HöRÜMÇƏk toru (detektiv əsər)


Əsgər Abbasovda telefon var



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə4/10
tarix08.01.2023
ölçüsü1,25 Mb.
#78708
1   2   3   4   5   6   7   8   9   10
horumcek-toru-compressed

Əsgər Abbasovda telefon var
...Səhər yeməyindən sonra Cahanşir Tapdığı
yanına çağırıb gecə ərzində nəyisə müşahidə
edib-etməməsini soruşdu. Tapdıq səhərədək ayıq
yatdığını, hətta səhər tezdən Cahanşirin əsgər
kazarmasına daxil olduğunu hiss etdiyini də Ca-
hanşirə bildirdi. Bundan başqa aşpazın gecə saat
birdə yatmağa gəldiyini, səhər altının yarısında
getdiyini, növbələrin vaxtında dəyişildiyini, post
başçısının köməkçisinin gecə çox narahat yatdığını,
səhərədək iki dəfə çölə çıxdığını, əsgər Abbasovun
saat üçdən beşədək mobil telefonla kiminləsə
danışdığını, çox güman ki, hansısa bir qızla da-
nışırdı, – dedi. Cahanşir Tapdığı diqqətlə dinlə-
dikdən sonra:
43


– Bu gün bazar günüdür. Bu günü də saysaq
qarşımızda beş günümüz var. Həftənin cümə
günü artıq bölməni kəşfiyyatın əsgərləri əvəz
edəcəklər. Bu gün üçün görək əlimizdə nə var?
Təkcə onu bilirik ki, hansısa bir əsgərdə smartfon
tipli telefon var, bir də ki, əsgər Abbasov gecə
yarısı hansısa bir qızla telefonla danışıb. Başqa
bir dəlilimiz varmı? – deyə soruşdu. Tapdıq bir
az düşünərək:
– Hələlik bunlardan başqa əlimizdə bir şey
yoxdur. Ancaq ki, məndə maşında kompyuter
var. Düşünürəm ki, onun da bizə köməyi dəyə
bilər. Bundan başqa erməni tərəfi çəkən kamera-
larımız da var və bütün bunlarla yanaşı ortalıqda
iki erməni qızı var, – dedi. Cahanşir Tapdığı diq-
qətlə dinlədikdən sonra:
– Onda gəl, postda xidmət edən şəxlərin
anket məlumatlarını bir daha birlikdə gözdən
keçirək. Mən artıq iki dəfə baxmışam. Düşünürəm
ki, şübhəli məqamlar yetərincədir, – deyərək
qarşısındakı qovluğu açaraq içindəki sənədləri
bir-bir varaqlamağa başladı. Qovluğun içərisində
bir neçə ədəd şəkil də var idi ki, bu şəkillər
cəsus tərəfindən çəkilərək ermənilərə ötürülmüşdü.
44


Şəkillərin bir neçəsi mədən ərazisində çəkilmişdi.
Çəkilən şəkillər bu mədənə investisiya yatıran
xarici dost ölkələrin nümayəndələrinin şəkli idi.
Şəkillər arasında postun içərisində çəkilən şəkillərin
olması, hətta erməni tərəfə nəzarət edən kame-
raların şəkilləri çəkilərək ermənilərə ötürülüb, –
deyərək postda xidmət edən şəxsi heyətin anket
məlumatlarını bir-bir gözdən keçirməyə başladı.
Lap üstdə baş leytenant Alməmmədovun anketi
idi. Cahanşir anketi əlində tutaraq:
– Bax, gəl, elə birinci bundan başlayaq. Üç
il Naxçıvanski adına hərbi liseydə oxuyub. Dörd
il də Ali Hərbi Məktəbdə. Dörd ildir ki, zabit
kimi xidmət edir. Oxuduğu dövrdə də, zabit kimi
xidmət etdiyi dövrdə də intizamı ilə yaxşı tərəfdən
seçilib. Hal-hazırda nişanlıdır. Qardaşının qeyri-
ənənəvi dini əqidəyə qoşulması çox narahatedicidir,
– dedi. Cahanşir danışdıqca Tapdıq kiçik cib ki-
tabçasında nələrisə qeyd edirdi. Cahanşir növbəti
dəfə gizir Zülfüqarovun anket məlumatlarını gö-
türərək:
– Bu post başçısının köməkçisidir. İdmançıdır.
İki dəfə güləş üzrə Azərbaycan çempionu olub.
Avropa üçüncüsüdür. Hal-hazırda qiyabi ali təhsil
45


alır. Təhsilini bitirdikdən sonra zabit kimi Ordu
sıralarında xidmət etmək arzusundadır, – dedi.
Beləliklə Cahanşir bir-bir anketdə yazılan məlu-
matları oxuduqca Tapdıq kitabçasında qeydlərini
davam etdirirdi. Cahanşir bütün anket məlumatları
oxuduqdan sonra:
– Hal-hazırkı vəziyyətdə əsgərlərdən Abba-
sovun mobil telefonla kiminləsə danışdığını, gizir
Zülfüqarovun narahatçılığını və bir də ki, yalandan
“yazıb-oxumağı bacarmıram” deyən, əslində isə
gözəl yazıb-oxumaq qabiliyyəti olan əsgər Da-
daşovdan yazıb-oxumaq bacarığının niyə gizlət-
diyini aydınlaşdırmaq lazımdır. Hə, bir də ən
əsası smartfon telefondan istifadə edən şəxsin
kimliyini müəyyən etmək lazımdır, - dedi. Cahanşir
bir az da fikrə getdikdən sonra:
– Yaxşı, deyək ki, məlumat bu qızlar vasitəsi
ilə ələ keçirilir. Onda bu qızların hər gün özlərini
burada reklam etməkləri, əsgərləri özlərinə cəlb
etməyə çalışmaları niyə lazımdır? – sual dolu əl-
lərini qarşısında geniş açdı. Araya bir müddət
sakitlik çökdükdən sonra Cahanşir:
– Müşahidə kameralarının görüntülərinə bax-
maq üçün kameranın xətlərini mənim otağıma
46


paralel keçirilməsini tapşırmışam. Sən öz komp-
yuterin ilə görüntüləri izlə və gətirdiyin qurğu
ilə də postda internetə qoşula biləcək telefonları
nəzarətə götür, – deyərək otaqdan çıxmaq istəyirdi
ki, nəsə düşünüb ayaq saxlayaraq:
– Bir də mühəndis-istehkam bölüyünün ko-
mandiri kapitan Vəliyev də ortalıqdadır, - deyərək
otaqdan çıxdı.
Saat doqquzda dəyişiləcək növbələri gizir
Zülfüqarov təlimatlandırırdı. Alməmmədov postun
ərazisini gəzdikdən sonra Zülfüqarova tapşırıq-
larını verib bir azdan dincələcəkdi. Payız olmasına
baxmayaraq ətrafda hələ də yayın ilıq havası
duyulmaqda idi. Dağları bürümüş duman günəşin
çıxması ilə yavaş-yavaş seyrəlirdi. Kazarmanın
qarşısında gəzişən Cahanşir postun ərazisinə
baxış keçirən Alməmmədovu yanına çağırıb
onunla birlikdə ərazini gəzməyi davam etdirdi.
Gəzinti müddətində Cahanşir Alməmmədova
bəzi suallar verir və post başçısının hər bir
cavabını diqqətlə analiz edirdi. Verilən suallar
postun yerləşmə ərazisi və şəxsi heyətlə bağlı
idi. Cahanşirin Alməmmədovun qardaşının qey-
ri-ənənəvi dini təriqətə qoşulduğunu, ailəsi ilə
47


birlikdə Suriyaya getdiyini, orada həlak olduğunu,
həyat yoldaşını və övladlarını tapıb Azərbaycana
gətirmək mümkün olmadığı barədə məlumatlı
idi. Alməmmədov daxilində istəmirdi ki, bu
barədə söhbət açıb dərdlərini yeniləsinlər, ona
qarşı inamsızlıq göstərsinlər. Qabaqcadan bütün
bunları hiss edən Cahanşir Alməmmədovla
tamam başqa bir istiqamətdə söhbət aparırdı.
Hal-hazırkı vəziyyətdə Cahanşiri ən çox maraq-
landıran mobil telefon danışıqları idi. Postun
şəxsi heyətinin yaxınları ilə telefon əlaqəsi ya-
ratmaq üçün post ərazisində “Taksafon” quraş-
dırılmışdı. Cahanşir dünən axşam taksafonun
işləyib-işləməməsini yoxlamış və işlək vəziyyətdə
olduğunu görmüşdü. Cahanşir üçün ən əsas
vacib məsələ smartfon telefonlarla bağlı məsələ
idi. Odur ki, söhbət əsnasında bu məsələyə də
toxunmağı vacib bildi:
– Postun şəxsi heyətinin yaxınları ilə əlaqə
saxlamaları üçün bilirəm ki, “taksafon” quraşdırılıb
və dünən onun işlək olmasını yoxladım. Bəs
“Taksafon” hər hansı bir səbəbdən işləmədikdə
şəxsi heyət yaxınları ilə necə əlaqə saxlayırlar?
– soruşduqda, Alməmmədov:
48


– Mənə və köməkçim gizir Zülfüqarova sadə
telefondan istifadə edilməsinə icazə verilib, bizim
telefonlarımız ilə yaxınları ilə danışırlar, – dedi.
Cahanşir bir az düşündükdən sonra:
– Bəs postda smartfon tipli telefondan kim
istifadə edir? – soruşduqda, Cahanşirin bu sualını
deyəsən Alməmmədov belə tezliklə gözləmirdi.
Araya bir xeyli müddət sakitçilik çökdü. Al-
məmmədov nəyisə düşünərək sanki düşüncələrində
nəyəsə tərəddüd edirdi. Araya çökən sakitçilik
bir az da uzandıqdan sonra Alməmmədov:
– Postda təkcə məndə var... ancaq bundan
heç kimin xəbəri yoxdur, – dedi. Sonra fikrinə
azca fasilə verdikdən sonra:
– Bilirəm icazə yoxdur. Etdiyim hərəkətə də
bəraət qazandırmıram... bilirəm ki, smartfon
telefon qadağandır, – dedi. Cahanşir üçün sözün
düzünü eşitmək hər bir şeydən üstün idi. Ancaq
ki, Cahanşirə tapşırılan iş çox məsuliyyətli və
ciddi bir iş idi. Bu işin ciddiliyində Cahanşir heç
özünə də güzəştə getməzdi. Cahanşir ümumiyyətlə
heç bir işdə risk etməyi sevməzdi. Elə ona görə
də posta özü ilə smartfon tipli telefon gətirməmişdi.
Bilirdi ki, smartfon telefon internet şəbəkəsinə
49


qoşulan kimi erməni radiokəşfiyyatı telefona hər
hansı bir virus buraxacaq və çox böyük ehtimalla
telefon daxilində olan bütün məlumatlar oğurla-
nacaqdı. Alməmmədovun smartfon tipli telefon
işlətməsi faktını gizlətməməsini alqışlasa da, belə
məsələlərdə Cahanşir hətta öz düşüncələrinə də
ehtiyyatla yanaşırdı. Bundan əlavə o, kitablardan
oxumuşdu ki, qədim Romada hər hansı bir gizli
məlumatın gizliliyini qorumaq üçün həmin mə-
lumatın çox hissəsini ən çətin anda ortaya çıxarırlar,
təkcə əsas hissə barədə məlumat vermirlər. Odur
ki, Cahanşir bir az düşündükdən sonra:
– Telefonu gətir ver mənə, postdan düşüb
evə gedəndə özünə qaytararam. Ancaq bir şərtlə
ki, telefon bir daha hərbi hissənin ərazisinə gəti-
rilməməlidir, –dedi. Onsuz da Alməmmədovun
başqa çıxış yolu yox idi. O, Cahanşirin sözüylə
razılaşaraq:
– Oldu, cənab polkovnik, gətirərəm. Ancaq
icazə verin içərisində olan şəxsi məlumatları
silim, – dedi. Cahanşir Alməmmədovun fikrinə
heç bir etiraz etmədi:
– Nəyi silirsən sil, ancaq telefonun özünü
gətir, - dedi. Cahanşir yaxşı bilirdi ki, telefondan
50


silinən bütün məlumatları xüsusi proqram vasitəsi
ilə geri qaytarmaq mümkündür. Cahanşir Al-
məmmədovla söhbət edərək “müşahidə məntə-
qəsi”nə yaxınlaşdı. Yeni növbə dəyişilərək xid-
mətlərini davam etdirirdilər. Postda Abbasov ilə
Rzayev xidmət aparırdı. Onların növbələrinə
daxil olan Kərimov isə məişət işində aşpaza
kömək edirdi. Adətən gündüz vaxtı kazarmanın
qarşısında növbə çəkməyə ehtiyac olmurdu. Ka-
zarmanın girişində gündüz növbəyə cəlb olunan
şəxslər məişət işlərinə cəlb olunurdular. Erməni
tərəfdə isə sakitçilik hökm sürürdü. Onların ka-
zarmaları yerin altında qazıldığından kənardan
baxdıqda bir kimsəni görmək mümkün deyildi.
Postun üst tərəfinin qarşısı torpaqla örtüldüyündən
və bizim tərəfə səliqə ilə köhnə avtomobil təkərləri
düzdüklərindən bu ərazidə postun olduğunu ayır-
maq olurdu. Daha bir saata yaxın Cahanşır Al-
məmmədovla birlikdə postun ərazisini və kazar-
manı gəzdi. Kazarmanın içərisində dolaşdıqda
Alməmmədov çantasında gizlətdiyi smartfon tipli
telefonu bir kimsə görmədən Cahanşirə verdi.
Gündüz vaxtı Alməmmədovun dincəlmək vaxtı
olduğu üçün o, Cahanşirdən icazə alıb yatmağa
51


hazırlaşdı. Cahanşirsə kazarmadan çıxaraq yenidən
postun ərazisində gəzməyə başladı. Kənardan
baxanda onun nə haqqındasa ciddi düşündüyünü
görmək o qədər də çətin deyildi. O həm öz dü-
şüncələri ilə tək qalmaq, həm də ki, otaqda ka-
meralarda olan köhnə görüntüləri nəzərdən keçirən
Tapdığa mane olmaq istəmirdi. Cahanşiri dü-
şüncələrindən post başçısının köməkçisi gizir
Zülfüqarov ayırdı:
– Cənab polkovnik, “müşahidə məntə -
qəsi”ndən məlumat verdilər ki, dünənki qızlar
yenə də postlarının ön tərəfinə keçiblər, – dedi.
Cahanşir yeyin addımlarla “müşahidə məntə -
qəsi”nə tələsdi. Bu dəfə onu gizir Zülfüqarov
müşayiət edirdi. Cahanşir “müşahidə məntə -
qəsi”ndə durbini götürüb düşmən mövqeyini
gözdən keçirməyə başladı. Doğurdan da yenə
həmin qızlar düşmən mövqeyinin ön tərəfinə çı-
xaraq gəzişirdilər. Qızların geyimləri bu dəfə
ancaq tam fərqli idi. Bu dəfə qızların əyinlərində
ətəkləri yerlə sürünəcək qədər uzun bədən cizgiləri
seçiləcək qədər nazik ipəkdən xalat var idi. Qa-
rasaçlı qızın əynində dümağ rəngli, sarışın qızın
əynində isə açıq çəhrayı rəngli ipək xalat var idi
52


ki, bunlar da qızların gözəlliklərini daha da
artırırdı. Cahanşir yenə əvvəlki kimi durbini ilk
öncə qarasaçlı qıza yönəltdi. Qızın xalatının
yaxası tam açıq olmaqla yanaşı xalatın yan his-
sələrində də qızın ombalarına qədər gedən mə-
safədə kəsiklər uzanırdı. Qız addım atdıqca hün-
dürdaban geyinmiş dümağ ayaqlarının toppuş
baldırları göz oxşayırdı. Keçən dəfəkindən fərqli
olaraq qız əynindəki “şortiki” də dəyişmişdi.
Qızın geyimi Cahanşiri xəyallarında insanın ilk
yaranışında “əncir yarpağı” hekayəsinə apardı.
Xalatın nazikliyindən qızın bədənində olan döymə
izləri tam aydınlıqla seçilirdi. Qız hərəkət etdikcə
nazik ipək xalatın içərisində hörümçək toruna
düşmüş “ağ göyərçinlər”in çırpınmağı Cahanşirin
hisslərini oyadırdı. Cahanşir düşüncələrində:
– Tarixi qədimdən erməni qadınları bu yolla
hökümdarların saraylarına ayaq açmışlar. Lap
yaxın keçmişdə də Sovetlər İttifaqının vəzifəli
şəxslərinin həyat yoldaşlarının erməni qadınları
olmalarını düşündü. Bu düşüncələrlə Cahanşir
durbini çəhrayı xalat geyinmiş sarısaçlı qıza tərəf
çevirdi. Əyninə geyinmiş xalatın çəhrayı rəngi
qızın gözəlliyini daha da artırırdı. Uzun xalatın
53


yan kəsiklərindən qarasaç qız kimi sarısaç qızın
da toppuş baldırları göz oxşayırdı. Cahanşiri dü-
şüncələrindən qarasaç qıza yaxınlaşan tüklü bir
itin hərəkətləri ayırdı. İt qarasaçlı qıza tərəf
başını yuxarı qaldıraraq uzun tüklü quyruğunu
tez-tez sağa-sola yelləyirdi. Qarasaçlı qız əyilib
itin başını tumarlamağa başladı. Qız əyildiyindən
hörümçək torunda çobalayan “göyərçinlər” qabağı
açıq xalatdan kənara çıxmağa başladılar. Qız itin
başını sığallayaraq sinəsinə tərəf sıxdı. Bir neçə
saniyə bu vəziyyətdə itin boynunu sığalladıqdan
sonra geri dönüb yeraltı kazarmaya tərəf aşağı
enməyə başladı. Sanki it də bunu gözləyirmiş
kimi qızın arxasınca postun üstündən quyruğunu
sağa-sola tez-tez yelləyərək yeraltı kazarmaya
endi. 
54



Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin