Hüseyn Tövfiqi Böyük dinlərlə tanışlıq


-13. Səmavi kitabların təvil olunmaları və şərh edilmələri



Yüklə 1,01 Mb.
səhifə23/28
tarix29.11.2019
ölçüsü1,01 Mb.
#29747
1   ...   20   21   22   23   24   25   26   27   28
N 16


10-13. Səmavi kitabların təvil olunmaları və şərh edilmələri “Təvil” sözünün lüğəti tərcüməsi “əvvələ qaytarmaq” mənasını
verir. Bu söz on yeddi dəfə Qurani-Kərimdə qeyd olunmuşdur və bu sözü istifadə etməkdə məqsəd bütün ilkin mərhələləri hazır olan işlərin həyata keçməsidir. Məsələn, savab və əzab barəsində Quran



  1. “Zuha” və “İnşirah” surələri ayrı-ayrı qeyd olunsalar da ikisi birlikdə bir surə hök-mündədirlər.Elə bu səbəbdən də, namaz qılarkən bu surələrdən birini namazda oxu-yarkən ikincisini də ona əlavə etmək lazımdır. “Fil” və “Qureyş” surələri arasındakı əlaqə də belədir.




  1. Bəqərə surəsi, 18

297


vədələrinin çatması1, yuxuların açıqlanılması2, Həzrət Xızırın (ə) iş-lərinin nəticə verməsi3 və dünyada görülən əməllərin nəticəsinin axi-rətdə zühur etməsi.4
“Təvil” sözünün təfsir alimlərinin terminologiyasındakı mənası müqəddəs mətnlərdəki zahiri mənaya diqqət yetirməməkdən və mət-nin zahirindən anlaşılmayan mənanın nəzərdə tutulmasıdır.5
“Təvil” sözü bəzi İslami mətnlərdə “Tənzil” (yənil nazil edilmiş) sözünün əksi mənasını kəsb edir. Bu mətnlərdə “tənzil” Qurani-Kərim ayələrinin zahiri və dəqiq mənası deməkdir, amma “təvil” bu mənala-rın daha geniş və dərin şəkildə şərh edilməsi mənasını kəsb edirdi.6
“Təvil” terminini din alimləri Qurani-Kərimin Ali-İmran surəsi-nin 7-ci ayəsinə əsasən kəşf etmişlər. Amma, bu ayə və digər Quran ayələrindən istifadə olunana “təvil” sözünün Qurani-Kərimin nazil olmasından neçə əsrlər sonrayaradılmış dini terminlə heç bir əlaqəsi olmaması labüddür.
Eləcə də, hər hansı bir şəxsin sözündən yeni bir sahədə istifadə etmək və ona yeni məna bəxş etmək mümkündür. Bu metod “İqtibas” adlandırılır və təvil ilə heç bir əlaqəsi yoxdur.
Təvil zamanı sözlərin zahiri mənası nəzərdə tutulmur. Yəni, tə-vil əhlinin təklif etdiyi məna mətnin zahiri mənası ilə üst-üstə düşmür və bəzi zərurətə uyğun olaraq irəli sürülür.
Təvilin meydana çıxma zərurəti dini mətnlərdə istifadə olunan dilin dini çərçivəyə aid olmasına görədir. Zaman ünsürü, yəni elmin, insani təcrübələrin günü-gündən çoxalması və məkan ünsürü, yəni di-nin dünyanın müxtəlif regionlarına yayılması və dünyada genişlən-məsi səmavi kitabların möhkəm ayələrini yavaş-yavaş oxşar ayələrə



  1. Ali İmaran, 7(iki dəfə), Əraf , 53 (iki dəfə) və Yunis surəsi 39

  2. Yusif surəsi, 6, 21, 36, 37, 44, 45, 100, və 101

  3. Kəhf surəsi, 78 və 82

  4. Nisa surəsi, 59 və İsra surəsi, 35

  5. İslam dininin yayıldığı ilk illərdə təvil təfsir mənasını verirdi.

  6. Məsələn bir çox hədislərdə Həzrət Muhəmməd (s)-in Həzrət Əmirəlmöminin Əli (ə) barəsində vurğuladığı bu söz qeyd olunmuşdur: “Mən Qurani Kərimin tnzili yo-lunda döyüşdüyüm kimi Həzrət Əli də onun təvili yolunda döyüşəcəkdir.

298


çevirir. Belə olduqda dini çərçivə dağılır, dərin, zərif və dəqiq dü-şüncələr meydana çıxır. Qeyd etdiyimiz dərin, zərif, dəqiq düşüncələr nə yolla olursa olsun əsas mətnə istinad olunmalıdır və beləliklə də, həm bu düşüncələr dəyər qazanaraq mötəbərliyini sübut etməlidir, həm də müqəddəs mətnlərin məfhumu hal-hazırkı oxucuların düşün-cə tərzi ilə üst-üstə düşməlidir.

Yəhudi, xristyan və müsəlman cəmiyyətlərinin mədəni irsini araşdırarkən davamçıları tərəfindən olduqca mötəbər bilinən müqəd-dəs mətnlərin bəzi hallarda onların istək və arzularına zidd olan mə-sələlər barəsində danışmasının şahidi oluruq. Qeyd etdiyimiz məsələ-lə həmin cəmiyyətlərin ziyalı şəxsiyyətlərinin diqqətlərindən kənarda qalmamışdır.


Müxtəlif dinlərin ziyalı şəxslərinin bəziləri səbirsizlik edərək müqəddəs mətnlərdən üz döndərmişlər və həm Allahın, həm də mil-yonlarala mömin şəxslərin qəzəbi ilə üzləşmişlər. Belə şəxslərin dav-ranışları yəhudilərin, xristyanların və müsəlmanların əvvəlki nəsil-lərinin fəlsəfə ilə düşmənçilik etməsinə gətirib çıxartdı.
Amma ziyalı şəxslərin böyük bir hissəsi insanların düşüncə cə-hətindən yüksəlmələri üçün çalışdılar. Onlar diqqətlərini müqəddəs mətnlərin batininə yönəldərək təvilin zəruri məsələlərdən biri olma-sını qeyd etdilər və müqəddəs mətnlərdən almaq istədikləri mənaları təvilin köməkliyi ilə əldə etdilər. Sonda bu ziyalılar fəlsəfəni irfanla dəyişdirdilər və onları bu sahədə göstərdikləri əvəzsiz fəaliyyətlər İb-rahimi dinlərin davamçılarını fəlsəfəyə yaxınlaşdırdı.
Bütün deyilənlərdən belə nəticə çıxarmaq olar ki, təvil müqəd-dəs mətnlərin zahiri mənası baxımından dəstəklənməməsi səbəbindən subyektiv forma və təfsir müqəddəs mətnlərin zahiri mənası baxımın-dan dəstəklənməsi səbəbindən obyektiv forma kimi qəbul edilir.
Təvilin müqəddəs mətnlər tərəfindən birbaşa dəstəklənməməsi səbəbindən təvil yazanlar öz təvillərini təfsirlərin kənarında qeyd et-mək məcburiyyətində qaldılar. Amma bir az düşündükdən sonra tə-villə məşğul olan bütün insanların müqəddəs mətnlərin zahiri təfsirini təsirli forma kimi qəbul etməmələri məlum olur. Onların öz təvillə-rini təqdim etməkdə yeganə səbəb insanların əqli cəhətdən inkişaf et-

299


məsindən sonra bu təvilləri müqəddəs mətnlərin əsas təfsiri kimi qə-bul edəcəkləri olmuşdur.
Gözlənildiyi kimi də oldu və insanların zehni gücü artmağa baş-ladı və məsələləri daha dərindən anlamaq bacarıqları yüksəldi. Yəhu-diliyin və islam dininin davamçıları tədricən dini mətnlərdə qeyd olunmuş Allah-Taalanın, mələklərin, qiyamətin, cənnətin, cəhənnə-min və maddi formada təcəssüm olunmuş sair məsələlərin mücərrəd-liyə yaxınlaşdırılaraq təvil olunmasını başa düşməyə başladılar. Bu sahədə atılmış ilk addım Haqq-Taalanın mücərrədliyi etiqadını yarat-maqdan ibarət oldu. Qeyd etmək lazımdır ki, alimlərin bəziləri elə bununla da kifayətləndilər və daha irəli getmədilər.
İslam dünyasında Allahın və ümumiyyətlə heç bir mövcudun mücərrədliyini qəbul etməyənlər isə “Əhli hədis”, “Mücəssəmə” və “Müşəbbəhə” adlandırıldılar. Hal-hazırda mövcud olan “Sələfilər” bu düşüncə tərzinin davamçılarıdırlar.

Elm də inkişaf etdi və onun inkişaf etməsi ilə insanların qəbul etdikləri səmavi kitablar barəsindəki təvəqqələri yüksəldi. Onların bir əksəriyyəti müqəddəs kitablarının ayələrində müxtəlif elmlərin, o cümlədən riyaziyyat, fizika, kimya və sair elmlərin mövcud olması məsələsinə inanırdılar. Artıq müasir suallar meydana çıxmağa başladı və hər bir dinin alimləri təvilin köməkliyindən yararlanaraq bu sual-ların hər birinə qənaətbəxş cavablar verdilər.


İctimai düşüncə tərzinin də inkişaf etməsi müxtəlif dinlərin mü-təfəkkirlərini yeni addımlar atmağa sövq etdi və onlar da öz növbə-sində səmavi kitabları təvilin köməkliyi ilə qeyd etdiyimiz ictimai düşüncələrlə müqəddəs mətnlər arasında ahəngdarlıq yaratdılar.
10-14. Təvili qəbul etməyənlər
Təvil malik olduğu faydasına və vacibliyinə baxmayaraq mü-qəddəs mətnlər tərəfindən birbaşa olaraq dəstəklənməmələri səbəbin-dən həmişə diqqətdən kənarda qalmışdır və tüfeyli həyat tərzi keçir-mişdir. Şəxsi rəyə əsasən təfsir etmək və yaxud bu ittihamla ittiham-lanmaq düşüncəsi heç vaxt təvil əhlini sakit buraxmamışdır və on-ların bəziləri zaman keçdikcə təvillərini azaltmağa başlamışlar. Təvil

300


alimlərinin bəzilər isə ömürlərinin sonunda ümumiyyətlə təvil məsə-ləsindən üz döndərmişlər və bu məsələləri öz vəsiyyətnamələrində qeyd edərək öz dinlərini səmavi kitaba əda etmişlər.
Həqiqət isə bundan ibarətdir ki, keçmişdə İsmaililər kimi öz təvili baxışlarını şücaətlə müdafiə edən və öz dini məktəblərini bu tə-villər üzərində quran insanları keçmişdə tapmaq çətin idi. Yalnız indiki dövürdə hermenevtika elmi müqəddəs mətnlərin geniş təvilini baş ucalığı ilə təqdim edə bilirlər.
Təvil elminin həmişə müxalifləri olmuşdur. Bu müxaliflər özlə-rinin malik olduqları təvilin dərəcəsinə diqqət yetirmədən təvili səhv və qeyri-əxlaqı proses kimi qələmə verməyə çalışmışlar. Onlar təvili insanın öz sözünü sözünün mötəbərliyi daha çox olan başqa bir nəfə-rin ağzına qoymağa bənzətməyə çalışmışlar. Təvil elminin tərəfdarla-rı isə onların cavabında, “müqəddəs mətnlərin ədəbi mətnlər olması səbəbindən onlarda qeyd olunmuş məfhumların və düşüncə təkamülü ilə eyni səviyyədə təkamül tapmalıdır və təvil bu təkamül prosesinin bir hissəsisdir” fikrini irəli sürmüşlər.
İbn Meymun yazır:
İnsanlar təvil məsələsi sahəsində iki dəstəyə bölünürlər: birinci dəstə təvilin mətnin bəyan açıqlanılması üçün olduğunu düşünürlər və ikinci dəstə təvili yüngül bir nəzər kimi qəbul edərək məsxərə et-mişlər. Çünki, mətndə təvil mənasının olmaması məlumdur. Birinci dəstə təvilin düzgünlüyünü sübut etmək məqsədilə bütün yollara əl atdılar və mətnin mənasının bu olmasını güman etdilər. Amma, bu iki dəstədən heç birisi bunların şeir incəlikləri olmasını anlamadılar və onun hansı səbəbdən istifadə olunması düşüncə sahibləri üçün sirr deyildir. Bu metod keçmişdə daha geniş yayılmışdır və hamı qeyd et-diyimiz metoddan istifadə edirdilər. Necə ki, şairlər də öz şeirlərində şerin incəliklərindən istifadə edirdilər.”1

İbn Meymun insanın ağlı və düşüncəsi ilə ziddiyyət təşkil edən bəzi Tövrat ayələrini təvil edəndə və bu addımı ilə Yəhudilik üçün ol-duqca dəyərli əsərlər yaradanda başda Yəhud ibn ƏlFəxxar (1235-ci




  1. Dəlalətul Hairin, 3/43

301


ildə vəfat etmişdir) olmaqla yəhudi alimlərinin bir dəstəsi onun bu əməlinə qarşı çıxdılar. Əndəluslu bu yəhud alimi İbn Meymunun tə-vil məktəbinə qarşı etiraz dalğası, daha dəqiq desək etiraz tufanı ya-ratdı. O, müqəddəs kitabların yalnız müqəddəs kitabın özü ilə üst-üs-tə düşməyən ayələrini təvil etməyin mümkünlüyünü bildirirdi.
Xristyanlıqda da, din təvil üzərində qurulmuşdur. Bəzi insanlar təvil məsələsinə çox diqqət ayrılması fikri ilə müxalif olduqlarını bildirmişlər. Qeyd etmək lazımdır ki, Jerom (420-ci ildə vəfat etmiş-dir) müqəddəs kitabın Latın dilində olan məşhur “Vulqata” tərcümə-sini öz zamanında geniş yayılmış ifratçı təvillərdən istifadə etməklə yaratmışdır. Orta əsrlərdə də bir qrup xristyan ruhanisi 1274-cü ildə vəfat etmiş Tomas Akvinasın (Thomas Aquinas) təvillərinə qarşı çı-xaraq bu məsələyə kəskin etirazlarını bildirmişlər.
Qəzzali sonuncu kitabı olan “İlcamul-əvam ənil elmul-kəlam” kitabında təvillərin yarada biləcəyi problemlər barəsində xəbərdarlıq vermişdir. İbn Ruşd “Fəslul-məqal” adlı kitabında hansı şəxslərin Qurani-Kərim və peyğəmbərin (s) sünnəti barəsində verdiyi təvillərin vacib və hansı şəxslərin Qurani-Kərim və peyğəmbərin (s) sünnəti barəsində verdiyi təvillərin haram olması barədə olduqca geniş məlu-mat vermişdir. O, bu məsələləri qeyd etməklə təvilin nə zaman yarar-lı və nə zaman yararsız olmasını çatdırmağa çalışmışdır.
İslam dünyasının tanınmış arif və mütəfəkkiri Mövlana Cəlaləd-din Rumi təvil barəsində belə deyir:

“Bakirə sözləri təvil etməyə çalışan insan! Birinci özünü təvil et-məyə çalışı İlahi zikri yox. Qurani-Kərimin havadan və özündən təvi-lini verib şərh etmək istəyirsən?! Sənin açıqlamandan sonra onun bü-tün mənaları dəyişdi və mənasını ititrdi.”1


İslam dininin tanınmış alimlərindən olan mərhum Əllamə Məcli-si də təvili pisləmək məqsədilə Hindistanlı bir şəxsdən sitat gətirir. Hindistanlı alimin sözlərinə əsasən dini mətnlətin təvil olunması ümumilikdə düzgün iş deyildir. Çünki, mətnə verilmiş təvillə mətnin əsas məqsədi arasında ahəngdarlıq olmasa həmin mətnə özümüzdən


  1. Məsnəvi, 1/1080-1081

302


yalan məna əlavə etmiş oluruq. Onun məqsədi elə həmin məna oldu-ğu halda isə mənanın gizlədilməsində həra hansı bir məqsədin güdül-düyü və bizim həmin məqsədi pozduğumuz meydana çıxacaqdır.1

Mərhum Əllamə Təbatəbai də “Əl Mizan” təfsirinin giriş hissə-sində Qurani- Kərim ayələrinin təvil olunması məsələsini pisləmişdir və onun təqdim etdiyi təfsir metodunda artıq heç bir təvil ehtiyac du-yulmadığını vurğulamışdır.


Təvilin çox da sevilməməsi səbəbindən İbn Meymun (Yəhudi-likdə), Tomas Akvinas (Xristyanlıqda) və Qəzzali, İbn Ruşd, İbni Ərəbi, Molla Sədra (İslamda) kimi təvilə diqqət ayıran alimlər lazı-mınca hörmət qazana bilməmişlər və bəzən də kafir elan edilmişlər.

Digər tərəfdən, bu ziyalı və mütəfəkkir insanların təvilləri İlahi dinlərin dinamikliyini, əbədiliyini, qüdrətini və onların zamanla ayaqlaşmasını sübuta yetirdi. Bu mütəfəkkir insanlar bu yoldan istifa-də etməklə bəşəriyyətin əxlaqi, mənəvi, düşüncə və təfəkkür, mədə-niyyət və sivilizasiya dünyasının güclənməsinə böyük xidmətlər gös-tərmişlər. Qeyd olunmuş dinlərin hər birisinin gələcək nəsilləri məş-hur alimlərinin yüksək düşünclərindən yararlanaraq onlara böyük əhəmiyyət vermişlər və belə alimləri öz ümmətlərinin və dinlərinin fəxr və iftixar rəmzi kimi qəbul etmişlər.


11. Peyğəmbtanıma (Peyğəmbərşünaslıq)

Müsəlmanlar bəzi hədisləri əllərində rəhbər tutaraq 124000 pey-ğəmbərin olmasına inanırlar. Amma, onların 124 nəfərinin belə adı tam düzgün və dolğun deyildir. Onlardan 313 nəfərinin kitabı olub və beş nəfəri “Ululəzm” (Ən əzəmətli) peyğəmbərlərdir. Bu beş pey-





  1. Biharul Ənvar, cild 58, səh 153. Qeyd etmək lazımdır ki, təvillə məşğul olan alim-lərin işlərinin nəticəsi əsas məqsədlə ziddiyyət təşkil etmir. Onların nəzərincə qədim zamanlarda yaşamış insanların dərrakə cəhətdən tam inkişaf etməmələrinə və qədim zamanlarda yaşamış müxatiblərin dəqiq və incə mənaları dərk etmək qabiliyyətinə malik olmamalarına gör sözü deyən şəxs gələcək nəsillərin onun əsas məqsədini şərh etmək və insanlara çatdırmaq üçün əsas məqsədini xəzinə kimi sözlərin altında giz-lətmişdir.

303


ğəmbərin öz şəriəti olmuşdur və onlar aşağıdakılardır: Nuh, İbrahim, Musa, İsa və Muhəmməd(s). Adları çəkilən beş peyğəmbərin dinə də-vəti ümumdünya xarakteri daşımışdır. Amma qeyd etdiyimiz bu dini etiqadların heç birisi kitab əhli yanında qəbul olunmur.
Qurani-Kərimə müraciət edərkən adları çəkilən beş böyük pey-ğəmbərdən yalnız Həzrət Muhəmmədin (s) dini dəvəti ümumdünya xarakteri daşıyır.1 Amma başqa peyğəmbərlərin dini dəvəti isə tayfa və qövm dəvəti xarakteri daşıyır.2 Xristyanların nəzərincə Həzrət İsa



  1. Əraf surəsinin 158-ci ayəsində belə buyurulur:

اﻮُﻨِﻣﺂَﻓ ﺖﻴِﻤُﻳَوُ ﻲِﻴْﺤُﻳ ﻮُهَ ﺎﱠﻟِإ ﻪَﻟِإ ﺎَﻟ ضْرَﺄْﻟاَوِ تاَﻮَﻤﱠﺴﻟاِ ﻚْﻠُﻣ ﻪَﻟُ يِﺬﱠﻟا ﺎًﻌﻴِﻤَﺟ ﻢُﻜْﻴَﻟِإ ﻪﱠﻠﻟاِ لﻮُﺳَر ﻲﱢﻧِإ سﺎﱠﻨﻟاُ ﺎَﻬﱡﻳَأﺎَﻳ ﻞُﻗْ" "نوﺪﺘﻬﺗ ﻢﮑﻠﻌﻟ ﻩﻮﻌﺒﺗاَو ﻪِﺗﺎَﻤِﻠَآَو ﻪﱠﻠﻟﺎِﺑ ﻦِﻣْﺆُﻳ يِﺬﱠﻟا ﱢﻲﱢﻣُﺄْﻟا ﻲِﺒﱠﻨﻟاﱢ ﻪِﻟﻮُﺳَرَو ﻪﱠﻠﻟﺎِﺑ


“Ya Rəsulum!) De: “Ey insanlar! Mən Allahın sizin hamı nıza göndərilmiş pey ğəm-bəriyəm. (O Allah ki) göylərin və yerin hökmü Onundur, Ondan başqa heç bir tanrı yoxdur. O dirildir və öldürür. Buna görə də Allah, elə cə də Onun Allaha və Allahın sözlərinə (ayələrinə, nazil etdiyi kitablara) inanan və ümmi peyğəmbər olan Rəsu-luna iman gətirin və ona tabe olun ki, doğru yolu tapa biləsiniz!”
Bu ayə Məkkədə nazil olmuşdur və Həzrət Muhəmməd (s) Mədinə şəhərində İslam hökuməti yaratdıqdan sonra İran, Bizans, Efiopiya və bir neçə başqa məmləkətlərin şahlarına məktub göndə rərək onları İslam dininə dəvət etdi və həmən məmləkətlərin müsəlman olması üçün şərait yaratdı. Hə zrət Muhəmməddən (s) öncəki peyğəm-bərlər üçün belə bir addım atmaq adi yolla mümkün deyildi.


  1. Bu peyğəmbərlərin dini dəvətlərininyalnız öz tayfalarına aid olmasını sübut etmək üçün Qurani Kərimdən onlarla yə qeyd etmək mümkündür. Məsələn Həzrət Nuh (əs) barəsində belə buyurur:

ﻦﻴِﺒﱡﻣٌ ﺮﻳِﺬَﻧٌ ْﻢُﻜَﻟ ﻲﱢﻧِإ ِمْﻮَﻗ ﺎَﻳ لﺎَﻗ * ٌﻢﻴِﻟَأ ٌباَﺬَﻋ ﻢُﻬَﻴِﺗْﺄَﻳ نَأ ِﻞْﺒَﻗ ﻦِﻣ ﻚَﻣْﻮَﻗ ْرِﺬﻧَأ ْنَأ ﻪِﻣْﻮَﻗ ﻰَﻟِإ ًﺎﺣﻮُﻧ ﺎَﻨْﻠَﺳْرَأ ﺎﱠﻧِإ “Həqiqətən, Biz Nuhu: “Qövmünə şiddətli bir əzab gəlməmişdən əvvəl onları (Alla-


hın əzabı ilə) qorxut!” – dey ə öz tayfasına peyğəmbər göndərdik. O dedi: “Ey qövmüm! Həqiqətən, mən sizi (Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəm-bərəm!” (Nuh surəsi, ayə1-2)
Eləcə də, O Həzrətin qövmünün tufanda qəra olması (Ənkəbut surəsi, ayə 14). Tufanla bağlı ayələrdə qeyd olunan “Yer” sözü, o cümlədən Həzrət Huhun (ə) öz qövmünə lə nət oxumasında bütün dünya nəzərdə tutulmamışdır. Eləcə də, Yunis surəsi 78-ci ayədə “Yer” Misir ölkə si mənasını daşıyır. O Həzrətin bütün dünyada olan kafirlərə lənət oxuması mənası da daşıya bilər, amma Allah-Taala yalnız onun qövmünü əzaba düçar etdi.
Həzrət İbrahimin (ə) da qövmü olmuşdur: Ənam surə si/83, Həcc surəsi/43, Ənkəbut surəsi/16, Zuxruf surə si/26. Bu məsələ Həzrət Musa və Həzrət İsa (ə) barəsində də qeyd olunmuşdur: Səf /5-6, Ali İmran/49

304


(ə) belə buyurmuşdur: “Mən Bəni İsrailin itmiş qoyunlarına görə göndərilmişəm” (Matta 15:24). Amma qəbirdən dirilərək qalxdıqdan sonra və qeybə çəkilməmişdən öncə öz həvarilərinə bütün ümmətləri öz şagirdlərinə çevirmələrini və onlara Ata, oğul və müqəddəs ruhun adı ilə xaç suyunda qüsl vermələrini tapşırmışdır. (Matta 28:19)
11-1. Ortaq və müştərək peyğəmbərlər
Qurani-Kərimdə 26 peyğəmbərin adı qeyd olunmuşdur və onlar-dan 20-nin adı müqəddəs kitablarda da çəkilmişdir: Adəm, Nuh, İb-rahim, Lut, İsmail, İshaq, Yaqub, Yusif, Musa, Harun, Davud, Süley-man, İlyas, İlyəsə, Üzeyr(Əzra)1, Əyyub, Yunis, Zəkəriyya, Yəhya və İsa.2 Bu peyğəmbərlərin adı müqəddəs kitabda qeyd olunmamışdır: İdris3, Şüeyb4, Zulkifl, Hud, Saleh və Həzrət Muhəmməd (s). İslamın əksinə olaraq yəhudilikdə və xristyanlıqda peyğəmbərliyin xüsusi çərçivəsi yoxdur və tanınmış şəxsiyyətlərdən, o cümlədən Həzrət İb-rahimdən (ə) tutmuş ən adi insanlara qədər bir çox insan peyğəm-bərlik edir.5
11-2. Peyğəmbərlərin isməti
Yəhudilər və xristyanlar peyğəmbərlərin məsum olmalarını qə-bul etmirlər və onların da böyük günahlara düçar olmalarını bildirir-lər. Məsələn; Buzovun Həzrət Harun (ə) tərəfindən düzəldilməsi (Xu-ruc 32), Həzrət Davudun (ə) zina etməsi (Samuelin ikinci kitabı 11), Həzrət Süleymanın (ə) bütxana tikməsi (Şahların birinci kitabı 11:1-13) və s. Həzrət Harunun (ə) peyğəmbərliyi Tövratda qeyd olunmuş-



  1. Qurani Kərimdə Üzeyrin peyğəmbərliyi sübut olunmamışdır.

  2. Zəkəriyya, Yəhya və İsa (ə) yalnız Əhdi Cədiddə qeyd olunmuşlar. Əhdi Ətiqdə adları çəkilən Zəkəriyyalar Qurani Kərimdə qeyd olunan Zəkəriyyadan fərqlidirlər.




  1. Yaranış bölümündə 5:24-də “Xənux” adı ilə qeyd olunmuşdur.

  2. Xuruc bölümündə 2:18-də “Rauil” və yaxud Xuruc bölümündə 3:1-də “Yətrun” adı ilə qeyd olunmuşdur. Bunu da qeyd etmək lazımdır ki, yalnız Həzrət Şüeybin (ə) Həzrət Musanın (ə) qayınatası olduğu təqdirdə qeyd etdiyimiz adlar həqiqətlə üst-üstə düşür.




  1. Filippus adlı bir şəxsin dörd qızı bakirə qızı var idi və bunların hər dördü “pey-ğəmbərlik” edirdilə. (Həvarilərin işləri, 21:9)

305


dur, amma Həzrət Davudun (ə) peyğəmbərliyi yalnız bir dəfə “Həva-rilərin işləri” bölümündə (2:30) qeyd olunmuşdur. Həzrət Süleyma-nın (ə) peyğəmbərliyi isə “Süleyman peyğəmbərin məsəlləri” kitabın-danəşr olunmuşdur.

Xristyanlar yalnız Həzrət İsanın (ə) məsumluğunu qəbul edirlər. Çünki, xristyanların nəzərincə Həzrət İsa (ə) da peyğəmbərlikdən başqa ilahilik olmuşdur və tanrı da heç vaxt günah iş görməz.


11-3. Peyğəmbərlərin tarixi mövcudluğu
Peyğəmbərlərin tarixi mövcudluğu barəsində qeyd etmək lazım-dır ki, hal-hazırkı tarix elmi dünyəvidir və elə bu səbəbdən də, onlar mövcud olmasını sübut etmək üçün səmavi kitabların qarşısında təs-lim olmaq istəmir. Hal-hazırkı tarix elmi səmavi kitablar meydana çıxdığı dövrün hadisələrini özündə canlandıra bilər. Məsələn, tarix-çilər ərəblərin cahiliyyət dövründə öz qız uşaqlarını diri-diri torpağa basdıqmalarını Qurani-Kərimə istinadən bildirirlər. Amma, Fironun dövründə yeni doğulmuş Bəni-İsrailin oğlan uşaqlarının öldürülməsi məsələsinə görə Qurani-Kərimə istinad etmirlər. Tövratın bu barədə verdiyi məlumat isə o qədər də dolğun deyildir. Çünki, tarixçilərin nəzərincə Tövrat Həzrət Musadan (ə) əsrlər sonra qələmə alınmışdır.

Müasir tarix elmi müstəqil mənbələrin qədim dinlərin baniləri ba-rəsində səssiz dayanmaları və bizim onlar barəsində məlumata sahib olmağımızın həmin dinlərin öz mənbələrinin informasiya inhisarçı-lığında olması səbəbindən Nuh, İbrahim, Musa, İsa, Zərdüşt, Mahavi-ra, Budda və Laotse kimi tarixi şəxsiyyətlərin mövcudluğuna şübhə ilə yanaşır. Bəzən onların bir qrupunun mövcudluğu qəbul etsə belə onla-rın möcüzələrini qəbul etmir. (Şübhəsiz ki, İbrahimi dinlərin davam-çıları qeyri-İbrahimi dinlərin tarixi rəhbərlərinin həqiqətən mövcud olub-olmaması vacibliyini sübut etməyin onların üzərinə düşməməsi səbəbindən qeyd etdiyimiz məsələni qəbul etmirlər və yaxud əksinə)


Tarix şahlara və onların yaxınlarına aid olmuşdur və peyğəmbər-lərin adi insanlar arasından çıxması səbəbindən tarix səhifələrində gözə çarpmırlar. Məsələn, hal-hazırda tarixçilərin əllərində Fironların

306


sülaləsinin 26 dönəmi barəsində qiymətli məlumatlar mövcuddur. Amma, İbrahimi dinlərin təqdim etdiyi rəvayətlərə əsasən Misirdə yaşayaraq siyasi gücə malik olan Həzrət İbrahim (ə), Həzrət Yusif və Həzrət Musa (ə) barəsində tarixdə heç bir tutarlı məlumat gözə çarp-mır. Halbuki, bəzi Fironların, onların xanımlarının, hətta bəzi pişiklə-rin, timsahların, mumiyaların Misirin və dünyanın müzeylərində diq-qətlə qorunub saxlanılır. Tövrat Həzrət Musa (ə) barəsində belə yazır: “Heç kim indiyədək onun qəbrinin harda olmasını bilmir” (Təsniyə 34:6). Urşəlimdə də (yəni Qüdsdə) boş qəbir mövcuddur və xristyan-lar o qəbrin Həzrət İsaya (ə) aid olduğunu bildirmişlər və qəbirin üzə-rində olduqca əzəmətli kilsə inşa etmişlər.

Digər tərəfdən isə, dünya alimlərindən və tarixçilərindən heç bi-risi Həzrət Muhəmmədin (s), O Həzrətin Mədinə şəhərində yerləşən “Peyğəmbər məscidində”1 yerləşən pak hərəminə, O Həzrətin özünün Qurani-Kərimi davamçılarının ixtiyarına verməsinə qəti şübhə etmir-lər. Qeyri-müsəlmanların Həzrət Muhəmmədin (s) peyğəmbərliyini qəbul etməmələri, Qurani-Kərimin O Həzrətin özü tərəfindən deyil-məsi məsələsini bildirmələri heç kimə sirr deyildir.


Həzrət Muhəmmədin (s) mövcudluq tarixində heç bir şək-şübhə-nin olmamasının səbəbi isə bundan ibarətdir ki, O Həzrət adları öncə qeyd olunan şəxslərdən fərqli olaraq Mədinə şəhərində qüdrətli ilahi hökumət qurdu və qısa müddətdən sonra bu hökumət bütün dünyaya yayılmağa başladı. Belə əzəmətli və qüdrətli hökumətin yaradılması


  1. Həzrətin adını tarixdə möhkəmləndirdi. Belə ki, 1978-ci ildə Ame-rikada tarixdə ən böyük yerə və təsirə malik yüz şəxsiyyətin müəy-yənləşdirilməsi sahəsində aparılan elmi araşdırmalara əsasən Həzrət Muhəmməd (s) siyahının başında yer aldı.

Şərqşünaslar böyük ehtimala görə “Tarixin tənqidi” adlanan qeyd etdiyimiz metoddan istifadə etməklə müxtəlif dinlərin davamçı-larının qəzəbləri ilə üzləşdilər.


  1. İslam alimlərinin böyük əksəriyyəti İslam sünnəti nöqteyi-nəzərindən bizim pey-ğəmbərimizdən başqa heç bir peyğəmbərin qəbrinin yeri tam məlum deyildir.

307


11-4. Peyğəmbərin həyatının üç mərhələsi
Peyğəmbərlərin həyatlarını ümumilikdə üç hissəyə bölmək olar:


  1. Viladətindən besətə qədər olan zaman (bütün insanlarda ol-duğu kimi)

  2. Besət vaxtından hökumət qurduğu zamanadək




  1. Hökumət yaratdığı zamandan dünyasını dəyişdiyi vaxtadək Bildiyimiz qədər həm Həzrət Musanın (ə), həm də Həzrət Mu-

həmmədin (s) həyatında sadaladığımız hər üç mərhələ olmuşdur. Amma, Həzrət İsanın (ə) həyatında üçüncü mərhələ olmamışdır və eləcə də, hökumət qurmağı bacarmamışdır. Peyğəmbərlər ikinci mər-hələdə müşriklik və zülmlə söz savaşı, üçüncü mərhələdə isə güc savaşı aparmışlar.
Onlar ikinci mərhələdə eləcə də, yalnız əxlaqi və əqidəvi fər-manlar vermişlər və icra olunmalı hökümlər verməmişlər. (Məsələn, cihad, qisas, və diyə kimi əhkamlar Məkkədə nazil olmuş surələrdə gözə çarpmır. Amma, Mədinədə nazil olmuş surələrdə, o cümlədən Bəqərə, Ali-İmran, Nisa, və Maidə surələrində belə əhkamlar gözə çarpırlar.)

Həzrət İsa Məsih üçüncü mərhələni yaşamaması və hökumət yarada bilməməsi səbəbindən xristyanlıqda müstəqil şəkildə əməl edəcək şəriət mövcud deyildir və o Həzrət Tövratın qoyduğu şəriətin təbliği ilə məşğul idi.1 Məlum olduğu kimi xristyanlıq Həzrət İsa Məsihdən (ə) sonra Pavlosun göstərdiyi səylər nəticəsində Tövratın dar çərçivəli şəriət qaydalarını qıraraq özünəməxsus əxlaqi şəriət sa-hibi oldu. Zaman ötdükcə xristyanlar xristyanlıq hökuməti qurdular və icraçı əhkamları sahəsində mövcud olan nöqsanları aradan götür-mək məqsədilə bütün səylərini səfərbər etdilər.


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin