfin də davam etdiyi ifrat
burada bitmir. Hər biri öz tərəfdarlarına arxa çıxır və digərlərinə zülm edir.
108
II cild, səh. 62.
109
Müsəlmanları təkfir ittihamından özünü müdafiə etdiyinə nümunə kimi “Dürərə” (1-ci cild, səh. 63)
bax. İbn Əbdülvəhhabın müxalifləri onun avamı təkfir etdiyini söyləyirlər. Bu böyük böhtandır. Ancaq
o, ittihamı bu sözüylə dəstəkləyir. Tövhidin Allahın və Elçisinin (s.ə.s) dini olduğuna şəhadət edəni
(dəvətin Allahdan başqasına edildiyinə) təkfir etdiyimiz batil görüşdür. Sonra tövhid əhlini təkfir edir və
onları xaricilər deyə adlandırır! O zaman sadəcə sözdə ittifaq təsis olunmalıdır. İbn Əbdülvəhhabın
müxaliflərı və düşmənlərı tərəfındən xarici, vəhhabi adlandıraraq təkfir edilməsi caiz deyildir. Onların
bizi küfrdə ittiham etmələri bizi hiddətləndirsə də, bizim də onları təkfir etməyimiz caiz deyil. Bu
səhabənin metodudur. Onlar başqalarını təkfir etmədilər. İbn Əbdülvəhhab başqa bir yerdə bunu iqrar
edir. Bunu ziddiyyət sayır.
81
İKİNCİ BÖLÜM
İbn Əbdülvəhhabın digər əsər və risalələrindəki
görüşləri haqqında araşdırma
(Dürərus-səniyə nümunəsi)
Birinci: İbn Əbdülvəhhabın “Kəşfüş-şübuhat”
xaricindəki görüşləri
İbn Əbdülvəhhabın Qasim xalqına yazdığı
110
risalədən başqa
111
təxminən bütün əsərlərində təkfir mövzusunda ifrata yol verdiyinin şahidi
oluruq. İnadçılıq etməsək (ki, bu reallaşmışdır), onun xətalarını üzrlü hesab
etməyimiz mümkün deyildir.
İbn Əbdülvəhhabın bir çox əsər və risalələrini əhatə edən
“Dürəri”
112
ələ alsaq (“Kitabut-Tövhid” də buraya daxildir. Onun tənqidi
əlavədən sonra gələcək), aşağıda göstəriləcək nümunələrini
113
seçdiyim
yazılarında təkfir mövzusunda açıq şəkildə ifrata dəlalət edən bölümlər
aşkarladım.
110
Dürər, 1.cild, s.34.
111
Orada övliya ilə təvəssül edənləri, Busirini, İbnul-Farizi, İbnul-Ərəbini və məzhəblərə dairyazılmış
əsərləri (batil olduğu mövzusunda) təkfir etmədiyini açıqlayır. Onun eyni kitabın birinci cildində (səhifə
səksən) bənzər sözləri vardır.
112
Dürərus-Səniyyə fil Əcvibətil-Nəcdiyyə. Əbdürrəhman ibn Qasım əl-Hənbəli ən-Nəcdi tərəfındən
hazırlanmış və hicri 1417-ci ildə gözdən keçirilərək, əlavələrlə altıncı dəfə nəşr olunmuşdur. Mətbəənin
adı qeyd edilməmişdir. İbn Qasım bu kitabı İbn Əbdülvəhhabın dövründən günümüzə qədər Nəcdin
öndə gələn alimlərinin məsələ və risalələrinin məcmusu kimi təqdim etmişdir! Halbuki, İbn Qasım hicri
1392-ci ildə vəfat etmişdir. Əbdüləziz ibn Baz bu kitabı gündəlik dərs kimi oxudurdu. Lakin bildiyim
qədər təkfir mövzusunda ifrat fətva və risalələri oxutmurdu. Ancaq digər əsərlərində İbn Əbdülvəhhab
və davamçılarının öndə gələnlərinin metodunu ortaya çıxaracaq çoxlu dəlil tapdım. Bu bölümdə qeyd
etdiyim kitabla kifayətlənəcəyəm. Sonra İbn Əbdülvəhhabın Kitabut-Tövhiddən nümunələr verərək
xətalarını göstərəcəyəm.
113
Dürərdən seçilmiş nümunələr.
82
Birinci nümunə: Nəcdin alim və qazıları İslamı bilmirlər!
Bu, Məhəmməd ibn Əbdülvəhhabın sözüdür. Onların Allahın
biriliyini, Məhəmməd ibn Abdullahın diniylə Amr ibn Lüheyin
114
(ərəblər
üçün buraxdığı) “dini” arasındakı fərqi bilmədiklərini söyləyir!
Bunun dəlili onun öz sözüdür - “Dürər”-in X cild, əlli birinci
səhifəsində deyilir: “Elm tələb etdim. Mənim indiyədək Allah birdir və
başqa ilah yoxdur ifadəsinin mənasını və İslam dinini bilmədiyimə
yəqinlik qazandım. Bu xeyirdən əvvəl Allah onu verdi. Müəllimlərimin
içində də bunu bilən yox idi. Bu zamananadək Ariz alimlərindən biri bu
ifadənin mənasını və İslamı bildiyini (və ya müəllimlərdən biri bunu
bildiyini) söyləsə, yalan demiş və iftira atmış olar! İnsanları aldatmış
olar! Layiq olmadığı şeylə özünü tərifləmiş olar!”
Sonra oxşar ifadələri “Dürər” I cild, əlli yeddinci səhifədə bir daha qeyd
etmişdir. Onlara xitab edən alimlər və onların ustadları da İslam dinini başa
düşmürlər. Məhəmmədin (s.ə.s) dini ilə Amrın (ərəblər üçün qoyduğu) “dini”
arasındakı fərqi ayırd edə bilmirlər. Amrın “dini” onlara görə doğrudur!
Mənə görə, şübhəsiz burada Nəcdin seçilmiş alim və qazılarının,
onların müəllimlərinin açıq təkfiri vardır. Bunların vəziyyəti belədirsə,
avam necə olar? Bunu bu gün təsdiq etmirik. Müasir tarixçilər hicri IX əsr
İbn Üzeybdən XII əsrdə İbn Əbdülvəhhabadək Nəcd bölgəsinin alimlərini,
qazılarını və müsəlman elm tələbələrindən bəhs edən bütün tarix kitablar
bunu deməkdədir. Çağdaş tarixçilər Üşeyqar, Şuqra, Büreydə, Üneyzə,
Hüreymilə, Üyəynə, Riyad, Xərc və Əfləcin
115
İbn Əbdülvəhhabdan əvvəl
yaşamış alimlərinin çoxunun bioqrafiyasını yazmışlar. Bunların kafir və
bütpərəst olmadığına dair icma vardır. Bəli, onların bəzisı və ya hamısı
övliyaya təbərrük mövzusunda ifrata getmiş, dəvətləri zəif olmuş, ya da
bəzi bidətlərə yol vermiş ola bilərlər. Bunların da bidət və ya əqidə xətası
olduğunu söyləmək ən son ağla gələn məsələdir. Ancaq onların bütə
tapındıqları, Amrın dinini Məhəmməd ibn Abdullahın (s.a.s) dinindən
üstün saydıqları sözü batildır. Bunu insaflı kimsə deməz. Buna oxşar
ifadəni deməyə cəsarət edəcək ağıllı adam ola biləcəyini zənn etmirəm.
114
Amr ibn Lühey Ərəbistana bütpərəstliyi gətirən şəxsdir (mütərcim).
115
Ərəbistan yarımadasında yer adlarıdır (mütərcim)
83
Müsəlmanları təkfir etməkdən Allaha sığınırıq. Allahdan İbn Əbdülvəhhabı
Nəcd alimlərini (Allah onlara rəhmət etsin) açıq təkfir etdiyi üçün
bağışlamasını istəyirik.
Şeyx ibn Hümeyd “Suhubul-vabilə”
116
əsərində İbn Əbdülvəhhab
zamanında və ondan əvvəl yaşamış bir çox Nəcd üləmasının adını qeyd
etmişdir.
Şeyx Abdullah Bəssam
117
“Uləmau Nəcd xilalə səməniyəti qurunin”
kitabında bütə tapındıqları və Amrın dinini seçmələri bir tərəfə, heç birini
bidətlə belə ittiham etmir. Nəcd alimlərindən bəhs edən əsərlər içərisində Şeyx
Salih Qazinin, Şeyx Bəkr Əbu Zeydin
118
(“Uləmaul-Hənabilə” kitabı) və
digərlərinin kitablarını nümunə kimi göstərə bilərik. İbn Əbdülvəhhabdan
əvvəl və onun zamanında bioqrafiya yazanlardan heç kimin əsərlərində bu
alimlərin hər hansı birinin bütə tapındığını və ya İslamdan başqa din seçdiyini
tapa bilmədim! Belə inancdan Allaha sığınırıq. Bu, İbn Əbdülvəhhabın təkfirə
və xətaya düşdüyünün açıq dəlilidir.
İkinci nümunə: İbn Əbdülvəhhab zamanında Hənbəli və digər
məzhəb alimləri dindən çıxara biləcək böyük şirkə
batmış müşriklər idilər.
İbn Əbdülvəhhabın müəyyən şəxsləri təkfir etməsi nümunələrindən
biri də şeyx Süleyman ibn Süheym əl-Hənbəliyə yazmış olduğu
məktubdur:
119
“Yadına salım ki, sən və atan küfrdə, şirkdə və nifaq içindəsiniz!
Sən və atan gecə gündüz bu dinin əleyhinə çalışırsınız! Sən inadkar və
yolunu azmış bir adamsan və İslamın yerinə küfrü seçmisən! Bu da sənin
kitabın, orada sənin küfrün yer almaqdadır.”
“İbn Əbdüllətif, İbn Əfaliq və İbn Mütləqə gəlincə, onlar da
tövhidi inkar edirlər. Onların içində İslama ən yaxın olan İbn
Firuzdur.”
120
116
Doktor Əbdurrahman Üseyminin təhqiqi.
117
Böyük alimlər heyətinin üzvü. Hənbəli alim.
118
Böyük alimlər heyətinin üzvü. Hənbəli alim.
119
“Dürər”, X cild, səh. 31.
120
“Dürər”, X cild, səh. 87.
84
Məhəmməd ibn Firuz Hənbəli, İbn Teymiyyə və İbn Qəyyimin
davamçısı olmasına baxmayaraq, İbn Əbdülvəhhab onun İbn Teymiyyə və
İbn Qəyyimin görüşlərini qəbul etmədiyini iddia edir. Allah qorusun. Əgər
bu, İbn Teymiyyə və İbn Qəyyimi təqlid edən hənbəli məzhəbindən olan
birisi İslama girməmişsə, digərlərinin halı necə olar?!
İbn Əbdülvəhhab başqa bir yerdə onun dindən çıxaracaq böyük küfr
içində olduğunu açıqlayır.
121
Əgər İbn Teymiyyə və İbn Qəyyimi təqlid
edənin vəziyyəti belədirsə, o zaman zeydiyyədən, ibaziyyədən,
imamiyyədən, sufilərdən və digərlərindən olan fəqihlər bir tərəfə maliki,
şafei, hənəfi və zahiri alimlərin vəziyyəti necədir?!
Üçüncü nümunə: Nəcd və Hicaz müsəlmanları
öldükdən sonra dirilməni inkar edirlər?!
O, Nəcd və Hicaz əhalisinin çoxunun öldükdən sonra diriləcəklərini
inkar etdiklərini iddia edir!
122
Əslində bu doğru olmayan, batil bir iddiadır. Ondan əvvəl, yaşadığı
dövrdə və ondan sonra da müsəlmanların hamısı deyə biləcəyimiz
əksəriyyəti (bütün yəhudi və xristianlar da daxil) oxşar şəkildə öldükdən
sonra dirilməyə inanırdılar. Düzdür bəzən bidət və xurafat çoxalmışdır.
Qədimdən günümüzədək İslam ümməti içərisində istər Ərəbistan
yarımadasında, istərsə də onun xaricində bu kimi hallar olmuşdur. Lakin
bu, müsəlmanların kafir olduqlarına və ya axirəti inkar etdikləri mənasına
gəlmir. O hara, bu hara?!
Dördüncü nümunə: İbn Əbdülvəhhab dindən
çıxaran küfrlə nəyi nəzərdə tutur?!
İbn Əbdülvəhhabın küfr deyərkən nəzərdə tutduğu adi yox, dindən
çıxaran böyük küfrdür. Bunu əsərlərində tez-tez təkrar edir. “Digərləri bir
tərəfə İbn Firuz, Salih ibn Abdulla və bənzərlərinin ifadələri açıq şəkildə
dindən çıxaran zahiri küfrdür!”
121
“Dürər”, X cild, səh. 63.
122
“Dürər”, X cild, səh. 43.
85
Bunlar iki hənbəli fəqihləridir. Bu, İbn Əbdülvəhhabın öz metodunda
açıq təkfiridirsə, o zaman digər davamçıları necə davranacaqlar? İnsaflı
şəxsin bundan böyük isbata ehtiyacı olmaz. Bu son iki ifadənin iki də
böyük xətası vardır:
Birinci: Müəyyən bir şərhi olan müsəlman alimi təkfir etməkdir;
İkinci: Təkfir insanı dindən çıxardır. Bu təkfir də dindən çıxardar.
Bunun, qanın və malının halallığı, zürriyətinin əsirliyi, mirasdan məhrum
etmə, istiğfarı (bağışlanmağı) haram etmə, sədəqə verməmə, həccə icazə
verməmə və oxşar mühüm işlərə mane olma kimi təhlükəli əməllərə gətirib
çıxaracağı məlumdur. Bundan sonra əsl müsəlman onların içində ancaq
ikiüzlülük edərək yaşaya bilər. Qeyri-müsəlmanların
123
çalışdığı kimi
işçilik edər. O, yalnız boyun əyər və zülmə məruz qalar. Doğru desə
onlardan, yalan desə Allahdan qorxar. Müsəlman olaraq ölər, ancaq nifaqla
yaşayar.
Beşinci nümunə: Yenə müəyyən bir təkfir
İbn Əbdülvəhhab nəcdli hənbəli alimi olan Əhməd ibn Əbdülkərimə
qarşı çıxaraq ona məktub yazmışdır:
124
“İbn Ğənnama yönəldərək
İbrahimin dinindən uzaqlaşdın. Müşriklərə tabe olduğun üçün onlar
əleyhində şahidlik edəcək!”
Bu, İbn Əbdülvəhhabın üslubuna xas açıq təkfirdir.
Altıncı nümunə: Hərameyn əş-Şərifeyn
125
küfr diyarıdır!
Onun itaətinə girməyən və dəvətini qəbul etməyən bütün bölgələr
(Harameyn də daxil olmaqla) müşrik diyarlarıdır! Nümunə üçün baxın:
Dürər, X cild, səh. 12,64, 65, 77, 86.
126
123
Əhli Zimmət
124
Dürər, X cild, səh. 64
125
Məkkə və Mədinə
126
Bütün bunlar sənədləşdirilmiş şəkildə Dürərdən alınmışdır. Yalnız yerində qeyd etdiyim istisna təşkil
etməkdədir.
86
Yeddinci nümunə: İmamiyyənin
127
təkfiri
Hənbəlilərin təkfiri ilə müqayisə etsək, imamiyyənin təkfiri daha
asandır. İbn Əbdülvəhhab “kim onların küfründən şübhə edərsə, kafirdir”, -
deyir.
128
Bunu Məqdisidən rəvayət edir. Lakin İbn Teymiyyə (ifratına və
mövzuya dərindən bələd olmasına) açıq şəkildə onların bidətçi müsəlman
olduqlarını, ancaq kafir olmadıqlarını deyir. Lakin İbn Əbdülvəhhab
şiddətə daha çox üstünlük verir.
Səkkizinci nümunə: Səhabələrə dil uzadanların təkfiri
İbn Əbdülvəhhabın səhabələrə dil uzadanları təkfir etməsi Dürərdə
yer almışdır.
129
Bu, ifrat əqaid kitablarında da yer almaqdadır. Ancaq doğru
deyildir. Xaricilərin İmam Əlini (r.a) təkfir etməsinə və ona dil
uzatmalarına baxmayaraq o, onları kafir hesab etməmişdir. Əbu Bəkir
Siddiq də eynisini etmişdir. İmam Əhmədin “Müsnəd”-ində səhih sənədlə
Həzrət Əbu Bəkr özünə küfr edən və ağır həqarətlər yönəldənlərə qarşı bir
söz deməyi qadağan etdiyi rəvayət olunur. Bəs onda niyə bunlar səhabəyə
söyməyi təkfir sayır ki? Özləri Əlini (Allah ondan razı olsun) söyən
Muaviyəni müdafiə etmirlərmi? O kimdir, digəri kimdir? Müslimin
“Səhih”ində onun Əli ibn Əbu Talibi söyməyi əmr etdiyi yer almırmı?
İmam Əlininimi (r.a) müdafiə etmək mübahdır, yoxsa ağzına gələni
danışanları müdafiə etməkmi? Niyə İmam Əlini (r.a) müdafiə etmək və
zülmü inkar etmək sadəcə şiə kitablarının haqqı edilsin ki?
130
Sizə nə olub,
necə hökm edirsiniz?
127
On iki imam şiəsini (isnəəşəriyyə) nəzərdə tutmaqdadır.
128
Dürər, 10. cild, s. 369.
129
Dürər, 10. cild, s. 369.
130
Bir çox böyük sünni alimləri İmam Əlinin (r.a) fəzilətlərinə həsr olunmuş əsərlər qələmə almışlar.
Onlardan biri də Nəsaidir. “Xasaisu Əmiril-Muminin Əli ibn Əbi Talib” kitabını dördüncü əsrdə,
Şamdakı üsyana rəddiyə mahiyyətində yazmışdır. Bu kitab ucbatından Nəsai həyatından olmuşdur.
Şamlılar ayağa qalxdılar və oxşar bir kitabın Müaviyənin fəzilətləri haqqında yazmağını tələb etdilər! O
dedi ki, onunla əlaqəli sadəcə bir dənə hədis bilir. “Allah onun qarnını doyuzdurmasın!” Ona
hirsləndilər və ölənə qədər xayalarını sıxdılar! Onların pislikləri digər alimləri öldürdüklərində də üzə
çıxdı. Digər bir əhli sünnə alimi “Müstədrək”-in müəllifi İmam Hafız Əbu Abdullah əl-Hakim idi. O,
hicri beşinci əsrin əvvəllərində qələmə aldığı bu əsərdə İmam Əlinin (r.a) fəzilətlərindən bəhs etmiş və
onu müdafiəsi mahiyyəti daşəyan rəvayətlərə yer vermişdir. Yenə adətləri üzrə müxaliflər baş
qaldırdılar və Müaviyənin fəziləti haqqında hədis çıxarmağını tələb etdilər. O da dedi ki, içimdən
gəlmir. Buna görə Xorasandakı evinə həps edildi. Zamanın əhli sünnə imamı İmam Əbdül-Bərr də
87
Doqquzuncu nümunə: Vəhhabi məktəbinin
Məkkə Mədinə xalqını təkfir etməsi
İbn Əbdülvəhhabın Məkkə xalqını təkfir etdiyini görürük.
131
Onların
dinlərinin Allahın Elçisinin (s.ə.s) islah etməyə çalışdığı müşrik
inanclarının eynisi olduğunu qeyd edir! Bəzi vəhhabilər buna “onlar
qəbirlərə tapnırlar” sözünü də əlavə edirlər! Onları təkfir etməyən də
(İslamı və müsəlmanları sevsədə) onlar kimi kafirdir!
132
Bu əqidədən çıxış edərək İbn Əbdülvəhhabın tərəfdarları iki mübarək
şəhəri istila etdilər. Şəhərin alimlərini, ailələrini, sakinlərini bu əqidəyə
inanmağa məcbur etdilər. Bu hicri 1225 ilində baş verdi. Mübarək
məkanların istilası təxminən hicri 1222 ilində Səud ibn Əbdüləziz
zamanında tamamlandı. (Bu Səud, XX-ci əsrin ortalarında kral
Əbdüləzizdən sonra hökmranlıq edən kral Səud ibn Əbdüləziz deyildir).
İmam Səud ibn Əbdüləziz İbn Əbdülvəhhab kimi təkfir mövzusunda ifratçı
idi. O, birinci Səudiyyə dövlətinin imamlarından idi. Onların hamısı ikinci
və üçüncü Səudi dövlətlərinin əksinə vəhhabi ifratçıları idilər. Onlar (ikinci
və üçüncülər) siyasətçilər idi və onları daha çox milli birlik və ümumi rifah
onlardan biridir. İmam Əlini (r.a) hicri beşinci əsrin ortalarında “İstiab” və “İstizkar” adlı kitablarında
müdafiə etdi. Başına pis bir şey gəlmədi. Çağdaş sələfilər isə mövzunu genişlətməyi tənqid edir və
“Səhabələr arasında ayrı-seçkilik etmirik” deməkdədirlər. Onlar bunu ən çox İbn Teymiyyənin etdiyini
bilirlər. Bununla bizim bəhs etdiyimiz, İmamın (r.a) fəzilətlərini qeyd edib, Əməvi zülmünü pisləməyi
nəzərdə tuturlar. Bu gün də onların İmam Əlini (r.a) müdafiə edən və Əməvi zülmünü tənqid edən hər
kəsə qarşı hücumlarını artırdıqlarını və onları birbaşa rafiziliklə ittiham etdiklərini görürsən! Burada
məqsəd əhli sünnənin Əhli-beytin fəzilətini göstərməkdən və onları müdafiə etməkdən çəkinmədiklərini
göstərmək idi. Ancaq ifratçılar ümumiyyətlə (bu gün olduğu kimi) onların yaddaşlardan silinməsinə
çalışırlar. Bütün bunları da səhabələr haqqında İbn Teymiyyənin, əl-Fərra əl-Hənbəlinin, Mühibbuddin
əl-Xatib və sair sələfi kitabları, universitetlərdə oxudulan kitabları olmalarına baxmayaraq edirlər. Gizli
üsyanlarda çoxlu ləkə var!
131
Dürər, 9. cild, s. 291, 10. cild, s. 86.
132
Vəhhabilər Məkkə və Mədinəni fəth etdikdən sonra Səud əl-Kəbir zamanında yerli alimləri sənəd
imzalamağa məcbur etdilər. Sənəddə bir hökm yer almaqda idi. “Məkkə və Mədinə xalqı fəthdən əvvəl
böyük küfr içində idilər. Buna görə onların qanları və malları mübah idi. Geridə qalan müsəlman
ölkələri də o gün böyük şirk içindədirlər!” (bax. Dürər, 1. cild, s. 314 – 317, orada iki vəsiqəyi də tapa
bilərsən). Onların zorla və şiddətə məruz qalaraq alındığını – iki sənədin bənzərliyindən və bu alimlərin
istiladan əvvəl vəhhabilik əleyhində olduqlarından – o dəqiqə başa düşə bilərsən. Birinci Səudiyyə
dövlətində hədsiz ifratçılığın səbəbi idarə edənlərin də alimlər kimi ifrat olmaları idi. Ancaq Allaha
şükür ikinci və üçüncü Səudiyyə dövlətində vəhhabi yoxdu. Ancaq onlar hələ də ifrat vəhhabiliyin
təhlükəsini anlamırdılar. Buna görə də, krallıqda ifrat güclərin hücumları ilə qarşı qarşıya qaldılar.
Çünki ifratçılar bütün ifrat sələfi və vəhhabi mirasını bundan əlavə partiyaçı oyanış hərəkatlarını da
mənimsədilər. Ölkədə əski və yeni ifratlçılıq üstəlik partiyaçılıq bir yerə toplandı. Həll yolu metodların,
kitabların, fikirlərin və fətvaların yenidən gözdən keçirilməsindədir.
88
maraqlandırırdı. Vəhhabilərə digər vətəndaşlara hücum etməyi qadağan
etdilər. Onlardan bəzilərı gizli də olsa vəhhabilikdən uzaq deyildi.
Vəhhabiliyə qarşı böyük sevgi ehtiva edən davranışlara sövq etmişdir.
Uzun zaman boyunca bu sevginin daşıdığı təhlükələrin fərqinə vara
bilmədilər.
İstənilən halda həmin qalan siyasətçilər müsəlmanları təkfir etməyi
və haqlarına təcavüz etməyi öz dinləri halına gətirənlərin çoxundan daha
fəzilətlidirlər. Vəhhabiliyin içində ağıllı və insaflı insanlar da var. Ancaq
biz, ifratdan uzaq olmayan çoxluqdan bəhs edirik.
Bu əvvəlki sünni məzhəblərindən tövbə etməyə məcbur edilən və
sonradan bütün müsəlmanları təkfir etmiş olan ifratçı vəhhabilərə tabe
olaraq Məkkə və Mədinə alimlərinin imzaladığı tövbə sənədi) sənəddir:
Məkkeyi- mükərrəmə alimlərinin nüsxəsi
Təkfir nüsxəsi Səud ibn Əbdüləziz ibn Məhəmməd zamanında
yazıldı. O İbn Əbdülvəhhabın ixlaslı tələbələrindən idi. Məkkə alimləri
həmin sənədə imza atdılar: “Biz imzalarımızı və möhürlərimizi bu yazıya
qoyan Məkkə alimləri şahidlik edirik ki, şeyx Məhəmməd ibn
Əbdülvəhhabın gətirdiyi və müsəlmanların imamı Səud ibn Əbdüləzizin
dəvət etdiyi bu yol Allahın tövhidindəndir və şirkdən uzaqlaşdırmaqdır. Bu
kitabda qeyd olunanlar heç şübhə yox ki, haqqdır. Keçmişdən günümüzə
qədər Məkkə və Mədinədə, Misirdə, Şam və digər diyarlarda meydana
gələnlər şirk növlərindəndir. Onların küfrü mübah, qanı və malı halaldır.
Əbədi atəşdə qalmaq onlara vacibdir. Kim bu dinə girməz – Məhəmməd
ibn Əbdülvəhhabın gətirdiyi ilə əməl etməz, beyət gətirməz, düşmənləri ilə
savaşmazsa o bizə görə Allaha və axirət gününə iman gətirməmişdir.
Etdiklərindən tövbə edib bu dinin tələbinə görə yaşayana qədər
müsəlmanların imamına
133
və müsəlmanlara onlarla savaşmaq və öldürmək
vacibdir!!! Əvvəllər İbn Əbdülvəhhab və vəhhabiliyin əleyhində olanlar bu
sənədə adlarını yazdılar və imza atdılar. Məcburiyyət olduğu açıq-aydındır.
133
Səud ibn Əbdüləziz nəzərdə tutulmaqdadır.
|