Həsənov İbrahim Qrup: 212A14 Fənn: Azərbaycan



Yüklə 45,06 Kb.
səhifə1/2
tarix19.12.2023
ölçüsü45,06 Kb.
#184726
  1   2
İbraxim Azdili


A
zərbaycan Bədən Tərbiyəsi Və İdman Akademiyası

Tələbə: Həsənov İbrahim


Qrup:212A14
Fənn: Azərbaycan Dili
Mövzu:
Müəllim:
Monoloji nitq. Dialoji nitqlə müqayisədə monoloji nitq struktur baxımından sadədir. Fikir bir nəfər tərəfindən geniş və ya müxtəsər şəkildə, rabitəli bir tərzdə ifadə edilir. Burada danışanın müsahibi (və ya müsahibləri) ilə əks əlaqəsi olmur. Monoloji nitqdə məqsəd nitqin əsas kommunikativ növlərindən (təsvir, təsdiqləmə, fikir söyləmə, səciyyələndirmə) istifadə etməklə hər hansı bir məzmunun başqasına çatdırılmasıdır. Bu, təşkil olunmuş, proqramlaşdırılmış nitqdir. Yəni danışan deyəcəklərini əvvəlcədən düşünür, ifadə edəcəyi fikrin həcmini, xarakterini müəyyənləşdirir, müəyyən fərdə və ya auditoriyaya müraciət formasını, dil materiallarını seçir, müsahibinin (müsahib-lərinin) səviyyəsini, deyəcəklərinin ona (onlara) necə təsir edəcəyini təsəvvüründə canlandırır. Nitqin bu formasında danışan fikrən və ya yazılı şəkildə plan tutur, şərh edəcəyi məzmunu vermək üçün ona, necə deyərlər, dil donu geyindirir. Hansı sözlərdən, ifadələrdən istifadə edəcəyini, nitqini necə başlayacağını və quracağını və s. özü üçün müəyyənləşdirir. Yazılı və şifahi nitq Nitq mədəniyyətindən söhbət gedəndə, adətən, onun (nitqin) şifahi forması nəzərdə tutulur, yazılı nitq bu anlayışa daxil edilmir. Əslində isə nitq mədəniyyəti problemlərini nitqin səlis qurulması, dil vahidlərinin məqsədəuyğun, dəqiq, ahəngdar, aydın, məzmunlu və lakonik ifadə edilməsi və digər bu kimi məsələlərlə məhdudlaşdırmaq düzgün olmazdı.
Nitq mədəniyyəti problemi bunlarla yanaşı, əyani, konkret ifadə vasitəsi olan yazılı dillə də son dərəcədə bağlıdır. Dil sisteminin həm şifahi, həm də yazılı formalarında ədəbi dil normalarının gözlənilməsi dilin hərtərəfli inkişafı, onun sosial funksiyasının genişlənməsi baxımından başlıca şərtdir. Nitq mədəniyyətindən, ədəbi dilin normaları əsasında 104 fəaliyyət göstərən nümunəvi nitqdən, onun düzgünlüyü, aydınlığı, saflığı, səlisliyi və s. söhbət gedirsə, o zaman yazılı nitqin orfoqrafiya və durğu işarələri qaydalarına əməl etmək də normativlik sayılmalıdır. Nitq inkişafı üzrə aparılan təlim işlərində onun yazılı və şifahi formaları vəhdət şəklində götürülməlidir. “... ancaq şifahi nitqə diqqət yetirib, yazılı nitqi unutmaq nitq mədəniyyətini birtərəfli inkişaf etdirmək deməkdir” Ədəbi dilin şifahi və yazılı formalarının hər birinin özünəməxsus xüsusiyyətləri, bu səbəbdən irəli gələn fərqli cəhətləri vardır. Həmin fərqlər dilçilik ədəbiyyatında aşağıdakı şəkildə göstərilir:
1. Yazılı nitqin ifadə vasitələri hərf və yazı, şifahi nitqin ifadə vasitələri səs və sözdür;
2. Yazılı nitq sərbəst və müfəssəl bir ünsiyyət formasıdır. Burada həmsöhbətlə əks əlaqə olmur. Yazan fikrini başqalarına nə dərəcədə çatacağını, aydın olub-olmayacağını daim diqqət mərkəzində saxlayır, bacardığı qədər şərhini aydın, anlaşıqlı qurmağa çalışır. Bunun üçün nitqin bu növündə daha münasib və yararlı dil vasitələrindən istifadə olunması lazım gəlir. Yazı prosesində dil vahidləri və formalarından, danışıqda az işlənən ifadələrdən, cürbəcür sintaktik quruluşlardan, dilin ifadəlilik vasitələrindən (emfatik vurğu, epitet, inversiya, ellipsis, anafora, ritorik sual və s.) daha tutarlısını fikirləşib tapmaq və yerində işlətmək, fikri səlis, aydın, düzgün ifadə etmək üçün şifahi nitqə nisbətən müəyyən vaxt imkanı vardır. Şifahi nitqdə isə belə bir imkan olmadığından, danışan fikrini yığcam və üslubi cəhətdən düzgün qurmaqda çətinlik çəkir, qüsurlara yol verir. Həyatda rabitəsiz və məntiqsiz danışıqlara təsadüf etmək o qədər də çətin deyildir.
3. Şifahi ədəbi dilin leksikasında hamıya aydın, ümumişlək sözlərə geniş yer verilir, yazılı ədəbi dildə isə elmi, texniki, siyasi və digər terminlər daha çox işlədilir.
4. Ədəbi dilin şifahi formasında cümlələr, əsasən, qısa və quruluşca sadə olur, yazılı dildə isə əksinə, uzun və mürəkkəb cümlələrdən daha çox istifadə edilir.
5. Şifahi ədəbi dildə yarımçıq cümlələrə, qısa replikalara, yazılı ədəbi dildə isə bütöv, mürəkkəb cümlələrə daha geniş yer verilir. Buna görə də yazılı dilin sintaksisi daha mürəkkəb olar.
6. Şifahi ədəbi dil fikrin əsas incəliklərini, müxtəlif intonasiya çalarlarını özündə əks etdirən canlı dildirsə, yazılı nitq bir növ sünidir, bu keyfiyyətə istənilən səviyyədə malik deyildir. “Söz özünün ən güclü təsirini, öz əlvan qiyafəsini yalnız şifahi nitqdə tapmağa qadirdir. Əgər o yazılı nitqdə açılmamış bir qönçədirsə, şifahi nitqdə ətirli bir çiçəyə çevrilir”
7. Ədəbi dilin şifahi formasında fikrin ifadəsi üçün yardımçı vasitələrdən – mimika, jest və bədən hərəkətlərindən istifadə olunur. Yazılı ədəbi dildə isə həmin vasitələrin ifadə etdiyi məna çaları müəyyən təsvir yolu ilə oxucuya çatdırılır.
8. Şifahi ədəbi dil müəyyən vasitə olmadan bu və ya digər fikri gələcək nəslə çatdıra bilmir. Lakin yazılı nitq bu funksiyanı yerinə yetirə bilir. Yazılı nitq insanların öz bilik və informasiyalarını bir-birinə ötürmək ehtiyacından yaranmışdır. Bu nitq xüsusi təlim yolu ilə formalaşır. Lap qədimdə yazılan ədəbiyyat – Nizami, Füzuli, Nəsimi və başqalarının əsərləri yazılı dilin köməyi ilə gəlib bizə çatmışdır.
9. Şifahi ədəbi dilin tempi sürətli, yazılı ədəbi dilin tempi isə aşağıdır, zəifdir. Deyilənlərdən aydın olur ki, yazılı nitq tam, dəqiq, subyekt və predikatı olan nitqdir, müfəssəl və böyük quruluş mürəkkəbliyinə malikdir. Yazıdan istifadənin çətinlikləri də bununla bağlıdır. Nitqdənkənar vasitələrlə zənginləşdirilən şifahi nitq isə daha müxtəsər, şəraitlə şərtlənən ünsiyyət formasıdır.
Hazırda işlətdiyimiz yazılı nitq dövlət tərəfindən təsdiq olunmuş, rəsmiləşdirilmiş, müəyyən qaydalara – orfoqrafiya qaydalarına əsaslanır ki, onları gözləmək bu dilin daşıyıcıları, həm də onu öyrənmək istəyənlər üçün vacib sayılır. Nitq danışanın fikrinə uyğun olmalıdır. Danışan söyləyəcəyini fikrində götür-qoy etməli, özünə aydınlıq gətirdikdən sonra ifadə etməlidir. Şifahi 106 monoloji nitq bu baxımdan iki formada olur. Birincisi, təşkil olunmuş nitq, ikincisi isə spontan, yəni təşkil olunmamış nitq. Təşkil olunmuş nitq. Təşkil olunmuş nitq deyəndə monoloji nitq nəzərdə tutulur. Adından məlum olduğu kimi, əvvəlcədən planlaşdırılmış, nəzərdə tutulmuş nitqdir. Bu nitq üçün hazırlaşmaq, plan tutmaq, ədəbiyyat oxumaq, mövzunun əhatə edilməsi, fikrin ardıcıllığına nail olmaq üçün qeydlər aparmaq, ifadə olunacaq məzmunu dərk etmək, onun dinləyiciyə daha yaxşı çata bilməsi üçün münasib sözlər seçmək, cümlələr qurmaq, müvafiq söyləmə tərzi – intonasiyanı müəyyənləşdirmək və s. lazım gəlir. Məlumatı səthi, lüğət ehtiyatı zəif olan adamlar qabaqcadan hazırlaşmadan auditoriya qarşısında çıxış etməkdə, danışıq prosesində qurmaq istədikləri cümlələri tamamlamaqda, zəruri sayılan sözləri seçməkdə çətinlik çəkirlər. Bu zaman lüzumsuz fasilələrə yol verilir. Belə fasilələrdən can qurtarmaq üçün danışan çox zaman mətləbə heç bir dəxli olmayan tüfeyli söz və ifadələr (məsələn, demək olar ki, deməli, əsasən, əsas etibarilə, necə deyərlər, söz məsəli, zaddı, adı nədi, adın sən de, əgər belə demək mümkünsə və s.) işlətməyə məcbur olur ki, bu da nitqin qırılmasına, diqqətin yayınmasına səbəb olur. Natiq belə bir vəziyyətlə qarşılaşmamaq üçün söyləyəcəyi fikri qeydlər şəklində yazıya köçürməli, sonra onu şifahi şəkildə ifadə etməlidir. Bu cür təşkil olunmuş nitqdə aşağıdakılar nəzərə alınmalıdır:

Yüklə 45,06 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin