Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir



Yüklə 149,68 Kb.
səhifə123/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   ...   119   120   121   122   123   124   125   126   ...   141
sitologiya

10.1.3. Sentriolların formalaşması
Sentriolların formalaşması hələ tam olaraq aydınlaşdırılmamışdır. Hər hüceyrədə bir cüt olan sentriollar hüceyrə bölündükdən sonra da bir cüt olaraq varlıqlarını təmin edirlər. Bu baxımnan hüceyrə bölünməsi başlanmadan və ya ən azından hüceyrə bölünməsinin başlanğıcında sentriolların ozlerini ikiləşdirməsi lazımdır.

2008-ci ildə Zhu və əməkdaşları tərəfindən aparılan təcrübələrdə sentriolların biogenezində və daha sonrakı mərhələlərdə sentriolların formalaşmasında perisentriolyar zülalların lazım olduğunu qeyd etmişlər.

Sentriolların biogenezi məsələsi 2010-cu ildə Loncarek və Xodjakov tərəfindən aparılan təcrübələrdə sentriolların ya evvelki sentriollardan formalaşdığını ya da aktiv biosintez nəticəsində yeni formaların olduğunu bildiriblər.

Ilkin fikirlərə görə hələ DNT replikasiyası reallaşmadan əvvəlki fazada yəni G1 fazasında hüceyrədə hər bir sentrioldan yeni bir sentriol (qız sentriol) yaranmaqdadır. Ilk formalaşması zamanı həm ana sentriol həm də qız sentriolun perisentriolyar matriks daxilində olurlar (şəkil 10.6). bu perisentriolyar matriks daxilində olan zülalların mikroborucuğun formalaşmasını və daha sonra sentrosom mərhələsində mikroborucuqların əks tərəfdən birləşməsini təmin edən zülal komplekslərin olduğu düşünülür. Qiz sentriollar ana sentriolun ucundan yaranır. Ana sentriol qız sentriolun divarını təşkil edən mikroborucuq qruplarını yaradır.

Şəkil 10.6. Yeni sentriolların kohne sentrioldan yaranması
Digər fikirlərə görə sentriollar yeni yaranmışlardır. Hüceyrə S fazasına girməyə hazırlaşarkən köhnə sentriolların hər birinin yanında bir mikroborucuq sintezinin olduğu müəyyən olunmuşdur. Dairəvi olaraq düzülmüş və daha sonra doqquz mikroborucuq qrupunu təşkil edəcək üçlü mikroborucuqlardan ilk əvvəl A mikroborucuğunun sintez olunduğu qey olunmuşdur. Daha sonra S fazsındaykən qız sentriolların B və C mikroborucuqlarıda sintez olunaraq mikroborucuq qrupları tamamlanır. Hüceyrə tsiklinin G2 fazasında formalaşan iki cüt sentriol M fazasının başlanğıcında bir-birilərindən ayrılaraq əks qütblərə doğru hərəkət edirlər (şəkil 10.7)

Səkil 10.7. Sentriolların yenidən sintez olunması




Yüklə 149,68 Kb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin