Yeriyən balina nağılının əsassızlığı
Əslində nə pakicetusun, nə də ambulocetusun balinalarla qohumluq əlaqələri olduğuna dair heç bir dəlil yoxdur. Bunlar sadəcə nəzəriyyələrinə əsasən, dəniz məməliləri üçün quruda yaşayan bir əcdad tapmaq məcburiyyətində olan təkamülçülərin bəzi məhdud bənzərliklərə əsaslanaraq müəyyən etdikləri “əcdad namizədləridir”. Bu canlıların özləriylə çox yaxın geoloji dövrdə fosil qeydlərində üzə çıxan dəniz məməliləri ilə əlaqələrinin olduğunu göstərən heç bir dəlil yoxdur.
Təkamül sxemində pakicetus və ambulocetusun ardınca sözügedən dəniz məməlilərinə keçilir və procetus, rodhocetus kimi archaeocetea (nəsli kəsilmiş balina) növləri düzülür. Sözügedən canlılar həqiqətən də suda yaşayan nəsli kəsilmiş məməlilərdir (bir az sonra bu mövzuya da toxunacağıq). Ancaq pakicetus və ambulocetus ilə bu dəniz məməliləri arasında çox böyük anatomik fərqlər var. Canlıların fosilləri təhlil edildikdə onları bir-biriləri ilə əlaqələndirən “ara keçid formalar” olmadığı açıq şəkildə görünür:
-
Quruda yaşayan dördayaqlı məməli olan ambulocetusda onurğa çanaq (pelvis) sümüyündə bitir və bu sümüyə bağlanan güclü ayaq sümükləri uzanır. Bu tipik quru məməlisinin anatomiyasıdır. Balinalarda isə onurğa quyruğa qədər davam edir və onlarda çanaq sümüyü yoxdur. Belə ki, ambulocetusdan 10 milyon il sonra yaşadığı hesab edilən basilosaurus eynilə bu anatomiyaya malikdir. Yəni tipik balinadır. Tipik quru canlısı olan ambulocetus ilə tipik balina olan basilosaurus arasında isə heç bir “ara keçid forma” yoxdur.
-
Basilosaurusun və kaşalot onurğalarının alt hissəsində onurğadan ayrı kiçik sümüklər yerləşir. Təkamülçülər bunların “rudiment ayaqlar” olduğunu iddia edirlər. Lakin sözügedən sümüklər basilosaurusda “cütləşmə vəziyyətini almağa kömək edir”, kaşalotda isə “çoxalma orqanlarına dəstək olur”.164 Onsuz da çox mühüm funksiyanı yerinə yetirən skelet hissələrini başqa bir funksiyanın “rudiment orqanı” kimi tərif etmək təkamülçü ön mühakimədən başqa bir şey deyil.
Nəticədə dəniz məməlilərinin quru məməliləri ilə aralarında “ara keçid forma” olmadan, özünəməxsus quruluşları ilə ortaya çıxdıqları həqiqəti dəyişmir. Ortada heç bir təkamül zənciri yoxdur. Robert Karol bu həqiqəti istəmədən və təkamülçü dillə də olsa, belə qəbul edir: “Birbaşa balinalara uzanan mesonixid zənciri qurmaq mümkün deyil”.165 Balinaları öyrənən məşhur mütəxəssis olan rus elm adamı Q.A.Mkedlidze də təkamülçü olmasına baxmayaraq, pakicetus, ambulocetus natans və onlara bənzər dördayaqlı “balina əcdadı namizədləri”nin bu şəkildə tərif edilməsi ilə razı deyil və onları tamamilə ayrı bir qrup kimi tərif edir.166
Qulaq və burunun təkamülü hekayələri
Quruda yaşayan məməlilər ilə dəniz məməliləri arasında irəli sürülən təkamül ssenarisi bu canlı qrupları arasındakı fərqli qulaq və burun quruluşlarını açıqlamalıdır. Əvvəlcə, qulaq quruluşunu nəzərdən keçirək. Quru məməliləri insanlar kimi xarici aləmdəki səsləri qulaq seyvanları ilə toplayır, orta qulaqdakı sümüklərlə gücləndirir və daxili qulaqda siqnallara çevirirlər. Dəniz məməlilərinin isə qulaqları yoxdur. Səsləri alt çənələrindəki xüsusi titrəyən reseptorlarla eşidirlər. Bu iki forma arasında mərhələli təkamül mümkün deyil. Mükəmməl bir eşitmə sistemindən tamamilə fərqli quruluşa malik başqa bir sistemə mərhələli təkamüllə keçmək qeyri-mümkündür. Çünki ara mərhələlər faydasız olacaqdır. Yavaş-yavaş qulaqları ilə eşitmə qabiliyyətini itirən, çənəsi ilə eşitmə qabiliyyəti isə hələ təkmilləşməmiş canlı təkmil deyil.
Sözügedən “təkmilləşmənin” necə baş verəcəyinə gəlincə, elə bu, təkamül nəzəriyyəsini çıxılmaz vəziyyətə salır. Təkamülçülərin irəli sürdükləri mexanizm mutasiyalardır və canlılara genetik məlumat əlavə etdikləri heç vaxt müşahidə edilməmiş mutasiyalar nəticəsində dəniz məməlilərinin son dərəcə kompleks duyğu sistemlərinə malik olduqlarını irəli sürmək ağlasığmazdır.
Belə ki, fosillər ortada heç bir təkamül olmadığını göstərir. Pakicetus və ambulocetusun qulaq sistemi quruda yaşayan məməlilərinki ilə eynidir. “Təkamül sxemində” bu iki quru məməlisinin ardınca gələn basilosaurus isə tipik balina qulağına malikdir. Yəni xarici qulaq seyvanı ilə deyil, çənəsinə gələn titrəmələrlə ətrafındakı səsləri eşidən canlıdır. Pakicetus və ambulocetusun qulaq quruluşu ilə basilosaurusun qulaq quruluşu arasında heç bir “ara keçid forması” yoxdur.
Buna bənzər vəziyyət “sürüşkən burun” hekayəsi üçün də keçərlidir. Təkamülçü mənbələr pakicetus, rodhocetus və dövrümüzün göy balinasına aid üç kəllə sümüyü skeletini alt-alta düzür və bunların “təkamül prosesi”ni təşkil etdiklərini irəli sürürlər. Halbuki bu üç fosilin, xüsusilə də rodhocetus və dövrümüzdəki balinanın burun quruluşları eyni ardıcıllığın ara keçid formaları kimi qəbul edilməyəcək qədər fərqlidir.
Habelə nəfəs dəliklərinin burundan ənsəyə qədər davam etməsi sözügedən canlıların anatomiyasında çox ciddi “yenidən dizayn” tələb edir ki, bunun təsadüfi mutasiyalar yolu ilə əmələ gəldiyinə inanmaq xəyal qurmaqdan başqa bir şey deyil.
“National geographic”in lamarkçı nağılları
Əslində təkamülçü zümrənin böyük hissəsinin canlıların mənşəyi haqqında əsas batil inancı var və problem də elə bundan qaynaqlanır. Bu batil inanc canlılara ehtiyacları olan orqanları, biokimyəvi formaları və ya anatomik xüsusiyyətləri qazandıran sanki sehirli bir “təbii güc” düşüncəsidir.
Bunu görmək üçün “National geographic”in 2001-ci il, noyabr sayında “Balinaların təkamülü” başlıqlı məqaləsindəki bəzi maraqlı abzaslara nəzər salaq:
... Bu ərazidə tapılan balinaların bəzi əcdadlarını gözümün önündə canlandırmağa çalışdım... Hər nəsildə getdikcə qısalan və çəlimsizləşən arxa ayaqlarından istifadə edərək şappıltı ilə hərəkət etməyə çalışırdılar... Bir tərəfdən arxa ayaqları, digər tərəfdən də gövdələrini saxlayan bud sümükləri getdikcə kiçilirdi... Boynu qısaldı, beləliklə, gövdənin ön hissəsi suyu ən az müqavimətlə yarıb keçməyi təmin edən boru şəklində sualtı qayığın gövdəsinə bənzəyən formaya çevrilərkən qollar da üzgəc formasını almağa başladı. Xarici qulaqlara olan ehtiyacın azalması ilə bəzi balinalar sudakı səsləri birbaşa alt çənə sümükləri ilə qəbul edib xüsisi yağ kisələri vasitəsilə daxili qulağa ötürürdülər.
Diqqət edilsə, bütün bu hekayələrdə təkamülçü məntiq uydurması sadəcə canlıların dəyişən mühitə görə dəyişən ehtiyaclarınin olduğunu bildirir və bu ehtiyacı özbaşına “təkamül mexanizmi” kimi qavrayır: bu məntiqə əsasən, ən az ehtiyac hiss olunan orqanlar yox olur, ehtiyac olan yeni orqanlar öz-özünə meydana gəlirlər!
Lakin biologiya sahəsində ən əsas məlumatlara malik olan bir insan bilər ki, ehtiyaclarımız orqanlarımızı irsi şəkildə formalaşdıra bilməz. Bu, Lamarkın “qazanılmış xüsusiyyətlərin sonrakı nəsillərə ötürülməsi” tezisinin təkzib edilməsindən bəri, yəni təqribən 100 ildir ki, məlum olan qəti həqiqətdir. Amma təkamülçü KİV-lərə baxdıqda görürük ki, hələ də Lamarkın nəzəriyyəsinə görə düşünürlər.
Əgər onlara etiraz etsəniz: “Xeyr, biz lamarkçı deyilik, ətraf mühit şərtlərinin canlılara təkamül xarakterli təzyiq göstərdiyini, bu təzyiq nəticəsində uyğun canlıların seçildiyi və beləliklə, növün təkamül keçirdiyini nəzərdə tuturuq”, -deyəcəklər. Amma elə məsələnin əsli də buradadır: təkamülçülərin “təkamül xarakterli təzyiq” dedikləri şey canlılara ehtiyaclarına uyğun olaraq yeni xüsusiyyətlər qazandıra bilməz. Çünki bu təzyiqə reaksiya verəcəyini nəzərdə tutduqları iki “təkamül mexanizmi”, yəni təbii seçmə və mutasiyanın canlılara yeni orqanlar qazandırma xüsusiyyəti yoxdur:
-
Təbii seçmə ancaq mövcud olan xüsusiyyətləri seçə bilər, yeni bir xüsusiyyət əmələ gətirə bilməz.
-
Mutasiyalar canlılara genetik məlumat əlavə edə bilməzlər, sadəcə mövcud genetik məlumatı pozarlar. Genetik məlumat əlavə edən (yeni bir orqan və ya biokimyəvi forma əmələ gətirən) bir mutasiyaya əsla rast gəlinməmişdir.
Bu həqiqətlər işığında “National geographic”in yuxarıdakı “şappıltı ilə hərəkət edən balinalar” nağılına bir daha nəzər salsaq, əslində həqiqətən də olduqca bəsit lamarkçılıq etdiklərini görərik. Diqqət edilsə, “National geographic”in jurnalisti Duqlas H.Çedvik “hər nəsildə getdikcə qısalan və çəlimsizləşən arxa ayaqlar”dan bəhs edir. Necə olur ki, “hər nəsildə” bir canlı növündə morfoloji dəyişiklik- həm də müəyyən bir istiqamətdə dəyişiklik olur? Bunun üçün, o növün hər nəsildəki təmsilçiləri ayaqlarının qısalmasına səbəb olan mutasiyalara uğramalı, bu mutasiyalar canlıya başqa heç bir zərər verməməli, mutasiyaya uğrayan fərdlər digərlərinə görə üstün olub seçilməli, sonrakı nəsildə (necə bir təsadüfdürsə) yenə eyni genin eyni yerində eyni mutasiya olmalı, bu nəsillər boyu heç dəyişmədən davam etməli, bütün bunlar təsadüfən qüsursuz şəkildə baş verməlidir.
Əgər “National geographic” yazıçıları buna inanırlarsa: “Biz sülələ olaraq uçmağı çox sevirik, oğlum da baxın, təsadüfi mutasiya keçirdi və qoltuq altlarında quş tükünə bənzər bir neçə forma əmələ gəldi. Nəvəm də eyni mutasiyaları keçirəcək və tükləri bir az da artacaq, bu nəsillər boyu davam edəcək və nəticədə sülaləmiz qanadlanıb uçacaq”, -deyən bir insana da inana bilərlər. Çünki hər iki hekayənin cəfəngiyyat səviyyəsi eynidir.
Bu vəziyyət əvvəldə bildirdiyimiz həqiqəti, yəni təkamülçülərin canlıların tələbatlarının sanki təbiətdəki sehirli bir güc tərəfindən təmin edildiyinə dair batil inancını üzə çıxarır. Əslində maraqlıdır ki, animizmdəki (təbiətdəki canlı və cansız bütün varlıqların şüuru və ruhu olduğu inancı) “təbiətə şüur aid etmə” inancı XXI əsrdə “elm” adı ilə qarşımıza çıxır. Halbuki darvinizmin məşhur tənqidçilərindən biri olan Fransanın məşhur bioloqu Pol Pier Qrassenin bildirdiyi kimi, “xəyal qurmağı qadağan edən bir qanun yoxdur, amma elm bu işin içinə daxil edilməməlidir”.167
İnsanlara təlqin edilmək istənilən başqa bir ssenari də sözügedən canlıların bədən səthi ilə bağlıdır. Quruda yaşayan canlılar kimi qəbul edilən pakicetus və ambulocetusun digər məməlilər kimi tüklü bədənə malik olduğu hər kəsin ortaq fikridir. Belə ki, bərpa işlərində hər iki canlı sıx tüklərlə təsvir olunmuşdur. Ancaq daha sonrakı canlılara (yəni həqiqi dəniz məməlilərinə) keçdikdə birdən tüklər yox olur. Bunun təkamül baxımından açıqlaması yuxarıda danışdığımıza bənzər lamarkçı hekayələrdən fərqli deyil.
Həqiqət isə sözügedən canlıların hər birinin yaşadıqları mühitə görə ən uyğun şəkildə yaradılmalarıdır. Bu qüsursuz canlıları mutasiyalarla və ya daha bəsit lamarkçı hekayələrlə açıqlamağa çalışmaq ağıldankənardır. Canlılardakı hər xüsusiyyət kimi, sözügedən canlıların mükəmməl sistemləri də bu canlıları Allahın yaratdığını sübut edir.
Dostları ilə paylaş: |