3.Qamçılar (Flagellum): Sərbəst üzən hüceyrə və ya mikroskopik canlılarda əsasən bir və ya iki dənə olan hüceyrəxarici çıxıntılardır. Quruluşunun tamamilə kirpikciklərlə eyni olmasına baxmayaraq, qamçı kirpikdən daha qalın və daha uzundur (şəkil 4.25). Kirpiklər ritmik hərəkət etdikləri halda, qamçıların hərəkəti dibindən başalayar və ucuna doğru yayılaraq, sərbəst hüceyrənin və ya orqanizmanın hərəkət etməsini təmin edər. Eukariot qamçılar mikroborucuq dəstəkli plazma membranının çıxıntısı olmasına baxmayaraq, prokariot qamçıları hüceyrə səthindən xaricə doğru uzanan zülal filamentlərindən təşkil olunmuşdur.
Şəkil 4.25. Qamçı, sxematik quruluş (A) və protozooya aid quruluş (B)
Dostları ilə paylaş: |