Biznesdə sahəsində işgüzar ünsiyyət mədəniyyəti deyəndə nə nəzərdə tutulur?
Biznes sahəsində kommunikasiya mədəniyyətinin yüksək səviyyəsi adamda hansı şəxsi keyfiyyətlərin mövcudluğu ilə müəyyənləşir?
Biznes sahəsində ünsiyyət mədəniyyətinin səviyyəsinin yüksəldilməsi hansı sosial-psixoloji bacarıqların inkişafına yönəldilməlidir?
Ünsiyyətin idarə edilməsinin hansı sosial-psixoloji metodları mövcuddur?
Nitq fəaliyyətinə, daha dəqiqi, şifahi və yazılı nitq mədəniyyətinə aid olan bilik, bacarıq və vərdişlər kommunikasiya sahəsində hansı əhəmiyyətə malikdir?
Tapşırıq. Sosial şəbəkələrdə ünsiyyət üslubuna təsir göstərən amillərə
diqqət edin. Müxtəlif idarə və təşkilatların sosial şəbəkələrdəki səhifələrini və paylaşımlarını nəzərdən keçirin. Unutmayın ki, işgüzar ünsiyyətin bir neçə növü mövcuddur:
İnformasiya verən- izləyicilərə müəyyən məlumatların verilməsinə, onların yaddaşında hansısa biliklərin bərpa edilməsinə yönəldilən.
Ünsiyyət üslubuna təsir göstərən amillər:
Auditoriyanın(sizin dostluğunuzda olan insanların) tərkibi. Burada onun mədəni-təhsil, milli, yaş, psixoloji və peşəkarlıq keyfiyyətlərini səciyyələndirən hər bir məsələnin nəzərə alınması vacibdir. Müxtəlif auditoriyalar yaxşı kommunikasiya təsirinin əldə edilməsi üçün xüsusi yanaşma tələb edir.
Paylaşılan materialının məzmunu və xarakteri. Məsələn, peşəkar fəaliyyətin aktual məsələlərinin işıqlandırıldığı paylaşımda avtoritar intonasiya, sərt mülahizələr yolverilməzdir. İnsanlara daha çox inam nümayiş etdirmək, bu prosesində onlarla məsləhətləşmək lazımdır. Bu zaman dostyana şəkildə fikir mübadiləsi, biliklərinizi qarşılıqlı surətdə zənginləşdirmək arzusunun açıq göstərilməsi kommunikativ ünsiyyətin etibarli variantıdır.
Paylaşım edənin öz şəxsi-işgüzar keyfiyyətlərini, insanlara şərh etmək istədiyi problemlərə peşəkar bələdliyini obyektiv şəkildə qiymətləndirməsi. Elmi-iqtisadi və əməli hazırlığını qiymətləndirərkən nə çox yüksəyə qalxmaq, nə də olduqca aşağı enmək lazımdır. Şəxsi kommunikasiya keyfiyyətlərini tənqidi şəkildə qiymətləndirmək lazımdır. Paylaşım edən ünsiyyət texnikası üzərində ciddi düşünməli, ünsiyyət prosesində özünü nəzarətdə saxlamalıdır.