Hüquq və İQTİsadi TƏRBİYƏ


Hüquq tərbiyəsi qarşısında aşağıdakı vəzifələr durur



Yüklə 22,85 Kb.
səhifə2/3
tarix02.01.2022
ölçüsü22,85 Kb.
#40146
1   2   3
Hüquq tərbiyəsi qarşısında aşağıdakı vəzifələr durur:

1) gənc nəsildə hüquqi şüur, hüquqa və qanunçuluğa dair baxış və təsəvvürlər aşılamaq;

2) uşaq, yeniyetmə və gənclərdə hüquq psixologiyası forma-laşdırmaq:

3) böyüyən nəsildə hüquqi davranış təcrübəsi, birgəyaşayış qaydalarına uyğun düzgün davranış bacarıqları formalaşdırmaq, yeniyetmələr arasında qanunpozma hallarının qarşısını almaq, bu məqsədlə profilaktik tədbirlər həyata keçirmək.

İnsanlar daşıdıqları yerinə yetirməli olduqları məcburi hüquq və vəzifələri dərk etməlidirlər. Bu isə hələ kiçik yaşlarından hüquq tərbiyəsi vasitəsilə həyata keçirilir.
İnsanlar daşıdıqları yerinə yetirməli olduqları məcburi hüquq və vəzifələri dərk etməlidirlər. Bu isə hələ kiçik yaşlarından hüquq tərbiyəsi vasitəsilə həyata keçirilir. Hüquq tərbiyəsi sistemli təlim-tərbiyə müəssisələrində daha mütəşəkkil və məqsədyönlü aparılır. O, hüquq təlimi və hüquq tərbiyəsi olmaqla iki yerə ayrılır. Hüquq təlimi həm xüsusi dərslərdə, həm də müxtəlif fənlərin tərkibində hüquqi biliklərə yiyələndirmədir. Bu biliklər insanların hüquqi münasibət, rəftar və davranışının bazasıdır.
Hüquq tərbiyəsi sistemli təlim-tərbiyə müəssisələrində daha mütəşəkkil və məqsədyönlü aparılır. O, hüquq təlimi və hüquq tərbiyəsi olmaqla iki yerə ayrılır. Hüquq təlimi həm xüsusi dərslərdə, həm də müxtəlif fənlərin tərkibində hüquqi biliklərə yiyələndirmədir. Bu biliklər insanların hüquqi münasibət, rəftar və davranışının bazasıdır.

Hüquq təlimi vasitəsilə hər bir vətəndaşa yaşadığı cəmiyyətin, daha konkret desək, dövlətin qanunları şüurlu surətdə dərk etdirilir, onlarda nəinki özlərinin bu qanunlara riayət etməyə, həmçinin onu pozanlara qarşı mübariz və barışmaz olma inamı yaradılır. Orta ümumtəhsil məktəblərinin birinci sinfindən başlayaraq uşaqlara həm müvafiq biliklər verilir, həm də ona münasibət formalaşdırılır. Bu xüsusi proqram əsasında aparılır. Digər təhsil müəssisələrində universitet, kollec, seminariya, orta ixtisas məktəbləri, hərbi məktəblər və s. də hüquqi biliklər xüsusi hüquq dərslərində aparılır. Bu dərslərdə hər kəsin öz şəxsi hüquq və vəzifələri istehsalat prosesində icra edilən qanunlar, beynəlxalq hüquq normalarının həyat və fəaliyyət üçün zəruri formaları haqqında biliklər mənimsədilir. İstehsalat müəssisələri, mədəniyyət və digər müəssisələrdə də ehtiyac yarandıqda yeni hüquqi məlumatlar verilir.

Hüquq təlimi hüquq tərbiyəsi ilə parallel aparıldıqda daha səmərəli nəticə verir.



Hüquq tərbiyəsi vasitəsilə insanlarda barışmazlıqla yanaşı mübarizlik, qanunsuzluğa qarşı çıxma, durğunluğa, inamsızlığa, qorxaqlığa, etinasızlığa, mütiliyə qarşı çıxma kimi hisslər də tərbiyə olunur.

Hüquq tərbiyəsi həmçinin insanların sosial, hüquqi fəallığını yüksəldir. İnsanların müxtəlif sosial vəziyyətdə hüquqları da müxtəlif olur. İnsan inkişaf edib böyüdükcə onun vəzifələri, həyat hadisələrinə münasibətidə dəyişir.



Hüquq tərbiyəsi üzrə təlim prosesində aparılan işlərlə yanaşı, sinifdənxaric və məktəbdənkənar işlər də böyük əhəmiyyət kəsb edir.

Sinifdənkanar tədbirlərdə və digər müəssisələrdə aparılan hüquq tərbiyəsi sistemli təhsil müəssisələrində aparılan hüquq tərbiyəsi işini davam etdirir və tamamlayır. İnsanlar kollektivdə formalaşır və onların yaradıcılıq qabiliyyətləri, həyata, insanlara münasibəti formalaşır, möhkəmləndirilir, inkişaf etdirilir. Məktəbdənkanar tədbirlərdə həm yeniyetmə gənclər, həm də yaşlı adamlar cinayətlərdən çəkindirilir, ictimai təhlükəli əməllərin qarşısı alınır. Bu zaman tərbiyə olunanlarda həm də hüquqi mədəniyyətin də formalaşdırılması vacibdir. Məktəbdənkanar tərbiyə müəssisələri mədəniyyət və digər müəssislərində aparılan tərbiyə işləri digər tərbiyə işi ilə əlaqəli kompleks şəklində aparılmalıdır.




Yüklə 22,85 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin