Hüseyn Tövfiqi Böyük dinlərlə tanışlıq



Yüklə 1,01 Mb.
səhifə22/28
tarix29.11.2019
ölçüsü1,01 Mb.
#29747
1   ...   18   19   20   21   22   23   24   25   ...   28
N 16


10-5. Səmavi kitablar
İlahi vəhyin sonrakı nəsillər üçün qalan maddi forması dinlərdə mövcud olan müqəddəs kitablardır. Müqəddəs kitablar keçmişdə na-

284


zil olmuş vəhyləri gələcək nəsillərə çatdırır və hər hansı bir dinin da-vamçıları onları səmavi və müqəddəs kitablar adlandırırlar. Məsələn; “Vedalar”, “Tripitaka”, “Avesta”, “Əhdi-Ətiq”, “Əhdi-Cədid” və “Qurani-Kərim”. Müqəddəs kitablarda istifadə olunan ədəbiyyat müxtəlifdir və bu kitabların müqəddəs olması yalnız həmən dinin da-vamçıları tərəfindən qəbul olunur. Hər hansı bir dinin müqəddəs ki-tabı başqa bir dində xürafatla dolu və yaxud əksinə adlandırıla bilər.
Bəzi müqəddəs kitablar əsrlər boyu sinələrdə əzbərlənmiş for-mada qalmışdır və nəsildən nəsilə ötürülmüşdür. Yalnız uzun zaman keçdikdən sonra kitab formasına salınmışdır. Amma bəzi müqəddəs kitablar isə ilk dövrdən qələmə alınaraq qorunub saxlanılmışdır.
10-6. Qurani-Kərim və müqəddəs kitablar
Əksər dinlərin müqəddəs kitabları əvvəlcə onun səmavi olub-ol-mamasına diqqət yetirilmədən qələmə alınmışdır və insanlar zaman ötdükdən sonra onun səmavi olmasını qəbul etmişlər. Halbuki, Qu-rani-Kərimin səmavi, ilahi və nazil olunmuş vəhy olması qətiyyətlə vurğulanır.
Qurani-Kərimlə başqa müqəddəs kitabları müqayisə etdikdə gö-rürük ki, bu müqəddəs kitabda Tövrat və İncildən daha çox tövhidi, nəsihətamiz, əxlaqı və s. məsələlər mövcuddur. Qurani-Kərimdəki Həzrət Yusifin (ə) hekayəsini Əhdi-Ətiqin Yaranış bölümündəki (37-

  1. eyni hekayə ilə müqayisə etsək bu fərqin nə dərəcədə kəskin ol-duğunu aydın şəkildə müşahidə etmək olar. Həzrət İbrahimin, Həzrət Musanın (ə) hekayələri də müqayisə olunmaz dərəcədə daha geniş qeyd olunmuşdur. Hələ Əhdi-Ətiqdə Həzrət Davud (ə) və Uryanın xanımı tükürpədici hekayələrini qeyd etmirəm. (Samuelin ikinci ki-tabı, 11)

Şübhəsiz ki, yəhudilər, xristyanlar və başqa dinlərin davamçıları da müsəlmanlar kimi öz müqəddəs kitablarından əxlaqi mənalar da-şıyan məfhumlar əldə edirlər.

Bir məsələni də qeyd etmək lazımdır ki, Qurani-Kərim İslam dininin əsasıdır. Halbuki, xristyanların təsəvvürünə əsasən İncil və

285


Əhdi-Cədiddə mövcud olan başqa kitablar xristyanlıq yaranandan bir onillikdən sonra meydana çıxmışdır və xristyanlıq bu kitab olmadan belə mövcud olmuşdur.
10-7. Allah kəlamının qədim olması
Yəhudilikdə Allah kəlamının qədim olması dini əqidəsi xrist-yanlıqda Məsihin məxluq sayılmaması əqidəsinin yaranmasına səbəb oldu. İslam dinində əhli-sünnə tərəfindən Qurani-Kərimin məxluq ol-maması əqidəsi yarandı. Onlar belə bir nəzər irəli sürdülər ki, “Qu-rani-Kərim yazıldıqda, hifz olunduqda və tilavət edildikdə Allah kə-lamıdır və məxluq deyildir. Amma, bizim yazmamız, hifz etməmiz və oxumağımız məxluqdur.
Yəhudilər Tövratın yaradılışdan öncə də mövcud olduğunu və ağ-qara alovlarla yazıldığını bildirirlər. Daha sonra Allah-Taala onu imla şəklində demişdir və Həzrət Musa (ə) onu göz yaşları ilə yaz-mışdır. 1 (Yəni Tövratın yazılmasında emosiyalardan və hisslərdən çox istifadə olunmuşdur.)
10-8. Müqəddəs kitabların müəllifləri
Müqəddəs kitabların heç bir müraciəti olmayan hissələrinin müəllifləri barəsindəki bəhs olduqca əhəmiyyətli bəhsdir. Qurani-Kə-rimin hamısı və hal-hazırki Tövratın bəzi hissələri Allah tərəfindən birbaşa olaraq göndərilimiş müraciətlərdir. Amma, Luka İncilinin gi-riş hissəsində həmin İncili qələmə almış müəllifin Həzrət İsa Məsihin (ə) həyatı və sözləri barəsində məlumat toplamaq üçün bir çox insan-lara müraciət etməsi və sonda topladığı məlumatları İncil formasına salması qeyd olunmuşdur. O eləcə də, “bir çox” insanların da onun atdığı addımla üst-üstə düşən addım atmasına işarə edir. Həqiqətdə də, xristyanların Əhdi-Cədidi hazırlamaları bir az vaxt apardı və on-lar bir neçə on illiklər ərzində çoxlu sayda yazıların arasından bu müqəddəs kitabı meydana çıxarda bildirlər.



  1. Urşəlim Təlmudu, Şikalim 6:1

286


Hər bir insan Qurani-Kərimə baxdıqda asanlıqla onun İlahi kitab və Allah-Taalanın insana olan müraciəti olmasını anlayır. Yəni bu ki-tabın ərsəyə gəlməsində Allah-Taaladan savayı kiminsə rolu yoxdur.
Qurani-Kərimdə olan ilahi müraciətlər ən yüksək dəqiqliklə nəql olunmuş və yazılmışdır. Belə ki, "ﺪﺣا ﷲﺁ ﻮه ﻞﻗ" “De: O Allah birdir!” müraciətindəki “ﻞﻗ” sözü həmişəlik olaraq müraciətin əsli ilə qal-mışdır və sonrakı nəsillərə gəlib çatmışdır. Müsəlmanlar da onu elə “ﻞﻗ” kimi istifadə etmişlər və heç bir dəyişikliklər aparmadan təkrar-lamışlar.

Hal-hazırki Tövrat Bəni-İsrailin tarixi və keçmişi, Həzrət Musa-nın (ə) həyatı və fəaliyyətləri, Allahın O Həzrətə göndərdiyi müra-ciətlər barəsində söz açan bir kitabdır.


Əhdi-Cədiddə mövcud olan dörd kitab Həzrət İsa Məsihin (ə) həyatı və O Həzrətin sözləri barəsində söz açır. Amma bu kitabda, birbaşa olaraq Allahdan göndərilmiş müraciətlər qeyd olunmamışdır. Bir məsələni bildirmək vacibdir ki, xristyanlar Həzrət İsa Məsihi (ə) tanrı bilirlər və onun bir çox elçilərinin olmasını bildirirlər. Bu ölçi-lərin bəziləri isə İncilləri və Əhdi-Cədidin başqa hissələrini qələmə almışlar. Elə bu səbəbdən də, bu kitabların hamısı ilahi müraciət kimi qəbul olunmuşlar.
İstər Əhdi-Ətiqdə, istərsə də Əhdi-Cədiddə münacat, hikmət, fəlsəfə, şeir, peyğəmbərlik və başqa mükaşifələr mövcuddur. Misal olaraq Həzrət Davudun (ə) Zəburda qeyd olunmuş minacatlarını gös-tərmək olar.

Əhdi-Cədiddə isə elçilərdən olan 21 məktub mövcuddur və bun-ların hamısı yeni ədəbi üslubda qələmə alınmışdır. Yəni, Əhdi-Ətiqdə həmən məktublara bənzər başqa yazılar gözə çarpmır.


10-9. Səmavi kitabların mötəbərliyi
Dinin daxilindən baxanda İbrahimi dinlərin müqəddəs kitabları-nın mötəbərliyi eyni səviyyədə deyildir. Yəhudilər İncilin və Quranın səmavi və müqəddəs kitab olmasını qəbul etmirlər. Xristyanlar isə Qurani-Kərimin səmavi kitab olmasını qəbul etmirlər. Digər tərəfdən

287


müsəlmanlar da hal-hazırda mövcud olan Tövrat və İncilin Allah-Taalanın Qurani-Kərimdə təsdiqlədiyi Tövrat və İncil olduğunu qəbul etmirlər. Qurani-Kərim Tövrat və İncili Həzrət Musaya (ə) və Həzrət İsa Məsihə (ə) göndərilmiş Quran kimi qələmə verir. (Ali İmran surəsi, ayə 3, 4 və başqa ayələr) Halbuki, kitab əhli dini etiqadlarını əllərində şüar edərək Tövratın Həzrət Musa (ə) tərəfindən qələmə alındığını bil-dirirlər. Xristyanların nəzərincə isə Həzrət İsa Məsihin (ə) heç bir ki-tabı yoxdur və İncillər ona gələn vəhylər toplusu deyil, O Həzrətin həyatı və sözləri əsasında yazılmış kitabdır. İncillərdə də Həzrət İsa-ya (ə) Allah-Taala tərəfindən göndərilmiş vəhylərin olması iddia olunmur. İncillərin yazılış tərzinə də diqqət yetirsək ilahi söz tərzinin mövcud olmaması gözə çarpır. Amma unutmayaq ki, Yəhudilər və xristyanlar Tövratı, İncili və digər kitabları onların məfhum və məz-mununa əsasən vəhyli, müqəddəs və səmavi kitab kimi qəbul edirlər.
İbrahimi dinlərin davamçılarının vəhylə göndərilmiş, müqəddəs və səmavi kitablar üçün ümumi tərifi olmaması səbəbindən yəhudi-lər, xristyanlar və müsəlmanlar öz dinlərinə uyğun olaraq müqəddəs kitablarına inanırlar.

Məsələyə qeyri-dini aspektdən yanaşsaq Qurani-Kərimin İslam sivilizasiyası çərçivəsində bizə gəlib çatması səbəbindən aydın tarixə malik olmasının şahidi olarıq. Hər bir tədqiqatçı və araşdırmaçı bu müqəddəs kitabın müsəlmanlar arasında tam şəkildə yayılmasını görə bilər. Amma, hal-hazırki Tövrat və İncilin tarixin qaranlıq səhifələ-rindən baş qaldırası səbəbindən şəffaf tarixi keçmişə malik olmaması bildirilir və heç kim bu müqəddəs kitabların Həzrət Musa (əs) və Həzrət İsanın (ə) zamanından indiyədək dəyişilməz olaraq qalmasını iddia edə bilməz. Yəhudilər və xristyanlar öz kitablarının ilahi və səmavi kitab olmasını sübut etmək üçün başqa yoldan istifadə edirlər.


Eləcə də, Qurani-Kərimdə qeyd olunduğu kimi həm Tövratda, həm İncildə İslam dininin müqəddəs peyğəmbəri Həzrət Muhəmmə-din (s) gəlməsi mövcud olmuşdur.1 Amma kitab əhli hal-hazırda Töv-



  1. Əraf surəsi, ayə 157

288


rat və İncilin islamdan öncə mövcud olmuş və indi dünyanın mötəbər kitabxanalarında və muzeylərində saxlanılan bəzi nüsxələrini əllərin-də rəhbər tutaraq öz kitablarında Həzrət Muhəmmədin (s) gələcəyinə olan ən cüzi işarələri də danırlar. Kitab əhli müsəlmanların bu sahədə olan nəzərlərini qəbul etmirlər. Kitab əhli eləcə də, bu bəşarətə görə öz dinini tərk edərək islamı qəbul edən insanların sözlərini dəlil və sübut kimi qəbul etmirlər. Bütün bu deyilənlərdən belə nəticə çıxar-maq olar ki, Qurani-Kərim Tövratdan və İncildən söz açanda məqsəd Həzrət İbrahimə (ə)1 göndərilmiş və hal-hazırda mövcud olmayan müqəddəs səhifələr kimi hal-hazırda əsli qalmayan Tövrat və İncil-dən danışır.
Unutmayaq ki başqa bir Tövrat və İncilin mövcud olması iddiası Qurani-Kərimin bir çox ali təlimləri kimi yalnız müsəlmanlar tərəfin-dən qəbul olunr. Belə kitabların mövcudluğunu qəbul edən hər bir kəs dərhal müsəlman olur.
10-10. Görəsən Müqəddəs kitablar təhirf olunub?
İslam kəlamı ilə xristyan kəlamı arasında ən mübahisəli məsələ-lərdən biri də təhrif və müqəddəs kitablarda dəyişikliklərin aparılma-sıdır. Qurani-Kərim on ayədə Tövrat və İncilin (İncillərin yox) nazil olunması məsələsinə işarə etmişdir:

نﺎَﻗْﺮُﻔْﻟا لَﺰْﻧَأَو سﺎﱠﻨﻠِﻟ ىًﺪُه ﻞْﺒَﻗُ ﻦِﻣْ ﻞﻴِﺠْﻧِﺈْﻟاَو ةاَرْﻮﱠﺘﻟا لَﺰْﻧَأَو “Tövratı da, İncili də O endirdi. Daha öncə insanları hidayət et-

mək üçün. Furqanı da O nazil etdi.”2

Müsəlmanlar ən qədim dövrlərdən Allahın nazil etdiyi Tövrat və İncilin kəskin şəkildə təhrif olunması, həmən müqəddəs kitablarda Həzrət Muhəmmədin (s) sonuncu peyğəmbər kimi gələcəyi məsələsi-nin pozulmasını və Allah-Taalanın cismaniliyi kimi məsələlərin ki-tablara əlavə olunmasını məsələsini qəbul etmişlər.





  1. Əla surəsi, ayə 18-19

  2. Ali İmran, ayə3-4

289


Kitab əhli isə öz müqəddəs kitablarında hər hansı bir təhrifin mövcud olması məsələsini qəbul etmirlər və belə iddialar onların qə-zəblənməsinə səbəb olur. Onlar Əhdi-Ətiqin təxminən 2000 il yaşı olan və Əhdi-Cədidin təxminən 1600 yaşı olan və dünyanın böyük muzeylərində, kitabxanalarında saxlanılan əlyazmalarına işarə edərək belə bir sual irəli sürürlər: “Tövrat və İncilin təhrifi nə zaman, harada və nə məqsədlə edilə bilər?” İslam alimləri və tədqiqatçıları onların bu suallarını cavablandırırlar və bu cavablarda Tövrat və İncilin nazil olması məsələsinə tam yəqinlik müşahidə olunur. Bu əqidə xristyan-lar üçün o qədər də yaxın deyildir və onlar Həzrət İsanın (ə) kitaba malik olması məsələsini qəbul etmirlər.

Tövrat və İncilə bir baxışla bu kitabların Qurani-Kərim kimi ol-mamasını və daha çox tarixi kitaba bənzəməsini asanlıqla anlamaq olar. Dörd İncilin heç birisində bir kəlmədə olsun vəhylə göndərilmiş söz yoxdur. İncillərdə qeyd olunmuş hikmətli sözlər də Həzrət İsa Məsihin (ə) özünə aiddir. O kitablar yazılışına diqqətə yetirsək və sə-hifələrin qeyd olunmuş “İncil” sözünü götürərək mütaliə məqsədilə hər hansı bir müsəlmana versək Qurani-Kərimdə qeyd olunmuş İncil kitabı olmadığını asanlıqla anlayacaq.


Xristyanların özləri də bu kitabların insanlar tərəfindən qələmə alındığını bildirirlər, amma xristyan kəlamının meyarlarına əsasən onu ilahi kitab kimi qəbul edirlər və müsəlmanlara da səmavi kitabın bundan artıq ola bilməyəcəyini söyləyirlər. Deməli hər şeydən öncə olduqca məşhur deyim olan “Papadan daha qatı katolik olmayaq!” deyimini əlimizdə rəhbər tutaq. Həqiqət budur ki, xristyanlar bu dörd İncili bizə təqdim edəndə onu qəbul etməyimizi istəyirlər. Onlar bu kitabın Allah-Taalanın Həzrət İsa Məsihə (ə) göndərdiyi vəhy kimi təqdim etmirlər. Əksinə öncə də qeyd etdiyimiz kimi xristyanlar dörd İncilin O Həzrətdən sonra peyğəmbərliyini bəyan etmək məqsədilə qələmə alındığını vurğulayırlar. İslam dinində peyğəmbər kitabın bə-

290


yan edicisidir, amma xristyanlıqda kitab peyğəmbərin bəyanedicisi-dir.1
10-11. Qurani Kərim və təhrif m əsələsi Qurani Kərim nurundan qidalanmış müsəlmanın hal- hazırda mövcud olan Tövrat və İncili səmavi olmayan təhrif olunmuş kitab kimi qəbul etməsini anladıq. Tövratda və Əhdi Ətiqin bəzi bölümlə-rində buyurulmuş İlahi kəlamlar da kitabın qurluşunu pozmur və pey-ğəmbərimiz Həzrət Muhəmmədin ( s) həyatını bəyan edərkən istifadə olunan Qurani-Kərim ayələri təəssüratını bağışlayır. Bu ayələrin sayı nə qədər çox olsa belə peyğəmb ərin həyatı barəsində yazılmış kitabı
Qurani-Kərim səviyyəsinə qaldıra bilməz. Bəzi insanlar Tövratın və İncilin təhrif olunması məsələsinin

Qurani-Kərimdə qeyd olunmasını soruşa bilərlər. Burada qeyd etmək lazımdır ki Qurani-Kərim heç yerdə Tövrat və İncilin təhrif olunma-sından söz açmı r. Tövrat və İncilin təhrif olunmasını sübut edən ayə-lər aşağıdakılardır:


Birinci ayə:
أَﻓَﺘَﻄْﻤَﻌُﻮن أَنْ ﻳُﺆْﻣِﻨُﻮا ﻟَﻜُﻢْ وَﻗَﺪْ آَﺎن ﻓَﺮِﻳﻖٌ ﻣِﻨْﻬُﻢ ﻳَﺴْﻤَﻌُﻮن آَﻠَﺎم اﻟﻠﱠﻪِ ﺛُﻢﱠ ﻳُﺤَﺮﱢﻓُﻮﻧَﻪ ﻣِﻦْ ﺑَﻌْﺪِ ﻣَﺎ ﻋَﻘَﻠُﻮﻩ وَهُﻢْ ﻳَﻌْﻠَﻤُﻮن

“Ey möminlər!) İndi onların (yəhudilərin) sizə inanacaqlarına


ümidmi edirsiniz ? Halbuki (Musa dövründ ə) onları n içərisind ə elələri vard ır ki, Allahın kəlamını (Tövratı) dinl əyib anladıqdan sonra, onu bilə-bilə t əhrif edirlər.”2
İkinci ayə:
وَإِنﱠ ﻣِﻨْﻬُﻢ ﻟَﻔَﺮِﻳﻘًﺎ ﻳَﻠْﻮُون أَﻟْﺴِﻨَﺘَﻬُﻢ ﺑِﺎﻟْﻜِﺘَﺎب ﻟِﺘَﺤْﺴَﺒُﻮﻩ ﻣِﻦَ اﻟْﻜِﺘَﺎب وَﻣَﺎ هُﻮَ ﻣِﻦَ اﻟْﻜِﺘَﺎب
وَﻳَﻘُﻮﻟُﻮن هُﻮَ ﻣِﻦْ ﻋِﻨْﺪ اﻟﻠﱠﻪِ وَﻣَﺎ هُﻮَ ﻣِﻦْ ﻋِﻨْﺪ اﻟﻠﱠﻪِ وَﻳَﻘُﻮﻟُﻮن ﻋَﻠَﻰ اﻟﻠﱠﻪِ اﻟْﻜَﺬِب وَهُﻢْ ﻳَﻌْﻠَﻤُﻮن “(Ey müsəlmanlar!) Onlardan (kitab əhlindən) bir zümrə də var-dır ki , siz onların oxuduqlarını (Tövratdan) hesab ed əsiniz deyə, kitab oxuyan zaman dillərini (qəsdən) o tərəf-bu tərəfə əyirlər (bükürlər).

1 Xristyanların əksriyyəti Həzrət İsanı (ə) həm peyğəmbər, həm də Tanrı kimi qəbul

edirlər.


2 Bəqə rə, ayə 75

291


Halbuki onların bu oxuduqları kitabdan (Tövratdan) deyildir. Onlar isə: “Bunlar Allah tərəfindəndir”, -dedilər. Bunlar isə heç də Allah tə-rəfindən deyildir . Söylədikləri Allah dərgahından olmadığı halda, “Bu, Allah dərgahındandır”, - deyirlər. Onlar bilə-bilə Allaha qarşı yalan söyləyirlər.”1
Üçüncü ayə:
ﻣِﻦَ اﻟﱠﺬِﻳﻦَ هَﺎدُوا ﻳُﺤَﺮﱢﻓُﻮن اﻟْﻜَﻠِﻢ ﻋَﻦْ ﻣَﻮَاﺿِﻌِﻪ وَﻳَﻘُﻮﻟُﻮن ﺳَﻤِﻌْﻨَﺎ وَﻋَﺼَﻴْﻨَﺎ وَاﺳْﻤَﻊ ﻏَﻴْﺮ ﻣُﺴْﻤَﻊٍ وَرَاﻋِﻨَﺎ ﻟَﻴﺎ ﺑِﺄَﻟْﺴِﻨَﺘِﻬِﻢ وَﻃَﻌْﻨًﺎ ﻓِﻲ اﻟﺪﱢﻳﻦِ وَﻟَﻮْ أَﻧﱠﻬُﻢْ ﻗَﺎﻟُﻮا ﺳَﻤِﻌْﻨَﺎ وَأَﻃَﻌْﻨَﺎ وَاﺳْﻤَﻊ وَاﻧْﻈُﺮْﻧَﺎ ﻟَﻜﺎن ﺧﻴﺮاً ﻟﻬﻢ و اﻗﻮم وﻟﮑﻦ ﻟﻌﻨﻬﻢ اﷲ ﺑﮑﻔﺮهﻢ ﻓﻼ ﻳﻮﻣﻨﻮن اﻻ ﻗﻠﻴﻼ;

“Yəhudilərin bir qismi (Tövratdakı) sözlərin yerini dəyişib


təhrif edir və dillərini əyərək dinə (islama) tənə vurmaq məqsədilə (sən ə qarşı): “Eşitdik və qəbul etmədik; eşit, eşitməz olasan (kar ola-san) və raina”, - deyirlər. Əgər onlar : “Eşitdik və itaət etdik; eşit və bizə tərəf bax!” ,- desəydilər, əlb əttə, onlar üçün daha xeyirli və daha doğru olardı. Lakin Allah onları öz küfrləri ucundan lənətə düçar et-
mişdi. Onların yaln ız az bir hissəsi iman gətirmi şdir.”2

Dördüncü və beşinci ayələr:
ﻓَﺒِﻤَﺎ ﻧَﻘْﻀِﻬِﻢ ﻣِﻴﺜَﺎﻗَﻬُﻢْ ﻟَﻌَﻨﱠﺎهُﻢْ وَﺟَﻌَﻠْﻨَﺎ ﻗُﻠُﻮﺑَﻬُﻢْ ﻗَﺎﺳِﻴَﺔً ﻳُﺤَﺮﱢﻓُﻮن اﻟْﻜَﻠِﻢ ﻋَﻦْ ﻣَﻮَاﺿِﻌِﻪ وَﻧَﺴُﻮا ﺣَﻈﺎ ﻣِﻤﱠﺎ ذُآﱢﺮُوا ﺑِﻪ وَﻟَﺎ ﺗَﺰَالُ ﺗَﻄﱠﻠِﻊُ ﻋَﻠَﻰ ﺧَﺎﺋِﻨَﺔٍ ﻣِﻨْﻬُﻢ إِﻟﱠﺎ ﻗَﻠِﻴﻠًﺎ ﻣِﻨْﻬُﻢ ﻓَﺎﻋْﻒُ ﻋَﻨْﻬُﻢ وَاﺻْﻔﺢ انّ ﺁﷲ ﻳﺤﺐّ اﻟﻤﺤﺴﻨﻴﻦ;

“Sonra əhdlərini pozduqları üçün onları lənətlədik və ürəklərini


sərtləşdirdik. Onlar sözlərin (Tövratda peyğəmbərin vəsfinə dair kəl-məl ərin və bəzi başqa ayələrin) yerlərini dəyişib təhrif edir və xə-bərdar edildikləri şeylərin bir hissəsini (Muhəmməd peyğəmbərə iman gətirməyi) unudurlar. Onların az bir qismi müstəsna olmaqla, sən onlardan hə mişə xəyanət görəcəksən. Bununla belə, onları ba-ğışla, günahlarından keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevər!”3
ﻳَﺎأَﻳﱡﻬَﺎ اﻟﺮﱠﺳُﻮل ﻟَﺎ ﻳَﺤْﺰُﻧْﻚ اﻟﱠﺬِﻳﻦَ ﻳُﺴَﺎرِﻋُﻮن ﻓِﻲ اﻟْﻜُﻔْﺮِ ﻣِﻦَ اﻟﱠﺬِﻳﻦَ ﻗَﺎﻟُﻮا ءَاﻣَﻨﱠﺎ ﺑِﺄَﻓْﻮَاهِﻬِﻢ وَﻟَﻢْ ﺗُﺆْﻣِﻦْ ﻗُﻠُﻮﺑُﻬُﻢْ وَﻣِﻦ اﻟﱠﺬِﻳﻦَ هَﺎدُوا ﺳَﻤﱠﺎﻋُﻮن ﻟِﻠْﻜَﺬِب ﺳَﻤﱠﺎﻋُﻮن ﻟِﻘَﻮْمٍ ءَاﺧَﺮِﻳﻦ ﻟَﻢْ ﻳَﺄْﺗُﻮك ﻳُﺤَﺮﱢﻓﻮن


1 Ali İmran, ayə 78

2 Nisa, ayə 46

3 Maidə, ayə 13

292


نا ﷲا دﺮﻳ ﻦﻣ و اورﺬﺣﺎﻓ ﻩﻮﺗﻮﺗ ﻢﻟ نا و ﻩوﺬﺨﻓ اﺬه ﻢﺘﻴﺗوُا نا نﻮﻟﻮﻘﻳ ﻪﻌﺿاﻮﻣ ﺪﻌﺑ ﻦﻣ ﻢﻠﮑﻟا ;ﻢﻴﻈﻋ باﺬﻋ ةﺮﺧﻻا ﯽﻓ ﻢﻬﻟ و ﯼﺰﺧٌ ﺎﻴﻧّﺪﻟا ﯽﻓ ﻢﻬﻟ ﻢﻬﺑﻮﻠﻗ ﺮّﻬﻄﻳ “Ya Peyğəmbər (Ya Rəsulum!) ürəklərində inanmadıqları halda,
dildə (ağızları ilə): “İnandıq”, deyənlərin (münafiqlərin), yəhudilər-dən yalana qulaq asanların, sənin hüzuruna gəlməyən başqa bir ca-maata qulaq asanların (onlara casusluq edənlərin) küfr içində vurnu-xanları səni kədərləndirməsin. Onlar (Tövratdakı) sözlərin yerini son-radan dəyişib təhrif edir və deyirlər: “Əgər sizə bu (təhrif olunmuş dini hökm) verilsə, onu qəbul edin. Əgər verilməsə, ondan qaçının”. Allahın fitnəyə (azğınlığa) düşməsini istədiyi şəxs üçün Allaha qarşı sənin əlindən heç bir şey gəlməz. Onlar elə kəslərdir ki, Allah onların ürəklərini təmizləmək istəməmişdir. Onları dünyada rüsvayçılıq, axi-rətdə isə böyük (dəhşətli) bir əzab gözləyir!”1
Yuxarıda qeyd etdiyimiz Qurani-Kərim ayələrinə ümumi baxış keçirməzdən öncə bir məsələyə diqqət yetirməliyik ki, bu ayələrdə yəhudilərin yalnız Tövratda apardıqların təhriflər nəzərdə tutulur. Çünki xristyanlara “Yəhudilər sizin İncili təhrif etmişlər!” sözünü de-mək çox çətin məsələdir.
Qurani-Kərim Yəhudilərin və xristyanların kitablarının təhrif olunması barəsində heç nə deməmişdir:

Birinci: Yuxarıdakı ayələrin heç birisində Tövrat və yaxud İn-cilin təhrif olunması barəsində birbaşa söz açılmamışdır, əksinə gör-düyümüz kimi yalnız bir dəfə “Allah kəlamı” məfhumu mövcuddur və bu da Qurani-Kərim təfsirçilərinin nəzərincə Həzrət Musanın (ə) dövründə yaşamış yəhudilərin törətdikləri əməllərə işarə edir. Yəni, Həzrət Muhəmmədin (s) besətə çatmasından sonra Tövrat və İncilin təhrif olunması ilə heç bir əlaqəsi yoxdur. Qeyd etdiyimiz ayə İsla-mın ilk illərində yəhudilərin Allahın kəlamına qarşı etdiyi pis əməl-lərə işarə də ola bilər. Yəni yəhudilər Allahın kəlamını, Qurani-Kəri-mi eşidirdilər, amma təhrif olunmuş şəkildə başqalarına nəql edirdilər və onun mötəbərliyini azaltmağa çalışırdılar.





  1. Maidə, ayə 41

293


İkinci: Qeyd etdiyimiz ayələrdə təhrif həm danişiq dilində, həm də eşitməkdə mövcuddur: “ﻪَﻧﻮُﻓﱢﺮَﺤُﻳ ﱠﻢُﺛ ﻪﱠﻠﻟاِ مﺎَﻠَآ نﻮُﻌَﻤْﺴَﻳ” , “نوُﻮْﻠَﻳ ﻢُﻬَﺘَﻨِﺴْﻟَأ بﺎَﺘِﻜْﻟﺎِﺑ”, “ﻢِﻬِﺘَﻨِﺴْﻟَﺄِﺑ ﺎﻴَﻟ”
Qeyd etdiyimiz kimi Qurani-Kərim üç ayədə “kəlmələrin təh-rifi” barəsində söz açmışdır. Təhrif olunmuş sözlər onların düzgün formaları ilə Nisa surəsinin 46-cı ayəsində qeyd olunmuşdur:


  1. “ﺎَﻨْﻴَﺼَﻋَو ﺎَﻨْﻌِﻤَﺳ”-nı yerinə “ﺎَﻨْﻌَﻃَأَو ﺎَﻨْﻌِﻤَﺳ” istifadə edilmişdir. Yə-hudilərin bəziləri İbrani dilindəki “ﻮﻨﺴﻋ” yəni “yerinə yetiririk” sözü-nün əvəzinə məsxərə etmək məqsədi ilə “ﺎﻨﻴﺼﻋ” yəni “üsyan edirik” sözündən istifadə etmişlər.




  1. “ﻊَﻤْﺳا” yəni “eşit” əvəzinə “ﻊَﻤْﺴُﻣ ﺮﻴَﻏْ ﻊَﻤْﺳا”–dən istifadə olun-muşdur.

Sözlərlə oynamaq və xüsusi məqsədlər uğrunda sözləri bir-birinə qatmaq yəhudilərin adətlərindən biri hesab olunur. Yəhudilərin söz oyununun şahidi olmaq istəyənlər Təlmuda nəzər sala bilərlər. Həzrət Muhəmmədin (s) həyatı barəsində yazılmış kitablarda bəzi yəhudilə-rin O Həzərət salam verərkən “Əssəlamun əleyk” əvəzinə “Əssamun əleyk”, yəni “Sənə ölüm olsun!” sözünü deyirdilər. Həzrət Muhəm-məd (s) də öz növbəsində “Əleyk”, yəni “Sənə də” formasında cavab verirdi.


Qurani-Kərimin Tövrat və İncilin təhrif olunmasını birbaşa ola-raq deməməsini və “kəlmələrin təhrif olunması” barəsində söz aç-dığını bildik. Bu təhrif bir neçə danışıq sözündə qeyd olunmuşdur və Tövrat, yaxud İncillər heç bir əlaqəsi yoxdur. Bizim yuxarıda vurğu-ladığımız təhrif “demək və eşitmək” mərhələsindən qırağa çıxmamış-dır, birbaşa olaraq qeyd olunmamışdır. Təhrif olunmuş ayələr də hal-hazırda mövcud olan Tövrat və yaxud İncilə ünvanlanaraq söylənil-məmişdir. Bu barədə hökm çıxarmaq üçün qeyd etdiyimiz ayələri nə-zərə almamalıyıq.
Bir məsələni də vurğulamaq lazımdır ki, hər hansı bir müsəlman şəxsin kitab əhlinin müqəddəs kitabı olan Tövrat və İncili təhrif olun-muş səmavi kitablar kimi təqdim etməsi böyük ehtiyatsızlıq olardı. Onların sözlərinin müsəlmanlar üçün nə əhəmiyyəti vardır? Həqiqi

294


Tövrat və İncilin İbrahihimin sühufları və başqa müqəddəs ilahi ki-tablar kimi itməsini və onların insanlar tərəfindən qələmə alınmış mötəbər sayılmayan kitablarla dəyişdirilməsini desək daha məqsədə-uyğun olmazmı? Həqiqi Tövratda olan cümlələrin müasir Tövratda heç bir rolu yoxdur. Çünki, Həzrət Muhəmmədin (s) həyatı barəsində qələmə alınmış kitablarda da Qurani-Kərim ayələri mövcuddur, am-ma bu kitablar Qurani-Kərim deyildir.
Allah-təala bu barədə belə buyurur:
ﻢُﻬَﻟْ ﻞْﻳَﻮَﻓٌ ﺎًﻠﻴِﻠَﻗ ﺎًﻨَﻤَﺛ ﻪِﺑ اوُﺮَﺘْﺸَﻴِﻟ ﻪﱠﻠﻟاِ ﺪْﻨِﻋ ﻦِﻣْ اَﺬَه نﻮُﻟﻮُﻘَﻳ ﱠﻢُﺛ ﻢِﻬﻳِﺪْﻳَﺄِﺑ بﺎَﺘِﻜْﻟا نﻮُﺒُﺘْﻜَﻳ ﻦﻳِﺬﱠﻠِﻟَ ﻞْﻳَﻮَﻓٌ
نﻮُﺒِﺴْﻜَﻳ ﺎﱠﻤِﻣ ﻢُﻬَﻟْ ﻞْﻳَوَوٌ ﻢِﻬﻳِﺪْﻳَأ ﺖَﺒَﺘَآْ ﺎﱠﻤِﻣ
“Vay o kəslərin halına ki, öz əlləri ilə (istədikləri kimi) kitab
(Tövrat) yazıb, sonra (onun müqabilində) bir az pul almaqdan ötrü: “Bu, Allah tərəfindəndir!” - deyirlər. Öz əlləri ilə (təhrif olunmuş ki-tab) yazdıqlarına görə vay onların halına! Qazandıqları şey üçün vay onların halına!”

Həzrət Muhəmməd (s) də belə bir hədis rəvayət edirlər: “Həqi-qətən Bəni-İsrail bir kitab yazaraq ona itaət etməyə başladılar və Tövratı tərk edərək ondan uzaqlaşdılar.”1


10-12. Səmavi kitabların başa düşülməsi
Müqəddəs kitabların mətnlərində mövcud olan məzmun və mə-naları araşdırarkən dörd metoddan istifadə etmək olar. Bu metodlar sadədən mürəkkəbə, gözlə aparılan metoddan zehni metoda və geniş yayılmış metoddan tanınmamış metodlara qədər dəyişir. Həmin me-todlar aşağıdakılardır:


  1. Tərcümə: və yaxud müqəddəs kitablarda əsas dildə yazılmış, çox vaxt ədəbi və açıqlaması olmayan mətnlərin mənasının başqa bir dilə çevrilməsi sahəsində göstərilən səylər.




  1. Təfsir: Müqəddəs mətnlərdə olan məfhumların açıqlanması, müqəddəs məntlərin bir hissəsindən, müxtəlif əqli, elmi və dini mən-




  1. Sünənüd Darəmi, Əl Müqəddimə, 480

295


bələrdən istifadə etməklə başqa hissələrdə olan qaranlıq məqamlara aydınlıq gətirilməsi

  1. Təvil: yəni müqəddəs mətnlərin zahiri mənasına fikir vermə-dən bəzi ali məna və məfhumları təyin etmək üçün müqəddəs mətn-dəki mənanın ümumiləşdirilməsi, dərinləşdirilməsi və bəzən də mə-cazi baxışlarla açıqlanması

  2. Müqəddəs mətnlərin açıqlanması sahəsində dördüncü metod da mövcuddur və bu metoda əsasən sözlərin və cümlələrin nə zahiri, nə də batini mənası nəzərdə tutulmur. Müqəddəs mətndəki hərflərin və sözlərin ümumi düzülüş formasına, sayına və digər aspektlərinə diqqət yetirməklə hər bir alimin öz zövqünə uyğun olaraq verdiyi he-sablama tipli açıqlamalardır. Bu metodun İslam dini elmlərində xü-susi adı yoxdur və təvilin bir başqa forması kimi qəbul edilir. Amma kitab əhli bunu “Anaqogika” (Anagogy) adlandırırlar.

Bu metodları bir-birindən ayırmaq heç də asan iş deyildir. Çün-ki, bir tərəfdən sadə metodların daha mürəkkəb metodlara olan ehti-yacını nəzərə almaq lazımdır. Belə ki, tərcümə edərkən bəzən təfsirə və təvilə ehtiyac yaranır. Eləcə də, müqəddəs mətnlərin təfsiri zamanı bir çox hallarda təvilə ehtiyac yaranır. Digər tərəfdən isə daha mürək-kəb metodlar daha asan metodların lazımsız olduğunu bildirmir, ək-sinə həmən sadə metodları daha da təkmilləşdirir və tamamlayır.

Şübhəsiz ki bu metodların heç birisi müqəddəs kitabların mey-dana çıxdığı yerdə və vaxtda mövcud olmamışdır. Çünki, vəhy kəla-mı ilk müxatiblərinin düşüncə tərzi ilə tam üst-üstə düşürdü və heç kimin bu sözləri (hətta Qurani-Kərimdəki qısaldılmış sözləri belə an-lamaq sahəsində) problemi yox idi. Problemlər başqa zamanda və başqa məkanda yaşamış sonrakı nəsillər üçün meydana və insanlar müqəddəs kitabları dərk etmək sahəsindəki problemlərini həll etmək üçün tərcümələrə, təfsirlərə və təvillərə üz tutdular.

Gələcəkdə qeyd edəcəyimiz kimi oxşar və mütəşabih ayələr ət-rafında olan problemlər həmin ayələrin mənalarını dərk etmək sahə-sində deyil verdiyi vədələrinin həyata keçməsi sahəsində meydana çıxmışdır.


296


Təfsirlə təvil arasındakı fərqi hiss etmək o qədər də asan iş deyil və insan zehninin yürütdüyü fərziyyələrə əsasən bəzi təvilləri təfsir və bəzi təfsirləri təvil kimi anlaya bilər.
Məsələn, “Leyl”, “Fəcr”, “Zuha+İnşirah”1 və “Əsr” surələrinin əvvəlində qeyd olunmuş andlar günün müxtəlif vaxtlarına dəlalət edən andlardır. Bu nözqteyi-nəzərdən Əsr vaxtına içilən and günün axşam çağına içilən and mənasını kəsb edir. Amma bunun başqa mə-naları da vardır. Əsr vaxtına içilən andda “Peyğəmbərin (s) əsrinə”, “zühur əsrinə”, “əsr namazına”, gecə-gündüzə” və sair mənalara içi-lən andlar kimi təvil oluna bilər. Bu təvillər olduqca gözəl və insanın ruhunu oxşayandır və ilahi kəlamı təfsir edən insanların əksəriyyəti sözlərin belə təvil və təfsir olunmasını yaxşı qəbul edirlər.
Digər tərəfdən bəzən də təfisir təvil kimi qələmə verirlər. Nur və zülmət, həyat və ölüm, oyaq olmaq və yatmaq, agah olmaq və bixə-bər olmaq, görmək və görməmək, eşitmək və kar olmaq və sair məca-zi məna kəsb edən sözlər müqəddəs kitablarda çox gözə çarpır və on-ları anlamaq çətin deyil. “Onlar kar, lal və kordurlar (haqqı eşitməz, danışmaz və görməzlər). Buna görə də (öz pis adətlərindən, yaramaz əməllərindən) dönməzlər” 2 ayəsini anlamaq sahəsində heç kim problemlə üzləşmir, amma onu təvil edərək açıqlamağı da artıq bil-mirlər. Belə təvillər və açıqlamalar təfsir adlandırılır.
Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin