Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir



Yüklə 149,68 Kb.
səhifə49/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   ...   45   46   47   48   49   50   51   52   ...   141
sitologiya

2.Asanlaşdırılmış diffuziya: Asanlaşdırılmış diffuziyada daşınan molekullar ikiqat fosfolipid təbəqəsində əriməzlər. Bu əlaməti ilə passiv diffuziyadan fərqlənir. Asanlaşdırılmış diffuziyada yenə molekullar sıx olduqları tərəfdən seyrək olduqları tərəfə doğru və enerji sərfiyyatı olmadan keçərlər. Bu mexanizmada molekulların keçidi zülallar vasitəsilə olduqları halda lipidlər işə qarışmazlar. Karbohidratlar, nukleotidlər, amin turşular və yüklü ionlar bu mexanizma ilə hüceyrəyə daşınırlar. Ümumiyyətlə asanlaşdırılmış diffuziyaya vasitəçilik edən iki zülal qrupu müyyən edilmişdir. Bunlar daşıyıcı zülallar və kanal zülallar olaraq adlandırılır.

Daşıyıcı zülallar daşınacaq olan spesifik molekula membranın bir tərəfində bağlanırlar. Daha sonra molekulun membrandan keçməsinə və digər tərəfdə sərbəst qalmasına imkan verəcək formada bir quruluş dəyişikliyinə uğrayarlar.hüceyrədə qlükoza daşıyıcı zülallarla daşınır (şəkil 4.10). Hüceyrə xaricində qlükoza əvvəlcə daşıyıcı molekula bağlanır və daşıyıcı molekulun qurluşunun dəyişməsi ilə hüceyrə içərisinə buraxılır. Qlükoza həmcinin natriuma birləşmiş olaraqda daşına bilir.

Kanal zülalları isə membran daxilində uyğun böyüklük və yükdəki bütün molekulların sərbəst diffuziya olmasına imkan verən keçitlər yaradırlar. Bakteriyaların xarici membranında olan dəliklər, eukariot hüceyrələrindəki aralıq əlaqələr (şəkil 4.27) və ion kanalları kanal zülallarına misal göstərmək olar.

Şəkil 4.10. Daşıyıcı zülallar vasitəsilə daşınma



Yüklə 149,68 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin