HöRÜMÇƏk toru (detektiv əsər)



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə2/10
tarix08.01.2023
ölçüsü1,25 Mb.
#78708
1   2   3   4   5   6   7   8   9   10
horumcek-toru-compressed

Şimşək qaranlığı
2020
-ci ilin 8 noyabr tarixində Azər-
baycan Respublikasının Silahlı Qüv-
vələrinin mərd, cəsarətli əsgər və zabitlərinin
şücaəti nəticəsində əzəmətli Şuşa qalasını işğalından
azad edilməsi ilə düşmən üçtərəfli bəyanət imza-
lamaq məcburiyyətində qaldı. Müqavilənin şərt-
lərinə əsasən Ermənistan qeyri-şərtsiz olaraq öz
qüvvələrini Azərbaycanın ərazilərindən çıxararaq
keçmiş Sovetlər İttifaqının dönəmində olan sər -
həd lərinə çəkilməyə məcbur edildi. Ancaq ki,
düşmən heç bir vəcdlə bu ərazilərdən çıxmaq is-
təmirdi. Bunun da ən böyük səbəbi bu ərazilərdə
zəngin qiymətli sərvətlərin olması idi. Bu zəngin
4


ərazilərin bir hissəsi də Kəlbəcər rayonunun
payına düşürdü ki, bu ərazilər işğal altında olarkən
düşmən xarici havadarlarının köməyi ilə həmin
qızıl yataqlarını talayırdı. Bu ərazilər Azərbaycana
qaytarıldıqdan sonra qızıl mədənləri Azərbaycan
Ordusu tərəfindən mühafizə olunmağa başlandı.
Bu məqsədlə də qızıl mədəni yerləşən ərazinin
üst tərəfində Azərbaycanın şərti adı “Şimşək”
olan bir postu yerləşdirildi. Rayonun bu ərazisini
qorumaq “Şimşək” postunun şəxsi heyətinin üzə-
rinə düşürdü. Post mərkəzi birliyə tabe idi. Birlik
komandirinin müavini Cahanşir adlı bir zabit idi
ki, onun da masasının üstü daima sənədlərlə dolu
olardı. Hər gün olduğu kimi bu gün də səhər yer-
bəyerindən sonra xidməti otağına gələn Cahanşir
adəti üzrə görəcəyi işlərin siyahısına göz gəzdirdi.
Oktyabr ayının ilk həftəsi olduğu üçün siyahıda
olan sənədlər o qədər də çox deyildi. Adətən işin
ən gərgin həftəsi ayın sonuna təsadüf edirdi.
Çünki bu ərəfədə həm həftənin, həm ayın yekun
sənədlərinin hazırlanması ilə yanaşı növbəti ayın
sənədlərini də hazırlamaq lazım gəlirdi. Bu tarix
yarımillik və yaxud illik planlarla üst-üstə düşdükdə
gərginlik ən yüksək həddə çatırdı. Belə hallarda
5


Cahanşir işin gərginliyindən özündən asılı olmadan
boğazının sağ yan tərəfini qaşıyardı. Bu səbəbdən
də həmin ərəfələrdə boğazının sağ tərəfində daima
qızartı müşahidə olunardı.
Cahanşir işə başlamazdan əvvəl stolunun üs-
tündə yeni gəlmiş qazetləri səhifələməyə başladı.
“Azərbaycan Ordusu” qazetinin son səhifəsində
zabit dostu Şükür Qafarın lirik şeirləri nəşr edil-
mişdi. Şeirlər arasında diqqətini payız fəslinə
aid olan və Azərbaycan xalqının milli varidatı
sayılan “Sarı gəlin” xalq mahnısına həsr edilmiş
“Sənin saçlarında sevdim payızı” şeiri diqqətini
cəlb etdi. Şeiri ucadan oxumağa başladı: 
Sənin saçlarında sevdim payızı,
Sevdim yarpaqların sarı rəngini,
Sevdim saman kimi saralıb gedən
Ömrün xəzan olmuş bu ahəngini.
Küləkli havada uçub rəqs edən
Sarı çiçəklərin tozunu sevdim.
Allahın sevdiyi rəngə boyanmış
Sən kimi sarışın qızını sevdim.
6


Dünyaya nur saçan Günəşə, Aya
Görəsən nə üçün sarı geyilib?
Bəlkə də bitkinin sarılığından
Adəm tərəfindən buğda yeyilib.
Bu rəng niyə belə hopub ömrümə?
Sanki həyatımda tək bu rəng qalıb.
Sənə son yazdığım eşq məktubu da
Cibdə qaldığından rəngi saralıb.
Nə qədər saysan da artmayacaqdır,
On barmaq sayılır sayanda sayda.
Əgər qismətində ayrılıq varsa
Saç ucun düysən də bundan nə fayda?
Hardan bilərdik ki, ayrılığın da 
Köksündə köklənən sim sarı simdir.
Nə yaxşı gözünün rəngi yaşıldır,
Cənnətdə qovuşsaq mənim bəsimdir.
Şeir düşüncələrində onu çox uzaqlara
apardı. Çöldə də payızın gəlişi artıq hiss olunurdu.
Cahanşiri düşüncələrindən xidməti avtomobilinin
səsi ayırdı. Maşın qərargah binasının qarşısında
dayandıqdan sonra Cahanşirin sürücüsü əsgər
7


Məmmədov qapını döyərək içəri girmək üçün
icazə istədi. İcazə aldıqdan sonra əlindəki sənədləri
masanın üstünə qoyaraq gəldiyi kimi də icazə
alıb otağı tərk edərək getdi. Əsgər Məmmədov
bir aya yaxın idi ki, təlim hərbi hissəsində üç
aylıq kurs keçərək Cahanşirin xidməti avtomo-
bilinə sürücü təyin edilmişdi. Əslən Bakıdan
olan bu əsgər Moskva Dövlət Universitetinin ra-
dio-elektromexanika fakultəsini bitirmişdi. Anket
məlumatlarında qohumları barəsində qısa məlu-
matda anasının evdar qadın, atasının isə Bakı şə-
hərində “8-ci kilometr” adlanan bazarının yanında
“Avtomobil təmiri sexində” çalışması qeyd olun-
muşdu. Əsgər Məmmədov ailəsinin tək övladı
idi. Məmmədov xasiyyətcə diribaş, tez bir zamanda
yoldaşlarına qaynayıb-qarışan əsgər idi. Cahanşir
diqqət etmişdi ki, valideynləri onun üçün pulu
heç zaman əsigəmir və Məmmədov da bu pulları
əsgər yoldaşlarına xərcləməkdə xəsislik etmirdi.
Məmmədov Sovet istehsalı olan avtomobillərlə
yanaşı xarici istehsal olan avtomobillərin təmi-
rindən də xəbərdar idi. Dediyinə görə orta mək-
təbdə oxuduğu illərdə boş vaxt tapan kimi atasının
yanında işləmişdi.
8


Cahanşir sürücünün gətirdiyi sənədləri ma-
sanın üzərinə qoyub onları gözdən keçirmək is-
təyirdi ki, telefon zəngi səsi eşidildi. Hərbi hissə
komandiri Cahanşiri xidməti otağına çağırırdı.
Cahanşir hərbi hissə komandirinin otağına gəldikdə
burada komandirdən başqa daha iki şəxs var idi
ki, bunların hər ikisi mülki geyimdə idilər. Mülki
geyimli şəxslərdən birini Cahanşir yaxşı tanıyırdı.
Bu şəxs onların hərbi hissəsinə nəzarət edən
Dövlət Təhlükəsizlik Xidmətinin Natiq adlı əmək-
daşı idi. Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı
və digər mülki geyimli şəxslə salamlaşdıqdan
sonra Cahanşir hərbi hissə komandirinin işarəsi
ilə masanın ətrafında qoyulmuş boş stulların bi-
rində əyləşdi. Cahanşiri digər yoldaşla da elə
hərbi hissə komandiri özü tanış etdi. Bu Müdafiə
Nazirliyinə nəzarət edən Dövlət Təhlükəsizlik
Xidmətinin əməkdaşı idi. Qonağı komandir Vaqif
müəllim adı ilə təqdim etdi. Hərbi hissə koman-
dirinin təqdimatından sonra Vaqif müəllim aram-
aram cümlələrlə:
– Bildiyimiz kimi dünyanın aparıcı döv-
lətlərinin maraqları ən çox iqtisadiyyat aləmində
toqquşur. Hal-hazırda işğaldan azad etdiyimz
9


ərazilərdə zəngin qiymətli metal yataqlarının
olması heç kimə sirr deyildir. Ermənistanla Kəl-
bəcər rayonu arasında keçən sərhəd ərazisi düş-
mənin daima maraq mərkəzindədir. Bu ərazidə
çaxnaşmanın olması çox güman ki, bəzi xarici
dövlətlərin də marağındadır. Səhv etmirəmsə bu
ərazidə sizin şərti adı “Şimşək” olan postunuz
yerləşir. Postun aşağı tərəfində erməni kəndi
yerləşir ki, biz də olan məlumata görə bir aya
yaxın bir müddətdir ki, postdan həmin kəndə
məlumatlar sızır. Məlumatlar əsasən bizim ərazi-
mizdə posta yaxın yerdə tikintisinə bir aya yaxındır
ki, başladığımız qızıl yatağı barəsində verilir və
bu da bizi narahat etməyə bilməz. Məlum məsələdir
ki, bu yatağın istismarına bizə yaxın olan dost
xarici dövlətin şirkəti sərmaya qoyub, – deyərək
fikrini izah etməyə çalışırdı.
“Şimşək” postu həqiqətən də strateji ərazidə
qayanın başında yerləşirdi. Postun aşağı tərəfində
Ermənistan dövlət sərhədi daxilində erməni kəndi
yerləşirdi. Ərazinin mühafizəsi üçün posta hərbi
hissənin mühafizə bölməsindən bir manqa xidmətə
cəlb edilirdi ki, bunlar da hər həftənin cümə
günü kəşfiyyat bölüyünün bir manqası ilə növbəni
10


dəyişirdilər. Məlumatın düşmən tərəfinə sızma-
sında hər iki bölmənin şəxsi heyəti şübhəli şəxslər
sayılsalar da ən çox şübhə mühafizə bölməsinin
əsgərlərinin üzərinə düşürdü. Çünki hər həftə
kəşfiyyat bölməsinin ayrı-ayrı manqaları xidmətə
cəlb edilsələr də mühafizə bölməsindən isə eyni
manqa xidmətə cəlb edilirdi. Məlumatların sızması
da məhz həmin dövrə təsadüf edilirdi. Mühafizə
bölməsindən “Şimşək” postuna qalxan şəxsi
heyət on iki nəfərdən ibarət idi. Post başçısı baş
leytenant Alməmmədov, post başçısının köməkçisi,
gizir Zülfüqarov və daha on nəfər əsgərdən ibarət
olan bu şəxsi heyət öz aralarında sağlam bir kol-
lektiv yaratmışdılar. Ancaq belə bir məsələdə on
iki nəfərin hər birinin üzərində şübhəli kimi
qalmaq olardı. Cahanşir Vaqif müəllimin danışı-
ğından belə başa düşdü ki, Ermənistan tərəfə
məlumatı sızdıran şəxsin ifşa olunması ona tap-
şırılacaqdır. Bəli, Cahanşir öz düşüncəsində ya-
nılmamışdı. Düşmənə məlumatı sızdıran şəxsin
ifşa edilməsi məhz ona tapşırıldı. Yerinə yetiriləcək
tapşırıq məhdud vəzifəli şəxslərə məlum idi.
Tapşırıq demək olar ki, tam məxfi şəkildə həyata
keçiriləcəkdi. Postun heyəti dünən – oktyabr
11


ayının birində, həftənin cümə günü postda xidməti
təhvil almışdılar. Bu gün isə şənbə günü idi.
Cahanşir xidməti avtomobilinin arxa hissəsinə
əsgərlər üçün ərzaq sovqatı yükləyərək post isti-
qamətinə hərəkətə başladı. Postda ərzaq əsgərlərə
paylandıqdan sonra guya avtomobildə yaranmış
hansısa nasazlıq səbəbindən təxliyə qrupu gələ-
nədək Cahanşir postda yubanacaqdı. Əlbəttə ki,
bu yubanma mühafizə bölməsinin dəyişdirilməsinə
qədər uzadılacaqdı.
“Şimşək” postu əlverişli bir mövqedə, düz
erməni kəndinin üstündə yerləşirdi. Bura elə bir
əhəmiyyətli yer idi ki, postdan hər hansı bir av-
tomobil təkərini dağdan aşağı diyirlədən olsaydı
təkər yəqin ki, erməni kəndinin düz ortasına
kimi gedib çıxardı. Postun erməni kəndi istiqaməti
mühəndis təminatı tərəfdən çox yaxşı istehkam-
landığından bu istiqamətdə düşmən təxribatı
mümkünsüz idi. Ərazi mütəmadi olaraq isteh-
kamçılarımız tərəfindən yoxlanılırdı. Bu işdə
mühəndis-istehkam bölüyünün komandiri, kapitan
Vəliyev böyük fədakarlıq nümayiş etdirirdi. Kənd
yollarını minalardan təmizləmə işində öz bölməsi
ilə birlikdə yüzdən artıq mina zərərsizləşdirilmişdi.
12


Postun ermənilər olan hissəsində kəndin önündə
ermənilər tərəfindən sadəcə “təsəlliverici” post
qoyulmuşdu ki, bu postu da bizimkilər hər an
qumbaraatanla göyə sovura bilərdilər. Odur ki,
ermənilər sadəcə bu ərazidə müşahidə aparmaqla
kifayətlənirdilər. ”Şimsək” postu ilə erməni postu
arasında neytral bir ərazidə bir yüksəklik var idi.
Ermənilər bu yüksəkliyin bizimkilər tərəfindən
nə vaxtsa götürül məsindən daima səksəkəli idilər.
Bizimkilər üçün isə yüksəklik o qədər də əhə-
miyyətli deyildi. “Şimşək” postundan baxdıqda
həmin yüksəklik ovuc içi kimi görünürdü. Elə
bu baxımdan da ermənilər də həmin yüksəkliyə
qalxa bilmirdilər. Ancaq ermənilər daima bizim-
kilərin həmin yüksəkliyi nə vaxtsa ələ keçirəcə-
yindən qorxurdular. Çünki həmin yüksəklik bi-
zimkilər tərəfindən ələ keçirilsəydi onda ermənilər
öz postlarını 100-150 metr dərinliyə çəkmək
məcburiyyətində qalacaqdılar. Bundan əlavə
olaraq “Şimşək” postunun yerləşdiyi ərazi həmin
yüksəklikdən daha yüksəkdə yerləşirdi və hərəkət
etmək üçün geniş əraziyə malik idi.
Azərbaycanla dövlət sərhədində yerləşən
erməni kəndinin əhalisi isə sakit həyat tərzini
13


davam etdirirdilər. Kənddə qısa yubkalı və yaxası
açıq köynəkdə gəzişən cavan erməni qızları əs-
gərlərimizə əl eyləyir, erməni dilində gülərək
nəsə söyləyir və hətta “hava öpüşü” də yollamağa
çəkinmirdilər. Həftədə bir neçə dəfə erməni pos-
tuna əylənmək üçün gələn kənd qızları əllərində
içki şüşələri erməni postunun bizim ön tərəfə
olan hissəsinə keçib yarıçılpaq vəziyyətdə rəqs
edərək bizim əsgərləri də əylənməyə dəvət edir-
dilər. Maraqlı burası idi ki, erməni postlarına əy-
lənməyə gələn qızlar bizim əsgərlərimizə Azər-
baycan dilində müraciət edirdilər. Sözsüz ki, bu
da ermənilərin hər hansı bir üsulla əsgərlərimizlə
dialoqa girmək üçün hazırladıqları növbəti hiyləgər
planları idi. Bu tipli planlardan yayınmaq üçün
əsgərlərimizlə daima təbliğat işləri aparılırdı.
“Şimşək” postunda xidmət edən əsgərlərimizlə
dialoqa girmək üçün ermənilərin başqa imkanları
da var idi. Postun mobil telefonlarında Azərbaycan
mobil telefon operatorlarından daha çox erməni
mobil operatorlarının şəbəkələri görünürdü. Bu
da erməni tərəfindən bütün mobil danışıqlarımızı
dinləmək üçün əlverişli şərait yaradırdı. Bundan
başqa erməni kəndində yüksək sürətli internet
14


şəbəkəsi quraşdırılmışdı ki, WİFİ sistemi ilə şə-
bəkəyə maneəsiz qoşulmaq mümkün idi. Bu da
Azərbaycan əsgəri üçün açıq-aşkar bir tələ idi.
Postda şəxsi heyətin dincəlməsi, asudə vaxtın
keçirilməsi, yeməyin hazırlanması və qida qəbul
edilməsi məqsədi ilə ayrıca otaqlar hazırlanmışdı.
Əsgərlərin televiziya verilişlərinə baxması üçün
çanaq antenalarından istifadə olunurdu ki, burdan
da Azərbaycan televiziya verilişlərindən başqa
digər ölkələrin kanallarına baxılması kodlaşdı-
rılmışdı. Cahanşir onun üçün ayrılmış otağa
gələrək tələsmədən postda xidmət edən hərbi
qullquçuların anket məlumatlarını gözdən keçi-
rirdi:
1. Post başçısı baş leytenant Alməmmədov – İnti-
zamlı, tələbkar zabitdir. Ali Hərbi Məktəbdə
kursu ikinci sırada başa vurmuşdur. Qardaşı
qeyri-ənənəvi dini cəryanlara qoşularaq dörd il
öncə Suriyada gedən vətəndaş müharibəsində
həlak olmuş, cənazəsini, həyat yoldaşını və öv-
ladlarını Azərbaycana gətirmək mümkün olma-
mışdı;
2. Post başçısının köməkçisi gizir Zülfüqarov –
2 dəfə sərbəst güləş üzrə Azərbaycan çempionu
15


olmuşdur. Avropa üçüncüsüdür. Qiyabi ali
təhsil alır. Təhsilini bitirdikdən sonra ordu sı-
ralarında zabit kimi xidmət etmək arzusundadır; 
3. Əsgər Qulamov – orta təhsillidir. Böyük qardaşı
ikinci Qarabağ savaşının qazisidir. Səhəti ilə
əlaqədar olaraq hal-hazırda Türkiyədə müali-
cədədir;
4. Əsgər Salmanov – yaxşı meyxanaçıdır. Əs-
gərlikdən qabaq əmisi ilə birlikdə toylarda
meyxana deyib. Kef çəkib əylənməyi xoşlayır.
Hər iki əlinin üstü nakolkadır. Sol qolunda
sevdiyi qızın, sağ qolunda isə valideynlərinin
adını döymə etmişdir;
5. Əsgər Kərimov – natamam orta təhsillidir.
Gününü atasının fitnes klubunda məşq etdir-
məklə keçirib. Hər şeydə öz mənafeyini düşünən
insandır; 
6. Əsgər Seyidov – orta təhsillidir, xasiyyətcə
qapalıdır. Az danışmağa meyillidir. Daima öz
daxili dünyasında sanki nəyisə düşünür; 
7. Əsgər Abbasov – ali təhsillidir. Hərbi xidmətə
gəlməmişdən əvvəl bir il kəndlərində ədəbiyyat
fənnindən müəllim işləyib; 
8. Əsgər Dadaşov – natamam otra təhsillidir.
16


Yazıb, oxumağı bacarmır, atasının, əmisinin
qoyun sürülərini otarmaqla məşğul olub; 
9. Əsgər Bədəlov – natamam orta təhsillidir. Çə-
tinliklə yazıb-oxumağı bacarır. Dalaşqan və
çılğındır. Öz səhvini daima başqasının üstünə
atmağa çalışır;
10. Əsgər İlyasov – Ali təhsillidir. BDU-nin ri-
yaziyyat fakultəsini bitirib. Güclü xakker proq-
ramları bacarığına malikdir;
11. Əsgər Rzayev – orta təhsillidir. Sakit təbiətlidir,
boş vaxtlarında kitab oxumağı sevir;
12. Əsgər Ramazanov – orta təhsillidir. Çılğın
xasiyyətlidir, hər kəslə tez ünsiyyət qurmağı
bacarır.
17



Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin