Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir



Yüklə 149,68 Kb.
səhifə117/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   ...   113   114   115   116   117   118   119   120   ...   141
sitologiya

9.1.4. Digər nüvə daxili quruluşlar.
Nüvədə DNT – ni parçalayan DNT polimeraza enzimi istifadə olunduqda xromatin və nüvəcik xaric olmaqla bəzi nüvə daxili quruluşların olduğu görünmüşdür. Bu quruluşların bəzilərinin ribonukleoprotein quruluşunda olduğu, bəzilərinin isə müxtəlif anormallıqların meydana çıxmasından sonra yarandıqları bildirilir. Məsələn, 1997 – ci ildə Tebel və Warlo, aktiv zülalında yaranan bir mutasiya nəticəsində əmələ gələn miopatiya zamanı nüvədə bəzi çubuqların göründüyünü müşahidə etmişdir. Normal olaraq nüvədə olan ribonukleoprotein tərkibin isə nüvədə sintezlənən və züllarla bir kompleks əmələ gətirən informosomlar ( heterogen nüvə RNT – si zülallar ) ilə RNT – nin emalında iştirak edən sn RNT – lər olduqları bilinir. Bunlar nüvə daxilində çubuq şəklində görünür.

Bu hal nukleoplazmanın dinamik və fəaliyyətdə olan bir quruluşa sahib olduğunu göstərir. Son illərdə aparılan tədqiqatlarla izah olunmağa çalışılan və deoksiribonukleoprotein xaric olmaqla yerdə qalan digər nüvə daxili quruluşlar aşağıda izah olunur.

1.Kajal ( cajal ) cisimlər – İlk dəfə 1903 – cü ildə Cajal tərəfindən müəyyən edilmişdir. 2005 – ci ildə isə Cioce və Lamond bunların hüceyrə tipinə və hüceyrə növünə görə 0,2 ilə 2,0 mk arasında ola biləcəyini müəyyən etmişdir ( şəkil 9.21 ).

Kajal cisimlərin ribonukleoprotein qurulması bölgəsi olduqları fərz edilir. RNT sintezində və xüsusilə kiçik nukleolar RNT ( snoRNT ) ilə kiçik nükleer RNT ( sn RNT ) əmələ gəlməsi, histon və mRNT modifikasiyasında rol oynadıqları müəyyən edilmişdir.

2.PML cisimləri ( Promielositik talasemi ) – bunlara başqa sözlə kremer cisimlər və onkogenik dominələr də deyilir. Bunlar nukleoplazmada əsasən kajal cisimlər ilə bərabər rast gəlinən kürəvi quruluşlardır. 0,2 – 1,0 mk ölçüdədirlər və nukleoplazmada 10 – 30 ədəd olur ( şəkil 9.21 ).

Bu cisimlərin transkripsiyanın nizamlanmasında, hüceyrə böyüməsinə nəzarət və apoptoz ( proqramlanmış hüceyrə ölümünün ana tiplərindən biri və ya hüceyrənin nekrozdan fərqli olaraq kiçilərək ölməsi) ilə bağlı olduqları müəyyən edilmişdir.

3.Pika cisimləri ( polymorhic interphase karyosomal association ) – İlk dəfə 1991 – ci ildə Saunders və əməkdaşları tərəfindən nüvədə rast gəlinmişdir. Bu cisimlərin 5 mk ölçüdə, dairəvi quruluşlar olduqları və nukleoplazmadakı digər quruluşlardan daha az təsadüf olunduqları müəyyən edilmişdir ( şəkil 9.22 ). Bu cisimlərin DNT replikasiyası, transkripsiya, yaxud da RNT ilə əlaqədar olmadıqları müəyyən edilmişdir. Daha sonra aparılan araşdırmalar nəticəsində bu bölgələrin PTF ( pinding transcription factor ) adlandırılan və sn RNT ilə əlaqədar genlərin transkripsiyasını nizamlayan transkripsiya faktorunun nüvədə toplandığı bölgələr olduqları müəyyən edilmişdir.


Yüklə 149,68 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin