HİSSƏ 10
HÜCEYRƏNİN BÖLÜNMƏSİ:
SENTROSOMLAR, MİTOZ VƏ MEYOZ BÖLÜNMƏ
Istər prokariot hüceyrələrində istərsə də eukariot hüceyrələrində bütün hüceyrələrin ortaq xüsusiyyəti bölünərək coxalmaqdır. Bu baxımnan tək və çoxhüceyrəli orqanizmalar hüceyrənin bölünməsi yoluyla çoxalırlar. Bir hüceyrədən iki qız hüceyrənin əmələ gəlməsinə hüceyrə bölünməsi deyilir. Yeni yarana bu qız hüceyrələr lazımlı böyüklüyə çatdıqda və digər hüceyrəvi funksiyaları formalaşdıqda təkrar bölünməyə başlayırlar.
Hüceyrə bölünməsi üçün ən əvvəl hücyerənin böyüməsi lazımdır. Daha sonra DNT-nin replikasiyası reallaşır, sonra DNT-nin iki hüceyrə arasında bərabər paylanması və ən sondada sitoplazmanın bölünməsi baş verir. Hüceyrənin formalaşması tamamlandıqdan sonra ilk əvvəl nüvənin bölünməsi reallaşır ki buna kariokinez deyilir. Sonra reallaşan sitoplazma bölünməsinə isə sitokinez deyilir.
Eukariot canlılarda hüceyrənin bölünməsi zamanı sentrosomlar vacib funksiyalar daşıyır.iy saplarının yaranmasında və xromosomların əks qütblərə çəkilməsində setrosomlar vacib funksiyaya malikdirlər.
Dostları ilə paylaş: |