3.Reseptor vasitəli endositoz: Hüceyrə daxilinə alınacaq materiyal hüceyrə membranında olan xüsusi reseptorlarla birləşdikdən sonra endositoz ilə daxilə alınırsa bu prosesə reseptor vasitəli endsitoz adı verilir (şəkil 4.19). Daxilə alınacaq molekul əvvəlcə hüceyrə səthindəki xüsusi reseptorlarla birləşir. Bu reseptorlar hüceyrə membranında klatrinlə əhatəli çökəkliklərdə yığılırlar. Alınacaq maddə reseptorla birləşdiyi anda membran içəriyə doğru çökür və klatrinlə əhatəli kisəciklər əmələ gəlir.bu kisəciklər daha sonra sitoplazmada lizasomlarla birləşərək həzm olunurlar. Klatrin üç polipeptid zəncirindən ibarət kuaterner quruluşuna sahibdir və hüceyrə xarici kisəciklərin daxilə doğru çökərək məlum bir forma almasında rol oynayan əsas zülaldır. Bir cox reseptor endosom (endositik vakuol) olaraq hüceyrə daxilinə girdiyində birləşdirmiş olduğu molekulu buraxaraq, yenidən hüceyrə membranına qayıdar. Hər bir saatda hüceyrə membranının təxminən 50%-i reseptor əlaqəli endositoz ilə daxilə çökər. Bunun cox hissəsi yenidən membrana qayıdar. Bu arada plazmada itən membranın 5%-i yenidən sintez yolu ilə bərpa olunar.
Şəkil 4.19. Reseptor vasitəsilə endositoz (A) və elektron mikroskopunda görünən dörd mərhələsi (B)