HƏyatin gerçƏK


Archæopteryx və digər qədim quş fosilləri



Yüklə 1,74 Mb.
səhifə21/72
tarix06.02.2017
ölçüsü1,74 Mb.
#7785
1   ...   17   18   19   20   21   22   23   24   ...   72

Archæopteryx və digər qədim quş fosilləri


Son dövrlərdə tapılan bəzi fosillər archæopteryxlə bağlı təkamülçü ssenarinin əsassızlığını başqa cəhətlərdən üzə çıxarmışdır.

1995-ci ildə Çində Onurğalılar Paleontologiyası İnstitutunda tədqiqatlar aparan Lianhay Hou və Zhonqhe Zhou adlı iki paleontoloq confuciusornis adlandırdıqları yeni quş fosili tapdılar. Archæopteryx ilə eyni yaşda (təqribən 140 milyon illik) bu quşun dişləri yox idi, dimdiyi və tükləri isə dövrümüzün quşları ilə eyni xüsusiyyətləri daşıyırdı. Skelet quruluşu da dövrümüzün quşları ilə eyni olan bu quşun qanadlarında archæopteryxdə olduğu kimi pəncələr vardı. Quyruq tüklərinə dəstək olan pygostyle (büzdüm sümüyü) adlı forma bu quşda da vardı.135 Qısaca desək, təkamülçülər tərəfindən bütün quşların ən qədim əcdadı sayılan və yarı-sürünən qəbul edilən archæopteryxlə eyni yaşda olan bu canlı dövrümüzün quşlarına çox bənzəyirdi. Bu həqiqət archæopteryxin bütün quşların ibtidai əcdadı olması ilə bağlı təkamülçü tezislərlə ziddiyyət təşkil edirdi. Çində 1996-cı ilin noyabrında tapılan başqa bir fosil aranı bir az da qarışdırdı. 130 milyon yaşındakı liaoningornis adlı bu quş L.Hou, L.D.Martin və Alan Feduççia tərəfindən “Elm” (Science) jurnalında dərc edilən bir məqalədə xəbər verildi. Liaoningornis dövrümüzün quşlarında olan uçuş əzələlərinin birləşdiyi döş sümüyünə malik idi. Digər xüsusiyyətləri ilə də bu canlı dövrümüzün quşlarından fərqlənmirdi. Yeganə fərqi ağzında dişlərinin olması idi. Bu vəziyyət

dişli quşların heç də təkamülçülərin iddia etdiyi kimi, ibtidai quruluşa malik olmadıqlarını göstərirdi.136 Belə ki, Alan Feduççia “Discover” jurnalında dərc edilən şərhində liaoningornisin quşların mənşəyinin dinozavrlardan gəldiyi iddiasını əsassız olduğunu bildirmişdi.137

Archæopteryxlə bağlı təkamülçü iddiaları təkzib edən başqa bir fosil isə eoalulavis oldu. Archæopteryxdən 25-30 milyon il daha gənc, yəni 120 milyon yaşında olduğu söylənilən eoalulavisin qanad quruluşu eynilə dövrümüzdəki bəzi uçan quşlardakı kimidir. Bu da 120 milyon il əvvəl dövrümüzdəki quşlardan bir çox cəhətdən fərqi olmayan canlıların uçduqlarını sübut edirdi.138

Beləliklə, archæopteryx və digər arxaik quşların heç birinin ara keçid forması olmadığı qəti şəkildə sübut edilmiş oldu. Fosillər fərqli quş növlərinin bir-birlərindən təkamül yolu ilə törədiklərini göstərmirdi. Əksinə, dövrümüzün quşlarının və archæopteryxə bənzər bəzi xüsusi quş növlərinin birlikdə yaşadıqlarını sübut edirdi. Bu quşların bəzilərinin, məsələn, confuciusornis və ya archæopteryxin nəsli kəsilmiş, dövrümüzə ancaq az saydakı quş gəlib çatmışdır.



Archaeoraptor:

Dino-quş saxtakarlığı


Təkamül nəzəriyyəsinin tərəfdarları archæopteryxdə axtardıqlarını tapmadıqlarına görə 1990-cı ildə digər bəzi fosillərə ümid bağladlar və bir sıra ardıcıl “dino-quş fosili” iddiası bu illərdə dünya mediasında əks-səda doğurdu. Ancaq bu iddiaların hər birinin yanlış şərh və hətta saxtakarlıq nümunəsi olduğu qısa müddətdə başa düşüldü.

“Dino-quş” iddialarının ilk nümunəsi 1996-cı ildə böyük media təbliğatı ilə gündəmə gətirilən “Çində tapılmış tüklü dinozavr fosilləri” hekayəsi idi. Sinosauropteryx adlandırılan bir sürünən fosili tapılmışdı, ancaq fosili təhlil edən bəzi təkamülçü paleontoloqlar onun məlum olan sürünənlərin əksinə olaraq quş tüklərinə malik olduğunu irəli sürdülər. Lakin bir il sonra aparılan tədqiqatlarda fosilin əslində quş tükünə bənzər heç bir formaya malik olmadığını məlum oldu. “Elm” (Science) jurnalında dərc olunan “Tüklü dinozavrın tüklərini yolmaq” (Plucking the feathered dinosaur) adlı məqalədə təkamülçü paleontoloqlar tərəfindən “tük” kimi qəbul edilən formaların əslində tüklərlə heç bir əlaqəsi olmadığı bildirilirdi:

Bir il əvvəl paleontoloqlar “tüklü dinozavra” aid fotoşəkillərin ortaya çıxması ilə həyəcan yaşamışdılar. Çinin Yixian bölgəsində tapılan sinosauropteryx adlı fosil “New York Times”ın ilk səhifəsində dərc edilmiş və quşların mənşəyinin dinozavrlardan gəldiyinə dair təsirli dəlil kimi təqdim edilmişdi. Amma keçən ay Çikaqodakı onurğalılar paleontologiyası toplantısında verilən hökm daha fərqli oldu: Fosil nümunələrini təhlil edən altı qərbli paleontoloq bunların müasir quş tükləri olmadığını söylədilər... Kanzas Universitetindən paleontoloq Lari Martin onların çürümüş kollagen lifləri olduğunu və quşlarla heç bir əlaqəsi olmadığını bildirdi.139

Daha böyük bir dino-quş qalmaqalı isə 1998-ci ildə başladı. “National geographic” jurnalı 1998-ci il, iyul sayında quşların dinozavrlardan təkamül yolu ilə törədiyi iddiasının artıq tutarlı fosil dəlilinə əsaslandığını irəli sürdü. Çində tapıldığı bildirilən fosilə məqalədə geniş yer ayrılaraq fosilin quş və dinozavr xüsusiyyətlərini daşıdığı müdafiə edilirdi. Məqaləni qələmə alan “National geographic” jurnalisti Kristofer P.Sloun fosil haqqında verdiyi şərhə o qədər inanmışdı ki: “İnsanların məməli olduğunu necə əminliklə deyə biliriksə, artıq quşların da teropod (dördayaqlı dinozavr) olduğunu eyni şəkildə söyləyə bilərik”, -deyirdi. 125 milyon il əvvəl yaşadığı deyilən bu növə dərhal elmi ad da verildi: archaeoraptor liaoningensis.140

Lakin fosil beş fərqli fosilin bir-birinə ustalıqla birləşdirilməsiylə hazırlanmış saxta fosil idi! Aralarında üç paleontoloqun da olduğu bir qrup tədqiqatçı bir il sonra kompyuter tomoqrafiyasının köməyi ilə saxtakarlığı sübut etdilər. Dino-quş əslində çinli bir təkamülçünün əl işi idi... Çinli həvəskarlar yapışqan və əhəngdən istifadə edərək 88 sümük və daşdan dino-quş düzəltmişdilər. Archaeoraptorun ön hissəsi bir quşa aid fosil idi, ancaq dinozavrın quyruğu ilə birlikdə bədən hissəsində dörd ayrı növə aid sümüklər var idi.

İşin maraqlı cəhəti bu idi ki, “National geographic” jurnalı bu cür səviyyəsiz saxtakarlığı heç şübhələnmədən dərc etmiş və hətta buna əsaslanaraq “quşların təkamülü” ssenarilərinin sübut edildiyini irəli sürmüşdü. ABŞ-dakı məşhur Smitson İnstitutu Təbiət Tarixi Muzeyindən dr. Storrs Olson bu fosilin saxta olduğuna dair daha əvvəl “National geographic”i xəbərdar etdiyini, ancaq jurnalın rəhbərliyinin bunu tamamilə qulaqardı etdiyini deyirdi. Olsonun fikrincə, “onsuz da “National geographic” uzun zamandan bəri sensasiyalı, əsassız və bayağı xəbərlər yayaraq səviyyəsini aşağı salmışdı”.141

Olson “National geographic” jurnalının idarə heyətindəki Piter Reyven adlı elm adamına yazdığı aşağıdakı məktubunda jurnalın “tüklü dinozavrlar” qalmaqalının pərdə arxasını hərtərəfli şəkildə izah edirdi:

National geographic”in 1998-ci il, iyul sayında dərc edilən “Dinozavrlar qanadlanır” (Dinosaurs take wing) sərlövhəli məqalənin dərc edilməsindən qısa müddət əvvəl (məqaləni hazırlayan) Kristofer P.Slounun fotoqrafı Lou Mazzatenta məni “National geographic” cəmiyyətinə çağırdı, Çində tapılan fosillərin fotoşəkillərini göstərdi və bunlar haqqında dərc ediləcək hekayə ilə əlaqədar fikirlərimi soruşdu. Onda “National geographic”in göstərmək istədiyi mənzərədən daha fərqli, alternativ düşüncələr olduğunu deyərək etiraz etdim, amma sonda açıq şəkildə gördüm ki, “National geographic” quşların dinozavrlardan təkamül yolu ilə törəməsi doqmasından başqa heç nəyə maraq göstərmirdi.

Slounun məqaləsi (quş-dinozavr əlaqəsi haqqında) ön mühakiməni tamamilə yeni şəklə salan və böyük ölçüdə təsdiqlənməmiş və ya sənədləşdirilməmiş məlumatlara əsaslanaraq xəbər yaymaq əvəzinə onları “uydurur”. “İnsanların məməli olduqlarını nə qədər əminliklə deyə biliriksə, quşların də teropod (ikiayaqlı dinozavr) olduğunu o qədər əminliklə deyə bilərik” şəklindəki bəsit cümləsi bir və ya bir neçə elm adamının fikri kimi göstərilmir, sadəcə “KİV təbliğatı” kimi qalırdı. Bu melodramatik iddia əslində embriologiya və müqayisəli anatomiya sahəsində aparılan yeni tədqiqatlarla təkzib edilmişdir, amma, əlbəttə, bunlar (“National geographic” məqaləsində) heç bildirilmir.

Ən əsası da budur ki, Slounun məqaləsində rəsmi çəkilən və quş tükləri olduğu iddia edilən formaların heç birinin quş tükü olduğu sübut edilməmişdir. Bunların bu cür olduğunu iddia etmək bir həqiqəti dilə gətirmək deyil, sadəcə arzularının ifadəsidir. 103-cü səhifədə yer alan “içi boş, saça bənzər formalar ibtidai quş tüklərini (protofeathers) xarakterizə edir” şəklindəki ifadə cəfəngiyyatdır, çünki “ibtidai quş tükləri” sadəcə nəzəri fərziyyədir və ona görə də bunlar sadəcə hipotezdir.

“National geographic” cəmiyyətində (National Geographic Society) hələ də göstərilən tüklü dinozavrlar sərgisi daha biabırçıdır və bir çox ətyeyən dinozavrın quş tüklərinə malik olduğu kimi, aldadıcı iddia irəli sürür. Heç şübhəsiz, bir dinozavr olan deinonychus üçün düzəldilən maket və bala tiranozavr rəsmlərində bu canlılar tüklərlə örtülü şəkildə göstərilir. Bunların hamısı xəyalidir və elmi-fantastikadan başqa bir şey deyil...

Hörmətlə,

Storrs L.Olson

Ornitologiya Şöbəsinin Rəhbəri

Smitson İnstitutu, Təbiət Tarixi Milli Muzeyi 142

Bu fosil saxtakarlığının göstərdiyi iki mühüm həqiqət var: birincisi, təkamül nəzəriyyəsinə dəlil tapma axtarışında asanlıqla saxtakarlığa əl ata bilən insanlar var. İkincisi, təkamül nəzəriyyəsini cəmiyyətə təlqinlə qəbul etdirmək kimi missiya üzərinə götürmüş bəzi “elmi jurnallar” təkamül nəzəriyyəsi lehinə istifadə etmək istədikləri tapıntıları səhv olma və ya başqa cür şərh edilmə ehtimallarını tamamilə nəzərdən qaçırıb təbliğat materialına çevirirlər. Yəni elmi deyil, doqmatik davranır, inancla bağlı olduqları təkamül nəzəriyyəsini müdafiə etmək üçün elmdən istifadə edirlər.

Mövzunun digər mühüm cəhəti isə quşların dinozavrlardan təkamüllə törədiyi tezisinə heç bir dəlil tapılmamasıdır. Dəlil tapılmadığı üçün saxtası düzəldilir və ya mövcud dəlillər təhrif edilərək şərh edilir. Əslində isə quşların başqa canlı sinfindən təkamüllə törədiyinə dair heç bir sübut yoxdur. Əksinə, dəlillər quşların yer üzündə özünəməxsus bədən quruluşları ilə ortaya çıxdığını göstərir.


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin