Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir


Böyük molerkulların və hissəciklərin plazma membranında daşınması



Yüklə 149,68 Kb.
səhifə54/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   ...   50   51   52   53   54   55   56   57   ...   141
sitologiya

4.2.2. Böyük molerkulların və hissəciklərin plazma membranında daşınması
Daşıyıcı zülallar ilə membrandan keçməyən polipeptid, polinukleotid və polisaxarid kimi makromolekullar hüceyrə daxilinə ektositoz yoluyla daşınırlar.

Endositoz ilə hüceyrə membranından bir parça hüceyrənin daxilinə daşınarkən, ekzositozda hüceyrə daxilindəki membranla örtülü kisəciklər hüceyrə membranına əlavə olunmaqdadır. Bununla əlaqədar olaraq endositoz ilə azalan plazma membranı ekzositoz ilə yerinə qoyulur.


4.2.2.1. Endositoz

Böyük molekulların hüceyrə içərisinə alınmasıdır.daxilə alınan makromolekullar qatı ola bildiyi kimi, maye və ya suspenziya şəklində də ola bilər. Qatı molekulların içəriyə alınması faqositoz (hüceyrənin yeməsi), maye molekulların içəriyə alınmasıda pinositoz (hüceyrənin içməsi) olaraq adlandırılır. Hüceyrə bəzən xüsusi molekulları seçərək içəriyə daxil edir. Bu cür endositoz da reeseptor əlaqəli endositoz adlandırılır.



1.Faqositoz: Faqositoz prosesində bakteriyalar, hüceyrə qalıqları və bəzən bütöv hüceyrə kimi böyük partikullar içəriyə alınır. Içəriyə alınacaq maddə plazma membranı ilə əhatə olunur. Ətrafı plazma membranı ilə əhatə olunaraq sərbəst vesikula (latınca: vesicula-kisəcik) şəklində sitoplazmaya ötürülür. Içəriyə alınan ətrafı bir qat pərdə ilə əhatə olunan və qatı cisimlər ehtiva edən bu kisəciyə faqasom adı verilir. Faqasomlar daha sonra lizasomlar ilə birləşərək faqolizasomları əmələ gətirirlər və partikul asit hidrolazalar ilə həzm olunurlar.
Şəkil 4.15. Amöbün bir bakteriyanı faqositoz ilə alınması və həzm olunması
Faqositoz prosesi fərqli hüceyrələrdə fərqli funksiyalar yerinə yetirir (şəkil 4.15). Məsələn, amöblər də qidalanma məqsədli bakteriya və ya digər protozoalar kimi canlıları faqositoz ilə içəri alırlar. Coxhüceyrəlilərdə faqositoz mikroorqanizmalara qarşı qorunma (heterofaqasom), yaşlı ya da ziyanlı orqanellərin və hüceyrələrin parçalanması və ya bədəndən atılması (otofaqasom) məqsədiylə istifadə olunur (şəkil 4.16).

Şəkil 4.17. Pinositoz


2.Pinositoz: Canlı hüceyrələrdə ərimiş ya da suspenziya halındakımaddələrin hüceyrə daxilinə alınmasıdır. Pinositozda içəriyə alınacaq maddə plazma membranı ilə təmas etdiyi anda plazma membranı içəriyə doğru çökər və maddə membran ilə əhatə olunaraq membrandan ayrılır, sərbəst bir vesikula olaraq sitoplazmaya keçir. Pinositoz ilə alınan materiyal hüceyrə daxilində lizosomlar tərəfindən həzm oluna biləcəyi kimi bir tərəfdən digər tərəfə də köçürülə bilir. Pinositoz mikropinositoz və makripinositoz olmaqla iki formada həyata keçirilir.

Mikropinositoza kapliyar damarlarda rast gəlinir. Qanda ərimiş halda olan maddələrin hüceyrələrə çatdırılması, hüceyrələrədə toplanan tullantı maddələrinin də qana verilməsi mikropinositoz yoluyla həyata keçirilir (şəkil 4.18).

Şəkil 4.18. Mikropinositoz ilə bazal laminadan damar lümeninə (A) və damar lümenindən bazal laminaya (B) molekul daşınması


Yüklə 149,68 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin