Hüseyn Tövfiqi Böyük dinlərlə tanışlıq


-5. Peyğəmbərlik və döyüş



Yüklə 1,01 Mb.
səhifə24/28
tarix29.11.2019
ölçüsü1,01 Mb.
#29747
1   ...   20   21   22   23   24   25   26   27   28
N 16


11-5. Peyğəmbərlik və döyüş
Əsrlərdir ki yəhudilər və xristyanlar İslamı kobudluqda və sava-şa meyilli olmaqda ittihamlandırırlar. Müsəlmanlar da öz növbələrin-



  1. Ali-İmran, 49 və Matta 5:17

308


də ilahi qanunları müdafiə etmişlər və İslam dininin böyük alimləri öz dəyərli əsərlərində belə ittihamların onların dinləri ilə daha müna-sib olmasını sübut etmişlər və onların o qədər də mötəbər bilinməyən kitablarının bu həqiqəti dəstəklədiyini bildirmişlər.

Amerika Birləşmiş Ştatlarında 2001-ci ilin 11 sentyabr ayında baş vermiş hadisədən sonra ittihamlar daha da kəskinləşməyə başladı. Elə bu səbəbdən də, həmin alimlərin apardığı araşdırmaları qısa şə-kildə burda qeyd etməyi özümüzə borc bilirik.


Xristyanlar uzun illər boyu Xaç yürüşlərində1 nümayiş etdirdik-ləri kimi Məsihin və xristyanlığın sülhün elçisi olması məsələsini qə-bul etmirlər.2 Son əsrlərdə xristyanlar Həzrət İsa Məsihin sülh və əmin-amanlıq üçün gəlməsini iddia etməyə başlamışlar. O Həzrətin hökumət qura bilməməsi isə qeyd etdiyimiz məsələnin daha da şid-dətlənməsinə səbəb oldu.
Qeyd etmək lazımdır ki, başqa dini liderlər də, o cümlədən Həz-rət Musa (ə), Həzrət Muhəmməd (s), Həzrət Əmirəlmöminin Əli (ə) da hökumət qurmamışdan öncə heç kimlə döyüşmürdülər. Amma, hökumət qurduqdan sonra döyüşmək məcburiyyətində qaldılar. (Mə-sələn, Həzrtə Muhəmməd (s) Mədinə şəhərində İslam hökuməti qur-duqdan sonra Məkkə üşrikləri İslam dinini məhv etmək məqsədilə tam təchiz olunmuş böyük ordu ilə Mədinə şəhərinə hücum etdilər və müsəlmanlarla döyüşdülər.)
Müqəddəs kitab döyüşün müqəddəsliyini çatdırmaq üçün belə deyir: “Tanrı döyüş adamıdır.” (Xuruc 15:3) Əhdi-Ətiqin üç ən bö-yük və müqəddəs şəxsiyyəti, yəni Həzrət Musa (ə), Həzrət Yuşa (ə) və Həzrət Davud (ə) eyni zamanda zamanlarının ən böyük döyüşçü-ləri olmuşlar.
“Döyüş adamı” olan bu Tanrı eyni zamanda Tövratda Bəni-İs-railə müharibə zamanı ən böyük vəhşilikləri və qarəti həyata keçir-





  1. Xaç yürüşləri Papaların və xristyan ruhanilərinin

  2. Güya onlar Həzrət İsa Məsihin (ə) “Mənim yer gəlməmi güman etməyin. Sülhü bərqərar etməyə (Matta 10:34) tövsiyyəsinə əməl edərək bu addımı

dəvətin ilə həyata keçirilmişdir. üzünə sülhq bərqərar etmək üçün gəlmişəm, amma qılınc vasitəsilə” atmışlar.




309

məyi rəva bilir. O xalqları iki hissəyə bölür: Birincisi bütün xalqlar və ikincisi, Bəni-İsrailin şəhərlərini ələ keçirəcəkləri xalqlar. Birinci dəstəyə aid xalqlar yaşamalıdırlar və Bəni-İsrailə xərac verməlidirlər, onların xidmətçiləir olmalıdırlar. Amma ikinci dəstəni isə təmamilə məhv etmək və yer üzərindən silmək lazımdır:

Döyüşmək məqsədilə hər hansı bir şəhərə yaxınlaşanda1 onu sülhə dəvət edin. Onlar sənə sülhlə cavab versələr, qapıları üzünüzə açsalar orada olan bütün sakinlər sənə xərac verməli və sənə xidmət göstərməlidir. Amma səninlə sülh etməsələr və döyüşmək istəsələr onu mühasirəyə al. Əgər Tanrı Yəhvə onu sənin ixtiyarına buraxsa orada olan bütün kişiləri qılıncdan keçirt. Amma qadınlara, uşaqlara və heyvanlara şəhərdə qalmalarına icazə ver. Yəni bütün qənimətləri ələ keçirt və Yəhvə Tanrının sənə bəxş etdiyi bu qənimətləri ye. Sən-dən çox uzaq olan və sənin ümmətindən olmayan bütün şəhərlərlə be-lə davran.


Amma Yəhvə tanrının malikiyyətini sənə verdiyi şəhər və ölkə-lərdə diri heç nə saxlama. Yəni Hettilər, Amurilər, Kənanllar, Feref-filər, Hevvilər və Yebusilərdən savayı hamını məhv elə. Öz Yəhvə Tanrına qarşı günah işlətmə.” (Təsniyə, 20:10-18)
Müqəddəs kitabda Həzrət Davudun (ə) döyüşlərindən biri barə-sində bu sözləri oxuyuruq:
Davud bütün qövmünü topladı, Rabbaya getdi, onlarla döyüş-dü və işğal etdi. Onların şahlarının qızıldan olan və daş-qaşla bəzə-dilmiş tacını başından götürdülər və Davudun başına qoydular, əldə etdikləri qənimətləri isə apardılar. Onları mişarların, ağır dəmirlə-rin, dəmir baltaların ağzından keçirtdilər və kərpic bişirən sobalarda bişirdilər. Bəni-Ammun şəhərlərinin hamısı ilə belə davranıldı. (Sa-muelin ikinci kitabı, 12:29-31)
Müqəddəs kitab nöqteyi-nəzərindən belə dəhşətli qətliamlar düz-gün olmuşdur və Allahın razılığı ilə həyata keçirilmişdir. Çünki, Həz-


  1. Bu sözlər Bəni-İsrailə xitabən deyilir

310


rət Davudun (ə) vəfatından illər sonra Allah onun adını yaxşı forma-da qeyd edir və onun barəsində bu sözləri buyurur:
Mənim əmrlərimi həyata keçirtdi, bütün qəlbi ilə mənə itaət etdi və mənim düzgün bildiyim bütün işləri həyata keçirtdi. (Samuelin birinci kitabı, 14:8)
Xristyanlar Əhdi-Ətiqdə qeyd olunmuş peyğəmbərlərin dəhşətli qətliamlarına göz yumaraq İslam dininin əzəmətli peyğəmbəri Həzrət Muhəmmədin (s) özünü müdafiə məqsədliə həyata keçirdiyi döyüşlə-rinə tənqidi baxışlarla yanaşırlar və etirazlarını bildirməyə çalışırlar.

Bir müqayisəni sizin diqqətinizə çatdırmaq istərdim: İslam di-nində əsir düşmüş hər bir kafir döyüşçü Qurani-Kərimin əmrinə əsa-sən (Muhəmməd surəsi, 4) qarşılıqsız və yaxud fidyə, yəni müəyyən olunmuş pul müqabilində azadlığa buraxılır. Əsirlərin dəyişdirilməsi məsələsi də həmişə İslam dinində mövcud olmuşdur. Amma indi Tövratdan diqqətinizə çatdıracağım mətndə Bəni-İsrailin döyüşdə bü-tün kişiləri öldürərək qadın-uşaqları əsir tutmaları və Həzrət Musanın (ə) yanına gətirmələrini çatdıracağıq. Amma maraqlısı budur ki, o əsirləri gördükdə əsəbləşdi, qadınları və oğlan uşaqlarını da qətlə ye-tirməyi əmr etdi.1 Qızlarını isə özünə saxladı. Bütün qənimətlərin he-sablanmasından sonra mətnin sonunda otuz iki min qızın mövcud olması qeyd olunur:


Və (Bəni-İsrail)Allah Musaya əmr etdiyi kimi Medilər (qövmü) ilə döyüşdülər və onların bütün kişilərini qətlə yetirdilər..... Və Bəni-

İsrail Medilərin qadınlarını və uşaqlarını əsir tutdular, heyvanlarını, mallarını, mülklərini qarət etdilər, bütün şəhərləri, yaşayış məskənlə-rini və qalaları yandırdılar. Əsirləri və qənimətləri Musanın, kahin Əlazarın, Arihanın qarşısında, İordanın yanındakı Muab Ərəbatında yerləşən ordunun qərargahına gətirdilər. Musa ordu başçılarına, yə-ni minbaşılara və yüzbaşılara qəzəbləndi. Musa onlara dedi: “Bütün



  1. Bizdə mövcud olan məlumatlara əsasən yalnız Firon öz düşmənlərinin oğlanuşaq-larını qətlə yetirirdi.

311


qadınları diri saxlamısınız? Bunlar Bəlamla1 məşvərət edərək Bəni-İsraili Fəğfura görə Allaha xəyanət etməyə məcbur edənlərdir və onların üzündən insanlar arasında vəba yarandı. İndi bütün oğlan uşaqlarını və kişi ilə yaxınlıq etmiş hər bir qadını öldürün! Hələ kişi əli dəyməmiş və kişilərlə yatmamış qızları özünüz üçün saxlayın!”
Döyüşçülərin əldə etdiyi qənimətlərdən savayı 675 min baş qo-yun, 72 min baş inək, 61 min baş uzunqulaqvə kişi əli dəyməmiş qız-lardan isə 32 min baş qız var idi. (Ədədlər 31:7-35)

Bəni-İsrailin törətdiyi qətliamlar, qarətlər, yanğınlar və vəhşilik-lər Yuşa, Hakimlər, Samuel kitablarında qeyd olunmuşdur. Xristyan-ların Əhdi-Cədid kitabında isə bu müharibələr və onları həyata keçi-rənlər, o cümlədən Cidun, Baraq, Samson2, Yaftah, Davud və Sa-mueli böyük təntənə ilə təriflərə layiq görülmüşlər:


Başqa nə deyə bilərik ki vaxt bizə Cidun, Baraq, Samson, Yaf-tah, Davud, Süleyman və başqa peyğəmbərlər barəsində xəbər ver-məyə imkan vermir. Onlar öz imanları ilə müxtəlif məmləkətləri işğal etmiş, saleh əməllər görmüş, vədələri qəbul etmiş, şirlərin ağızlarını bağlamış, odun şiddətini azaltmış, qılınclardan canlarını qurtarmış, zəiflikdən güclülüyə çatmış, döyüşlərdə şücaət qazanmış və yadellilə-rin qoşunlarını darmadağın etmişlər.” (İbranilərə məktub 11:32-34)
11-6. Peyğəmbərlik və itaət
Peyğəmbərlər insanlardan onlara itaət etməyi istəyirlər3: İtaət ya sevgi və istək üzündən, ya da axirət əzabından qorxu üzündən olmalı-dır. Sonda bəzi itaətsizliklər üçün dünyaya aid olan cəzalar, şallaq vurmaq, bədənin bəzi üzvlərinin kəsilməsi və edam kimi cəzalar nə-zərdə tutuldu. Müasir insan hüququ dünyada həyata keçirilən cəza vasitələrini qəbul etmir və dinlərdə o qədər də gözə çarpmayan həbs



  1. O zamanlar dağlardan birinin qülləsində Bəəl Fəğfur adında büt var idi və Bəni-İsrail o bütə səcdə edərək orada olan qadınlarla zina etdilər. (Ədədlər 25:1-3)




  1. Bu şəxsin qəhrəmanlıqlarından biri də ölü uzunqulağın alt çənəsi ilə min nəfəri qətlə yetirmək olmuşdur. (Hakimlər 15:15-17)




  1. Biz hər bir peyğəmbəri, ancaq ona Allahın iznilə itaət olunsun deyə, göndərdik. (Nisa surəsi, 64)

312


olunma və cərimə ödəmə kimi cəzaların tətbiq olunmasını tövsiyyə edir.

Xristyanlar öz qara keçmişlərini unutmağa və öz dinləri ilə qər-bin insan hüquqları arasında ahəngdarlıq yaratmağa çalışırlar. Bu din-də Həzrət İsa Məsihin (ə) ilahiliyini sübut etdiklərini düşünən və onu gələcək nəsillər üçün yadigar kimi qoyub gedən ruhanilər onların sözlərindən çıxan bidətçi xristyanlara qarşı müxtəlif işkəncələrdən və edamlardan istifadə etmişlər. Onlar belə xristyanların cəzalandırılma-larını dövrlərinin hakimlərindən istəmişlər. Müqəddəs Tomas Akvi-nas belə yazır:


Bidətçilər barəsində iki məsələyə riayət etmək lazımdır: birin-cisi bidətçilərlə əlaqəlidir və ikincisi kilsə ilə əlaqəlidir. Bidətçilərlə əlaqəli məsələ bundan ibarətdir ki, onlar günahlarına görə kafir bili-nərək kilsədən uzaqlaşdırılmaqdan əlavə qətlə yetirilməli və yer üzə-rindən silinməlidilər. Çünki, ruhu yaşadan həyat mənasını kəsb edən imanın çirkləndirilməsi və məhv edilməsi maddi həyatın ən dəyərli amillərindən sayılan pulu saxtalaşdırmaqdan daha böyük cinayətdir. Deməli sekular hökumətlər saxta pul buraxan və oğurluqla məşğul olanları belə pis işlə məşğul olduqlarına görə ölümə məhkum edirsə bidətçilərin dinə bidət etmələri sübuta yetirildikdən sonra kafir bilin-mələrindən əlavə edam olunmaları vacib hal alır.

Kilsə ilə əlaqəli məsələdə isə yolunu azmışların yenidən haqq yoluna qayıtmaları üçün rəhmət mövcuddur. Elə bu səbəbdən də, belə insanları məhkum etməkdə tələsmir və Elçi Pavelin hidayət et-məsi kimi “Bir-iki nəsihətdən sonra” (Tituslulara məktub, 3:10) düz yola dəvət edir. Bundan sonra həmin şəxs yenə də haqq yoluna qayıt-maqdan boyun qaçırarsa və kilsənin artıq onun qayıtmasına ümidi qalmazsa başqa xilas yolu nəzərdə tutularaq o kafir elan olunur və kilsədən uzaqlaşdırılır. Bundan əlavə onu sekular məhkəməyə tapşı-rırlar və beləliklə həyatdan məhrum edərək edam edirlər.”1


  1. İlahiyyatın xülasəsi, 2/2, 11-ci məsələ, 3-cü məqalə

313


12. Hökumət

Bəşəri cəmiyyətlərin böyüməsi və ictimai əlaqələrin daha da do-laşması səbəbindən insanlar tədricən hökumətin yaradılması zərurə-tini anlayırlar. Bu zərurət o qədər güclü olur ki, bəzi vaxtlar insanlar öz fərdi azadlıqlarının bir hissəsini hökumətin yaradılması yolunda fəda edirlər və özlərini çox zaman xudbin və zalım hökümdarlara təs-lim edirlər. Min illər keçdikdən sonra bəşəriyyət seçimlə həyata ke-çirilən hökumətin varisliklə çatan hakimiyyətdən daha yaxşı olmasını tədricən anlamağa başladı. Amma, bəşəriyyət heç vaxt münasib və problemsiz hakimiyyət metodunu heç vaxt kəşf edə bilməyəcəkdir. Müasir dünyamızda artıq qadınlara da seçmək hüququ verilmişdir. Bir ölkə əhalisinin təxmin yarısı seçkilərdə iştirak etmək hüququnu qazanır və seçkilərdə bu hüquqa malik insanların təxminən yarısı iştirak edir. Bu qədər insanın seçkilərdə iştirak etməsi Prezident seç-kilərinin hüquqi baxımdan düzgün sayılmasını bildirir. Qeyd etmək lazımdır ki, seçkilərdə əsas məsələ aparılan təbliğatın üzərinə düşür.


Həzrət Muhəmmədin (s) Mədinə şəhərindəislam hökuməti yarat-ması hökumətin yaranması sahəsində mövcud olan vacibliyin ən so-nuncu nümunəsidir. Hicaz regionunda yaşayan insanların İslam dini meydana çıxana qədər hökuməti olmamışdı və Əbu Cəhl, Əbu Lə-həb, Əbu Süfyan kimilər (Roma, İran və sair ölkələrin rəhbərləri və başçıları kimi) şah və yaxud prezident deyildilər.

Qədim zamanlarda dinlə dövlət arasındakı bağlılıq o qədər təbii idi ki, heç kim onların bir-birindən ayrı şəkildə fəaliyyət göstərməsini təsəvvür belə edə bilməzdi. Hökumətin qanuniliyi dindən asılı idi və qədim cəmiyyətlərin rəhbərləri dini və dünyəvi rəhbərliyi bir yerdə cəmləşdirirdilər. Hindistandakı kasta quruluşunda, padşahlar zama-nında mövcud olan Bəni-İsrail cəmiyyətində, Avropadakı katolik xristyanları, Rusiyanın ortodoks xristyanları, Osmanlı xilafətində dini rəhbərlə dünyəvi məsələlər üzrə rəhbər bir-birilərindən fərqlənirdilər. Amma buna baxmayaraq, dini rəhbər dünyəvi rəhbərdən daha üstün


314


idi və ruhanilər istədikləri şəxsi hökümdarlığa təyin edə və höküm-darlıqdan uzaqlaşdıra bilərdilər.

Din və dövlət arasındakı möhkəm bağlılıq heç vaxt mütəfəkkir-lərin diqqətindən kənarda qalmamışdır və onlar öz əsərlərində daim bu məsələyə işarə etmişlər. Fransalı mütəfəkkir Jan Jak Russo bu ba-rədə belə yazır:


İnsanlar ilk olaraq Allahlardan başqa padşahları və Teokrati-yadan başqa hökuməti tanımırdılar.”1

Fransalı tarixçi Fostel Dokolanj belə yazır:


Qədim zamanlarda hökumətlə din bir yerdə fəaliyyət göstərir-dilər və bir-birilərinə bağlılıqları var idi. Hər bir xalq öz Tanrılarına sitayiş edirdilər və Hər bir Tanrı ona sitayiş edənlərə hökümdarlıq edirdi.”2
19-cu əsrdə yaşamış Almaniyalı filosof Hegel də tarixi ağılla uz-laşdırmağa çalışırdı və bu barədə belə yazırdı:
Dövlət dindən yaranmışdır və əbədiyyətə qədər də varlığını dindən alacaqdır. Hər bir məxsusi hökumət məxsusi dindən əmələ gəlmişdir....
Beləliklə, dinlə dövlətin əsası birdir və müştərəkdir. Din dövlət-dən kənarda əmələ gələn və dövlətin idarəçilik yolu ilə insanların dövlət qarşısında davranış yollarını kənardan tənzim edən bir məf-hum deyildir. Əksinə, dövlətin və yaxud ölkənin daxilində hər bir şe-yə dinamiklik və məna verən ən əsas və fundamental prinsiplərdən bi-ridir. Dindarlığı insanlara tərbiyələndirmək yolu ilə öyrətmək məsə-ləsi düzgündür və insanları daim bu sahədə diqqət altında saxlamaq lazımdır. Eləcə də, elm və incəsənəti təlim və təhsil yolu ilə insanlara öyrətmək lazımdır. Amma, dinlə dövlət arasındakı əlaqəni siyasi cə-miyyətin təsis olunmasından sonra dinin təkmilləşdirici və tamamla-yıcı amil kimi açıqlamaq lazım deyil. Əksinə, daha öncə qeyd etdiyi-miz kimi bu əlaqənin mənası bundan ibarətdir ki, hər bir dövlər



  1. İctimai saziş, dördüncü kitab, səkkizinci fəsl

  2. Qədim sivilizasiya, beşinci kitab, üçüncü fəsl

315


müəyyən bir dindən əmələ gəlmişdir və dinlə dövlətin əsası eynidir. Hər bir ölkənin elmi, siyasi və incəsənət həyatı həmən ölkədə mövcud olmuş və mövcud olan dindən birbaşa asılıdır.”
Qədim hökumətlərin və dövlətlərin hamısı dini olmuşdur. Daha dəqiq desək, qədim zamanlarda olan dinlərin hamısının ictimai və si-yasi dinlər olmuşlar. Hal-hazırki dinlər qədim dövlətlərin ruhudur və onları ulduzların parıltısına bənzətmək olar. Yəni, bəzi ulduzların partlayaraq məhv olmasına baxmayaraq onun parıltısı və nuru hələ bizə yenicə gəlib çatmışdır.

İslam dünyasının böyük filosofu İbni Sina cəmiyyətdə nizam-intizamın bərqərar olunması üçün peyğəmbərliyin ən əsas faktorlar-dan biri olduğunu vurğulayır. Onun nəzərincə ibadət və dini məra-simlərin mənası isə insanların daim onu yadlarında saxlamasıdır. Hər halda, peyğəmbərlərlə hökümdarları müqayisə etsək onların təsir sə-viyyəsi arasındakı fərqin nə dərəcədə kəskin olmasının şahidi olarıq. Mövlana Cəlaləddin Rumi belə buyurur:


“Şahların adı bir gündən sonra artıq unudulur, amma Əhmədin (Həzrət Muhəmməd (s)-in adı) adı əbədiyyətə qədər qalacaqdır.”1
12-1. Zərdüştlük, Yəhudilik, Xristyanlıq və İslam cəmiyyət-lərindəki dini hökumət.
Daha öncə qeyd etdiyimiz kimi, Zərdüşt peyğəmbərliyə çatan ki-mi dövrünün şahı Güştasbın yanına getdi və onu dinini qəbul etməyə dəvət etdi. Güştasb da öz növbəsində dərhal Zərdüştün dinini qəbul etdi. Qeyd etmək istərdik ki, dünyanın bir çox yerlərində olduğu kimi qədim İranın əfsanəvi şahları da dini və siyasi rəhbərliyi bir yerdə cəmləşdirmişdilər. Bu şahların dindarlığı və Allaha sitayişi “Şahna-mə”-də qeyd olunmuşdur və onların hamısı zərdüştlükdə dini lider mənasını kəsb edən “Mubəd” adı ilə adlandırılmışlar. Məsələn Cəm-şid şah barəsində belə qeyd olunmuşdur:



  1. Məsnəvi, 4/2873

316


Məndə ilahi böyüklük var. Mən həm şaham, həm də mubədəm. Bu səbəbdən də əlimi bütün pisliklərdən çəkmişəm və ruhumu yalnız paklığa doğru yönəltmişəm.”1
Mənuçehr barəsində:
Yer üzərindəki bütün pəhləvanlar ona afərin oxumağa başladı-lar. Qoy əbədiyyətə qədər həm taxt-tac, həm də Mubədlərin böyüklü-yü səndə olsun.”2
İranın tarixi padşahları da dinlə siyasəti bir yerdə cəmləşdirmiş-dilər. Məsələn, Sasanilər sülaləsinin banisi Ərdəşir BabəkanZərdüşt ruhanisi idi və rəsmi yazışmalarda özünü “Ərdəşir Mubəd” adlandı-rırdı. O dövlətin ən yüksək vəzifələrini mubədlərə tapşırdı və zərdüşt-lük dinini kəskin şəkildə gücləndirdi. Ərdəşir Babəkanın siyasi baxış-ları belə idi:
Əgər şah dini dəstəkləyərsə, şahlıq və din arasında qardaşlıq yaranar. Çünki, dindarlıqla şahlıq eyni məxrəcdəndirlər və elə bil bir çadır altında yaşayırlar.
Şahlıq tac-taxtı olmadan din bir yerə çata bilər, nə də dinsiz şahlığın təsiri ola bilər.

Dinsiz padşahlıq ola bilməz və din də öz növbəsində şahsız çi-çəklənə bilməz.

Əgər dinin qoruyucusu şah olarsa, sən bunların ikisini (yəni din-lə şahlığı) qardaş adlandırmalısan.”3

Ərdəşir Babəkanın siyasi yazılarından sayılan “Ərdəşirin əhdna-məsində” bu sözləri oxuyuruq:


Bilin və agah olun ki, əgər ölkədə bir gizli dini başçılıq və bir də aşkar şahlıq bir-biriləri ilə düz gəlməzlərsə dini lider sonda şahın əlindəki bütün iqtidarı öz əlinə keçirəcəkdir. Çünki, din əsasdır və özüldür, amma şahlıq bu özül üzərində olan sütundur. Özülə sahib



  1. Şahnamə, səhifə 27

  2. Şahnamə, səhifə 48

  3. Şahnamə, səhifə 380

317


olan şəxs sütunu əlində saxlayan şəxsə rahatlıqla qalib gələ bilər və bütün binanı ələ keçirməyi bacarar.”1

Müxtəlif şahların dinlə dövlət arasındakı əlaqə barəsində söylə-diklərini mütaliə etdikdən sonra diqqətinizə Zərdüştlərin müqəddəs kitablarındadinlə siyasət arasındakı əlaqənin hansı şəkildə açıqlanıl-masını çatdırırıq:


Ən yaxşı dində (Zərdüştlükdə) padşahlıq dindir və din də pad-şahlıqdır.... Padşahın böyüklüyü Ahuramazda dininə sitayiş etməsin-

dədir və Ahuramazda dininin böyüklüyü padşahlıqdadır. Məxluqlar üçün ən böyük xoşbəxtlik padşahlıqla ən yaxşı dinin birləşdiyi zaman yaranır. Düzgün və doğru padşahlıq yaranır və düzgün padşahlıq ən yaxşı din vasitəsilə çiçəklənir.”2
Yəhudilikdə hökumət düşüncəsi həmişə mövcud olmuşdur. Da-ha öncə qeyd etdiyimiz kimi Həzrət Musa (ə) işini siyasətlə başladı və Firona müxtəlif yollarla təzyiq göstərərək onu Bəni-İsrailə zülm verməkdən çəkindirdi. Həzrət Musa (ə) sonda bu siyasətlərinin nəti-cəsini gördü və Bəni-İsraili Fironun zülmündən xilas edərək azadlığa çıxartdı. O Həzrət Bəni-İsraili azadlığa çıxartdıqdan sonra Sina səh-rasında dövlət yaratdı və ömrünün sonunadək öz qövmünün istər di-ni, istərsə də siyasi başçısı oldu. Bu məsələ geniş şəkildə Tövratda qeyd olunmuşdur. Ondan sonra Yuşa ibn Nun Bəni-İsrailin lideri ol-du və ondan sonra bir çox hakimlər qövmün daxili ixtilaflarını həll etməklə məşğul oldular. Bəni-İrailin o zamanlar onları işğalçı qon-şuları qarşısında müqavimət aparmaq üçün bir yerə toplaya biləcək padşahları yox idi. Elə bu səbəbdən də, öz dövürlərinin peyğəmbəri olan Samuelin yanına getdilər və onlar üçün padşah təyin etməsini xahiş etdilər. O Həzrət, Şaul (Talut) adlı bir gənci onların padşahı tə-yin etdi və onu müqəddəs yağla məsh etdi. Bu məsh padşahın ilahili-yini göstərirdi və müqəddəs yağla məsh olunmuş Məsihə itaət etmək şəri cəhətdən hamıya vacib sayılırdı. Şauldan sonra Həzrət Davud (ə)


  1. Ərdəşirin əhdnaməsi, 5-ci hissə

  2. Dinkərd,47

318


və ondan sonra isə oğlu Həzrət Süleyman (ə) padşah və məsih oldu-lar. Həzrət Süleyman (ə) dünyasını dəyişdikdən sonra oğlu Rohbaam onun canişini oldu və padşahlıq onun nəsli ilə davam etdi. Digər tə-rəfdən on iki Bəni-İsrail qəbiləsindən onu Rohbaamı qəbul etmədilər və Həzrət Süleymanın (ə) sərkərdələrindən olan Yurbaam ibn Nabatı padşah seçdilər. Bu zamandan sonra Bəni-İsrailin iki ölkəsi olmuş-dur: Cənubda Rohbaamın başçılıq etdiyi Yəhuda ölkəsi və şimalda Yurbaamın başçılıq etdiyi İsrail ölkəsi. Bu iki ölkə padşahlığı həmən padşahların nəsli ilə davam etdirildi və sonda İsrail ölkəsi eradan əv-vəl 722-ci ildə Assuriyalılar tərəfindən və Yəhuda ölkəsi eradan əv-vəl 587-ci ildə babilistanlılar tərəfindən süquta uğradıldı, bu ölkə əhalisi isə qətliam olunaraq əsarətə məhkum oldu. İsrail ölkəsindən əsir düşmüş insanlar barəsində məlumat mövcud deyildir, amma Yə-huda ölkəsindən əsir düşənlər Babilin Kir tərəfindən fəth olunmasın-dan sonra azadlığa buraxıldılar və onların bir hissəsi Kirin köməkliyi ilə Fələstin torpaqlarına qayıtdılar.

Belə bir çətin şəraitdə Bəni-İsrailin beynində xilaskar Məsih dü-şüncəsi formalaşmağa başladı. Bu düşüncə get-gedə daha da inkişaf etməyə başladı və Bəni-İsrail onun köməkliyi ilə öz ümidsizliklərinə, ruh düşkünlüklərinə qalib gəldilər. Yəni Bəni-İsrail xilaskar Məsihanı gözləməklə öz mövcudluğunu qoruyub saxlaya və bu günümüzədək gəlib çata bildi.

İntizar çəkən Yəhudilər məhv olmuş dini hökumətlərini qurma-maq üçün 2000 ildən artıq vaxt gözlədilər. Onlar yeni hökumətin və dövlətin yaradılmasının onların intizar amalları ilə üst-üstə düşmədi-yini bilirdilər. Dünyanın bəzi yerlərində Məsiha iddiası ilə bu fikrə düşənlər isə nə qədər çalışsalar da sonda uğur qazana bilmədilər və öz istəklərini həyata keçirməyi bacarmadılar. Təxminən bir əsr öncə sionistlər din qardaşlarını müstəqil dövlət yaratmağa razı sala bildilər və 1948-ci ildə işğal olunmuş Fələstin torpaqlarında yəhudilərin İsrail adlı dünyəvi ölkəsi meydana çıxdı.

Xristyanlıqda da qeyd etdiyimiz kimi Papalar təxminən min il ərzində (800-1806-cı ilədək) insanların həm dini, həm də dünyəvi li-


319


derləri vəzifəsini həyata keçirmişlər. Onlar iki sahədəki liderliyi öz üzərlərinə götürdüklərinə görə kəmərlərinə iki qılınc bağlayırdılar. Bu hökumət o qədər qüdrətli idi ki, Roma Papası Yeddinci Qriqori Almaniya padşahı Dördüncü Henriyə qəzəblənərək onu kafir elan edəndə və padşahlıqdan uzaqlaşdıranda Henri böyük əzab-əziyyətlə Papanın sarayına getdi, üç gün əynində ağ paltar ayaqyalın qarda da-yanaraq bağışlanılmasını istədi. Onun bu işləri nəticə verdi və Dör-düncü Henri yenidə taxt-tacını geriyə qaytara bildi. Qeyd etmək la-zımdır ki, üç il sonra həmin Roma Papası onu yenidən kafir elan etdi və padşahlıqdan uzaqlaşdırdı, amma bu dəfə Henri güclü ordu ilə Ro-maya hücum etdi və Papa Yeddinci Qriqorini vəzifəsindən uzaqlaşdı-raraq başqa bir nəfəri onun yerinə Roma Papası təyin etdi.
Artıq 200 ildir ki Papa hökuməti Vatikanda məhdudlaşdırılmış-dır, halbuki İslam xilafəti qeyd edəcəyimiz kimi təxminən 80 il bun-dan öncə təmamilə yığışdırılmışdır.
İslamın əzəmətli Peyğəmbəri Həzrət Muhəmməd (s) də mərkəzi Mədinə şəhəri olan qüdrətli bir dövlət yaratdı və Uca Yaradana qovu-şandan sonra O Həzrətin canişininin müəyyənləşdirilməsi müsəlman-lar üçün ən çətin məsələlərdən birinə çevrildi. Elə bu səbəbdən də, O Həzrətin bəzi silahdaşları onun dəfn işləri ilə məşğul olmağın əvəzinə “Səfafətu Bəni-Saidə” adlı yerdə toplaşaraq Əbu Bəkr ibn Əbi Quha-fəni müsəlmanların başçısı seçdilər. Şiələr isə Həzrət Muhəmməd (s) Allah-Taalanın əmri ilə Həzrət Əmirəlmöminin Əlini (ə) rihlətindən yetmiş gün öncə “Qədir-xum” adlı məkanda öz canişini təyin etmə-sini bildirirlər və elə bu səbəbdən də, başqa bir şəxsin xəlifə təyin olunması məsələsini qətiyyən qəbul etmirlər.
Səfafədə toplaşan müsəlmanlar bu əməlləri ilə İslamda yeni bir qurum yaratdılar. Bu qurumun adı “xilafət” idi. İslam dinindəki xila-fət anlayışı xristyanlıqdakı Papa anlayışı ilə üst-üstə düşürdü. Tarixin bəzi dönəmlərində çevriliş edərək qüdrəti ələ alan şəxslərin, o cüm-lədən Ali-Buyənin xilafət qurumu ilə heç bir işi yox idi və xilafətə olan hörmət və ehtiram toxunulmaz olaraq qalırdı.

320


Şübhəsiz ki, qüdrət başında dayanan şəxslər xəlifəni öz krsüsün-dən uzaqlaşdırmaq üçün bəzən təzyiq siyasətindən istifadə edirdilər və onlar öz istəklərinə nail olanda başqa bir xəlifəni keçmiş xəlifənin yerinə təyin edirdilər. Üçüncü xəlifə belə təzyiqlərin qarşısında mü-qavimət göstərmək və yerini heç kimə vermək istəmədi. Elə bu sə-bəbdən də, qətlə yetirildi. Amma təzyiq və işkəncə yolundan istifadə etmək bəzən nəticə verirdi və Abbasi xəlifələrindən bir neçəsi belə şəkildə xilafətdən uzaqlaşdırıldı. Bəzən xəlifləikdən uzaqlaşdırılmış keçmiş xəlifənin gözləri kor edilirdi və o da, yaşamaq üçün dilənçilik etmək məcburiyyətində qalırdı. Hülakü xanın Bağdada hücumundan sonra xilafətin zahirən dayanmasına baxmayaraq malik olduğu mü-qəddəsliyə görə Misirdə davam etdirildi. Ümumilikdə xilafət 13 əsr davam etdi. Sonda 1924-cü ildə Mustafa Kamal Atatürk tərəfindən ləğv edildi.


  1. zamanlar müsəlmanlar arasında cümə xütbələrindən kimi adı-nı çəkmək və xütbələri kimi adına oxumaq sahəsində problemlər ya-randı. Çünki, o günə qədər xəlifələr insanların həm dini, həm də dün-yəvi məsələlər üzrə başçıları idilər və ibadi-siyasi cümə namazlarının xütbələrində onların adlarının qeyd olunması vacib sayılırdı. Elə hə-min dövrlərdə bəzi İslam ölkələri öz padşahlarını islam dünyasının yeni xəlifəsi kimi tanıtmağa çalışsalar da onların bu səyləri heç bir nəticə vermədi. Yəni, hər ölkədə demək olar ki, siyasi-ibadi namazla-rın xütbələri yerli padşahların adına oxunmağa başlanıldı.

Bəzi məmləkətlərdə, o cümlədən İranda, Andalusiyada, Şimali Afrikada və İslam dünyasının müxtəlif regionlarında müstəqil dövlət-lər də yaradıldı. Bu dövlətlər bəzi vaxtlar xilafətin köməkçilərindən hesab olunsalar da bəzi hallarda tam müstəqil şəkildə fəaliyyət göstə-rirdilər. Xəvariclərin, Zeydi şiyələrin, İsmaililərin İslam dünyasının müxtəlif regionlarında müstəqil dini dövlətləri olmuşdur.

Qeyd etdiyimiz kimi xəlifələr İslam dünyasının istər dini, istərsə də dünyəvi baxımdan ən yüksək məqamı qəbul olunurdular və onları xristyan aləminin Papaları ilə müqayisə etmək düzgün olardı.



321


İmamət, yəni Həzrət Muhəmmədin (s) canişinliyi barəsində müxtəlif siyasi baxışlar mövcuddur və bu siyasi baxışlar müsəlmanlar arasında üç əsas məzhəbin yaranması ilə nəticələndi:


  1. Əhli Sünnət məzhəbi: Onlar imamın müsəlmanların özü tərə-findən təyin olunmasını qəbul edirlər.

  2. Şiyə məzhəbi: İmamın Allah-Taala tərəfindən təyin olunma-sını qəbul edirlər və vacib sayırlar.

  3. Xəvaric məzhəbi: Onlar imamın heç kim tərəfindən təyin olunmasını qəbul etmirlər.

Cəbr, ixtiyar, qəza, qədər namaz və orucun xırdalıqları sahəsində olan ixtilaflar isə sonradan meydana çıxmağa başladı. Yəni, bu ixti-laflar rəhbərlikdə və firqələrin təşkil olunmasında meydana çıxan ix-tilaflardan sonra yaranmağa başladı.
Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin