1.Möhkəm əlaqə (zonula okludens): hüceyrə membranlarının hüceyrənin apikal sahəsinə yaxın nöqtələrdə bir-birilərinə möhkəm bağlanması prosesidir. Hüceyrələr bir-birilərinə o qədər möhkəm bağlanırlar ki, hüceyrələrarası sahəyə su daxil heç bir şeyin keçməsinə yol verilməz. Hüceyrələrin apikal sahələrinə yaxın yerdə hüceyrəni ətraflı sarıyan kəsilməz bir qurşaq yaradır. Bu əlaəq sayəsində sorulma işini görən epitel hüceyrələrinin maye sahələri arasında bariyer yaradır. Möhkəm əlaqələr epitel hüceyrələrinin bu kimi qoruyucu funksiyaları yerinə yetirməsi üçün iki əsas rol oynayarlar:
Möhkəm əlaqə epiteli hüceyrələri arasında ion keçidinin qarşısını alan kantaklar kimi davarnırlar.
Möhkəm əlaəqlər lipid və membran zülallarının sərbəst hərəkətinin qarşısını alaraq plazma membranının apikal, lateral və bazal sahələrini ayırır. Beləliklə bu sahələrdə olan xüsusi daşıyıcı sistemlərin yerində qalmasını təmin edirlər ki, bu hal xüsusi daşınma sisteminə nəzarət etməyi mümkün edir.
Möhkəm əlaqədə iştirak edən transmembran zülallarının hüceyrəxarici hissələri okludin (occludin) və klaudin (claudin) ilə hüceyrədaxili əlaqələri ZO zülallarıdır. ZO zülalları hüceyrə skeleti hissələrindən aktin filamentlərinə birləşirlər (şəkil 4.27 və 4.28).