Hüseyn Tövfiqi Böyük dinlərlə tanışlıq


Adlandırılması: Müəyyənləşdirməklə və təyin etməklə



Yüklə 1,01 Mb.
səhifə20/28
tarix29.11.2019
ölçüsü1,01 Mb.
#29747
1   ...   16   17   18   19   20   21   22   23   ...   28
N 16


Adlandırılması: Müəyyənləşdirməklə və təyin etməklə

Bir çox xalqların, qəbilələrin, tayfaların, sülalələrin, şəhərlərin və ölkələrin qədim adları təbii olaraq müəyyən müddət keçdikdən sonra müəyyənləşdi, heç kim qəsdən və bilərəkdən bu adları belə





  1. Maidə surəsi, ayə 116

  2. Cəbayıl “Allahın kişisi” və Mikayıl “Kim Allaha bənzəyir?” mənasını kəsb edir. Sözsüz ki, hər bir mələyin dünyanın hər bir dilində müxtəlif adı ola bilər.




  1. Şüəra surəsi, ayə 197

259


qoymamışdır. Bir çox dinlərin də adları belə meydana çıxmışdır. Yə-hudiliyin (Judaism) müəyyənləşdirilmiş adı ata-babaların Yəhuda şə-hərində yaşayan və bu səbəbdən də, Yəhudi adlandırılan insanların dininin adıdır. Amma, təyin olunmuş Xristyanlıq və yaxud Məsihilik (Christianity) isə Məsihə aid olduğu üçün belə adlandırılmışdır. Mə-sihi sözü ümumilikdə Həzrət İsa Məsihin (ə) göylərə getməsindən, qeybə çəkilməsindən sonra meydana çıxdı (Həvarilərin işləri 11:26) və onların yeni yaranmış dinləri “Təriqət” adlandırıldı (Həvarilərin işləri 9:2 və 22:4)

Yəhudilik və Xristyanlıq sözlərinin heç biri müqəddəs kitablarda mövcud deyildir. Halbu ki, İslam sözü və bu sözdən əmələ gələn digər sözlər Qurani-Kərimdə dəfələrlə təkrar olunmuşdur1. Çünki İs-lam dini Həzrət Muhəmmədin (s) zamanında kamala çatmışdır və bu səbəbdən də, ilk olaraq digər dinlərdən fərqlənməsi üçün adı bu for-mada müəyyənləşdirilmişdir.

Müəyyənləşdirilmiş din adlarından fərqli olaraq təyin olunmuş adlarının gözəl və məqsədəuyğun mənası olur və sonuncu peyğəmbər üçün “təslim olmaq” mənasını kəsb edən İslam sözünün də seçilmə-sinin də özəlliyi bundan ibarətdir2


  1. Sonunculuq və sonrakı dinlərin gəlməsi barəsində müjdə

Yəhudilik, Xristyanlıq və İslam dinləri İbrahimi dinlər (Abraha-mic Religions) və vəhy dinləri (Revealed Religions) adlandırılırlar.





  1. Müsəlmanların bəziləri belə iddia edirlər ki, tövhidi dinlərin hamısı ilk olaraq “İs-lam” adlandırılmışdır və “Yəhudilik” və “Xristyanlıq” dinləri bu dinlərin davamçıla-rının öz dinlərinə etdikləri təhriflərdən sonra meydana çıxmışdır. Kəlam elmi nöqte-yi-nəzərindən bu məsələni təsdiq etmək mümkün olsa da, dinləri elmi baxımından sübut olunması mümkünsüzdür.




  1. Avropanın kinli xristyanları orta əsrlərdə “İslam” və “Müslim” sözlərinin əvəzinə “Muhammadanism” və “Muhammadan” sözlərindən istifadə edirdilər.

260


Bu dinlər Allah tərəfində göndərilən peyğəmbərlərin (ə) bizlər üçün qoyduqları yadigarlardır. İbrahimi dinlərin hamısı haqq olmalarını özlərindən qabaqkı dinlərin verdikləri müjdələrə əsasən təsdiq edirlər və eləcə də, sonuncu olmalarını iddia edərək sonrakı dinləri qəbul etmirlər. Belə ki;
Birinci: Yəhudilər özlərini Allah-Taalanın Həzrət İbrahimə (ə) verdiyi vədin nəticəsi kimi qəbul edirlər. Xristyanla isə, “Canişinlik” (Supersession) nəzəriyyəsini irəli sürərək özlərini Allahın vədəsinin davamı kimi qəbul edirlər, Əhdi-Ətiqdə Həzrət İsaın (ə) və Əhdi-Cə-didin gəlməsi müjdəsini tapmağa çalışırlar. İslam dini də Bəni-İsrail peyğəmbərlərinə və özündən öncə gəlmiş səmavi kitablara diqqət ayırır və İslam peyğəmbəri Muhəmmədin (s) gəlməsinin bütün səma-vi kitablarda mövcud olmasını bildirir. (Əraf surəsi, 157)
Ikincisi: Yəhudilər nəsx məsələsini, yəni köhnə ilahi qanunların Allah tərəfindən yeni qanunlarla əvəz olunmasını qəbul etmirlər və xristyanlar da Əhdi-Cədiddən sonra yeni ilahi kəlamın gəlməsini gözləmirlər1. İslam dininin də sonuncu ilahi və səmavi din olması Qurani-Kərimdə (Əhzab surəsi, ayə 40), müxtəlif hədislərdə qeyd olunmuşdur və bütün müsəlmanlar bunu İslam dininin ən zəruri məsələlərindən biri kimi qəbul edirlər.
Bu dinlərin hər üçündə gəlməsi öncədən xəbər verilən xilaskarın qayıtması məsələsi mövcuddur. Xilaskarın gəlməsi həmən dinin düz-gün olmasını təsdiqləyəcək və gözlənilə xilaskar bu dini qüvvədən salaraq yeni din təyin etməyəcək.



  1. Xristyanlar da ilahi qanunların yeniləşməsi məsələsini inkar edirlər və Əhdi-Ətiqdə mövcud olan şəriəti Əhdi-Cədiddə olan şəriətin başlanğıcı kimi qəbul edirlər. Buna görə də, Tövratda mövcud olan dini əhkamlar xristyanlıqda inkar edilmir, əksinə ön-cədən nəzərdə tutulmuş plana əsasən inkişaf etdirilir. Pavlos belə deyir: “Allah bizi Məsihə çatdırmaq və ədalətli imana sahib malik olmaq üçün şəriət nazil etdi. Amma iman gəldi və buna görə də Allahın əlinin altında deyilik. Çünki, hamı İsa Məsihə olan imanları vasitəsilə Allahın oğullarına çevriləcəklər.” (Qalatyalılara məktub 3:24-26) Müsəlmanlar isə bu qanunların artıq köhnə olduqlarını və qüvvədən düş-düklərini bildirirlər.

261


Muhəmməd peyğəmbərin (s) sonuncu peyğəmbər olması mə-sələsi sahəsindəki etiqad yeni dinlərin meydana çıxması məsələsini sıfıra endirir. Sonrakı dinlər bu yolu açmaq və məhdudiyyəti götür-mək üçün daha öncə nazil olmuş səmavi kitablardaki sözləri səhv açıqlayaraq öz dinlərinin zühur etməsi məsələsini belə səhv düşüncə-lərdə axtarırlar. Elə bu səbəbdən də, xristyanlar Həzrət İsa Məsihin (ə) gəlməsi müjdəsini tapmaq üçün Əhdi-Ətiqi və müsəlmanlar Həz-rət Muhəmmədin (s) gəlməsi müjdəsini tapmaq üçün Əhdi-Ətiqi və Əhdi-Cədidi təfsir edərək araşdırırlar.

Qeyd etmək lazımdır ki, lazımi şəxsin adını və xüsusiyyətini tapmaq bir arzu və istək şəklində qalır, müjdələr tanınmayan adlara aid olmağa başlayır. Məsələn; Məsihilər (Matta 1:23) Əhdi-Ətiqə müraciət etməklə Emmanuel dünyaya gəlməsi müjdəsini tapırlar (Əşiya 7:14) və müsəlmanlar Əhdi-Ətiqə müraciət etməklə Şilonun gəlmə müjdəsini (Yaranış 49:10) və Əhdi-Cədidə müraciət etməklə Faraqlitin (Yuhanna 14:16) gəlmə müjdəsini aşkarlayırlar. Sonralar meydana çıxan digər iddiaçılar da Əhdi-Ətiq, Əhdi-Cədid və Qurani-Kərimlə belə davranmışlar. Bu prosesdə müxtəlif ümmətlərin müqəddəs kitabları təfsirlərinə və izahlarına baxmadan özünəməxsus tərzdə təfsir olunmuşlar.

Bu dinlərin davamçıları özlərindən əvvəlki dinlərin vaxtlarının başa çatması və özlərindən sonrakı dinlərin saxta olmasına inanırlar. Elə bu səbəbdən də, xilaskarlığı özlərinə aid edirlər. Bu arada bir məsələni də qeyd etmək lazımdır ki, yəhudilik xüsusi qövmün dinin-dir və bu dində təbliğ məsələsi mövcud deyildir. Yəhudilərin əksəriy-yəti dünya xalqlarını sionizmə dəvət edirlər. Digər tərəfdən, xristyan-lıqda və islam dinində təbliğ mövcuddur. Xristyanlar təbliğat işlərini missonerlik və müsəlmanlar dəvət adlandırırlar.
Bir məsələni də qeyd etmək lazımdır ki, yəhudilikdə və xristyan-lıqda Elçi və Rəsul sözü dinin təbliği ilə məşğul olan ilk insanlara deyilir (məsələn; “Elçi Daniyal” və “Elçi Pavel”) və yeni din gətirmiş şəxslərə aid edilmir.


262


4. Düzgünlüyü

Dünyada müxtəlif dinləri mövcud olmasını nəzərə alsaq həmən dinlərin düzgünlüyü barəsində üç məşhur baxış tərzi mövcuddur:




  1. Dini xaricedicilik (Exclusivism)-İlahi peyğəmbərlərin və mü-qəddəs kitabların öz dinlərinin düzgün olması və başqa dinlərin səhv olması sahəsindəki baxışı. Bu baxışa əsasən özündən əvvəlki silsiləvi dinlər hamısı qəbul olunurlar. Eləcə də, həmin dinlərin davamçıları-nın öz dinlərinə inanmaları da toxunulmaz qala bilər və sonuncu ola-raq gəlmiş din özündən əvvəllki dinlərin davamçılarına xüsusi imti-yazlar da nəzərdə tuta bilər. Amma ən düzgün din kimi özündən sa-vayi heç bir dini qəbul edə bilməz.

  2. Dini çoxluqçuluq (Pluralism)-Bəzi sufilərin və irfan əhlinin bütün dinlərin düzgünlüyü barəsindəki baxışları. Belə arif və sufilərin nəzərincə bütün dinlər düzgündür, heç birində səhvlik yoxdur və sonda onların hamısı insani xilas edəcəklər. Hal-hazırda yaşayan bəzi mütəfəkkirlər və ziyalılar da sufilərin bu baxışlarını modernləşdirərək yaymağa başladılar. Bəziləri yalnız öz dininin haqq və düzgün olması məsələsini qəbul edərək dingər dinlərin düzgün olmasını öz dini ilə olan oxşarlıqlar çərçivəsində qəbul edirlər. Qeyd etmək lazımdır ki, belə baxış tərzini ən çox yayılmış baxış kimi birinci gətirmək lazım-dır. (Dini əhatəedicilik-İncluivism)




  1. Dinsizlərin, mülhidlərin, ateistlərin və deistlərin bütün dinlə-rin düzgün olmaması və başqa bir dünyanın mövcud olmaması və yaxud bu dünya ilə heç bir əlaqəsi olmaması baxışları.




    1. Kəlami məsələləri

Qeyd etmək lazımdır ki, dinlər arası dialoqun və ümumiyyətlə heç bir dialoqun nəticəsi olmayacaqdır. Çünki, dialoq zamanı tərəflər istədikləri bütün həqiqətləri əldə etdiklərini düşünürlər və qarşı tərə-


263


fin isə həqiqəti anlamaqda problemli olduğunu təsəvvür edirlər. İnsan ruhunun tanış anlamlarla yaxınlıq hissi yaşaması səbəbindən onu dünyəvi anlam kimi qəbul edir. Elə bu səbəbdən də, dialoqda iştirak edən tərəflərin üzərinə düşən vəzifə bu anlamlarla üst-üstə düşən nü-munələrdən istifadə etməklə məsələni sübuta yetirməkdir. Amma bir məsələni unutmamalıyıq ki, dini anlamların əksəriyyəti ümumbəşəri deyil. Yəni, biz öz dinimizdən olan anlamları onlarla müqayisə edə bilmərik və öz dini təlimlərimizi onlara başa salmaq üçün qeyd olun-muş məsələlərə müraciət etmək iqtidarında deyilik.

Əgər dialoqun aparılmasında zərurət güclənərsə bir məsələni tam dəqiqliyi ilə bilməliyik ki, bizim məntiqimizlə peyğəmbərlərin məntiqi arasında eynilik olsa belə onun bizim qarşı tərəfimiz tərəfin-dən qəbul olunması mümkünsüzdür. Çünki, bizim qarşı tərəfimiz adi insan olarsa məğlub olduğu təqdirdə alimə müraciət etməlidir və alim mövcud olduğu təqdirdə özündən öncə yaşamış daha böyük alimlərə müraciət edəcəkdir. Sonda bütün alimlərin də onun kimi duşunə-cəyini görəcəkdir.


Sözsüz ki, hər bir dində kəlam elmi çox güclü şəkildə inkişaf et-mişdir və hər bir din öz kəlam elminin köməkliyi ilə özünün düzgün və digər dinlərin isə səhv olmasını sübut etməyə çalışır. Hər bir dinin davamçıları özlərini həqiqi davamçıları və digər dinlərin davamçıları-nı isə təqlid edənlər adlandırırlar. Onlar öz dini mənbələrini istədiklə-ri formada açıqlayırlar, amma başqa dinin nümayəndələrinə bu məsə-ləni ən zəif şəkildə belə həyata keçirməyə icazə vermirlər.
Hər bir din müştərək olmayan məsələlərin mənasız və səhv oldu-ğunu bildirir. Məsələn, hər hansı bir katolik öz dini həyatında “Tan-rımı yeyirəm” sözündən istifadə etsə başqa bir dinin nümayəndəsi onun sözünü heç vaxt anlaya bilməz. Amma, həmən katolik üçün bu sözün böyük mənası vardır. Çünki, birincisi həmən katolikin dini etiqadına əsasən “Sonuncu şam yeməyindəki” çörək və şərab həqi-qətən1 Məsihin əti və qanıdır. İkincisi isə Məsih həqiqətən Allahdır.



  1. Protestanların nəzərincə isə məcazən

264


Beləliklə də, çörəklə şərab yeyən şəxs həqiqətən də Allahı yemiş olur. Onun Allahı yeməkdə məqsədi Allahla birləşməsi mənasını da-şıyır və bir müsəlman, yaxud yəhudi üçün bu cəfəngiyyatdan savayi bir məna daşımır. Müştərək məsələlər eynilik təşkil etdiyi şəraitdə qəbul olunur. Məsələn, həm yəhudi, həm xristyan, həm də müsəlman insanın öz duası vasitəsilə Allahın iradəsini dəyişdirə biləcəyi əqidə-sini qəbul edir . Eləcə də, Həzrət İbrahimin (ə) öz övladını qurban kəsmək məsələsini bütün İbrahimi dinlərin davamçıları qəbul edirlər. Bütün dinlərin alimləri insanların tam şəkildə qəbul etmələri üçün bu məsələləri daha aydın çəkildə bəyan etmək məsuliyyətini öz üzərləri-nə götürmüşlər.1
Hər bir din öz davamçıları üçün yəqinlik gətirir və müxtəlif mü-təfəkkirlər öz qiymətli əsəsrlərində bu məsələni açıqlamağa çalış-mışlar. İndi İmam Muhəmməd Qəzzalı, İmam Xomeyni və Şəhid Mütəhhərinin əsərlərində bu barədə qeyd olunmuş dəyərli fikirləri sizin diqqətinizə çatdıracağıq.
İmam Xomeyni öz bəhslərində müxtəlif dinlərin davamçılarını iki dəstəyə, avam və qeyri-avam dəstəyə bölür və yazır:
Digər dinlərin avam davamçıları beyinlərini qəbul edə bilmə-diyi məzhəblərin qarşısında dayanırlar və avam müsəlmanlar kimi öz məzhəblərinin düzgün, sair məzhəb və dinlərin səhv olduqlarını qəti şəkildə bildirirlər. Deməli bizim dinin avam davamçıları İslam dini mühitində böyüyüb başa çatdıqları və öz dinlərinin tam düzgün və digər dinlərin səhv olduqarını bildirdikləri kimi başqa dinlərin də avam davamçıları belə düşünürlər. Bu iki dəstə arasında heç bir fərq yoxdur. Onlar belə qətiyyətli və kəskin nəzərə malik olduqlarına görə


  1. Məsələn əhli sünnət üçün Həzrət Mehdinin (ə) mübarək vücudunun qeybdə olması məsələsi mümkünsüz və qəbuledilməz bir məsələdir. Amma həmən sünni qardaşımı-za məsələni başa salmaq üçün əhli sünnətin qəbul etdiyi Xızr peyğəmbərin (ə) qeybdə olması məsələsini misal çəkmək lazımdır. Bundan sonra artıq o məsələni tam formada dərk edəcəkdir.

265


günahkar deyillər və onları belə olmalarına görə cəzalandırmaq mümkün deyildir.1

İmam Xomeyninin nöqteyi nəzərindən həmin dinlərin avam olmayan təbəqəsi də öz səhv və batil dinlərinə qapandıqları üçün avam təbəqədən seçilmirlər. Amma bir fərq var ki avam olmayan tə-bəqənin üzrü qəbul olunmayacaq. Ola bilsin bunun səbəbi alimin üzərinə düşən vəzifə və öhdəliyinin daha ağır olmasıdır. İmam Cəfər Sadiq (ə) buyurur: “Alimin bir günahı bağışlanana qədər cahilin yet-miş günahı bağışlanar”.2 İmam Xomeyni digər dinlərin avam olma-yan təbəqəsi barəsində bu sözləri vurğulayır:


Amma onların avam olmayanları uşaqlıqdan başlayaraq yeni-yetməlik və gənclik dövürlərində də küfr mühitində yaşadıqları üçün öz səhv dinləri sahəsində etiqad sahiblərinə çevrilmişlər. Belə ki on-lara müxalif olan hər bir şeyi uşaqlıqdan səhv müstəvidə qurulmuş ağılları ilə rədd etməyə və ümumiyyətlə qəbul etməməyə çalışırlar. Deməli yəhudi və xristyan alimləri müsəlman alimi kimi başqalarının gətirdikləri dəlil və sübutları qəbul etmirlər həmən dəlillərin batil olması təxminən zərurilik mənası daşıyır. Çünki onun dini və məzhəbi özü üçün çox zəruridir və buna qarşı olan heç bir məsələni qəbul etmir”3.
Amma eyni zamanda biz bəzi dinlərin davamçılarının inadkar-lıqlarına və təəssübkeşliklərinə də biganə qalmamalıyıq:
Sözsüz ki onların arasında müqəssir insanlar, yəni dininin səhv olduğu halda təəssübkeşlik və inadkarlıq üzündən buna təkid gös-tərən insanlar da mövcuddur. Belə insanlar İslam dininin ilk illərində yəhudi və xristyan dinlərinin alimləri arasında da mövcud idi.”4
İmam Xomeyni sözünün sonunu belə bitirir:
Sonda qeyd etmək lazımdır ki, müsəlman aləmində olduğu kimi kafir aləmində də bəzi insanlar müqəssir deyillər və belə insanlar ək-



  1. Əl Məkasibul Muhərrəqə, cild 1 səh 133

  2. Üsuli Kafi, cild 1, səh 47

  3. Əl Məkasibul Muhərrəqə, cild 1 səh 133

  4. Əl Məkasibul Muhərrəqə, cild 1 səh 134

266


səriyyət təşkil edirlər. Amma, bəziləri isə müqəssirdirlər və hər bir işi anlamlı şəkildə həyata keçirirlər. Şübhəsiz ki, öhdəliklər birinci və ikinci dərəcəli olur və istər alim olsun, istər cahil, istər müqəssir ol-sun, istər olmasın hamıya müştərək şəkildə aid edilir. Kafirlər üzəri-lərinə düşən öhdəliklərin birinci və ikinci dərəcəli olmasına uyğun olaraq cəzalandırılacaqlar. İslam dinində müsəlmanların bilərəkdən və bilməyərəkdən etdiyi günahlara görə ədalətin tam bərqərar olun-ması şərtilə cəzalandırılacaqdır. Dingər dinlərdə də vəziyyət eynilə belədir”1
İmam Xomeyninin nəzərini təsdiq məqsədi ilə İmam Muhəm-məd Qəzzali və Əllamə şəhid Mütəhhərinin sözlərini sizin diqqəti-nizə çatdırmaq istəyirik. Qəzzali deyir:
İnsanların əksəriyyəti uşaq yaşlarında iman gətirmişlər və on-ların bu dini təsdiqləmələrinin səbəbi ata-babalarını və müəllimlərini təqlid etmələri olmuşdur. Çünki uşaqların həmin insanlara qarşı müsbət fikirləri və sevgiləri çox güclü olmuşdur. Eləcə də, onların özləri də özlərini çox tərifləmişlər, onlara qarşı çıxan insanlar barə-sində pis sözlər demişlər, onların inandığı məsələlərə etiqadları ol-mayan şəxslərin başlarına gələn bəlalar barəsində danışmışlar, han-sısa yəhudinin qəbrində it cildinə düşməsini, hanısısa kafirin qəbrin-də donuza çevrilməsini bildirərərk yuxular üzərində qurulmuş nağıl-lar və rəvayətlər nəql etmişlər. Buna bənzər məsələlərə görə uşaqla-rın qəlbində digər dinlərin və etiqadların nümayəndələrinə qarşı nif-rət baş qaldırmışdır. Beləliklə də, bütün başqa din və etiqadlar onla-rın qəlbindən silinmişdir. Çünki, uşağın qəlbi və düşüncəsi təmiz ol-duğundan ona öyrədilmiş hər bir məsələ daş üzərində yazılmış yazıya bənzəyir. Uşaqlar böyüdükcə onların düşüncə etibarı ilə ətiqad dərə-cələri də dini etiqadları da böyüyür və bu dini əqidələr həmən şəxsin beynində və qəlbində möhkəmləşir. Həddi-büluğa çatanda isə onun qəlbində heç bir şəkk bəsləmədiyi dini etiqadları daha da möhkəm-lənir və öz əqidəsində qalır. Elə bu səbəbdən də, xristyanların, yəhu-



  1. Əl Məkasibul Muhərrəqə, cild 1 səh 134

267


dilərin, zərdüştlərin və müsəlmanların hamısı ata-babalarının düz və yaxud səhv əqidələrində qalırlar, bu əqidələrlə həddi büluğa çatırlar. Onlar öz istər düz, istərsə də yalnız olan dini əqidələrinə elə bağla-nırlar ki, bu yolda tikə-tikə doğranmağa razı olurlar. Halbuki, dinlə-rinin nə dərəcə düzgün olub-olmamaları barəsində heç bir əminlik-ləri yoxdur. Eləcə də, müşrik nökərlərin və kənizlərin yalnız İslam dinini tanımadıqları halda əsir tutulduqlarının şahidi oluruq. Müsəl-manlar tərəfindən əsir götürüldükdən sonra bir müddət onlarla ya-şayırlar, onlarda İslam dininə qarşı sevgi və istək artır, müsəlmanlıq əqidəsini qəbul edirlər və onların əxlaqlarını, davranışlarını öyrənir-lər. Sadaladıqlarımız bütün bu məsələlər təqlid və davamçılıq düşüncəsi əsasında meydana çıxır. Uşaqların və yeniyetmələrin tə-biətləri belə məsələlər üçün daha məqsədəuyğundur. Bəhsimizdən be-lə məlum oldu ki, möhkəm dini təsdiqə çatmaq üçün yalnız ilahi dəlil-lərdən istifadə edilmir.”1
Şəhid Murtəza Mütəhhəri də “İlahi ədalət” kitabının “Müsəlman olmayan şəxsin xeyirli əməlləri” başlığı altındakı elmi bəhsində belə deyir:
Biz hər hansı bir şəxsin müsəlman olub olmaması məsələsinin dilimizə gətirəndə məsələnin həqiqi tərəfini nəzərimizdə saxlamırıq. Coğrafi nöqteyi-nəzərdən bir regionda yaşayan və müsəlman ata-ba-balarının yolunu davam etdirərək onları təqlid edən şəxsləri də mü-səlman adlandırırıq. Eləcə də, başqa bir mühitdə yaşayaraq boya-başa çatmış, öz ata-babalarının dinlərini davam etdirərək insanları isə qeyri-müsəlman adlandırırıq.
Bu dünyada yaşayan bütün insanların nöqteyi-nəzərlərdən, istər müsəlman, istər qeyri-müsəlman, istərsə də kafir nəzərindən dəyərsiz olmasını anlamaq lazımdır. Bizim əksəriyyətimiz təqlid yolu ilə və coğrafi baxımdan müsəlmanıq. Bizim əksəriyyətimiz ata-babalarımı-zın müsəlman olması səbəbindən və müsəlmanlaqrın yaşadığı mü-hitdə dünyaya gəlməmiz səbəbindən müsəlmanıq. Əslində ən dəyərli-



  1. İlcamul Ulumənil elmul kəlam, səh 115-116

268


si isə əsil islamçı olmaqdır. Yəni şəxs həqiqətin önündə təslim olaraq ürəyinin qapılarını həqiqətin üzünə açmış olsun, haqqı qəbul etsin, bütün qayda-qanunlarını həyata keçirtsin, öz şəxsi araşdırmaları nə-ticəsində əldə etdiyi islamı qəbul edərək təəssübkeşlik hissi keçirmə-dən onun qarşısında baş əysin. Allahın qarşısında təslim olaraq onun iradəsi qarşısında baş əyəyn şəxsin İslami qanunlarla tanışlığı olma-sa və İslam dini ona gizli qalarsa artıq onun heç bir təqsiri yoxdur. Allah buna görə heç zaman ona əzab verməz və sözsüz ki, həmən şəxs sonda xilas olan insanlardan birinə çevrilər...”1
O, öz uzun və çətin bəhsinin sonunda müsəlman və müqəssir olmayan insanların yaxşı əməlləri üçün necə mükafatlandırılacağını və əzabdan necə yaxa qurtaracaqlarını aşağıdakı şəkildə izah edir:
Bəzi İslam filosoflarının, o cümlədən Əbu Əli Sina və Sədrəl Mutəəllihinin nəzərincə həqiqəti etiraf etməyən insanların əksəriyyəti müqəssir deyillər. Belə insanlar Allahı tanımadıqları şəraitdə heç bir əzaba düçar olmayacaqlar və eləcə də, cənnətə də daxil olmayacaq-lar. Amma Allahı tanıdıqları və axirət həyatına imanları olduğu şə-raitdə öz xeyirli əməllərinin müsbət mükafatlarını alacaqlar. Yalnız müqəssir olan insanlar əzab-əziyyətlərlə üzləşəcəklər və müqəssir ol-mayanları heç bir əzab-əziyyət gözləmir”2.
6. İnsanın süquta uğraması və xilas təlimi

Dinlərin ən əsas vurğuladığı məsələ insanın süquta uğraması və onun xilasa çatması üçün səy göstərməsidir. Haqqı batildən ayırmaq xilas olmaq yolundakı bütün maniələri aradan götürür. Elə bu səbəb-dən də, hər bir din öz davamçıları üçün düzgün və yalnış etiqadları özündə əks etdirən sıralamanı nəzərdə tutur və bununla da, onlar öz




  1. Əsərlər toplusu, cild 1, səh 293

  2. Əsərlər toplusu, cild 1, səh 342

269


inamlarını həmin sıralamaya əsasən tənzimləyirlər. Hər bir dində mövcud olan kəlam elmi də elə bu səbəbdən yaradılmışdır.

Bu sözlər dinlərin özündə cəmləşmişdir. Amma “Dinlər elmi”-nin heç bir dinin səhv ya düz, haqq ya batil olması ilə işi yoxdur və yalnız bu dinlər, etiqadlar barəsində məlumat verməklə kifayətlənir.


Müxtəlif dinlər insanın süquta uğraması və onun xilas olmağa ehtiyacı barəsində söz açmışlar. Allah-Taala da Tin surəsində (yəni Əncir surəsində)insanın süquta uğrayaraq “alçaqların ən alçağına” çevrilməsi məsələsini çox aydın şəkildə çatdırmışdır. Müasir dünya-mızda Umanizmin meydana çıxması nəticəsində insanın süquta uğraması məsələsi öz əvvəlki əhəmiyyətini itirmişdir. Bununla da, müxtəlif dinlər diqqətlərini insana xas olan vəziyyətlərin başqa sahə-lərinə ayırmışlar. Yəhudilər və xristyanlar insanın Allah formasında1 yaradılmasına təkid göstərdikləri halda müsəlmanlar Allahın xəlifəsi və insanın kəraməti2 məsələlərinin üzərində dayanırlar.
Hər bir din özünəməxsus məntiqi dəlillərini irəli sürməklə xila-sın yalnız ona məxsus olduğunu bildirir və bəzi xüsusi hallarda insan-ların qəlbində özünəməxsus sevgini əldə etmək məqsədilə bu inhisar-çılıqdan uzaqlaşır. Xristyanlar daim bu sözləri vurğulamışlar: “Kilsə-dən xaricdə heç bir xilas yoxdur!”. Eləcə də, Pavelin Həzrət İsa Məsih (ə) barəsində sözlərini bildirmişlər: “Ondan savayı heç kimdə xilas yoxdur, çünki insanların Allahla münacat etmələri üçün göyün aşağısında bizi xilas edəcək heç kimin adı yazılmamışdır” (Həvarilə-rin işləri 4-12)
Biz müsəlmanlar da İslam təlimlərinin üzərində çox dayanaraq axirət dünyasının xilası və insanların nicat tapmasının müqəddəs İslam dininə aid olmasını təkidlə bildiririk:
ﻦﻳِﺮِﺳﺎَﺨْﻟا ﻦِﻣَ ةَﺮِﺧﺂْﻟا ﻲِﻓ ﻮُهَو ﻪْﻨِﻣُ ﻞَﺒْﻘُﻳ ﻦَﻠَﻓْ ﺎًﻨﻳِد مﺎَﻠْﺳِﺈْﻟا ﺮْﻴَﻏ ﻎَﺘْﺒَﻳِ ﻦَﻣَوْ



  1. “Allah insanı öz formasında yaratdı” (Yaranış 1:27) Buna bənzər başqa bir söz Həzrət Muhəmməd (s)-in hədisində qeyd olunmuşdur: “Allah insanı öz formasında yaratmıışdır”.




  1. Bəqərə surəsi, ayə 30 və İsra surəsi, ayə 70

270


“Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!”1
7. Təhzib-paklanma

Bütün dinlər insanlardan əxlaq normaları çərçivəsində olan hə-yat yaşamağı istəyir və bu dinlərə aid bütün qanunlar bəşəriyyətin islah olunmasına xidmət edir. İnsanlar bu dünyada həmin qanunlara riayət etməklə mənəvi saflığa və islaha çatırlar. Şübhəsiz ki, insanlar şeytanın vəsvəsəsinə görə demək olar bütün heyvanlar üçün özünə-məxsus ilahilik yaratmışlar (cırcıramadan filə qədər bütün həşərat və heyvanlara) və onlara sitayiş etmişlər. Amma, dini həyat müəyyən miqdarda əxlaqi kriteriyalara malikdir və hal-hazırda da belədir.


İmam Rza (ə) İmam Səccada (ə) istinadən belə rəvayət edir ki, Misir Əzizinin xanımı 2 Həzrət Yusifi (ə) vəsvəsə edəndə əlindəki parçanı evində olan bütün üzünə atdı və onun gözlərini bağladı. Həz-rət Yusif (ə) onun bu hərəkətinin səbəbini soruşanda o belə cavab verdi: “Mən bu bütdən utanıram və bizi belə görməsini istəmirəm”. O Həzrət dedi: “Necə ola bilər ki, sən heç bir dərrakəsi və hissi olmayan bütdən utanasan, amma mən insanları yaradandan və aradılışın müəllimindən utanmayım?!”3
İstər ortodoks, istərsə də katolik kilsəsində günahların keşiş ya-nından etriaf edilməsi cəmiyyətdə günah səviyyəsini aşağı salmaq mənasını daşıyırdı. Bütün insanlar istər keşişlər, istər yepiskoplar və istərsə də Papalar etiraf mərasimini mütəmadi olaraq həyata keçirir-dilər. İslamda, yəhudilikdə və protestant xirstyanlarda günahları etiraf etmək kimi işlərə icazə verilmir. Adlarını sadaladığımız dinlərdə və firqələrdə insanın öz günahını Allahın dərgahında etiraf edərək ondan bağışlanılmasını istəməsi məsələsinə təkid edilir.



  1. Ali İmran surəsi, ayə 85

  2. İslami mənbələrdə həmən xanımın adının Züleyxa olduğu bildirilir.

  3. Biharul Ənvar, cild 12, səh 266

271


Bütün dinlərin çox mənasız və qaranlıq bir məfhum kimi tanıdıl-ması sahəsində çox işlər görülüb.1 Dinlər insanları müxtəlif dərəcədə tərki dünya olmağa dəvət edir və rahiblik həyatı yaşamaq bu dinlərin hamısında gözə çarpır. İslamda rahiblik anlamı yoxdur2, amma qədim zamanlarda yaşamış müsəlmanların bəziləri rahibliyə tərəf getdilər və məsum İmamlar və din alimləri onları tutduqları səhv yoldan geri döndərməyə çalışdılar.3

Bildiyiniz kimi xristyanlıqda şəriət anlamı mövcud deyildir. Bü-tün dinlərin, istər xristyanlıq, istərsə də digər dinlərin insan öldür-mək, oğurluq etmək, zina etmək, yalan danışmaq, qiybət etmək, böh-tan atmaq və buna bənzər başqa məsələlərə icazə vermirlər. Amma digər ibadətə aid olan şəriət məsələləri xristyanlıqda gözə çarpmır. Məsələn, donuz ətininin yeyilməsinə icazə verilməsi başqa İbrahimi dinlərdə mövcud deyildir, amma xristyanlıqda bu sahədə heç bir problem yoxdur.


Həzrət İsa Məsihin (ə) da bəşəriyyət uğrunda qurban edilməsi də insanların günah etməsinə icazə verməməlidir. Eləcə də, İslam dinin-də də Allahın mərhəmətli və Allahın seçdiyi bəndələrin şəfaətçi ol-ması müsəlmanlara günah etməmələri üçün icazə kimi qəbul edilmə-məlidir.
Əxlaqi günahlardan çəkinmək məfhumu xristyanların bəzilərini qeyri-adi şəkildə mənəvi paklanmağa sövq etdi. Şəhid Mütəhhəri çıxışlarının birində xristyanların və xristyan keşişlərinin təqvalı olduqlarını bildirərək onların cənnət əhli olacaqlarını belə bildirdi:
Əgər siz təhrif olunmuş və dəyişdirirlmiş xristyan dininə diqqət yetirsəniz, onların kənd və şəhərlərinə getsəniz onların hamısının pis



  1. Eyni zamanda tarixin bütün dönəmlərində dinlərdən məqsədlərə və maliyyə mən-bələrinə çatmaq üçün istifadə edilib. Əldə olunmuş maliyyə mənbələrindən isə xü-susi istəklərə uyğun olaraq istifadə edilib. Ən maraqlısı budur ki, insanlar hər hansı bir din üçün pul verdikləri təqdirdə ona olan bağlılıqları daha da artır və ümumilikdə insanlardan daha çox pul yığa bilən din daha böyük uğurlar əldə edə bilir.




  1. “Mənim ümmətimin rahibliyi Allah yolunda cihad etməsidir” (Peyğəmbərin hədis-

ləri, Biharul Ənvar, cild 8, səh 170

  1. Nəhcül Bəlağə, xütbə 209

272


və fasid adam olduğunu düşünməməlisiniz. Allaha and olsun ki, onla-rın arasında yuzlərlə, minlərlə elə insanlar var ki, iman, təqva və paklıqları ilə Məsih və Məryəmin adı ilə insanlara nə qədər düz-günlük, paklıq, təqvalılıq öyrədirlər. Elə insanlar müqəssir deyillər və onlar cənnətə daxil olacaqlar, Onların keşişləri də cənnətə daxil olacaqlar.”1
Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin