16. stehsalatda baş verə n qə zaları xarakterizə edin.
Prinsipcə istehsalat termini bir çox sahələri əhatə edir, bunlardan əsasları:
neft-kimya istehsalı, mexaniki istehsal, kənd təsərrüfatı istehsalı, meliorasiya və su
təsərrüfatı.
Neft – kimya istehsalı zamanı yüksək təzyiqdən, temperaturdan, tezalışan və
yanan məhsullardan istifadə edilir. stehsal zamanı alınan məhsulların əksəriyyəti
zərərli və zəhərləyici təsir göstərir.
Neft –kimya istehsalında baş vermə ehtimalı olan qəzalara aiddir:
partlayışlar, yanğınlar, zəhərləyici maddələrin qəza nəticəsində ətraf mühitə
sızması və yayılması.
Növündən və baş vermə səbəbindən asılı olmayaraq, bütün qəzalar nəticə etibarı
ilə maddi, texniki, iqtisadi itkilərə və insan təlafatına səbəb olurlar.
Təsir dairəsinə görə qəzaların yaratdığı fövqaladə halların yayılması aşağıdakı
xarakterdə olur.
-lokal iş yerinin hüdudları daxilində;
-obyekt səciyyəli – sənaye obyektinin, ğurğunun hüdudları daxilində;
-yerli – yaşayış məntəqəsi, ayrıca bir şəhər və ya onun rayonları daxilində;
-regional – şəhərin bütün ərazisi daxilində;
-milli – bir ölkə daxilində;
-qlobal – ekoloji fəlakət.
17.Mə işə t qə zalarını xarakterizə edin.
Qloballaşmış şəhər şəraitində bu gün məişət qəzalarından tələf olanların sayı,
məişət texnikasının inkişafından asılı olaraq, il bə il artmaqda davam edir. Məişət
qəzaları əsasən komunal təsərrüfat sahəsində baş vermə ehtimalı olan qəzalara
aiddir.
-qazdan boğulmalar – statistikanın göstərdiyinə görə, ölkəmizdə hər il 15-20 min
adam qazdan boğulmadan tələf olur. Buna səbəb kimi, texniki təhlükəsizliyə riayət
edilməməsi, yeni texnikadan istifadənin bacarıqsızlığı və laqeyidlik göstərilir.
-mənzillərdə yanğınlar – stastik məlumata əsasən yanğınların baş verməsinə insan
amili və texniki nasazlıq səbəb olur ki, bu zaman maddi, iqtisadi itgilər və bir çox
hallarda insan təlafatı baş verir.
-elektrik təhlükəsi – izolyasiyanın pozulması, qısa-qapanmanın nəticəsində yanğın,
açıq naqillərdə toxunmalar zamanı:
-termiki təsir- dəridə müxtəlif dərəcəli yanıqlar, şişlər;
-elektrik təsiri- “tok vurma”, silkələnmə, elektrik zədələnmələri;
-bioloji təsir- ürək-damar və qan dövranı sistemində fizioloji təsirlər.
Məişət qəzaları nəticəsində insanların illərlə sərf etdikləri maddi vəsaitlər bir
andaca məhv olur, insanlara mənəvi təsir edir və onları iqtisadi ehtiyaca möhtac
qoyur.
Məişət qəzalarının baş verməsinin qarşısını almaq üçün əhalinin maariflənmə
səviyyəsi yüksəldilməlidir. Texniki təhlükəsizlik qaydalarına istehsalatda riayət
edilməyirsə, mövcud texnikadan istifadə haqqda təlimat öyrənilmirsə, münasibətdə
laqeyidlik aradan götürülməyibsə, qəzalar müntəzəm olaraq davam edəcəkdir.
18.Bədbəxt hadisələrin qeydə alınması və tədqiqatı necə baş verməlidir?
Xarakterizə edin.
stehsalat sahəsində baş verən qəzalar nəticəsində bədbəxt hadisələrin qeydə
alınması və tətqiqi müəssisənin texniki təhlükəsizlik şöbəsi, müəssisə həmkarlar
təşkilatı tərəfindən aparılır. Ümumi nəzarəti isə Respublika həmkarlar təşkilatları
aparırlar.
Qeydiyyatı və tədqiqi tələb edilən qəzalara aşağıdakılar aid edilə bilər:
-istehal avadanlıqları və obyektlərində baş verən;
-fəaliyyətin keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən keçirilən
iməcliklərdə baş verən;
-növbədə fəaliyyət göstərməyən, yaxud istirahətdə olan işçilər, qəsəbənin ərazi-
sində, nəqliyyat vasitələrində olduqları vaxt, fəaliyyəti xidmət obyektlərinin
arasında hərəkət edən zaman düçar olduqları qəzalar;
-iş vaxtı şəxsi minik nəqliyyatında (müdiriyyətin buna sərəncamı və icazəsi olduğu
halda), yaxud müdiriyyətin tapşırığı ilə ondan istifadə edərkən baş verən qəzalar;
-iş vaxtı başqa şəxs tərəfindən işçiyə bədən xəsarətləri yetirildikdə, əmək
fəaliyyətini yerinə yetirərkən qəza nəticəsində işçi öldükdə, döyüş bölgələrində
fəaliyyət zamanı itgin düşdükdə. Isti vurmalar, yanıqlar, donmalar, suda
boğulmalar, ildırım vurmaları, hevanlarla təmasda dəymiş xəta və zərərlər, eləcədə
təbii fəlakətlər zamanı zədələnmələr, əzilmələr və təlafatlar;
-insanların kütləvi məhv edilməsi, obyektlərin geniş miqyasda dağıdılması
məqsədilə tutumlu və vakkumlu mərmilərdən istifadə zamanı, həmçinin yüksək
dəqiqli lazer mərmilərindən və başqalarından istifadə olunan zaman baş vermiş
xəta-qəzaları.
19.Qə za hallarının sə bə blə rinin öyrə nilmə üsulları. stehsalat tozu və onun
zə rə rli tə siri.
Qəzaların baş vermə səbəbləri aşağıdakı üsullarla araşdırılır:
- monoqrafik,
-şəbəkə(cem),
-ekspert,
- texniki.
Üsullardan asılı olmayaraq akt tərtib edilir, qəzada günahkar sayılan şəxslər
barədə hüquq mühafizə və adminstrativ cəzalar verilir. Məlumat əlaqədar dövlət
təşkilatlarına göndərilir.
Məlumdur ki, inşaatda, tikinti sahəsində və meliorasiya işlərinin görülməsi
zamanı üzvi və qeyri üzvi tozların ayrılması baş verir. Müəyyən edilmişdir ki, hətta
zərərli olmayan tozlar belə, zərərli təsir göstərir. Onlar ağ ciyərdə toplanaraq peşə
xəstəliklərini əmələ gətirirlər. Tozlar SiO
2
selikozu, selikat turşusunun tozları,
silikat tozları, kömür tozu, asbest tozu və sairə kimi qeydə alına bilər.
stehsalat tozları insanlarla yanaşı maşın və mexanizmlərin sürtünən hissələrinin
aşılanmasına və buraxılan məhsulun keyfiyyətinin aşağı düşməsinə səbəb olur.
Tozlar havadakı vəziyyətinə görə aerogel(çökmüş) və aerozol (asılı) qruplarına
bölünür, mənşəyinə görə üzvi və qeyri üzvi olurlar.
Havanın tozluğu vahid həcmdə tozlu çəkisi (mq/m
3 )
və ya verilmiş həcmdə tozun
süzgəcdə miqdarı ilə xarakterizə olunur).
20.Neqativ amillə rin parametrlə rinin ölçülmə si üçün istifadə edilə n cihazlar
hansılardır?
Neqativliyi yaradan amillər və onların ölçü vahidi. Tozluq- mq/m
3
vahid həcmdə
süzgəcdə qalan tozun miqdarı ilə xarakterizə edilir.
Səs-küy herslə və db ölçülür. Səs təzyiqini “Şumomer” cihazı vasitəsilə ölçürlər.
Temperatur- yaş və quru termometrlərlə ölçülür.
·100% Nisbi rütubət – düstur vasitəsilə hesablanır, psixrometr
cihazı ilə ölçülə bilər. Normal nisbi rütubət mühitdə 60-65% olduqda sayılır.
onlaşdırıcı şualar: betta, alfa şuaları- radiometrlərlə ölçülür, bu gün istifadə
edilən stasionar radiometr DP-100M sayılır.
vahid həcmdə dəqiqədə
parçalanmaların sayı ölçü vahidi kimi götürülür.
-qamma şualanması- rentgenmetrlərlə ölçülür, bu gün istifadə edilən radiometr-
rentgenmetr DP-5 (A,Б,B) cihazıdır. Cihazın qamma şualanmasının ölçülmə
diapozonu 0,2-200
dır.
Ş
ualanmaların Beynəlxalq ölşü vahidi sistemində vahidi- dozanın gücü-zivert,
udulan dozanın gücü qreylə ölçülür.
Udulan doza- Dozimetr cihazı vasitəsilə ölçülür, DP-22B və DP-24 cihazları
vasitəsilə udulan doza- 0-50 rentgen ( və ya 0-0,5 qrey).
Mikroklimat laboratoriya işlərində daha dəqiq tətqiq edilir və əməli göstərilir.
Ə
sas məqsəd neqativ hallar zamanı savadlı davranmağı bacaran şəxsin
yetişdirilməsidir.
21.Texnoloji proseslə rin quraş dırılması və tə miri zamanı hansı tə hlükə sizlik
tə dbirlə ri görülmə lidir?
Texnoloji proseslər sənayenin növü və istehsalat prinsipindən asılı olaraq müxtəlif
olurlar: texnologiyası prosesi zamanı, ərazinin sesmikliyi nəzərə alınmalıdır,
sürüşmə təhlükəsi qeydə alınmalıdır, ərazidən su, qaz, istilik kəmərlərinin və
elektrik naqillərinin keçib keçmədiyi yoxlanmalıdır, ərazi tikintiyə hazırlanmalıdır.
Torpaq bərkidilməli, qurudulmalı və özül atılmalıdır. Bünövrə seysmik davamlı
olmalıdır. Tikilən obyektlərin seysmik zonada dözümlüyü 8-9 baldan az olmamalı,
qurğular arası məsafə 20-30 metr olmalıdır.Binalara və qurğulara yanğın söndürən,
təcili tibbi yardım və operativ maşınların maneyəsiz yaxınlaşması nəzərə
alınmalıdır.Tikinti zonasında quraşdırılan qurğu və binaların yanğın zamanı
söndürülməsi üçün ehtiyat su anbarları (yeraltı) quraşdırılmalıdır.
stehsalatı dayandırmağa ehtiyac olmadıqda, nasazlıqların aradan qaldırılması
zaman işçilər normativ-texniki sənədlərin tələbləri əsasında istehsal avadanlığına
qulluq edir, texnologya rejimlərinə rayət edirlər.
Bu məqsədlə:
1.Avadanlığın quraşdırılması və təmirə hazırlanması texnoloji personal tərəfindən
aparılmalıdır, sənədlərə əsasən təmir rəhbərinə təhvil verilməlidir. Təhvil haqqında
Jurnalda və ya bu məqsəd üçün tərtib edilmiş akta, avadanlığın təmirə verilməsi
qeydiyyatı aparılmalı, təmir işlərinin bitməsi haqqda buraxılış vərəqsi
doldurulmalıdır.
2.Təmir işləri ayrı-ayrı avadanlıqlarda, istehsalatın tam dayandırılması və
boşaldılmasına ehtiyac olmadığı halda aparılarsa, o zaman belə təmir işlərini
texnoloji personal tərəfindən buraxılış sənədi əldə etməklə həyata keçirilir.
3.Təmir quraşdırma işləri aparılarkən texniki təhlükəsizlik tədbirlərinə rayət
edilməlidir.
4.Qapalı iş sahəsinin işə hazırlanması, onun içərisində gedən işlər texnoloji
personal tərəfindən texniki rəhbərin bilavasitə iştirakı ilə hazırlanmalı və
aparılmalıdır. Texniki rəhbər istehsal və texnoloji prosesi yaxşı bilməli, texniki
təhlükəsizlik qaydalarını gözləməli və fərdi mühafizə vasitələrdən istifadə etməyi
bacarmalıdır.
22.Qurğ u və aparatların layihə lə ndirmə si zamanı hansı tıhlükə sizlik tə dbirlə ri
görülmə lidir?
Sənaye obyekləri yaşayış massivindən 100-300m məsafədə quraşdırılmalıdır.
Qurğu və aparatlarda istehsal edilən və ya istifadə edilən məhsul təhlükəli və
zərərli olduqda göstərilən məsafələr sanitar zona kimi genişləndirilə bilər.
Qurğu və aparatlar arasındakı məsafə 100m-dən az olmamalıdır. Bu ərazidə
qurğu və aparatlarda texnologiyaya nəzarət edən xidmətlər yerləşdirilir. stehsal
üçün tələb edilən xammal ehtiyyatı və hazır məhsul anbarları texnoloji qurğulardan
1-3km məsafədə yerləşdirilməlidir. Yanğın təhlükəsi ehtimallı ərazilərdə, adətən
texnoloji prosseslər yerləşmiş sahələrdə, yanğın söndürmə xidmətləri fəaliyyət
göstərməlidirlər.
stehsal ərazisinə, dəmir yol, avtomobil nəqliyyatı, həmçinin su-bərə
nəqliyyatınin təhlükəsiz və asanlıqla daxil olması planlaşdırılmalıdır.
Qurğu və aparatların istehsalı zamanı ətrafa təhlükəli və zərərli məhsulların
qarışması
ehtimalı
olduqda,
sabit
ə
sən
küləyin
istiqaməti
nəzərə
alınmalıdır.Texnoloji prosesin layihələndirməsi zamanı, maşın və qurğularda
zədələnmələrin qarsısının alınması üzrə, normativ texniki sənədlər sistemi əməyin
mühafizəsi və texniki təhlükəsizlik vasitələrindən istifadə tələbləri öz əksini
tapmalıdır. Normativ-texniki sənədlərdə əməyin mühafizəsi üzrə tələblər baş
vermə ehtimalı olan, neqativ hallardan effektiv mühafizəni təmin etməlidir. Bu
tələblər əsasında, layihədə nöqsanların aradan qaldırılması və ya onların
lokallaşdırılması istehsal prosesində nəzərə alınmalıdır. Həmin nöqsanlara bina və
tikintilərin tikilməsində yol verilmişsə, texnoloji prosesin xarakterindən asılı
olaraq, potensial təhlükənin yaranmasının qarşısı təhlükə dərəcəsindən asılı olaraq
layihədə öz əksini tapmalıdır, o mənada ki, təhlükənin səviyyəsi, yayılma zonası,
qəzanın insana psixoloji təsiri, layihə və əməyin təhlükəsizliyi normalarına
uyğunlaşdırılmışdır.
Bütün təşkilatı tədbirlərin texniki təhlükəsizliyin təmin edilməsi bölünürlər:
-təşkilatı tədbirlərə (fəhlələrin keyfiyyətli öyrədilməsi);
-texniki tədbirlərə (texniki təhlükəsizlik normalarına cavab verən texniki və kömək
edici alətlərin yaradılması) göstərdiyimiz amillər təhlükəsizliyin normalarına
cavab verməlidirlər.
23.Maş ın və mexanizmlə rin quraş dırılması zamanı tə hlükə sizlik necə tə min
edilmə lidir?
Maşın parkının salınması və bu zaman avadanlıqların quraşdırılması lahiyə
ə
sasında aparılmalıdır.
-Burada maşın parkının ərazisi yaşayış massivindən kənarda, əhaliyə təhlükə
yaratmayan məsafədə quraşdırılmaya
xüsusi diqqət verilməlidir.
-Parkın ərazisində yanacaq doldurma məntəqəsi təhlükəsizlik ərazidə
yerləşdirilməli, ildırım ötürən mexanizmlə təchiz edilməlidir.
-Ərazidə işçilər üçün təhlükəsiz iş şəraiti, sanitar-qiqiyenik normalara rəyət
edilməsi nəzərə alınmalıdır.
-Maşın və mexanizmlərin quraşdırıldığı ərazidə tullantıların atılması üçün,
kanalizasiya xətti təmizləyici qurğulara birləşdirilməlidir.
-Əraziyə layihə üzrə yol çəkilməsi, marşrut nəqliyyatı təyin edilməlidir.
ş fəaliyyəti zamanı xəsarət alma, yanğın, soyuqdəymə, istivurma halları
olduqda tibb xidmətindən istifadə edilməsi asanlaşdırılmalıdır.
-Maşın və mexanizmlərin özlərində baş verən qəza zamanı səbəblərin araşdırılması
daxili komissiya və həmkarlar təşkilatı tərəfindən aktlaşdırılmalı və qeydə
alınmalıdır.Tərtib edilən akt müəssisə rəhbərliyinə və ya tələb edilən dövlət hüquq-
nəzarət orqanlarına qərar qəbul etmək üçün təqdim edilməlidir.
-Texniki təhlükəsizlik qaydalarının bütün quraşdırma işlərinə aid edildiyindən
kompressor stansiyalarının quraşdırılması, bütün texnoloji prossesinin texniki
təhlükəsizlik tədbirləri kimi rəyət olunmalıdır.
-Bütün texniki təhlekəsizlik təlimatları və qaydaları ümumi qəbul edilmiş tələblər
ə
sasında, hər maşın, güzgü, dəzgah üzrə tərtib edildiyindən, yeni texnoloji
quraşdırma işlərində tətbiq edilməsi məcburidir.
-Texnoloji təhlükəsizlik qayda və normalarına cavab verməyən layihə və sxemlər
təhlükəsizlik kartları tərtib edildikdən sonra yaradılmalıdır.
24.Sənaye və məişət obyektlərində avtomatik tənzimlənmə, bloklanma və
siqnalizasiya sistemlərinin hansı rolu mövcuddur?
Əsrimiz avtomatlaşdırma dövrü olduğundan bütün sənaye və məişət obyektləri
layihələndirilən texnoloji proseslərin avtomatik tənzimlənməsi, dispetçer xidməti
ilə idarə edilməsi, bloklanma və xəbərdarlıq (siqnalizasiya) sistemləri nəzərə
alınmalıdır. Avtomatiq idarəetmə və ya dispetçer xidməti ilə texnoloji prosesin
idarə edilməsi, əmək məhsuldarlığının artmasına, işçilərə psixoloji, zərərli, zəhərli
və təhlükəli təsirlərin əmələ gəlmə ehtimalı aradan qaldırılır. Belə hallarda
mütəxəssislər zərərli və təhlükə kəsb edən məhsullarla təmasda az olurlar. Zərərli
və təhlükəli məhsulların qəza dövründə ətrafa yayılması, xəbardarlıq sistemi
vasitəsilə qısa müddətdə çatdırılarsa, təhlükənin təsiri və təlafatın azalması təmin
edilə bilər. Qəza və yanğın zamanı bloklaşdırılmış texnoloji proses qısa müddətdə
dayandırılaraq, onların yayılmasınin bu texnoloji sistemdən əsaslı olaraq aradan
qaldırılır. Təhlükəsizliyin təmin edilməsində, texniki təhlükəsizlik təlimatlarının,
reqlamentlərin və normativlərin tərtib edilməsi, təlimat və normativlərin
öyrədilməsi, sonra isə işçilərin işə cəlb edilməsi texniki təhlükəsizliyi təmin edib,
qəza və bədbəxt hadisələrinin baş verməsinin qarşısını vaxtında almağa şərait
yaradır. Müəssisədə peşə hazırlığı kurslarının açılması, peşəkarlığın artmasına,
məhsulun keyfiyyətinin yüksəlməsinə və məhsuldarlığın normaya uyğun olmasına,
bilavasitə təsir edən təhlükəsizlik amilləridir. Texnoloji sistemin dayandırılması
mümkün olmadıqda, texnoloji qruplaşmış qurğularda elektrik bloklaşması,
həmçinin avtomatik idarə etmə, yaxud dispetçer xidməti vasitəsilə texniki
təhlükəsizliyin tələblərinə əsasən, bu prosesin davam etdirilməsi texnoloji tələblərə
uyğun olaraq, müəyyən edilmiş rejimlərə əsasən proses davam etdirilir və ya
texnoloji tələblərə müvafiq olaraq, texnoloji rejim qəza təlimatı ilə dayandırılır.
Məntiq olaraq, texnoloji prosesə qoşulmuş avadanlıqların biri sıradan çıxarsa
blokun ümumi iş rejiminin pozulması müvafiq olaraq təhlükəsiz idarə etmə
sxeminə eyni zamanda, bütün maşın və mexanizmlərin normal iş fəaliyyətinə
mənfi təsir etmə xüsusiyyətinə malikdir. Bəzi qurğular xətti-texnoloji sxemlə
işlədiyi vaxt, texnoloji nasazlıq baş vermiş qurğu ayrıca blok edilərək texnoloji
sxemdən ayrılır, nasazlıq yüksək dəqiqliyi olan aparatlarla yoxlanılır, texnoloji
nasazlıq aradan qaldırılılaraq, texnoloji axım bərpa edilir.
25.Torpaq və qaynaq iş lə rində yarana bilə n tə hlükə lə rin qarş ısı necə alınır?
Torpaq işləri çox az miqdarda əzələ zəhmətinə əsaslanır, əsasən torpaq işlərində
maşın və mexanizmlərdən daha çox istifadə edilir. Bu zaman buldozer, qreyder,
qaldırıcı kran və yüksək tonnajlı nəqliyyat vasitələrindən istifadə edilir.
Torpaq və melorasiya işləri zamanı baş verən qəzalar və bədbəxt hadisələr
ə
sasən həmin texnikalardan səmərəli və təhlükəsiz istifadə edilməməsi zamanı baş
verir.
Bədbəxt hadisələrin iş prosesində baş verməsini təmin etmək üçün hər texnika
üzrə texniki təhlükəsizlik təlimatları hazırlanır, işə təzə götürülən və ya işə cəlb
edilənlər həmin təhlükəsizlik təlimatlarını öyrəndikdən və imtahan verdikdən sonra
isə buraxılmalıdırlar.
Belə olduqda, fərdi təhlükəsizlik avadanlığı ilə təmin edildikdə qəza və bədbəxt
hadisələrin baş vermə ehtimalı azalır və ya qəza heç baş vermir. Maşın və
mexanizmlərdən peşəkarlıqla istifadə edildikdə maşın və mexanizmlər uzun
müddət sıradan çıxmır, mexanizmlərə gündəlik nəzarət olduğundan aşılanma baş
vermir, qəza və bədbəxt hadisənin baş vermə səbəbi yaranmır. Maşın və
mexanizmlər hər il texniki təhlükəsizlik baxışlarına cəlb edilir, nasaz avadanlıqdan
istifadə aradan qaldırılır.
Qaynaq işləri icra edilərkən bədbaxt hadisələr, elektrik təhlükəsi ilə əlaqədar
olaraq, onunda qarşısı təhlükəsizlik cihazlarından səmərəli istifadə etməklə yoxa
endirilir. Qaynaq işləri görülərkən, qaynaqçının istifadə etdiyi fərdi texniki
mühafizə vasitələri aşağıdakılardır:
-eynəkli şit, dielektrik əlcəkləri, yanmayan materialdan xüsusi geyim vasitəsi,
dielektrik qaloş və ya uzun boğaz çəkmə, bəzi hallarda dielektrik dəsmal(azbest
tərkibli);
-gözün mühafizə üçün işıq keçirməyən gözlük və ya eynəkli şit istifadə edilir.
26.Radiasiya qə zalarının ə sas tə siredici amillə ri.
Yayılma ərazisinə görə radiasiya qəzaları 3 tipə bölünürlər:
-lokal tipli qəzalar - bu qəzalar bir kiçik obyekt ərazisində baş verir,
-yerli qəzalar-Atom elektrik stansiyalarının ərazisindən kənara çıxmayan;
-umumi qəzalar-Atom elektrostansiyalarının ərazisindən kənara çıxmaqla təsir
göstərir.
Əsas zədələyici amillər:
-xaricdən şualanma təsiri (γ, rentgen,β və n
0
-neytronlar seli);
-daxildən orqanizmə daxil olan radio nuklidlərin təsirindən baş verən şualanma
( alfa və betta şuaları);
-qarışıq radiasiya təsiri-həm daxili və həmdə xarici mənbələrdən təsir edən
ş
ualanmalar;
-kombinəedilmiş təsirlər – bura radiasiya, həm də qeyri radioaktiv amillərin
(mexaniki, kimyəvi və termiki) təsirləri aiddir.
Qəzadan sonra baş verən radioktiv zəhərlənmə izinin əsas təhlükə mənbəyi
xarici şualanmadır.
27.Orqanizmdə radioaktiv maddə lə rin paylanmasının xüsusiyyə tlə ri.
Orqanizmdə radioaktiv maddələr yayılarkən, əsasən bəzi üzvülərdə toplanırlar:
-sümükdə toplananlar (kalsium,stropsium, radium, platinium),
-qara ciyərdə toplananlar (seriy,lantan,plutoniy),
-bütün orqanlarda mütənasib paylanan maddələr ( tritium, karbon, təsirsiz qazlar,
seziy),
-yodun radioaktiv izotopu əsasən qalxanvari vəzdə toplanaraq (30%-ə qədər), onun
fəaliyyətini 100-200 dəfə artırır. onlaşdırıcı şualanmanın əsas parametrlərindən
biri, udulan ekvivalent dozadır (yəni udulan doza, miqdarca xarakterizə edən ölçü
vahidi).
Udulan doza-şualanmış maddənin hər bir kütlə vahidi tərəfindən udulan enerji
miqdarıdır.
Ekvivalent doza –rad və qamma şuaları ilə eyni bioloji effekt yaradan, digər
ionlaşdırıcı şualanmadan udulan dozaya deyilir.
28. nsan orqanizminə tə sir edə n, yol verilə n radioaktiv dozanın miqdarı.
nsan orqanizminə daim kosmik şualar, təbii radioaktiv maddələrin torpaqda və öz
daxilində olan maddələrin təsirinə məruz qalır.
Təbii şualanma mənbələrindən gələn şüa, il boyu cəmi 100mber, lakin bəzi
ə
razilərdə şüalanma dərəcəsi ildə cəmi 1000mber ola bilər. Bəzi insanların (peşəsi
ilə bağlı) ionlaşma şüalanması ildə 5mber ola bilər. Radiasiyadan mühafizə
beynəlxalq komissiyası bir dəfəlik doza miqdarını-25ber qəbul etmişdi. Genetik
göstərici doza, əhali üçün bir ildə 7-55mber miqdarında ola bilər.
Ümumi xarici şüalanma miqdarı, bir nəfər üçün 150-400rad olarsa, insan şua
xəstəliyinə tutulur (orta və yüngül dərəcədə), 600rad-an çox şualanmada tibbi
müalicə qəbul etməsə, insan məhv ola bilər.
|