4.2.1. İonların və kiçik molekulların plazma membranında daşınması 4.2.1.1. Passiv daşşınma. Passiv daşınmada maddələr çox sıx olduqları mühitdən seyrək olduqları mühitə və enerji sərf etmədən sadəcə öz kinetik enerjilərindən istifadə edərək keçərlər. Bunun üçün hüceyrə ATF enerjisindən istifadə etməz. Passiv daşınmada hüceyrə passiv diffuziya və asanlaşdırılmış diffuziya olaraq adlandırılan iki fərqli mexanizmadan istifadə edir.
1.Passiv diffuziya:Fosfolipid iki qat təbəqədə həll ola bilən kiçik molekulların keçididir. Molekul iki qat fosfolipid təbəqəsində həll edildikdən sonra bir tərəfdən digər tərəfə diffuz olur və zarın digər tərəfində ki, sulu mühitdə tam həll olur. Membran zülalları bu işə qarışmazlar. Diffuziya olunan molekulların keçmə istiqaməti molekulun yüksək kinsentrasiyada olduğu hissədən aşağı konsentrasiyada olduğu hissəyə doğrudur. Nəticədə molekulun daxili və xarici konsentrasiyası tarazlanar. Qazlar, hidrofob molkullar, kiçik polyar lakin yüksüz molekullar membrandan asanlıqla keçərkən, qlükoza kimi böyük polyar molekullar, amin turşuları və yüklü molekullar membrandan keçməzlər (şəkil 4.9).