Qadının roluna diqqətsizliyin ziyanları
Bizim qadınlarımız məzlumdurlar. Mənim qadın haqda sözüm çoxdur. Qadın məsələsi həqiqətən mühüm məsələdir. Bəziləri buna diqqət yetirmirlər, dəb halına düşmüş formal bir məsələ kimi yanaşırlar. Qadın barədə feminist görüşlər və Qərbə məxsus baxışlar öz yerində, amma biz qadının ailə və cəmiyyətdə rolu, qadının dəyəri, əhəmiyyəti və bu qəbildən olan məsələlər üzərində həqiqətən az işləmişik və bunun zərərlərini də görürük.
Radio və televiziyanın məsul işçiləri ilə görüşdə çıxışından: 2003.
Nümunəvi müsəlman qadının xüsusiyyətləri
İslam kimliyi budur ki, qadın özünün qadın kimliyini və xüsusiyyətlərini - təbiət və fitrət bunu təsdiqləyir və hər bir cins üçün öz xüsusiyyətləri dəyərdir - yəni incə hissləri, güclü emosiyaları, zərifliyi, qadın paklığını və təmizliyini qorumaqla yanaşı, eyni zamanda həm mənəvi dəyərlərdə – o cümlədən elmdə, ibadətdə, Allaha yaxınlaşmaqda, ilahi maarifdə və irfan vadisində inkişaf etsin, həm ictimai və siyasi məsələlərdə, müqavimətdə, dözümdə, siyasi iradədə, siyasi dərkdə, öz ölkəsini tanımaqda, öz gələcəyini tanımaqda, milli və böyük məqsədlərini, İslam ölkələrinə və İslam xalqlarına aid İslam məqsədlərini tanımaqda, düşmənin təxribatlarını tanımaqda, düşməni tanımaqda, düşmənin üsullarını tanımaqda günbəgün inkişaf etsin, həm də ailə daxilində ədalət, insaf, aramlıq, dinclik yaratmağa müvəffəq olsun. Əgər qanun lazımdırsa, əgər bununla sonuclanan məsələlərə düzəliş lazımdırsa, savadlı, məlumatlı qadınlar bütün bu işlərdə öncül olmalı, qadın modelini göstərməlidirlər; deməlidirlər ki, müsəlman qadın həm dinini, hicabını, qadınlığını, incəlik və lətafətini qoruyan, həm öz haqqını müdafiə edən, həm də mənəviyyatda, elmdə, tədqiqatda, Allaha yaxınlıqda uğurla irəliləyən, görkəmli şəxsiyyət təqdim edən, həm də siyasi işlərdə fəal iştirak edən qadındır. Bu olur qadın örnəyi.
Böyük Rəhbərin qadınlarla görüşdə çıxışından: 2000.
Dostları ilə paylaş: |