2.Ca++ nasosu: Ca-un plazma membranından aktiv daşınması quruluş olaraq Na+-K+ nasosuna oxşadırlar və ATF-in hidroliziylə çalışan bir Ca++ nasosuyla təmin edilir. Ca-un daşınmasında vəzifə alan transmembran zülalı bir Ca++ ATF-azadır. Ca daim bu nasos vasitəsiylə hüceyrə xaricinə və ya hüceyrədə olan endoplazmatik şəbəkə kanalına daşındığından hüceyrə daxili Ca konsentrasiyası olduqca aşağıdır. Ca-un hüceyrə içindəki bu aşağı miqdarı hüceyrəni Ca miqdarındakı cox kiçik artımlara qarşı həssas edər. Ca-un hüceyrə içi miqdarındakı artım əzələ sıxılması və hüceyrənin siqnal ötürməsində vacib funksiyalar yerinə yetirir. Ca++ ATF-az bir fosfat molekulu itirərək sitoplazmada olan iki fosfat molekulunu xaricə daşıyır.
Ca hüceyrə xaricinə sadəcə Ca++ nasosu ilə deyil, eyni zamanda Na-Ca antiporteri ilə hüceyrə natriumu daxilə alarkən Ca-da xaricə çıxarta bilər. Bu hal Na-H antiporteri ilə hüceyrə içindəki H ionları da hüceyrə xaricinə göndərilə bilər (şəkil 4.13).
Şəkil 4.13. Na-Ca və Na-H antiport daşınma
Bakteriya, maya və bitki hüceyrələrində yuxarıda deyilən mexanizmalara oxşar bir şəkildə H+ hüceyrə xaricinə nasoslanaraq hüceyrə xarici və hüceyrə daxili H ionunun konsentrasiyasının (PH) nizamlanması təmin edilir. Həmçinin mədə şirəsinin turşuluğunun təmin edilməsi üçün də mədə hüceyrələrindən H+ ionları aktiv olaraq xaricə nasoslanmaqdadır. Lizasom daxilinə daim H+ nasoslayan mexanizmalar lizasom daxilinin PH dəyərini 5,5 olaraq nizamlayar.
Dostları ilə paylaş: |