1.Na+-K+ nasosu: Na və K daşınmasını həyata keçirən Na+-K+ nasosunda vəzifə daşıyan transmembran zülalı Na+-K+ ATF-azadır. Bu nasos Na+-u hüceyrə xaricinə K+-da hüceyrə daxilinə nasoslamaqdadır. Beləliklə hüceyrə xaricində Na-un dəyişiməsi hüceyrə daxilinə nəzərən daha yüksək , tam tərsi olaraq hüceyrə daxilində isə K-un dəyişiməsi də hüceyrə xaricinə nəzərən daha yüksək tutulur. Na+-K+ ATF-az hüceyrədə antiport daşınmaya misal ola bilər. Na+-K+ ATF-az ATF-i defosforlaşdıraraq ADF-ə çevirir və əldə edilən enerjidən istifadə edərək üç molekul Na-u hüceyrə xaricinə iki molekul K-da hüceyrə daxilinə daşıyır (şəkil 4.12). Bununlada hüceyrə xaricində artıq olan Na hüceyrə xaricinə, hüceyrə daxilində artıq olan K da hüceyrə daxilinə bir fosfat molekulunun enerjisi ilə daşınmış olur.
Şəkil 4.12. Na+-K+ nasosu ilə antiport daşınma
Na+-K+ nasosunun hüceyrədəki bütöv ATF-in 25%-ni istehlak etməsi bu nasosun hüceyrədəki əhəmiyyətinin göstəricisidir:
Sinir və əzələdə elektrik siqnallarının yayılmasını təmin edər.
Na qradiyentindən digər molekulların daşınmasında da faydalanılır (ion qradiyenti ilə qlükozanın daşınması)
Osmatik tarazlıq və hüceyrə həcminin qorunmasında vəzifəlidir. Hüceyrə şəkər, amin turşular və nukleotidlər ehtiva etdiyindən osmatik təzyiqə görə hüceyrəyə su daxil olur. Suyun daxil olması durdurulmazsa hüceyrə partlayar. Bu nasos Na-u hüceyrə xaricinə daşıyaraq hüceyrə xarici Na-un artıq olmasını yaradar. Açıq kanallardan K-un keçidi plazma membranının iki yanında elektrik potensialı yaradaraq Cl-un hüceyrə xaricin çıxmasına səbəb olur. Bu səbəbdən hüceyrə xaricində həm Na-un həm də Cl-un konsentrasiyası artaraq osmatik təzyiqin bərabərləşməsi təmin edilir.