HƏyatin gerçƏK



Yüklə 1,74 Mb.
səhifə51/72
tarix06.02.2017
ölçüsü1,74 Mb.
#7785
1   ...   47   48   49   50   51   52   53   54   ...   72

Xərçəng gözü


Canlılar dünyasında bir-birindən çox fərqli göz tipləri var. Bizə əsasən onurğalılara xas olan və bir az əvvəl incəliklərindən bəhs etdiyimiz “kamera tipli göz” quruluşu məlumdur. Bu göz quruluşu işığın sınması prinsipi ilə işləyir. Kənardan gələn işıq gözün ön hissəsindəki büllurda sınaraq içəri keçir və bu sayədə gözün arxa hissəsində fokuslanır.

Ancaq bəzi canlıların gözlərinin yaradılışı daha fərqli sistemlərlə işləyir. Bunlardan biri xərçəngin gözüdür. Xərçəng gözü “işığın sınması” deyil, “əks olunması” prinsipi ilə işləyir.

Xərçəng gözünün ilk diqqətçəkən xüsusiyyəti səthinin çox sayda kvadratdan ibarət olmasıdır. Bu kvadratlar yan səhifədəki şəkildə göründüyü kimi bərabərtərəflidir. Amerikalı bioloq Hartlayn “Elm” (Science) jurnalındakı bir məqaləsində belə deyir:

Xərçəng bu günə qədər gördüyüm düzbucaqlıya bənzəməyən canlıdır. Amma mikroskop altında xərçəngin gözü qüsursuz qrafika kağızına bənzəyir.355

Xərçəng gözünün üzərindəki bu kvadratların hər biri əslində kvadrat prizmanın ön səthidir. Bu quruluş arıların pətəklərinə bənzədilə bilər. Bir pətəyi gördükdə əvvəlcə, sadəcə altıbucaqlı səthlə qarşılaşırsınız. Ancaq bu altıbucaqlı səthlər əslində içəriyə doğru dərinliyi olan altıbucaqlı prizmaların səthləridir. Xərçəng gözünün fərqi formasının altıbucaqlı deyil, kvadrat olmasıdır.

Daha maraqlısı budur ki, xərçəng gözündəki bu kvadrat prizmaların hər birinin daxili səthi “güzgü” formasındadır. Bu güzgüyəbənzər səthlər işığı güclü şəkildə əks etdirir. Bu dizaynın ən mühüm xüsusiyyəti isə bu güzgü səthlərdə əks olunan işığın arxa tərəfdəki tor qişa üzərində qüsursuz şəkildə fokuslanmasıdır. Gözün içindəki bu prizmalar elə bucaq altında yerləşdirilmişdir ki, hamısı işığı xətasız şəkildə bir nöqtəyə əks etdirir.

Buradakı yaradılışın nə qədər qeyri-adi olduğu açıq-aşkar ortadadır. Hər biri qüsursuz kvadrat prizma olan hüceyrələrin içi güzgü xüsusiyyətinə malik toxuma ilə örtülüdür. Habelə bu hüceyrələrin hər biri işığı eyni nöqtəyə əks etdirmək üçün çox dəqiq həndəsi hesabla yerlərinə yerləşdirilmişdir.

Xərçəng gözünün bu quruluşunun ilk dəfə hərtərəfli şəkildə tədqiq edən elm adamı İngiltərə Sasseks Universitetindən tədqiqatçı Maykl Lenddir. Lend bu göz quruluşunun heyrətamiz və heyranedici yaradılışa malik olduğunu bildirmişdir.356

Xərçəng gözündəki bu yaradılışın təkamül nəzəriyyəsi üçün çox böyük problem olduğu aydındır. Əvvəla, göz “sadələşdirilməz komplekslik” xüsusiyyətinə malikdir. Əgər bu gözün ön hissəsindəki kvadrat hüceyrələr olmasa və ya bu hüceyrələrin əks etdirmə xüsusiyyəti olmasa və ya arxadakı tor qişa təbəqəsi olmasa, göz heç cür funksiyasını yerinə yetirə bilməyəcəkdir. Ona görə, xərçəng gözünün “mərhələli şəkildə” əmələ gəlməsi irəli sürülə bilməz. Bu qədər mükəmməl formanın bir anda təsadüfən əmələ gəldiyini irəli sürmək isə tamamilə ağıldankənardır. Aydındır ki, Allah xərçəngin gözünü bu mükəmməl sistemi ilə birlikdə yaratmışdır.

Xərçəng gözünün təkamül iddiasını əsassız edən başqa xüsusiyyətləri də var. Bu gözün hansı canlılarda mövcud olduğunu təhlil etdikdə çox maraqlı mənzərə ilə qarşılaşırıq. Xərçəng nümunəsi üzərində təhlil etdiyimiz “əks etdirmə tipindən olan göz quruluşu” ancaq “qabıqlı dəniz canlıları sinfi” adlandırılan dəniz canlılarının “uzun ön ayaqlılar” kimi tanınan ailəsində mövcuddur. Bu ailəyə dəniz xərçəngləri və krevetlər də daxildir.

Qabıqlı dəniz canlıları sinfinin digər üzvlərində isə “əks etdrmə növündən olan göz quruluşundan” tamamilə fərqli prinsiplə işləyən “sınma tipindən olan göz quruluşuna” rast gəlinir. Bu göz quruluşunda gözün içində yüzlərlə kiçik pətək var. Amma pətəklər xərçəng gözündəki kimi kvadrat deyil, altıbucaqlı və ya yuvarlaqdır. Daha da mühüm olan budur ki, bu pətəklərin içində işığı əks etdirən deyil, sındıran göz büllurları yerləşir. Göz büllurları işığı sındıraraq arxadakı tor qişa təbəqəsi üzərində fokuslayır.

Qabıqlı dəniz canlıları sinfindəki növlərin əksəriyyətində sözügedən “işığı sındıran” göz quruluşu mövcuddur. Qabıqlı dəniz canlılarının ancaq iki növü olan dəniz xərçəngi və krevetdə isə bir az əvvəl də təhlil etdiyimiz kimi, “işığı əks etdirən” güzgülü göz vardır. Halbuki təkamülçülərin qəbul etdiyinə görə, qabıqlı dəniz canlıları sinfinə aid olan bütün canlılar bir ortaq əcdaddan təkamül yolu ilə törəməlidir. Əgər bu iddianı qəbul etməli olsaq, “işığı əks etdirən” güzgülü göz quruluşunun da “işığı sındıran” büllurlu göz quruluşundan təkamül yolu ilə törədiyini qəbul etməliyik.

Lakin belə bir proses qeyri-mümkündür. Çünki hər iki göz quruluşu da öz sistemləri daxilində mükəmməl şəkildə işləyir və heç bir “ara keçid” mərhələ işə yaramır. Qabıqlı dəniz canlısının gözlərindəki göz büllurunun yavaş-yavaş yox olması və əvvəlcə mərcəyin yerləşdiyi yerdə güzgülü səthlərin əmələ gəlməsi canlını hələ ilk mərhələdə görmə qabiliyyətindən məhrum edər və ona görə də təbii seçmə mexanizmi tərəfindən aradan çıxarılmasına səbəb olar.

Aydındır ki, hər iki göz quruluşu iki ayrı plan üzrə dizayn olunmuş və ayrı-ayrı yaradılmışdır. Bu gözlərdə o qədər qüsursuz geometrik nizam var ki, onların təsadüfən mövcud olduğunu düşünmək böyük cəfəngiyatdır.



Qulaqdakı dizayn


Canlılardakı sadələşdirilməz kompleks orqanlara digər maraqlı nümunə isə duyğu orqanlarımızdan biri olan qulaqlarımızdır.

Eşitmə prosesi, məlum olduğu kimi, havada yayılan titrəmələrlə başlayır. Bu titrəmələr qulaq seyvanında güclənir. Tədqiqatlar qulaq seyvanının “konka” adlanan hissəsinin bir növ meqafon funksiyasını yerinə yetirdiyini və səs dalğalarını xarici qulaq yolunda sıxlaşdırdığını göstərir. Bu şəkildə səs dalğalarının şiddəti artır.

Beləliklə, gücləndirilən səs xarici qulaq yoluna daxil olur. Xarici qulaq yolu qulağın qulaq seyvanından qulaq pərdəsinə qədər olan hissəsidir. Təxminən 3,5 sm uzunluğundakı xarici qulaq yolunun maraqlı bir xüsusiyyəti daima ifraz edilən qulaq seliyidir. Bu maye bakteriyaları və həşəratları qulaqdan uzaqlaşdıran antiseptik tərkibə malikdir. Xarici qulaq yolunun səthindəki hüceyrələr isə xaricə doğru spiral şəklində düzülmüşdür. Bu sayədə qulaq seliyi daim qulaqdan çölə axır.

Xarici qulaq yolundan bu şəkildə keçən səs titrəmələri qulaq pərdəsinə çatır. Qulaq pərdəsi o qədər həssasdır ki, molekul səviyyəsindəki titrəmələri belə hiss edir. Qulaq pərdəsinin bu həssaslığı sayəsində səs-küysüz mühitdə sizdən metrlərlə uzaqlıqda pıçıltı ilə danışan insanı asanlıqla eşidə bilirsiniz. İki barmağınızı bir-birinə yavaşca sürtərək əmələ gələn səsi belə eşidə bilirsiniz. Pərdənin digər qeyri-adi xüsusiyyəti isə bir titrəməni qəbul etdikdən sonra dərhal əvvəlki normal vəziyyətinə düşməsidir. Aparılan hesablamalar qulaq pərdəsinin ən həssas səs titrəmələrini belə qəbul etdikdən sonra saniyənin mində dördü qədər zamandan sonra yenidən hərəkətsiz vəziyyətə düşdüyünü göstərir. Əgər bu pərdə dərhal hərəkətsiz vəziyyətə düşməsəydi, eşitdiyimiz hər səs qulağımızın içində əks-səda verərdi.

Qulaq pərdəsi ona çatan titrəmələri gücləndirərək orta qulağa ötürür. Burada bir-biri ilə çox həssas tarazlıqda əlaqədar olan üç kiçik sümük var. Zindan, çəkic və üzəngi adlanan bu üç sümük pərdədən onlara çatan titrəmələri gücləndirir.

Ancaq orta qulağın bir də həddindən artıq uca səsləri azaltmaq kimi bir növ “tampon” xüsusiyyəti də var. Bu xüsusiyyət zindan, çəkic və üzəngi sümüklərini tənzimləyən, orqanizmin ən kiçik ölçüdəki iki əzələsi tərəfindən təmin edilir. Bu əzələlər çox uca səsləri daxili qulağa ötürmədən əvvəl azaldır. Bu sayədə bizim üçün şok yaradacaq dərəcədə uca səsləri daha aşağı səviyyədə eşidirik. Bu əzələlər bizim nəzarətimiz olmadan, avtomatik şəkildə iş görürlər. Belə ki, biz yatarkən başımızın üstündə güclü səs-küy əmələ gəldikdə belə bu əzələlər dərhal gərilir və daxili qulağa gedən titrəmənin şiddətini azaldır.

Bu cür qüsursuz dizayna malik olan orta qulaq mühüm tarazlığı qorumalıdır. Bu tarazlıq orta qulaqdakı hava təzyiqi ilə qulaq pərdəsinin digər tərəfindəki, yəni atmosferdəki hava təzyiqinin bərabər olmasıdır. Ancaq bu müvazinət də nəzərə alınmış və orta qulaq ilə xarici dünya arasında hava mübadiləsini təmin edən “ventilyasiya kanalı” da mövcuddur. Bu kanal ortaq qulaqdan ağzımıza qədər uzanan içi boş boru olan yevstaxi borusudur.


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin