Həyatın mövcud olduğu məkanlar



Yüklə 99,2 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix02.01.2022
ölçüsü99,2 Kb.
#41015
1   2   3   4   5   6   7   8
bosfer compress

Oksigenin dövran. 

Oksigenin dövranı - biokimyəvi tsikli planetar proses 

olub, atmosferi və hidrosferi Yer qabığı ilə əlaqələndirir.Oksigenin dövranının 

ə

sas həlqələri bunlardır: yaşıl bitkilərdə fotosintez zamanı sərbəst oksigenin 



ə

mələ 

gəlməsi, bütün canlı orqanizmlərin tənəffüsü üçün oksigendən istifadə edilməsi, 

üzvi qalıqların və qeyri-üzvi maddələrin (məs. yanacağın yandırılması) 

oksidləşməsinin reaksiyası üçün və digər kimyəvi dəyişikliklər, bunlar 

karbon qazı, su kimi oksidləşmiş birləşmələrin əmələ gəlməsinə və onların 

fotosintetik çevrilmələrin yeni tsiklinə cəlb edilməsinə səbəb olur. 

İ

l ərzində sintez olunan üzvi maddələrin kütləsinə əsaslanaraq (15% 



tənəffüs 

prosesinə sərf edilməsini nəzərə alaraq) bu nəticəyə gəlmək olar ki, planetin 

yaşıl bitki örtüyünün illik oksigen məhsulunun miqdarı 300x109 ton təşkil edir. 

Onun az miqdarı, yəni 25%-dən bir qədər artığı quruda yerləşən bitki örtüyü 

tərəfindən, qalanı isə Dünya okeanının fotosintez edən orqanizmləri tərəfindən 

ayrılır, sərbəst oksigen yalnız atmosferdə deyil, həmçinin təbii sularda həll 

olunmuş vəziyyətdə mövcuddur. 

Karbonun dövranı

. Karbon biosferin ən mühüm kimyəvi elementlərindən biri 

sayılır. Bu aşağıdakılarla bağlıdır: 

1.

 



Həyatın demək olar ki, bütün formaları karbon birləşmələrindən ibarətdir; 

2.

 



Biosferdə karbon birləşmələrinin oksidləşməsi və reduksiyası reaksiyaları 

yalnız karbonun deyil, həmçinin oksigenin və bir çox digər elementlərin 

qlobal yayılmasına və balansına səbəb olur; 

3.

 



Karbon atomlarının zəncir və həlqə yaratma qabiliyyəti üzvi birləşmələrin 

müxtəlifliyini təmin edir; 

4.

 

tərkibində karbon olan qazlar – karbon qazı və metan – antropogen 



istixana effektində müəyyən rol oynayır. 

Karbonun əsas ekosfer ehtiyatları hidrosfer, litosfer və atmosferdə 

yerləşir. Onlar arasında intensivliyi ildə on milyard tonlarla aktiv karbon 

mübadiləsi gedir. Bu mübadilədə okean karbonun əsas uducusu hesab olunur, bu 

qurudan çay axınları ilə üzvi maddələrin destruksiyası, həm də atmosferdən – 

bütün canlı orqanizm kompleksinin (biotanın) tənəffüsü nəticəsində daxil olur. 

Biosferdə mühüm proseslər – qeyri-üzvi maddələrdən günəş enerjisinin iştirakı 

ilə (fotosintez) üzvi maddələrin formalaşması, biotanın (biosenozun) aerob və 

anaerob 

www.behruzmelikov.com




proseslərin fəaliyyəti və üzvi maddələrin destruksiyasından üzvi maddələrin sərf 

olunması prosesləri gedir. 

Biokimyəvi tsikldə aktiv iştirak edən karbonun əsas ehtiyatı Dünya 

okeanında yerləşir, burada o, müxtəlif formalarda olur. Son nəticədə karbonun 

ə

ksər hissəsi okeanın dibində toplanır, sonra daha cavan çöküntülərdə örtülür 



və beləliklə, ekosferdən kənara çıxır, bu zaman litosfer maddələrinin böyük 

tsiklində qalır. Karbonun qlobal tsiklində əsas antropogen axın enerji istehsalı 

prosesində yanacaqların yandırılması nəticəsində əmələ gəlir. 

Azotun dövranı

 .Azot həyatın hakim (açar) inqrediyenti sayılır, çünki bu 

element bütün zülal birləşmələrin vacib komponentidir. 

Azot birləşmələrinin böyük ehtiyatı litosferdə yerləşir. Qalan ehtiyatı isə 

kimyəvi cəhətdən az aktiv qaz şəklində atmosferin 

79% -ni təşkil edir.  

Azotun ehtiyatının biosfer və hidrosferdə nisbətən az olmasına 

baxmayaraq, bu aktiv element geosferlər arasında tez mübadilə edir. Azot 

tsiklinin kimyəvi şəkli olduqca mürəkkəb və müxtəlifdir, çünki azot hava, su və 

torpağa müxtəlif kimyəvi formalarda daxil olur və həm də şəklini dəyişir. 

Azot birləşmələrinin dövranında azot toplayan, nitrifikatorlar, 

denitrifikatorlar mikroorqanizmləri olduqca böyük rol oynayır. Yerdə qalan 

orqanizmlər isə azotun dövranına öz hüceyrələrinin tərkibinə azotu 

assimilyasiya 

etdikdən sonra təsir göstərir. Fır-fır və yaşıl fotosintez bakteriyaları, müxtəlif 

torpaq bakteriyaları da azot toplayır. 

Azotun yüksək intensiv toplanması göy-yaşıl yosunlar çox olan 

çirklənmiş göllərdə baş verir. Atmosferdə və biosferin çöküntü qabığında olan 

külli miqdarda azot ehtiyatının dövranında yalnız quru və okeanın canlı 

orqanizmləri tərəfindən mənimsənilərək toplanan (fiksasiya olunan) azot iştirak 

edir. Azotun mübadilə fondu kateqoriyasına aşağıdakılar daxildir: biokütlənin 

azotu, bakteriya və canlı orqanizmlərin bioloji azot fiksasiyası, yuvenil 

(vulkanogen) azot, atmosfer (şimşək zamanı toplanan) azotu və texnogen azot. 

Kükürdün dövranı

 .Kükürd zülalların vacib komponenti olduğu üçün 

bioloji proseslərdə mühüm rol oynayır. Torpaqda və çöküntülərdə kükürdün 

ehtiyatı geniş, atmosferdə isə azdır. Kükürd mübadilə fondunda əsas rolu xüsusi 

mikroorqanizmlər oynayır, onların hər bir növü oksidləşmə və reduksiyanın 

nəticəsində suyun dərinliyində yerləşən çöküntülərdən səthə hidrogen-sulfid 

qarışır. 

Kükürdün tsiklinin (dövranının) antropogen pozulması ekosistemin 

asidifikasiyası, stratosfer və troposferdə ozonun vəziyyəti, iqlimin dəyişməsi 

kimi qlobal ekoloji prosesləri təyin edir və ya onlara ciddi təsir göstərir. 



Fosforun dövranı

. Fosfor bioloji və biokimyəvi proseslərdə böyük rol 

oynadığı üçün ən mühüm kimyəvi elementlərdən biri sayılır. Fosforun əsas 

www.behruzmelikov.com




rezervuarları (ehtiyatları) quru ekosistemləri, okeanlar və su hövzələrində 

gətirmələrin çöküntüləridir. 

Fosforun qazşəkilli formaları praktiki olaraq mövcud deyil, odur ki, ona 

atmosferdə rast gəlinmir. Litosferdə fosforun əksər hissəsi kristal süxurlar olub 

apatitlərin tərkibində olur (95%) . 

 

 



 

 

 



 

 

 



Fosfor çaylarla göl, su anbarları və dənizlərə axını baş verərək orada 

toplanır. Əks istiqamətdə fosforun axını olmur, bu isə quru ekosistemlərinin (o 

cümlədən aqroekosistemlərin) fosforla kasadlaşmasına və bununla əlaqədar 

onların bioloji məhsuldarlığının aşağı düşməsinə səbəb olur. 

Antrorogen fəaliyyət nəticəsində eroziya prosesinin güclənməsi,fosfor 

gübrələrinin yuyulub aparılması, çirkab sularının axıdılması dünyada fosfor 

axınlarının intensivliyini artırır. Bu isə su hövzələrinin evtrofikasiyasının 

güclənməsinə səbəb olur. Fosforun hidrosferə ümumdünya illik axını 20 mln. 

tona yaxındır. Yer qabığında fosforun miqdarı 0,093% təşkil edir. Fosforun 

dövranı «Quru-Dünya okeanı» sistemində gedir. 



Ozon qatı

 yer kürəsinin mövcudluğunda də əvəzolunmaz rol oynayır. 

Ozon sözü yunancadan tərcümədə “kəskin iy” mənasını verir. Bu sözü ilk dəfə 

1839-cu ildə K.F.Şonbeyn tərəfindən işlədilmişdir. 1850-ci ildən sonra ozon 

qatının atmosferin tərkib hissəsi olduğu sübut olundu və 1881-ci ildən 

başlıyaraq, ozon təbəqəsi troposferdən və strotosferdən ayrı tətqiq olunmağa 

başlandı.  

Ozon təbəqəsi yer kürəsini əsasən günəşin yüksək temperaturundan və 

ultrabənövşəyi şüalarından qoruyur.  

 

 



 

Biosferdə maddələrin dövretməsi və  

ekoloji təhlükəsizlik 

 


Yüklə 99,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin