4.2.2.2. Ekzositoz
Ətrafı bir qat ilə çevrilmiş molekulların hüceyrə xaricinə atılmasına ekzositoz deyilir. Ekzositozda hüceyrə daxili ifrazat qovuqcuğunun zarı plazma zarı ilə qarışır bə açılan boşluqdan ifrazat qovuqcuğunun içərisindəkilər xaricə atılır. Bəzən endositoz ilə ekzositoz proseslərinin birləşməsi qan damarı endoteli kimi sahələrdəki hüceyrəvi maneələrin aşılmasını mümkün edər. Məsələn, hüceyrənin bir yerindən endositoz ilə alınan maddə endositik vakuol olaraq hüceyrədən ekzositoz yolu ilə çıxarıla bilir. Ekzositoz yolu ilə hüceyrəvi bir cox maddə xaricə atıla bilir.
Ifrazat vəzilərinin ifrazat məhsulları, (Məsələn insulin hormonu ekzositoz ilə mədəaltı vəzidən çıxarılır.)
Hüceyrədə meydana gələn tullantı maddələr.
Endositik vakuolların hüceyrədə həzm olunmayan hissələri.
Dostları ilə paylaş: |