HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD



Yüklə 33,31 Mb.
Pdf görüntüsü
səhifə15/57
tarix02.01.2022
ölçüsü33,31 Mb.
#2598
1   ...   11   12   13   14   15   16   17   18   ...   57
“Qar-
daş Azərbaycanın  ən  ağır  günlərində  ikinci  dəfə  yenidən  dövlətə  rəhbər-
liyi öz üzərinə götürərək, çox qısa vaxtda ölkəsini çağdaş dünyanın inkişaf 
etmiş dövlətlərindən birinə çevirən böyük siyasi xadim Heydər Əliyevə öz 
ehtiramımı bildirirəm. Onun dövründə qoyulmuş etibarlı təməl üzərində 
Azərbaycanın gələcəkdə daha güclü, müstəqil dövlət olaraq tərəqqi edəcə-
yinə inanıram.
Heydər Əliyevin adı Azərbaycan durduqca, əbədiyyətə qədər Azərbaycanla 
qoşa yaşayacaqdır. Ruhu şad olsun!”  
UNESCO­nun  baş  direktoru  Koiçiro  Matsuura  2005­ci  il  avqustun  24­də 
Heydər Əliyev Fondunda olmuşdur.
Fondun prezidenti, UNESCO­nun xoşməramlı səfiri Mehriban xanım Əli-
yeva hörmətli qonağı böyük səmimiyyətlə qarşılamışdır. 
UNESCO­nun baş direktoru, onu müşayiət edən nümayəndə heyətinin üzv-
ləri əvvəlcə Fondun sərgi və ekspozisiyası ilə tanış oldular. Qonaqlara Ümum-
milli Liderimizin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı­ayrı 
dövrlərini əhatə edən fotoşəkillər barədə ətraflı məlumatlar verilmişdir. 
UNESCO­nun baş direktoru və nümayəndə heyətinin üzvləri fenomen şəx-
siyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azər-
baycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşə-
killərə, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələrə, 
ulu öndərimiz haqqında kitablara, onun müxtəlif ölkələrin liderləri, elm, mədə-
niyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkillərinə böyük maraqla baxmışlar. 
2005­ci  il  avqustun  31­də  Heydər  Əliyev  Fondunun  prezidenti,  UNES-
CO­nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Türkiyənin Mərmərə Qru
pu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverin başçılıq etdiyi 
nümayəndə heyəti ilə görüşmüşdür.
Akkan  Suver  və  nümayəndə  heyətinin  üzvləri  fenomen  şəxsiyyət  Heydər 
Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixi-
nin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillərə, dün-
yanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələrə, ulu öndəri-
miz haqqında kitablara, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və 
incəsənət xadimləri ilə çəkilmiş şəkillərinə böyük maraqla baxdılar.  
Sonra Fondun prezidenti, UNESCO­nun xoşməramlı səfiri Mehriban Əliyeva 
ilə nümayəndə heyətinin üzvləri arasında görüş oldu. Mehriban xanım qo naq-
ları  salamlayaraq  dedi  ki, Azərbaycan  ilə  Türkiyə  arasındakı  sıx  əməkdaşlıq 
indi demək olar ki, yeni bir mərhələyə qədəm qoyub və sürətlə inkişaf edir.
2004­cü  il  mayın  10­dan  fəaliyyətə  başlayan  Heydər  Əliyev  Fondunun 
vəzifələri,  əsas  məqsədləri  haqqında  ətraflı  məlumat  verən  Mehriban  xanım 


28
bildirdi  ki,  Heydər  Əliyev  tərəfindən  yaradılmış  azərbaycançılıq  fəlsəfəsinin, 
azərbaycançılıq  ideyasının  təbliği,  gələcək  nəsillərə  çatdırılması,  ölkəmizin 
sosial problemlərinin həlli ilə bağlı məsələlər Fondun daim diqqət mərkəzin-
dədir. Fondun vəsaiti hesabına 26 uşaq evi və internat məktəbində əsaslı təmir 
və bərpa işləri aparılmış, uşaqlara vaxtaşırı yardımlar edilmiş, diabet və talas-
semiya  xəstəliyindən  əziyyət  çəkən  uşaqlara  kömək  üçün  xüsusi  proqramlar 
həyata keçirilir. 
Sentyabrın 30­da Finlandiya Respublikasının Prezidenti xanım Tarya Halonen 
Heydər Əliyev Fondunda olmuş və fəxri qonaqlar kitabına ürək sözlərini yazmış-
dır:

Yüklə 33,31 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin