İkinci fəsil: Hicab İslam və inqilabın baxışında
Hicabı qorumaqda qadının əzəməti
Fəsad dolu Qərb dünyası qadın cinsini təhqir edən səhv və sapqın qadın şəxsiyyətini zorla dünyanın beyninə soxmaq istədi: Qadın öz şəxsiyyətini göstərməkdən ötrü kişilər üçün gözoxşayan olmalıdır. Hicabı və iffəti kənara tullayıb kişilərin xoşuna gəlməkdən ötrü özünü göstərməsi qadın üçün şəxsiyyətdir?! Bu, qadına hörmətdir, yoxsa təhqir? Hər yerdən xəbərsiz olan bu məst və dəli Qərb sionistlərin təsiri ilə bunu qadına hörmət adı altında bayraq etdi, bəzi adamlar da inandılar. Qadının əzəməti kişilərin gözünü və ehtirasını cəlb etməsində deyil. Bu bir qadın üçün fəxr deyil. Bu, qadına hörmət deyil, onu təhqir etməkdir. Qadının əzəməti Allah-Taalanın ona əmanət verdiyi həya və iffətini qoruya bilməsindədir. O bunu mömin izzəti ilə, vəzifə və məsuliyyət hissi ilə qarışdırıb zərifliyi öz yerində, iti və kəsərli imanı da öz yerində işlətməlidir. Bu zərif kompozisiya yalnız qadınlara məxsusdur. Zərifliyin və kəsərliliyin bu sintezi qadınlara məxsusdur. Bu, Allah-Taalanın qadına verdiyi bir üstünlükdür. Buna görə Quranda yalnız qadın üçün yox, bütün bəşər üçün, qadın və kişi üçün iki qadının imanını misal çəkir: "Allah iman gətirənlərə Fironun xanımını misal çəkdi. Həmçinin namusunu möhkəm qoruyub saxlamış İmran qızı Məryəmi də misal çəkdi". Biri Fironun arvadı, biri də həzrət Məryəmdir (ə). Bunlar İslamın məntiqini göstərən işarə və əlamətlərdir.
Ölkənin nümunəvi şəfqət bacıları ilə görüşdə çıxışından: 2010.
Dostları ilə paylaş: |