Humanitar fənər



Yüklə 1,13 Mb.
səhifə97/109
tarix07.01.2024
ölçüsü1,13 Mb.
#201868
1   ...   93   94   95   96   97   98   99   100   ...   109
Humanitar f n r

Soruşmaqdan çəkinməyin.

Təəssüf ki, akademik yazıya başlayarkən, bu sahədə təcrübəli şəxslərdən, professorlardan məsləhət almaqdan, nələrisə soruşub aydınlaşdırmaqdan çəkinməyin. Unutmayın ki, həmin professorlar da bir vaxtlar sizin keçdiyiniz bu yolları keçiblər və xidmət etdiyiniz ali məqsədiniz elmdir. Elmə verəcəyiniz hər bir töhfə sizin sizdən sonra unudulmağınıza imkan verməyəcək. Odur ki, icazə verilən hər bir vasitə və imkanlardan maksimum istifadə edin.

  1. Vaxtınızı düzgün bölüşdürün.

Həyatımızdakı bir çox məsələdə olduğu kimi, vaxtın düzgün bölüşdürülməsi akademik yazı üçün də hava və su kimi lazımdır. Burada mütləq tövsiyə etdiyim yazınızın bölmələri üçün plan qurmağınız və təqvim üzrə son tarixlər (deadline) formalaşdırmağınızdır. Əlbəttə ki, bunlara əməl etmək də bir o qədər əhəmiyyətlidir.

  1. Yenilikçi və yaradıcı olun.

Hər bir şeyin özəyində məqsəd dayanır. Məqsədiniz elmi bir iş ortaya qoymaqdırsa, yazı stilinizdən başlayaraq hər bir cümləniz buna xidmət etməlidir. Yazdığınız akademik yazı elmə yeni bir fikir qatmırsa, töhfə vermirsə, o, yazı stili olaraq akademik olsa belə, əhəmiyyətsiz bir yazıdan ibarət olacaq. Ən müxtəlif elmi fikirləri bir yerə toplamaq elmə yenilikçi yanaşma sayıla bilməz. Yazınız, yanaşmalarınız özünəməxsus olduğu kimi, yazınızın nəticə hissəsində mütləq və mütləq akademik işinizdən çıxardığınız nəticələri və əgər varsa, təklif və tövsiyələrinizi qeyd edin. Yeni bir fikirlə çıxış etməkdən qətiyyən çəkinməyin, çünki ən böyük ixtiralar da məhz bu şəkildə yaradılıb! 
Beynəlxalq akademik yazı qaydaları dedikdə isə, bu qaydalara bələd olmaq həm də dünya elm sisteminə inteqrasiya olmaq, orada qəbul olunmuş standartları mənimsəmək və onun effektlərindən yararlanmaq deməkdir. Bütün dünyada elmi işlərin standart bir yazılma forması var. Həmin meyarlara uyğun gəlməyən işlər beynəlxalq elmi jurnallar tərəfindən qəbul edilmir. 
Tədqiqat aparmaq istəyən hər kəs üçün akademik yazı qaydalarını – məqalənin giriş, əsas hissə və nəticə hissələrinin necə yazılmalı olduğunu, girişdə müəllifin hansı suallara cavab verməli olduğunu, tədqiqat sualının necə seçilməli olduğunu, hansı arqument və istinad növündən istifadə etməyin daha uyğun olduğunu və s. bilmək olduqca əhəmiyyətlidir.

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin