Heydar aliyev foundation the ministry of health of azerbaijan republic scientific surgical center after m. Topchubashov, baku, azerbaijan



Yüklə 377,73 Kb.
Pdf görüntüsü
səhifə1/9
tarix02.01.2022
ölçüsü377,73 Kb.
#1369
  1   2   3   4   5   6   7   8   9


HEYDƏR ƏLIYEV FONDU 

AZƏRBAYCAN RESPUBLIKASI SƏHİYYƏ NAZIRLIYI 

AKAD.M.A.TOPÇUBAŞOV ADINA ELMI CƏRRAHIYYƏ MƏRKƏZI 

ALMANIYANIN MANNHAYM UNIVERSITET KLINIKASININ CƏRRAHİYYƏ MƏRKƏZİ 

 

  

   

      

 

 

 



HEYDAR ALIYEV FOUNDATION 

 

THE MINISTRY OF HEALTH OF AZERBAIJAN REPUBLIC  



SCIENTIFIC SURGICAL CENTER AFTER M.TOPCHUBASHOV, BAKU, AZERBAIJAN

 

SURGICAL CLINIC OF UNIVERSITY MEDICAL CENTRE MANNHEIM, GERMANY 

 

 

 

II AZƏRBAYCAN-ALMAN CƏRRAHİYYƏ GÜNLƏRİ  

II AZERBAIJAN-GERMAN SURGERY DAYS 

 

 

30 Yanvar  



 3 Fevral, 2011 

January 30 



 February 3, 2011 

 

Bakı, Azərbaycan 



 

Baku, Azerbaijan  


Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  cənablarının  2006-cı  il 

sərəncamı  ilə  gənclərimizin  xaricdə  təhsil  almaları  üçün  hərtərəfli  şəraitin 

yaradılması,  21  oktyabr  2009-cu  il  tarixli  526  nömrəli  Sərəncamı  əsasında 

Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Elmin  İnkişafı  Fondunun 

yaradılması,  ixtisaslı  kadrlarının  hazirlanmasına  göstərdiyi  diqqət  və  qayğı, 

təbabət  sahəsində  də  ən  müasir  qərb  standartlarının  ölkəmizə  gətirilməsi 

yönümündə  apardığı  uğurlu  siyasətin  və  Səhiyyə  Nazirliyinin  bu  yönümdə 

gördüyü  səmərəli  işlərin  nəticəsi  kimi  Akad.M.A.Topçubaşov  adına  Elmi 

Cərrahiyyə  Mərkəzi  (ECM)  ilə  Almaniyanın  Heydelberq  Universitenin 

Mannheim 

Cərrahiyyə 

Klinikası 

arasında 

elmi-tibbi 

əməkdaşlıq 

yaradılmışdır. Bu əməkdaşlığın əsas hədəfi respublikada tibb sahəsində tədrisin, 

elmi-tədqiqat işlərinin və əhaliyə göstərilən ixtisaslı tibbi xidmətin səviyyəsinin 

yüksəldilməsidir. 

Keçən  dövr  ərzində  ECM  30-a  yaxin  əməkdaşları  dəfələrlə 

Mannheim  Cərrahiyyə  Klinikasında  müxtəlif  zamanlarda  elmi  ezamiyyətlərdə 

və  ixtisaslaşma  kurslarında  olmuşlar.  Eləcə  də  alman  həmkarlarımız  bir  neçə 

dəfə  Bakıda  olmuş,  ECM  əməkdaşları  üçün  fərqli  mövzularda  mühazirələr 

oxunmuş, seminarlar keçirmiş, birgə cərrahi əməliyyatlar icra etmişlər.  

2007-ci  ildə  əməkdaşlarımızın  növbəti  səfərləri  çərçivəsində  Heydər  Əliyev 

Fondunun  dəstəyi  ilə    Mannheim  Cərrahiyyə  Klinikasında  Novruz  bayramı 

şənliyi  keçirilmiş,  Universitetin  100-dən  çox  professor-müəllim  heyətinə 

Azərbaycan həqiqətləri çatdırılmışdır. 

Bu əməkdaşlığın uğurlu nəticəsi kimi 6-9 

iyun  2008  ci  ildə  Bakida  1-ci  Alman  Azərbaycan  Cərrahlıq  Günləri 

keçirilmişdir.  Bu  tədbirdə  Mannhaym  Cərrahlıq  klinikasının  direktoru,  prof. 

S.Post.,  Həmin klinikanın baş həkimi P.Kienle, Siegen Universitet klinikasının 

direktoru prof.F.Velike və 3 digər alman professoru iştirak etmişlər. Bu tədbirdə 

200 çox azərbaycanlı həkim 4 gün ərzində canli əməliyyatların iştirakçısı omuş, 

treninglərdə  iştirak  etmiş,  maraqli  elmi  və  praktik  məruzələrin  dinləyicisi 

olmuşlar. 



2009-cu  ildə  M.Topçubaşov  adina  Elmi  Cərrahlıq  Mərkəzinin  10  yaxın  kliniki 

və  elmi  şöbə  müdirləri  15  gün  ərzində  Almaniyanin  Mannhaym  Cərrahlıq 

klinikasında olmuş, elmi və praktik təcrübə qazanmışlar.  

ECM-in respublikada cərrahi xidmətin metodoloji mərkəzi olmasını nəzərə alsaq 

bu  layihə  gələcəkdə  regionlarda  da  müasir  cərrahiyyənin  yaradılmasına  və 

inkişafına  bir  dəstək  ola  bilər.  Artıq  ECM    respublikanın  bəzi  regionlarında 

endoskopik  və  laparoskopik  cərrahiyyənin  təşkil  edilməsi  və  mütəxəssislərin 

hazırlanması üçün müəyyən işlər görmüşdür. 

Xüsusilə  qeyd  olunmalıdır  ki,  ECM  əməkdaşları  alman  həmkarları  ilə  birlikdə 

elmin  müasir  tələbləri  ilə  səsləşən  elmi-tədqiqat  işləri  aparır  və  çox  uğurlu 

nəticələr alınmışdır. Bu tədqiqat işlərinə hüceyrələrdə proqramlaşdırılmış ölümü 

müəyyən  edə  biləcək  biosensorun  hazırlanması  və  tətbiqi,  müxtəlif  cərrahi 

xəstəliklərin  yaranması  və  müalicəsində  genetik  dəyişikliklərin,  gen 

polimorfizminin  rolu,  cərrahi  xəstəliklərin  müalicəsində  yeni  dərman 

maddələrinin  eksperimental  sınaqdan  çıxarılması  kimi  müasir  işlər  aid  edilə 

bilər.  Hal  hazirda  bu  sahədə  xeyli  uğurlu  nəticələr  alınmış  və  gələcəkdə  belə 

elmi  işlərin  aparılması  üçün  birgə  tədqiqat  laboratoriyasının  Azərbaycanda 

qurulması yönümündə işlər aparılır. 

     Əməkdaşlığın  dəyərli  elementlərindən  biri  də  ECM-də  bir  çox  cərrahi 

xəstəliklərin  müalicəsində  Mannheim  Cərrahiyyə  klinikasında istifadədə  edilən 

klinik  protokollar  əsasında  müalicə  taktikasının  yeniləşdirilməsidir. Akad. 

M.A.Topçubaşov  adına  Elmi  Cərrahiyyə  Mərkəzi  və  Heydelberq  Universitetin 

Mannheim  Cərrahiyyə  Klinikası  arasında  əməkdaşlıq  inkişaf  etməkdə  ölkəyə 

bilik  və  bacarıq  transferinə  gözəl  modeldir. Bakıda  ikinci  dəfə  “Azərbaycan-

Alman  Cərrahiyyə  günləri”-nin  təşkil  edilməsinin  əsas  məqsədlərindən  biri  bu 

uğurlu  modeli  digər  klinikalara  da  çatdırmaq  və  Alman-Azərbaycan 

cərrahlarının əməkdaşlığını daha davamlı bir hala gətirməkdir. 

 




Yüklə 377,73 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin