Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir



Yüklə 149,68 Kb.
səhifə118/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   ...   114   115   116   117   118   119   120   121   ...   141
sitologiya

9.2. Nüvəcik
Hüceyrə nüvəsinin daxilində olan və rRNT-lərin sintez olunduğu, işləndiyi və ribasom subvahidlərinin yaratdığı mərkəzlərdir. Heteroxromatin quruluşunda olduğu üçün interfaza nüvəsində tünd cismlər olaraq görünə bilir (şəkil 9.1 və şəkil 9.14). Nüvəcik bakteriyalarda, nüvəcik daşıyan eritrositlərdə və sperma hüceyrələrində olmadığı halda digər formalaşmış hüceyrələrin nüvələrində mövcud olurlar.

Nüvəcik, RNT, zülal və DNT-dən ibarət olmasına baxmayaraq 2005-ci ilində cap olunan bir məqalədə Hendverger və Qall nüvəni digər nüvə daxili quruluşlar arasında sayır.

DNT-nin ribosomal RNT genləri daşıyan sahəsi bir yerə gələrək nüvəciyi formalaşdırır. Bu sahə delesiyaya uğradılarsa nüvəciyin olmadığı müəyyən olunmuşdur. Canlılarda rRNT genləri fərqli xromosomlarda yerləşmişlər. bu xromosomlara nüvəcik quruluşlu xromosomlar deyilir. Məsələn, sicanlarda X,Y və 6 nömrəli xromosomlar, buğdada 1,10,14 və 18 nömrəli xromosomlar, insanlarda isə 13,14,15,21 və 22 nömrəli xromosomlar nüvəcik quruluşlu xromosomlardır. Bu xromosomların hər biri tək başına bir nüvəcik yarada bildikləri kimi bir-biriləri ilə birləşərək tək və böyük bir nüvəcikdə yarada bilərlər (şəkil 9.24). insanlarda yuxarida sadalanan 5 xromosom akrosentrik xromosom quruluşundadılar və qısa qollarında rRNT genlərini daşıyırlar. Bu xromosomların rRNT genlərini daşıyan sahələri bir araya gələrək tək bir nüvəciyi yaradarlar.

Nüvəcikdə olan RNT-nin nüvəcik daxili və xarici xromatindən transkripsiyaya uğrayan rRNT olduğu müəyyən olunmuşdur. Oosit və qaraciyər hüceyrələrindən izole edilən nüvəciklərin 10-20% ni RNT daşıyır.

Nüvəciyin zülal tərkibi coxdur. Nüvəciyin təxminən 70-80% i züllardan təşkil olunub. Bu zülların bir hissəsini fermentlə təşkil edərkən cox böyük hissəsini isə ribasomların quruluşuna yaxın olan ribasomal zülallar təşkil edir.
Şəkil 9.24. A) üç cüt xromosomun bir yerə gələrək yaratdıqları nüvəciyin fəza kontraslı mikroskopu vasitəsilə görünüşü. B) qiqant xromosomların olduğu nüvəciyin fəza kontraslı mikroskopu vasitəsilə görünüşü
Nüvəcik morfoloji olaraq sapvari sahə, qalın sapvari sahə və dənəcikli sahə olmaqla üç fərqli sahədən təşkil olunublar. Bu sahələrin hamısı rRNT-nin transkripsiyası, formalaşması və ribasom biogenezi mərhələlərinin həyata keçməsi ilə əlaqədardır.


Yüklə 149,68 Kb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin