3.Düymə desmosom (macula aterens): Möhkəm əlaqə və kəmər əlaqənin həmən altında olurlar. Iki hüceyrədə qarşılıqlı durn bir düyməni xatırladan bir formaya malikdir. Kadherin ailəsinə aid fərqli zülallar ilə hüceyrələr bir-birilərinə yapışarkən bunların hüceyrədaxili çıxıntıları olan desmoplaktin və plakoqlobin zülalları da keratin filamentlərinə yapışaraq qonşu hüceyrələrin membranlarını bir arada tuturlar.düymə desmosom sadəcə hüceyrələri bir arada tutmaz, eyni zamanda tonoflamentlər üçün hüceyrədaxilində əlaqə nöqtəsi yaradır (şəkil 4.27 və 4.28). Desmosom əlaqələrinin olmaması insanlarda pemfiqus deyilən bir dəri xəstəliyinə səbəb olur.belə insanlar desmosomda vəzifə daşıyan kadherin zülallarına qarşı anticism yaradaraq desmosomun quruluşunu pozarlar. Beləliklə bir-birilərindən ayrılan epitel hüceyrələrinin arasından bədən mayesi xaricə çıxaraq dəri altında içləri maye dolu kisəciklər yaradırlar.müalicəsi aparılmazsa olümə səbəb olarlar.
Həmçinin kadherin zülallarının itkisi (kadherin genində mutasiyaların olması) epitel hüceyrə mənşəli xərçəngin inkişafına da səbəb ola bilərlər.