Spesifik və spesifik olmayan yuxarı qalxan yollar
Hissi yolların çoxu əsasən bir tip hissi məlumat daşıyır. Yəni bir yol
təkcə mexanoreseptorlardan gələn məlumatı ötürərkən, digəri
termoreseptorlardan gələn məlumatı daşıyır.
Onurğabeyni və beyində tək bir qıcıq haqqında məlumat daşıyan
yuxarı qalxan yollara,
spesifik yuxarı qalxan yollar deyilir. Bu
yollar talamus və beyin sapından keçir və bu yoldakı son
neyronlar buradan beyin qabığındakı spesifik hissi sahələrə gedir
(Qoxu hissi talamusdan keçmir. Bəzi şaxələrini birbaşa qoxu
korteksinə, bəzi şaxələrini isə limbik sistemə göndərir).
Spesifik yolların çoxu MSS-də çarpazlaşır, məlumat reseptorların
olduğu sahənin qarşı tərəfinə keçir. Yəni, bədənin sağ tərəfindəki
reseptorlardan gələn məlumat sol yarımkürəyə gedir (və əksinə).
Dostları ilə paylaş: