Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir



Yüklə 149,68 Kb.
səhifə50/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   ...   46   47   48   49   50   51   52   53   ...   141
sitologiya

4.2.1.2. Aktiv daşınma.
Passiv daşınmanın tam tərsi olan aktiv daşınmada molekullar seyrək olduqları mühitdən cox sıx olduqları mühitə enerji sərf edərək daşınırlar. Aktiv daşıma daşıyıcı zülallar vasitəsilə həyata keçir. Daşıyıcı zülallar membranın bir tərəfindən digər tərəfinə bir molekul keçirirsə bu tək tərəfli funksiyaya uniport daşınma adı verilir. Əgər daşıyıcı zülal iki molekulu birlikdə daşıyırsa buna da kotransport (birlikdə daşınma) adı verilir. Birlikdə daşınmada iki molekul eyni tərəfdə (simport) və ya fərqli tərəfdə (antiport) daşına bilirlər (şəkil 4.11).

Şəkil 4.11. Daşıyıcı zülallar vasitəsilə daşınma yönləri


Ion nasosları olan Na+-K+ nasosu ilə Ca++ nasosu aktiv daşınmanın vacib nümunələrini yaradırlar. Bundan əlavə ion nasosları ilə yaranan ion qradientindən istifadə edərək də molekulları aktiv bir şəkildə daşımaq olur.


Yüklə 149,68 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin