İnqilabın qadınların inkişafında bayraqdarlığı
Satqın və mənfur şah rejimində qadın həqiqətən və bütün cəhətlərdən məzlum idi. Əgər qadın elmlə məşğul olmaq istəsəydi, gərək dindən, təqvadan və iffətdən vaz keçəydi. Məgər müsəlman bir qadın universitetlərdə, təhsil ocaqlarında, elm və mədəniyyət mərkəzlərində asanlıqla öz hicabını, mətanətini və vüqarını qoruya bilərdi?! Məgər bu mümkün idi?! Məgər müsəlman bir qadın Tehranın və ya başqa bəzi şəhərlərin küçələrində İslam vüqarı ilə, yaxud hətta yarımçıq hicabla yol yeriyə, Qərbin sovqatı olan fəsad və pozğunluğa alışan avaraların söz və hərəkətlərindən qoruna bilərdi?! Elə bir vəziyyət yaratmışdılar ki, bu məmələkətdə əksər qadınlara elm öyrənmək imkansız olmuşdu. Bəzi müstəsna hallarla işim yoxdur. Əksəriyyət etibarilə qadınların elmlə məşğul olması mümkün deyildi; gərək hicabı açaydılar, təqva və İslam vüqarından imtina edəydilər.
Siyasətdə və ictimai fəaliyyətlərdə də belə idi. Əgər şah dövrünün İranında bir qadın ictimai-siyasi bir vəzifəyə yüksəlmək istəsəydi, hicabını, iffətini, müsəlman qadının vüqar və mətanətini kənara qoymalı idi. Əlbəttə, bu, qadının özündən və istedadından asılı idi. Əgər çox zəif olsaydı, sona qədər sürüşəcəkdi. Əgər bir qədər özünü qoruyan olsaydı, müəyyən həddə özünü saxlayacaqdı, amma daim ictimai mühit tərəfindən günbəgün artan təzyiqlərlə üz-üzə qalacaqdı. Bizim cəmiyyətimiz belə idi. İslam, inqilab və imam gəlib bu ölkədə qadını siyasi fəaliyyətlərin mərkəzinə qoşdu, inqilab bayrağını qadınlara tapşırdı. Və qadın həmin halda öz hicabını, vüqarını, İslam mətanətini, iffətini, dinini və təqvasını da qoruya bildi. İranlı və müsəlman qadının boynunda heç kimin bundan böyük haqqı yoxdur.
Tehran, Təbriz, İsfahan, Kerman, Qum, Qəzvin, Yəzd, Kərəc şəhərlərinin, Çahar-Mahal və Bəxtiyari və Mazandaran vilayətlərinin qadınları ilə görüşdə çıxışından: 1990.
Dostları ilə paylaş: |