Həzrət Əli: İnsan dilinin altında gizlənir. Danışmayınca onun ağıllı və ağılsız olduğu bilinməyir



Yüklə 199,63 Kb.
səhifə2/9
tarix13.12.2023
ölçüsü199,63 Kb.
#175026
1   2   3   4   5   6   7   8   9
Mövzu -14 (1)

Həkim, sürücü, satıcı kimi sözlər həm ayrılıqda, həm də ümumi vikativ sözlərlə (yoldaş, vətəndaş, cənab) işlənir: yoldaş həkim, cənab həkim, yoldaş sürücü, vətəndaş Elxan s.


Nazir, mühəndis, fermer, direktor, dekan kimi adlar təklikdə müraciət forması kimi işlədilmir. Onlara cənab, yoldaş sözlərindən biri əlavə olunur: cənab mühəndis, yoldaş direktor, cənab nazir, cənab dekan və s. “Rəis” ayrılıqda müraciət forması kimi işlənir.

Bəzən fikir adamları arasında “ustad” müraciət formasından da istifadə


olunur.

Dinləyicilərə edilən müraciət formasının əvvəlinə əziz, əzizim, hörmətli, möhtərəm sözlərini də əlavə etmək olar. Məsələn, hörmətli Qabil, möhtərəm İsmayıl müəllim, əziz tələbələr, əziz dinləyicilər, hörmətli xanımlar s.

Ünsiyyət prosesində yaşca böyük adamlara, tanış olmayanlara (bəzən də qohum və tanışlara), vəzifə sahiblərinə, qadınlara və başqalarına “siz” deyə müraciət olunur. Bu hörmət və ehtiram formasını bəziləri rus etiketinin təsiri sayırlar. Halbuki “hələ XI əsrdə M.Kaşğari yazırdı ki, türklər özlərindən yaşca və vəzifəcə kiçiklərə sən, böyüklərə siz deyirlər (“Divan”, I c., “Daşkənd” nəşri, s.326). Azərbaycan yazılı abidələrində də bu diferensiallaşmanın tarix boyu mövcudluğunu təsdiqləyən faktlar istənilən qədərdir. Ona görə də müasir Azər-baycan etiketində “siz” müraciət formasının işlənməsi heç bir təsirin nəticəsi


deyil, əksinə, tam milli xüsusiyyətdir” (17, 166). Yuxarıda qeyd etdiyimiz situasiyalarda “sən” deyə müraciət olunması bütün hallarda adamlar tərəfindən onlara qarşı hörmətsizlik və nəzakətsizlik kimi qiymətləndirilir. Rus nitq etiketində “siz” ehtiram forması o qədər əhəmiyyət kəsb edir ki, çox zaman “sən” deyə müraciət edənlərə cavab belə verilmir. Rəhbər işçi əməkdaşlarla təmas zamanı “siz” müraciət formasını işlətməlidir. Həmçinin o, qadın işçilərinə adını bilirsə xanım əlavə etməklə (məsələn, Sona xanım, Ayna xanım və s.), bilmirsə elə sadəcə olaraq, “xanım” deyə müraciət etsə, qarşı tərəf razı qalar.

Özündən yaşlı adamlara (bir qədər ağsaqqal sayılan adamlara) adı ilə müraciət etmək qəbahət sayılır. İctimai yerlərdə aşna, lələ, ay arvad, a gədə, qağa, canciyər s. kimi müraciət formalarının işlənməsi başqalarına hörmət-sizlik kimi qiymətləndirilməlidir. Məhəmməd Peyğəmbərin kəlamlarının birində göstərilir: “Kim birisini öz adı ilə deyil, onun xoşlamadığı bir adla çağırırsa, mələklər ona lənət oxuyur”. Yazıçı, publisist Həsən Mehdiyev öz xatirələrində yazırdı ki, “... müsahibim mənə “qəqəni” deyə müraciət etdi. Bu sözün rayon yerində gədə-güdəyə, əl altında qalana deyildiyini bilirdim. Söz məni yaman bərk tutdu. Bir mülahizəyə görə özümü saxladım. Müsahib bunu hiss etdi, məndən üzr istədi” (“Musavat”, 15 may 2001). Bu həyati misal müraciət formasının ünsiyyətdə, qarşılıqlı münasibətlərdə nə qədər əhəmiyyətli rol oynadığına əyani bir sübutdur.


Müəllimlər şagird və tələbələrə adından başqa oğlum, qızım, bala, əzizim kimi sözlərlə də müraciət edə bilərlər. Valideynlər öz uşaqlarına müraciət edərkən gülüm, əzizim, gözümün işığı, quzum, oğlum, sonam, ceyranım, evimin yaraşığı, maralım, bülbülüm, canım-ciyərim, şəkərim, evim-eşiyim, dilbərim, qurban olduğum, ömrüm-günüm, qurban kəsim, başına dönüm, qadanı alım, qoçaq balam və s. kimi oxşama və əzizləmə mənalı söz və ifadələri işlətsələr, daha yaxşı olar.


Əzizləyici can ünsürünün isimlərə qoşulması yolu ilə müraciət bildirən sözlər yaranır: məs.: anacan, xalacan, nənəcan, Orxancan və s.


Qadınlara və kişilərə müraciət zamanı rəsmiyyət və hörmət əlaməti olaraq xanım, bəy, ağalar, xanımlar sözləri də işlədilir. Bu sözlərdən iki formada istifadə


olunur: a) təklikdə, sadəcə olaraq xanım, bəy formasında; b) adlardan sonra. Məs.: Leyla xanım, Rəşad bəy s. Adamların tez-tez işlətdikləri ağsaqqal, oğlum, qızım, eloğlu, elli, dədə, elqızı, bibi, nənə, qohum kimi müraciət formaları nəzakət və hörmət baxımından məqbul sayılır.

Son zamanlar ağa, bəy, əfəndim müraciət formalarının işlənməsinə də təsadüf edilir. Ağa müxtəlif mənbələrdə mülkədar, bəy, zadəgan, sahib, böyük qardaş, əmi, ata, yaşlı, savadlı adamlara müraciət forması olaraq kişilərə aid edilmişdir. Bəzən mədəni ailələrdə bacılardan böyüyünə “ağa bacı” deyə müraciət olunma halı da mövcuddur. Tarixən hökmdar, başçı, hakim, böyüklük mənasını ifadə edən bəy sözü, titulu türk dillərində bek, bəy, biy, bey şəkillərində, əsasən, hakim təbəqəyə müraciət forması kimi işlənmişdir. Hazırda bəy forma-sından məsləkdaşlar bir-birinə müraciət məqsədlilə (çox geniş yayılmasa da) istifadə edirlər. Nitqdə hörmət əlaməti olaraq cənab, cənablarına, zati-aliləri kimi yeni müraciət formaları da işlənilir. Məsələn, cənab Şeyx, cənab səfir, cənab hakim s.





Yüklə 199,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin