Hüseyn Tövfiqi Böyük dinlərlə tanışlıq


-6. Müqəddəs yağda sonuncu məsh



Yüklə 1,01 Mb.
səhifə18/28
tarix29.11.2019
ölçüsü1,01 Mb.
#29747
1   ...   14   15   16   17   18   19   20   21   ...   28
N 16


20-6. Müqəddəs yağda sonuncu məsh
Əgər günah ruhun xəstəliyidrisə və insanla Allah arasındakı əla-qələrin zəifləməsinə gətirib çıxarırsa cismi xəstəlik də insanlara xas olan problemlərdən biridir və özü-özlüyündə dünyəvi həyatın çətin-liklərlə üzləşməsinə səbəb olur. Hər iki halda xristyanlar Allahın xi-laskar vəhyini eşitmək üçün özlərini hazırlayırlar. Çünki, onların nə-zərincə Allah Məsihi xəstələrə baş çəkmək, onlara şəfa bəxş etmək və onların canlarını tapşıracağı zamana görə hazırlaşdırmaq üçün gön-dərmişdir. Xəstələrin müqəddəs yağla məsh edilməsi dini mərasimi Allahın və onun bəndələrinə qarşı olan məhəbbətinin nişanəsidir. Bu dini mərasim eləcə də, Allahın bəzi xəstəliklərlə imtahana çəkdiyi bəndələrini heç bir zaman unutmur. Başqa sözlə ifadə etsək, bu dini mərasimin keçirilməsində əsas məqsəd xəstə insanların tənhalıq və kimsəsizlik hissləri ilə mübarizə aparmaqdan ibarətdir. Daha çox bədəni yavaş-yavaş məhv olan, ruhu bədənini tərk edərək fani dünya ilə vidalaşan bəndələrə aiddir. Xəstələrin müqəddəs yağla məsh olunması onların tənha və kimsəszi olmadıqlarını bir daha sübut edir. Yəni onlar tək deyillər və Məsih onlarladı və onları Allaha tərəf aparır. Eləcə də, bir dəstə imanlı qardaşları da onunladı və onun üçün dua etməklə məşğuldurlar.
20-7. Sonuncu şam yeməyi
Sonuncu şam xristyan bir insanın nəzərincə yalnız yeddi müəd-dəs dini mərasimlərdən biri deyildir, eyni zamanda imanın və xrist-yanlığın ibadət yollarından birinin göstəricisidir. Bu dini mərasim eləcə də, Həzrət İsanın (ə) ölümündən öncəki gecədə şagirdləri ilə keçirdiyi sonuncu axşamın xatirəsinin anmaq mənasını da kəsb edir. Hal-hazırki İncillərdə belə qeyd olunmuşdur ki, İsa həmin məclisdə

233


çörək və şərabı öz əti və qanı kimi şagirdlərinə yemək və içmək üçün vermişdi. Belə mərasimlərdə iştirak edən xristyanlar Məsihin cismən onların yanında olmasına inanırlar. Onlar eləcə də, Allahın Yəhudi qövmü ilə bağladığı əhd və sazişin qurbanların qanı ilə Sina dağında möhkəmləndiyi kimi İsanın qanı vasitəsilə də Allahla bəşəriyyət arasında yeni və daha möhkəm əhd və saziş bağladığına inanırlar.

Xristyan kilsələrinin və firqələrinin hər birisi “Sonuncu şam ye-məyi” dini mərasiminin həyata keçirilməsi sahəsində yeni-yeni təşəb-büslər göstərmişlər. Amma bu mərasimin iki əsas prinsipi toxunul-maz olaraq qalmaqdadır:




  1. Müqəddəs kitabdan iki yaxud üç hissə oxumaq




  1. Müqəddəs qurbanlığın yeyilməsi (Müqəddəs şam yeməyi) Çörək və şərab təbərrük kimi gətirildiyi zaman mərasimin baş-

çısı Həzrət İsanın (ə) sonuncu şam zamanı buyurduğu kəlamları oxu-yur. Həm katoliklərdə, həm də ortodokslarda yepiskop və yaxud onun canişini olan keşişdən savayı heç kim bu mərasimin başçısı ola bilməz. Bundan əlavə, müqəddəs kitabın oxunmasından və qurban-lığın yeyilməsindən başqa xorla təvəssül və şükr dualarının oxun-ması, dini söhbətlər edilməsi (bu söhbətlərdə müqəddəs kitabdan oxunan hissələrin açıqlanması və orada qeyd olunan məfhumların gündəlik həyatımızda tətbiq edilməsi barəsində söz açılır) və sair işlər görülür. Protestantların əksəriyyəti sonuncu şam dini mərasimini ən mühim dini mərasim kimi qəbul edirlər. Belə ki, həmin mərasimin düzgün və tam şəkildə icrası üçün tam hazır olmaq lazımdır. Elə bu səbəbdən də, sonuncu şam dini mərasimini yalnız bəzi müqəddəs günlər münasibətilə həyata keçirirlər və onların əksəriyyəti ildə dörd və yaxud ayda bir dəfə sonuncu şam dini mərasimini həyata keçirir-lər. Ortodokslar sonuncu şam mərasimini bazar günləri və müqəddəs bayramlarda həyata keçirirlər, amma katoliklərin nəzərincə sonuncu müqəddəs şam dini mərasimi gündəlik ibadətlərin ən mühimidir. Bu-na görə də, bu dini mərasimi hər gün keçirirlər.

234


21. Xristyanlıq bayramları

Xristyanlıqda bir çox bayramlar və anım mərasimləri vardır. On-ların bəziləri aşağıdakılardır:



Krismas, yaxud Mövlud (Christmas) “Məsihin bayramı” mə-nasını kəsb edir və O Həzrətin dekabr ayının 25-də ehtimal olunan doğum gününə təsadüf edir. Bu bayramdan yeddi gün sonra “Yeni il” bayramı başlayır (Yanvar axşamı bayramı adı ilə də tanınır) və yanvar ayının 1 keçirilir.
Pasxa bayramı (Easter) Xristyanların ən mühim dini bayramla-rından biridir. Bu bayram Həzrət İsa Məsihin (ə) ölüm üzərində qələ-bəsi və ölülərin arasından qalxması münasibətilə O Həzrətin çarmıxa çəkilməsinin üçüncü günü bütün xristyanlar tərəfindən böyük təntənə ilə keçirilir.
Fransızların istifadə etdiyi “Paques” sözü İbrani dilindəki “Pe-səh” (Fesh) sözüdür və bu söz Yunan və Latın dilinin vasitəsilə Fran-sız dilinə daxil olmuşdur, sonra da müəyyən zamandan keçdikcə bu formaya düşmüşdür. İncillərdə qeyd olunduğu kimi Həzrət İsanın (ə) çarmıxa çəkilməsi və dirilərək ölülərin arasından qalxması Yəxudilə-rin Pasxa bayramı günlərinə təsadüf etmişdir.

Pasxa bayramı yaz fəslinin sabitləşməsindən sonra ilk ay bədr-ləşməsindən sonrakı ilk bazar gününə təsadüf edir və hesablamalara əsasən təxminən mart ayuının 22-dən aprel ayının 25-dək olan müd-dət ərzində baş verir. Yəhudilərin Pasxa bayramı (Bəni-İsrailin xilas olması günün yad edilməsi) İbrani ayı ilə Nisan ayında (təxminən aprel ayı ilə üst-üstə düşür) bir həftə boyunca 16-dan 21-dək (Fələs-tindən kənarda isə 22-dək) davam edir. Bəzi illərdə Yəhudilərin Pas-xa bayramı xristyanların Pasxa bayramı ilə eyni vaxta təsadüf edir.


Xristyanların Pasxa bayramındakı mərasimlərindən bəzisi aşa-ğıdakılardır: Gecəni oyaq qalmaq, müqəddəs kitabın tilavəti, münacat və dua, müqəddəs sonuncu şam mərasiminin keçirilməsi, İsanın (ə)
235

cəsədinin tamaşa formasında axtarılması, O Həzrətin yenidən diril-məsi mərasimi, bayram və çıraqlarla bəzəmə, rəngli yumurtaların hədiyyə edilməsi və sair.


Pasxa bayramından öncə və sonra da müxtəlif ibadət mərasim-ləri mövcuddur və belə mərasimlərlə daha yaxından tanış olmaq üçün həmən mərasimlərin keçirildiyi zamanda İtaliya kimi bəzi xristyan ölkələrinə səfər etmək və bunların hamısını birbaşa müşahidə etmək məqsəduyğun olardı. Yoxsa həmin mərasimlər barəsində yazılan ya-zılarda və yaxud lentə alınan filmlərdə verilən açıqlamalar qənaət-bəxş deyildir.
Hər halda qeyd etmək lazımdır ki, Pasxa bayramı Krismas və Yeni il bayramlarından daha dini bayram hesab olunur. Belə ki, Pas-xa bayramında ibadət mərasimləri çoxdur və aşağıdakı sıralama ilə həyata keçirilir:

  1. Cümə axşamı günü günəş batanda İsanın (ə) sonuncu şam mərasimi keçirilir

  2. Cümə günü günorta vaxtı xristyanlar çarmıxa çəkilmiş İsanın (ə) xatırəsini əziz tutaraq dini mərasim keçirirlər

  3. Şənbə günü gün batan zamandan bazar günü gün doğan za-manadək İsanın (ə) yenidən dirilməsi və yeni həyata başlaması mü-nasibətilə müqəddəs Pasxa bayramı böyük təntənə ilə keçirilir

Pasxa bayramı əvvəllər şənbə günü gün batan vaxtdan başlanır-dı, gecə saatlarınadək davam edirdi və bazar gününün yeni səhəri açı-lan vaxtda başa çatırdı. Çünki, İncillərdə qeyd olunduğu kimi bu za-man İsa Məsih dirilərək ölülərin arasından qalxmışdır. Bu mərasim bizim dövrümüzdə qısaldılmışdır və iki dəfə dörd saatlıq mərasimlə məhdudlaşdırılmışdır. Pasxa bayramı mərasimində xristyanlığı təzə qəbul etmiş şəxslər xristyan cəmiyyətinə daxil olmalarını bildirərək xaç suyunda qüsl alırlar. Köhnə xristyanlar isə həzrət Məsih ilə yeni-dən əhd bağlayaraq imanlarını möhkəmləndirirlər.


236


22. Kilsədə meydana çıxan ayrılıq

Ayrılıq sözü xristyanlığın iki dəstəsi arasında parçalanmanın meydana çıxmasına dəlalət edir və dini etiqada heç bir aidiyyatı yox-dur. Xrsityanlıq tarixində kilsələr arasında meydana çıxmış ən böyük ayrılıq və yaxud parçalanma Konstantinopol kilsəsi ilə Roma kilsəsi arasında yaranmış parçalanma hesab olunur və bunu bəzən şərqlə qərb arasındakı parçalanma kimi də qeyd edirlər. Roma kilsəsi belə iddia edir ki, kilsələrə rəhbərlik edən şəxslər dünyanın yepiskopları-dırlar və elə bu səbəbdən də, hamı Roma yepiskoplarının nəzarəti al-tında fəaliyyət göstərirlər. Konstantinopol kilsəsinin nəzərincə isə xristyanlar üçün beş mərkəz mövcuddur və bunlar iqtidar və ehtiram baxımından bərabərdirlər: Urşəlim, Antakiya, Roma, İskəndəriyyə və Konstantinopol kilsələri.


Buna baxmayaraq hakimiyyət və iqtidar uğrunda yaşanan ixtilaf-lara baxmayaraq Romaya və Konstantinopola tabe olan xristyanlar 9-cu əsrədək bir olmuşlar. Sonrakı əsrlərdə də bu iki kilsə bəzi vaxtlar-da bir-birilərindən ayrılırdılar və bir müddətdən sonra yenidən barı-şırdılar. Sonda 1054-cü ildə Roma ilə Konstantinopol arasında so-nuncu ayrılma və parçalanma baş verdi.
Dini parçalanmaların meydana çıxmasının əsas səbəbinin siyasi məsələlər olmasında heç bir şübhə yoxdur, amma sonuncu parçalan-mada etiqadi məsələlərin də böyük rolu var idi. Katoliklər (eləcə də Protestantlar) öz imanlarını nümayiş etdirmək məqsədilə Müqəddəs Ruhun ata Tanrıdan və həm onunla birgə fəlaiyyətdə olan oğul İsadan yaranmasına inanırlar. Elə buna görə də, “və oğul” (Latınca “Filio-que”) sözündən istifadə edirlər. Halbuki, Ortodokslar iman qanunu-nun əsas tərkibi ilə kifayətlənərək qeyd etdiyimiz sözü oraya əlavə et-mirlər. Ortodoksların nəzərincə Müqəddəs Ruh yalnız ata Tanrıdan yarana bilər. Bu məsələnin dini alimlər üçün çox böyük əhəmiyyəti vardır, amma adi xristyanlar bu qarşıdurmanı və anlaşılmazlığı xrist-

237


yanlıq tarixinin çərçivəsindən kənarda baş verən məsələ kimi qəbul edirlər.

Son onilliklərdə Roma və Konstantinopol kilsələri arasında birli-yin əldə olunması üçün göstərilən səylər daha da intensivləşmişdir. Roma Papalarından bəzilri, o cümlədən İyirmi üçüncü Jan, Altıncı Pol və İkinci Jan Pol Ortodoks dünyasının iki patriarxı Atinaqoras və Dimitriusla İstanbul şəhərində görüşlər keçirmişlər və adları qeyd olunan bu iki patriarx da öz növbələrində Romaya (Vatikana) səfər etmişlər. Bu iki kilsə nümayəndələri kilsələrin birləşməsi yolunda mövcud olan maniələri dəf etmək məqsədilə xüsusi işçi qrupları ya-ratmışlar.


23. Xristyanlıq firqələri

Bütün dinlərdə olduğu kimi xrsityanlıqda da müxtəlif firqələr və məzhəblər mövcuddur. Bu firqələrin bəziləri qədim zamanlardan in-diyədək mövcud olan firqələrdir və bəziləri nisbətən daha gec yaran-mışlar. Eləcə də, bu firqələrin bəzilərinin az və bəzilərinin çox da-vamçısı vardır. Xristyanlar firqə sözünün əvəzinə “Kilsə” sözündən istifadə edirlər. Xristyanlıqda üç böyük və bir neçə xırda firqə möv-cuddur. Bəzi firqələr (məsələn Katoliklərlə Ortodokslar) arasındakı fərqlər olduqca cüzidir, amma onların bəziləri (məsələn Katoliklərlə Protestantlar) arasındakı fərq isə olduqca böyükdür. İndi siz oxucu-ların diqqətinə xristyanlığın üç ən böyük firqəsini təqdim edəcəyik.1


23-1. Katoliklər
Bu firqə olduqca qədimdir və onun yaranma tarixi Həvarilərin zamanına, yəni təxminən 2000 il öncəyə qayıdır. Katoliklərin bir rəh-bəri var və həmən şəxs Papa (Pope, yəni Ata) adladırılır.



  1. Bu üç kilsənin hər birisinin ilahiyyat məsələləri xüsusi bir şəxsə qayırdır: Katolik Petyros ilahiyyatı, Ortodoks Yühənna ilahiyyatı və Protestant Paul ilahiyyatı

238


Həzrət İsanın (ə) elçilərinin dini dəvətlərinin başladığı zamandan tədricən xristyanlığın beş böyük mərkəzi meydana çıxmağa başladı. Urşəlimdə, İskəndəriyyədə, Antakiyada, Konstantinoolda və Roma-da. Roma kilsəsinin əsasının Petros tərəfindən qoyulduğuna və Pav-losun bir müddət orada müəllimlik və rəhbərlik etməsinə əsasən bu kilsə özünü digər xristyanlıq kilsələrindən daha üstün bilirdi. Zaman ötdükcə bu fərq daha da kəskinləşdi, dərinləşdi və Roma kilsəsi tədricən o biri kilsələrədən daha yüksəyə qalxdı. Bu kilsənin baş Yepiskoipu hörmət etbarı ilə Papa adlandırılırdı və kilsələr arasındakı ixtilafların aradan götürülməsi də buna bənzər digər sahələrdə onun nəzəri böyük əhəmiyyət kəsb edirdi. İmperatorluğun paytaxt şəhəri-nin Bizansa köçürülməsindən sonra qeyd etdiyimiz xristyanlığın beş əsas mərkəzinin başçılarını Patriarx adlandırılmağa başladılar. Amma Roma Yepiskopu bu ləqəbi qəbul etmədi və Papa ləqəbinin ona kifa-yət etdiyini bildirdi və bu ləqəbi özü üçün bir imtiyaz kimi qəbul etdi. Qeyd etmək lazımdır ki, Katolik (Catholic) sözü Yunan sözüdür və tərcümədə mənası təxminən “Toplum”-dur.
23-2. Ortodoks
Bu firqə təxminən min il bundan öncə meydana çıxmışdır və əqidə baxımından Katoliklərdən bir o qədər də fərqlənmir. Ortodoks-lar vahid rəhbərlik məsələsini qəbul etmirlər və belə iddia edirlər ki, Roma yepiskopu (yəni Roma Papası) dini rəhbərlərindən biri ola bi-lər. Ortodoks kiləsinin dörd köhnə patriarxından əlavə (Konstantino-pol, İskəndəriyyə, Antakiya və Urşəlim) yeni patriarxları, o cümlədən Rusiya, Serbiya, Rumınya, Bolqarıstan və Gürcüstan patriarxları da mövcuddur. Qeyd etmək lazımdır ki, Kipr, Yunanıstan, Çexiya, Slo-vakiya, Polşa və Albaniya kilsələri də Ortodoks kilsəsinə aiddir.
Erməni xristyanları da əqidə etibarı ilə Ortodoksdurlar, amma iki məsələ Həzrət İsanın (ə) İlahi və insani təbiəti və erməni dilində olan ibadət metodu Ortodokslardan fərqlənir. Ermənistan xristyan dinini rəsmən qəbul etmiş və öz rəsmi dini kimi elan etmiş ölkədir. Belə ki, bu ölkənin şahı İkinci Tiridadın zamanında, təxminən 301-ci ildə

239


Müqəddəs Qriqorinin dəvətindən sonra şah rəsmən xristyanlığı qəbul etdi. Bu kilsənin rəhbəri Katalikosdur və onunoturduğu şəhər ermə-nistandakı Eçmiyazin şəhəridir. Onların Livanın Antalias şəhərində ikinci dini mərkəzləri mövcuddur.

İran ermənilərini Şah Abbas Səfəvi təxminən dörd yüz il bundan öncə Osmanlılarla sərhəd olan döyüş məntəqələrindən İranın mərkə-zinə köçürtdü. Bu ermənilər artıq əlli ilə yaxındır ki Livandakı mər-kəzdən təlimatlanırlar və buranı öz mərkəzləri kimi seçiblər. Bütün dünyada təxminən 6-9 milyon erməni vardır və onların iki yüz min nəfəri İranda yaşayır.


Ortodokslarla katoliklər arasında bəzi kəlami məsələlərdə də fikir ayrılıqları mövcuddur. Belə ki, daha öncə diqqətinizə çatdırdığı-mız kimi Ortodoksların nəzərincə Müqəddəs ruh yalnız Ata Tanrıdan yaranır. Halbuki, Katoliklərin və Protestantların nəzərincə Müqəddəs Ruh həm Ata Tanrıdan, həm də Oğul Tanrıdan yarana bilər və onların arasındakı fərq o qədər də əhəmiyyətli məsələ deyildir. Eləcə də, axirət dünyasında günahların yuyulması üçün xüsusi bir yerin mövcud ol-masına inanmırlar. (Ortodoks Yunan dilindəki “Orthodox” sözündən iqtibas olunmuşdur və tərcümədə “Düzgün din” mənasını verir)
23-2. Protestant
Təxminən ötən beş yüz ildən indiyə kimi xristyanlıqda saysız-hesabsız Protestan firqələr meydana çıxmışdır. Protestanlar mərkəz-ləşdirilmiş rəhbərlik məsələsini qəbul etmirlər və xristyanlıq ruhanili-yi məsələsinə o qədər də ehtiramla yanaşmırlar. Protestantlar o biri firqələrin bir çox dini əqidələrini qəbul etmirlər və daha mədəniləş-dirilmiş xristyanlığı qəbul edirlər. Qeyd etmək lazımdır ki, Protes-tantlar da xristyanlığın müqəddəs üçlük və fədakarlıq kimi mənəvi məsələlərini qəbul edirlər. (Protestant Fransız dilindən götürülmüş sözdür və bu öz-özlüyündə Latın dilindən gəlmişdir. Protestant sözü tərcümədə “Etirazçı” mənasını kəsb edir).

240


24. Rahiblik

Həvarilərin zamanından indiyədək bəzi xristyanlar Həzrət Məsi-hi (ə) təqlid edərək tək yaşayaraq zahidliklə məşğul olmağı özlərinin həyat tərzinə çevirdilər. İsa (ə) heç vaxt ailə qurmamışdı və təlmlərin-də insanların Allahın mələkutu xatirinə mücərrəd və tək yaşamağı buyururdu.(Matta 12:19) Qeyd etmək lazımdır ki, Həvarilərin bir ço-xu, o cümlədən Petros ailə qurmuşdu, amma Pavlos tək yaşayırdı və onun vəziyyəti qeyri-adi idi. Mücərrədlik və təklik ilk öncə İsanın tez bir zamanda qayıtması və hesab gününün yetişməsi məsələsi ilə əla-qədar idi. Zaman ötdükcə və İsanın qayıtmasının belə tezliklə baş verməyəcəyi məlum olduqca bəzi xristyanlar Həzrət Məsih (ə) da ye-ni həyat yaratmaq üçün mücərrədliyi və təkliyi seçdilər, həyatlarının sonunadək tək yaşadılar.


Qeyd etmək lazımdır ki, Həvarilərin zamanından evlilik həyatı xristyanların nöqteyi-nəzərindən Həzrət Məsihin davamçısı olmağın və onun əmirlərinə şəhadət vermənin əsas yolu kimi qəbul olunurdu. Xristyanlıq tarixi boyu mücərrədlik və tək yaşamaq bu din davamçı-larının bəzisinə aid olan müstəsna bir metod kimi qəbul olunmuşdur. Belə insanlar öz imanla dolu həyatlarını tək yaşamaqla davam etdir-mək üçün xüsusi formada dəvət olunduqlarını hiss edirlər.
İlk əsrlərdə xristyanların böyük çətinliklərlə üzləşdiyi dövrlərdə xristyanlar İncilin sözlərinə əməl edərək həmin böyük çətinliklərin içərisində sıx əlaqələri olan kiçik dəstə əmələ gətirdilər. Konstantinin zamanında xristyanlıq dininin hakimiyyət dini olmasından və ölkə vətəndaşlarının əksəriyyətinin bu dini qəbul etməsindən sonra insan-lar arasında dindarlıq səviyyəsi təbii olaraq kəskin şəkildə aşağı düş-məyə başladı. Belə ki, xristyanların əksəriyyəti Həzrət Məsihin (ə) təlimlərinə və həyat tərzinə qəti oxşarlığı olmayan həyat tərzi yaşa-mağa başladılar. İctimai vəziyyətdə meydana çıxmış bu dəyişiklik səhralarda və tam təklikdə rahiblik hərəkatının yaranmasını meydana çıxartdı. Qeyd etmək lazımdır ki, Yəhudilər Xristyanlardan daha ön-

241


cə bu işi görməyə başlamışlar və Yəhudilik bölümündə qeyd etdiyi-miz kimi Eseni adı ilə məşhurlaşan dəstələr eradan əvvəl Ölü dənizin kənarında yerləşən Qumran adlı məntəqədə ibadətgahlar inşa edərək orada yaşamağa başlamışlar. Bu dəstənin nəzərincə dünya cəmiyyəti şər və pisliyə bulanmışdır və belə bir cəmiyyətdə xilas olmaq mümkü deyildir. Bütün bunları nəzərə almalarına görə onlar bu dəstələrə aid olan insanları günaha və fəsada batmamaq üçün səhralarda yaşamağa apardılar.
Üçüncü və dördüncü əsrlərdə bəzi xristyanlar bu məsləyi davam etdirmək məqsədiylə İskəndəriyyə və Antakiya kimi şəhərləri boşal-daraq təklikdə dua və münacatla məşğul olmaq məqsədilə səhralrada yaşamağa başladılar. Səhralarda yaşayan müqəddəs rahiblərdən hər hansı birinin şöhrət tapması ilə insanlar dəstə-dəstə nəsihət almaq və həmin şəxsin yanında ibadətlə məşğul olmaq üçün onu ziyarət etmə-yə gedirdilər. Zəvvarlardan bəziləri onun yanında qalaraq onun həyat tərzini seçirdilər və onun kimi yaşamağa başlayırdılar. Beləliklə, ilk oxşar həyat yaşayan rahiblər dəstəsi meydana çıxdı və onlar öz iba-dətgahlarında toplaşaraq Allaha ibadət və itaətlə məşğul olmağa baş-ladılar.
Bu hadisə ilk olaraq Misir səhrasında müşahidə olunmağa başla-dı və qısa zaman ərzində Suriya və Ərəbistan yarımadası səhrasına da şamil olunmağa başladı. Misirdə yaşayan ilk belə zahidlərdən biri Antoni (356-cı ildə vəfat etmişdir) və Makariusdur (390-cı ildə vəfat etmişdir). Bu iki şəxs ən ağır zahidlik həyatı yaşamışlar. Pakomius (346-cı ildə vəfat etmişdir) ətrafına çoxlu sayda şagirdlər, dostlar topmışdır və doqquz ibadətgah inşa edərək onların hər birisində yüz-dən artıq rahib yerləşdirmişdir. O, dəstələrlə yaşayan rahiblərin həyat tərzlərini tənzimləmək üçün rahiblik nizamnaməsi tənzim etmişdir.

Qeyd etdiyimiz məsələlərdən fərqli olaraq kilsə ataları rahiblik üçün yeni məfhum və məna verdilər. Onlar bəşəriyyətdəki ictimai pozğunluğun mövcud olması məsələsini qəbul etmirdilər və onu tərk etməyi lazım bilmirdilər. Bu şəxslərin bir çox məşğələləri var idi və həmin dövrün bir çox ilahiyyat və siyasət debatlarında və bəhslərində


242


yaxında iştirak edirdilər. Amma buna baxmayaraq onlar da dua və mü-nacat etmək, düşüncələrini təkmilləşdirmək üçün bəzi vaxtlarda səh-ralara gedərdilər. Onlar bu əməlləri ilə bütün məşğuliyyətlərini yerinə yetirə biləcəklərini hiss edirdilər və həyatlarındakı əsas məqsədlərinin İncildə buyurulmuş təlimləri həyata keçirtməyi yada salırdılar.

Basil rahiblər üçün ümumi bir qanun hazırladı və hal-hazırda da şərq kilsələrində həmin qanundan istifadə olunur. Sonra Suriya və Ərəbistan yarımadası səhralarında, az əhaliyə malik Anadoluda, Yu-nanıstan ərazilərində ibadətgahlar təsis olundu. Həmin ibadətgahlarda yaşayan rahiblər onları ziyarət etmək məqsədilə gəlmiş insanlara nəsihət verərək onları haqq yoluna hidayət etməklə məşğul idilər. Onlar eləcə də, səhralarda azmış, zülm, ədalətsizklik və çətinliklərdən qaçaraq onlara pənah gətirmiş insanlara sığınacaq yeri verir, onların istirahət etmələri və sakitliyə qovuşmaları üçün bütün lazımi işləri görürdülər.


25. Kilsə şuraları

Yepiskoplar və kilsə nümayəndələri iman və əqidə məsələlərini araşdırmaq məqsədilə rəsmi toplantılar keçirirlər. Ümumdünya Şura-ları (Ecumenical Councils) bütün dünya yepiskoplarının iştirak etdiyi toplantılara deyilir. Bölgə şuraları isə xüsusi bir regiona, yaxud bir şəhərə aid olunur və onu çox vaxt “Sinod” (Synod) adlandırırlar. De-mək olar ki bütün xristyanlar, o cümlədən Ortodoks kilsələri 7 Ümum-dünya Şurasın tanıyırlar və həmən şuraların qəbul etdiyi qanunları və çıxardıqları qərarları icra edirlər. Katolik kilsələri isə 21 ümumdünya şurasın qəbul edir. Protestant kilsələrinin bu barədə müxtəlif və zid-diyyətli nəzərli vardır.


Sonuncu Ümumdünya Kilsə Şurası “İkinci Vatikan Şurası” ol-muşdur və bu şura Roma Papası İyirmi üçüncü Jan tərəfindən çağırıl-mışdır. Bu şura 1962-ci ildən başlayaraq 1965-ci ilədək davam etmiş-dir və məqsəd kotolik kilsələrinin müasir tələblərə cavab verə biləcək

243


formada rekonstruksiyası olmuşdur. Ümumdünya şurasında dünyanın müxtəlif bölgələrindən və regionlarından olan yepiskoplar iştirak edirdilər. Ortodoks, Protestant kilsələrindən olan nəzarətçilər və İs-lam, Yəhudilik və digər dinlərin nümayəndələri də qonaq qismində bu şuraya dəvət olunmuşdular.
Vatikan Şurasında on altı qərar çıxarıldı və onların məqsədi əqi-də təzahürlərinin rekonstruksiya olunması və dini davranışların yeni-ləşdirilməsi oldu. Şuranın qəbul etdiyi təlimlərin ən əsasların bunlar-dır:

  1. Kilsə imanının gücləndirilməsində müqəddəs kitabın danıl-maz məqamı

  2. Bütün xristyanların ruhani kimi elan olunması.




  1. Xristyanlıqda vəhdətin və birliyin əldə olunması məqsədilə lazımi işlərin görülməsi

  2. İnsan hüquqlarının qorunması və yer üzərində sülh, ədalət və əmin-amanlığın bərqərar olunmaı üçün ciddi səylərin göstərilməsi

  3. Dini mərasimlərin yerli dildə keçirilməsi




  1. Başqa dinlərin davamçıları üçün İlahi xilasın mövcud olması Şuranın qəbul etdiyi və yayımladığı sənədlərdən birinin başlığı

belədir: “Kilsənin başqa dinlərlə əlaqəsi sahəsində irəli sürülmüş nə-zər və təkliflər”. Bu sənəddə İslam dini barəsində xüsusi bölüm var-dır və “İslam”-a yox “Müsəlman”-lara xitabən yazılmışdır. Bu müsəl-manların məsələsini araşdıran ilk rəsmi kilsə mənbəsidir. İndi siz oxucuların diqqətinə həmən sənədin bəzi hissələrini çatdırırıq:


  • Xristyanlar böyük hörmət və ehtiramla Müsəlmanlara yanaş-malıdırlar və onlara ehtiram göstərməlidirlər




  • Müsəlmanlar və xristyanlar yeri və göyü yaratmış, Qüdrətli, Mehriban və bəşər övladıyla söhbət edən yeganə Allaha sitayiş edir-lər.




  • Müsəlmanlar və xristyanlar Allahın əmrinə itaət etmək və təslim olmaq üçün çalışırlar.




  • Hər iki dinin davamçıları İbrahimin imanına istinad edirlər.

244


  • Müsəlmanlar İsaya bir peyğəmbər kimi ehtiram göstərirlər və Məryəmə böyük hörmətlə yanaşırlar.




  • Müsəlmanlar və xristyanlar ölülərin yenidən dirilməsi və qi-yamət və hesab gününün intizarındadırlar




  • Müsəlmanlar əxlaq üzərində qurulan həyata hörmətlə yana-

şırlar



  • Müsəlmanlar Allaha sitayiş edirlər və öz sitayişlərini namaz, oruc və nəfəqə yolu ilə həyata keçirirlər.

İkinci Vatikan Şurasının İslam dini barədəki nəzərləri bu sözlər-lə bitir:
Ötən əsrlər ərzində Xristyanlarla Müsəlmanlar arasında çoxlu sayda düşmənçilik və qarşıdurmanın meydana çıxmasını nəzərə ala-raq Şura təkidlə hamıdan keçmişi unutmağı, səmimi şəkildə qarşılıqlı anlamdan yararlanmağı, sülh, əmin-amanlıq, azadlığın, əxlaqi dəyər-lərin və ictimai ədalətin bərqərar olunması üçün çalışmağı istəyir.”
Roma Papası Altıncı Pol 1965-ci ildə Vatikanda dinlərarası dia-loqlar üçün katiblik təsis etdi və bundan sonra həmən katibliyə mü-səlmanlarla dialoq komitəsini də əlavə etdi. Qeyd etdiyimiz komitə-nin məqsədi elmi çıxışlar, elmi araşdırmalar, ictimai və əxlaqi dəyər-lərin gücləndirilməsi üçün birgə proektlərin meydana çıxarılması yo-lu ilə müsəlmanlara xristyanlar arasında qarşılıqlı hörmət və ehtira-mın gücləndirilməsi və qarşılıqlı anlamın möhkəmləndirilməsindən ibarət idi.

1   ...   14   15   16   17   18   19   20   21   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin