Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir



Yüklə 149,68 Kb.
səhifə121/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   ...   117   118   119   120   121   122   123   124   ...   141
sitologiya

10.1.1. Sentriolların quruluşu
Sentriollar hüceyrədə olan iki ucu açıq çubuqlardır. Elektron mikroskopunda 0,2 mkm ölçüdə və 0,5 mkm uzunluğunda görünən iki ucu açıq bu slindrik quruluşların uzunluğu bəzən 2 mkm qədər ola bilir. Sitoplazmada sentriollar bir-birilərinə yanaşı duran bir cüt halında olurlar (şəkil 10.1). Bu baxımnan elektron mikroskopu ilə baxdığımız zaman sentiol cütlərindən biri uzunnamasına göründüyü halda digəri isə eninə görülür. Bunlar perisentriol matriks icində olurlar və sentrion lifləri adlanan baglayıcı liflərlə bir-birilərinə bağlanırlar. Mikroborucuqlar isə perisentriol matriksə bağlanırlar (şəkil 10.2).

Şəkil 10.1. Sentriol cütünün ülüktron mikroskop görünüşü

Şəkil 10.2. Sentriol cütünün bir-birilərinə birləşməsi və perisentriol matriksin sxematik quruluşu
Sentriollar hər biri üç mikroborucuqdan təşkil olunmuş doqquz ədəd mikroborucuq qrupundan meydana gəlmişdir. Bunlar daha əvvəl danışılan sil və flaqellumun bazal cismlərinə bənzəyirlər. Lakin sil və flaqelium aksonomerləri sadəcə cüt mikroborucuqdan təşkil olunan doqquz mikroborucuq qrupundan meydana gəliblər. Sentriolu təşkil edən üç mikroborucuq daxildən xaricə doğru sirayla A,B və C mikroborucuq olaraq adlanırlar. (şəkil 10.3A). Mikroborucuqların α və β tubulin zülallarından təşkil olunmasını yad edək. A,B və C mikroborucuqları bir-birilərinə cox sıx birləşirlər və bununla əlaqədar olaraq sentriolun eninə kəsiklərində A mikroborucuqları tam və dairəvi olaraq göründüyü halda B mikroborucuğu A mikroborucuğunun divarının bir hissəsindən istifadə etdiyi müəyyən olunmuşdur. C mikroborucuğundan çıxan çıxıntılar digər mikroborucuq qrupunun A mikroborucuğu ilə bağlanır. Digər tərəfdən hər bir qrupun A mikroborucuqları da nazik bir çıxıntı ilə sentriol mərkəzində bir-biriylə birləşərək eninə kəsiklərdə sentriola maşın təkəri quruluşunu verir.sentriollarda üçüncü bir quruluş şəkili daha mövcuddur. C-A birləşməsindən çıxan nazik bir toplu digər qrupun C-A birləşməsinə qədər uzanır. Bu baxımından bu birləşmə C-A birləşmələri arasında uzanarkən A mikroborucuğundan çıxan və mərkəzə gedən nazik çıxıntiya da birləşir. Bu hal mikroborucuq qruplarının sentriol divarında yerləşmələrini və yerləşmə hallarını daha dəqiqləşdirir.
Şəkil 10.3 Sentriolun eninə kəsiyinin sxematik şəkli (A) və siçanın embrion toxuma kulturası hüceyrələrində elektron mikroqrafı (B)
Sentriolların daxilini isə γ-tubulindən təşkil olunmuş bir matriks təşkil edir. (şəkil 10.4). γ-tubulin sentrosomdakı tubulin quruluşunun formalaşmasını təşkil edir. Bu baxımnan bitki hüceyrələri kimi sentriosom daşımayan hüceyrələr γ-tubulin ilə mikrotubil quruluşunu formlaşdıra bilir. Bu hal sentrosom daşıyan heyvan hüceyrələri ilə sentrosom daşımayan bitki hüceyrələrinin iy saplarınin formalaşması istiqamətində oxşarlıqları aydınlaşdırılmışdır. Daha sonra qeyd olunacağı kimi mikroborucuq təşkili və hüceyrə bölünməsi bitki və heyvan hüceyrələrində tamamilə eynidir.

Sentriolun uzununa quruluşunda sentriol divarını formalaşdıran mikrotubillərdən xaricə doğru bəzi çıxıntıları daşıyırlar. Ön tərəfdə sentrin lifləri adlanan çıxıntılara rast gəlinir. Sentrin lifləri əslində Ca++ birləşdirən zülallardır və interfazada yan-yana duran iki sentriolun bir-birilərinə birləşməsini təşkil edir. Sentriolun arxa tərəfində isə dairəvi bir baş hissədən təşkil olunmuş və filamentlər ilə mikrotubillərə bağlanan peyklər ilə fibrilyar çıxıntılara malikdir. Bu formaların bölünmə zamanı yaranan sentriosomların matriksi daxilində olan bəzi zülallarla kodlaşdığı və sentiosom matriksinin qurulmasında köməkçi rola malikdirlər.


Şəkil 10.4 Sentriolun uzununa görünüşü



Yüklə 149,68 Kb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin